KOMA
KOMACIQ
OBASTAN VİKİ
Koma
Koma və ya komatoz hal (yun. κῶμα — dərin yuxu) — mərkəzi sinir sisteminin proqressiv pozulması, zədələnməsi nəticəsində huşun itməsi, xarici qıcıqlara qarşı reaksiyasızlıq, get-gedə dərinləşən tənəffüs, qan dövranı və orqanizmin digər həyativacib funksiyalarının pozulması ilə xarakterizə olunan, kəskin inkişaf edən, ölüm öncəsi geridönəbilən ağır patoloji vəziyyət. Huşun dəyişməsinə nəzarət edin Müntəzəm olaraq zərərçəkəni müayinə edib, dəyişiklikləri qeyd edin. Nevroloji müayinə başın zədələnməsi olan zərərçəkənin vəziyyətinin qiymətləndirilməsinin asas hissəsidir və mütləq aparılmalıdır. Nevroloji müayinə AVPU va Qlazqo koma şkalası (QKS) ilə aparılır. Baş zədələnməsi olan zərərçəkənin tez-tez müayina edilmasi onun vəziyyətinin yaxşılaşması və ya pisləşməsinin tayin edilməsi üçün vacibdir. Ciddi nevroloji pozğunluğun alamətlərinə huşun səviyyəsinin ağırlaşması (keylaşma→ sopor koma va ya Qlazqo koma şkalasının 2 va daha çox bal azalması), baş ağrılarının artması, bəbəyin birtərəfli genişlənməsi və birtərəfli zaiflik aiddir. Əmin olun ki, hipoksiya va şok huşda olan dəyişikliklərin əsas səbəbi deyil. Başın və boyunun vəziyyətini stabilləşdirən zaman zərərçəkənin huşunun səviyyəsinə va tanaffusünə nəzarət edin. == Səbəbləri və təsnifatı == === Mərkəzi koma === === "Süni koma" ya "süni yuxu" === "Süni koma" təbabətdə geniş istifadə olunan termin olub, dərman preparatlarının xüsusilə hypnotik, sedativ, opioidlərin köməyi ilə məqsədyönlü şəkildə pasientin intensiv müalicə məqsədilə müddətli dərin yuxuda saxlanılmasına deyilir.
4-koma
Yonkoma (4コマ漫画, "dörd bölməli manqa" və ya qısaca 4-koma) — komiks stripi formatı növü. Yuxarıdan aşağıya doğru sıralanmış dörd bərabərölçülü paneldən ibarət olur. Lakin bəzən peyda olduqları nəşrlərdən asılı olaraq sağdan sola sıralana və ya hibrid 2x2 stilində ola bilər. Yonkoma sözü yapon sözü olsa da, bu stil sadəcə Yaponiyada deyil, digər Asiya və ingilisdilli ölkələrdə də mövcuddur. == Tarixi == İlk yonkoma 1902-ci ildə Rakuten Kitazava (Yasuci Kitazava qələm adından istifadə edirdi) tərəfindən istehsal olunmuşdur. "Jiji Manga" adı bu yonkomanın Frank Artur Nankivell və Frederik Burr Opperin əsərlərindən təsirləndiyi güman olunur. == Strukturu == Ənənəvi yonkomanın strukturu kişotenketsu adlandırılan struktura əsaslanır. Bu söz aşağıdakı yapon kancilərinin birləşməsindən əmələ gəlmişdir: Ki (起): Hekayə üçün əsas qoyan birinci panel. Şo (承): Birinci paneldəki hekayəni inkişaf etdirən ikinci panel. Ten (転): Klimaks rolunu oynayan və hekayəyə gözlənilməzlik qatan üçüncü panel.
Diabetik koma
Diabetik koma — qanda tam və nisbi insulin çatışmazlığı nəticəsində şəkərin miqdarının normadan qat-qat artıq olması fonunda meydana çıxan huşsuzluq halı. Bu hal həyat üçün təhlükəli hal olub təcili stasionar müalicə tələb edir. 25% dabetik koma halı gizli sürən və ya şəkərli diabet aşkarlanmamış şəxslərdə rast gəlinir. İnsulin azlığı və ya onun mədəaltı vəzin quyruq payında yerləşən Langerhans adacıqlarında sintezinin pozulması qanda şəkərin miqdarının normadan qat-qat artıq olmasına səbəb olur. Orqanizmin toxuma və hüceyrələri enerji mənbəyi olan şəkəri (qlükozanı) məhz insulin hormonunun vasitəsilə mənimsəyə bilir. İnsulin çatmamazlığı toxuma və hüceyrələrdə şəkər "aclığına", buna cavab olaraq da karbohidrat və yağ mübadiləsinin - lipolizin pozulması, amin turşularının aminsizləşməsi: qanda qlükozanın və keton cisimlərinin konsentrasiyasının fizioloji təlabatdan qat-qat artıq olması və keton cisimlərinin utilizasiya olunmaması ketoasidoza bununla yanaşı toxuma və hüceyrələrdə natamam parçalanma (metobolizm) məhsullarının yığılması laktatasidoza səbəb olur. Diurezin artması öz növbəsində hiperosmolyar komanı törətmiş olur. Diabetik koma yaranma mexanizminə görə ketoasidoz və hiperosmolyar komalara bölünür. === Ketoasidoz mənşəyli diabetik koma === Ketoasidoz mənşəyli diabetik koma adətən I tip şəkərli diabetlərdə mütləq insulin çatmamazlığı ilə meydana çıxır. Bu zaman hüceyrələr enerji mənbəyi olan qlükozanı mənimsəyə bilmədiyindən, ehtiyac enerjini yağ və zülalların həddən ziyadə parçalanmasından olmağa çalışır.
Mettyu Koma
Mettyu Koma - (d. 2 iyun, 1987, Bruklin, Nyu-York) amerikalı müğənni, yazar, DJ və prodüser.
Qlasqo-Koma şkalası
Qlazqo-Koma şkalası (ing. Glasgow Coma Scale (GCS)) — insanın huşunu müəyyən etmək və neyroloji çatışmazlığı qiymətləndirmək üçün təsis edilmiş şkaladır. Bu şkala xüsusən kəllə beyin tavmalı xəstələrdə, koma və ya şok altında olan xəstələrin huşunu qiymətləndirmək üçün tətbiq edilir. Bu şkala ilk olaraq 1974-cü ildə Qlazqo Universitetinin iki neyrocərrahı Qrem Tisdeyl və Brayan Ç. Cennett tərəfindən təsis edilmiş və təcili tibbi yardım xidmətində tətbiq edilmişdir.
Qlazqo-Koma şkalası
Qlazqo Koma Şkalası (GCS) insanın huşunu müəyyən etmək və nevroloji çatışmazlığı qiymətləndirmək üçün təsis edilmiş şkaladır. Bu şkala xüsusən kəllə beyin travmalı xəstələrdə, koma və ya şok altında olan xəstələrin huşunu qiymətləndirmək üçün tətbiq edilir. GCS bir insanı göz hərəkətlərini, danışma və bədənini hərəkət etdirmə qabiliyyətinə əsasən qiymətləndirir. Bu üç davranış ölçünün üç elementini təşkil edir: göz, söz və hərəkət. Bir insanın GCS-i 3 (tam olaraq cavab verməyən) -dən 15 (responsiv) -ə qədər ola bilər. Bu göstərici beyin xəsarətindən (məsələn, avtomobil qəzası) sonra dərhal tibbi yardım göstərmək üçün, həmçinin xəstəxanaya yerləşən xəstələrə nəzarət etmək və onların şüur səviyyəsinin izləməsi üçün istifadə olunur. Aşağı GCS balları yüksək ölüm riski ilə əlaqələndirilir. Bununla belə, beyin zədəsi olan fərdi şəxs üçün nəticəni proqnozlaşdırmaq üçün tək başına GCS hesabı istifadə edilməməlidir. == Qiymətləndirmə == Qlazqo koma şkalası iki yaşdan yuxarı insanlar üçün istifadə olunur və üç testdən ibarətdir: göz, şifahi və motor reaksiyaları. Bu testlərin hər biri üçün ballar aşağıdakı cədvəldə göstərilmişdir.
4-Koma Nano Ace
4-Koma Nano Ace (4コマnanoエース) – Kadokawa Shoten tərəfindən nəşr olunmuş yonkoma seynen və şonen manqa jurnalı. 2011-ci ildən 2013-cü ilə kimi nəşr olunmuşdur. == Manqa == Aiura (Çama) Black Rock-chan (Rinqo) (aprel 2011 - mart 2012) Chotto Kawaii Iron Maiden (Makoto Fukami, Alpha Alf Layla) Eureka Seven nAnO (2012 – yanvar 2013) G's Under Ground (Purapa) G-Sen Rough Sketch (Sakyu Tottori) Lucky Star (Kaqami Yoşimizu) The Melancholy of Haruhi-chan Suzumiya (Puyo) (2007 - ) Magical Record Lyrical Nanoha Force Dimension Nichijō (Keyichi Aravi) Chima R-15 (Nenqa Ninomiya) Sora no Kyūsoku (Suka) Strike Witches Gekijōban: 501 Butai Hasshin Shimasu-! (Makoto Fucibayaşi) Upotte!!
Koma 0,1 saniyədə
== Məzmun == Filmdə üç dostun başına gələn məzəli və fantastik əhvalatlar əks etdirilir. == Film haqqında == Filmin əvvəlindəki titrlərdə Aytən rolunun ifaçısı Fatimə Fətəliyeva kimi, sonunda isə Göyçək Fatimə kimi göstərilmişdir. Filmdə "Qraf" adlı it çəkilmişdir. Filmdə "Taksi 3", "Yura dövrünün parkı", "Şrek", "Terminator 2", "Troya", "Zəng 2", "Matriks", "Conni inqliş", "Terminator 3", "Qladiator", "Dum", "Rezident Evil", "Buz dövrü", "Titanik", "Donni darko", "Cəsur ürək", "Qadın ətri", "Missiya mümkün deyil", "Ruh", "Ölümcül döyüş", "Hörümçək adam 2", "Üzüklərin hökmdarı", "Geniş qapanmış gözlərlə" filmlərindəki musiqilərdən istifadə olunmuşdur. Filmdə "Titanik" filminin sonuncu səhnəsindən istifadə olunmuşdur. Çəkiliş zamanı xəsarət alan olmamışdır.
Koma 0,1 saniyədə (film, 2007)
== Məzmun == Filmdə üç dostun başına gələn məzəli və fantastik əhvalatlar əks etdirilir. == Film haqqında == Filmin əvvəlindəki titrlərdə Aytən rolunun ifaçısı Fatimə Fətəliyeva kimi, sonunda isə Göyçək Fatimə kimi göstərilmişdir. Filmdə "Qraf" adlı it çəkilmişdir. Filmdə "Taksi 3", "Yura dövrünün parkı", "Şrek", "Terminator 2", "Troya", "Zəng 2", "Matriks", "Conni inqliş", "Terminator 3", "Qladiator", "Dum", "Rezident Evil", "Buz dövrü", "Titanik", "Donni darko", "Cəsur ürək", "Qadın ətri", "Missiya mümkün deyil", "Ruh", "Ölümcül döyüş", "Hörümçək adam 2", "Üzüklərin hökmdarı", "Geniş qapanmış gözlərlə" filmlərindəki musiqilərdən istifadə olunmuşdur. Filmdə "Titanik" filminin sonuncu səhnəsindən istifadə olunmuşdur. Çəkiliş zamanı xəsarət alan olmamışdır.

Digər lüğətlərdə