İncimək mənasında işlədilir. Qədim mənalarından biri də gözləmək, istəmək, ummaq deməkdir. Küs sözü ilə yanaşı, küsə feili də olub (tıx və tıxa qəlibi üzrə), mənası желать kimi açıqlanıb. Həmin küsə sözündən küsən qayıdış növü əmələ gəlib (mənası: arxayın olmaqdır). Küsmək umduğunu, istədiyini, gözlədiyini əldə edə bilməməklə bağlı inciməyə deyirlər (hər adamdan küsmürlər, “uman yerdən küsürlər”). Ummaq və küsmək müəyyən mənada sinonim sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)