KOMA

KOMA I is. Ev, daxma. Atasını öldürdülər, komasını yıxdılar (R.Rza).

KOMA II is. Topa, yığılmış torpaq, ot, kol. Cüyür, ceyran qaça bilmir; Koma qalın, kol qalın... (O.Sarıvəlli).

KİP
KÖÇ
OBASTAN VİKİ
Diabetik koma
Diabetik koma — qanda tam və nisbi insulin çatışmazlığı nəticəsində şəkərin miqdarının normadan qat-qat artıq olması fonunda meydana çıxan huşsuzluq halı. Bu hal həyat üçün təhlükəli hal olub təcili stasionar müalicə tələb edir. 25% dabetik koma halı gizli sürən və ya şəkərli diabet aşkarlanmamış şəxslərdə rast gəlinir. İnsulin azlığı və ya onun mədəaltı vəzin quyruq payında yerləşən Langerhans adacıqlarında sintezinin pozulması qanda şəkərin miqdarının normadan qat-qat artıq olmasına səbəb olur. Orqanizmin toxuma və hüceyrələri enerji mənbəyi olan şəkəri (qlükozanı) məhz insulin hormonunun vasitəsilə mənimsəyə bilir. İnsulin çatmamazlığı toxuma və hüceyrələrdə şəkər "aclığına", buna cavab olaraq da karbohidrat və yağ mübadiləsinin - lipolizin pozulması, amin turşularının aminsizləşməsi: qanda qlükozanın və keton cisimlərinin konsentrasiyasının fizioloji təlabatdan qat-qat artıq olması və keton cisimlərinin utilizasiya olunmaması ketoasidoza bununla yanaşı toxuma və hüceyrələrdə natamam parçalanma (metobolizm) məhsullarının yığılması laktatasidoza səbəb olur. Diurezin artması öz növbəsində hiperosmolyar komanı törətmiş olur. Diabetik koma yaranma mexanizminə görə ketoasidoz və hiperosmolyar komalara bölünür. Ketoasidoz mənşəyli diabetik koma adətən I tip şəkərli diabetlərdə mütləq insulin çatmamazlığı ilə meydana çıxır. Bu zaman hüceyrələr enerji mənbəyi olan qlükozanı mənimsəyə bilmədiyindən, ehtiyac enerjini yağ və zülalların həddən ziyadə parçalanmasından olmağa çalışır.
Koma
Koma və ya komatoz hal (yun. κῶμα — dərin yuxu) — mərkəzi sinir sisteminin proqressiv pozulması, zədələnməsi nəticəsində huşun itməsi, xarici qıcıqlara qarşı reaksiyasızlıq, get-gedə dərinləşən tənəffüs, qan dövranı və orqanizmin digər həyativacib funksiyalarının pozulması ilə xarakterizə olunan, kəskin inkişaf edən, ölüm öncəsi geridönəbilən ağır patoloji vəziyyət. Huşun dəyişməsinə nəzarət edin Müntəzəm olaraq zərərçəkəni müayinə edib, dəyişiklikləri qeyd edin. Nevroloji müayinə başın zədələnməsi olan zərərçəkənin vəziyyətinin qiymətləndirilməsinin asas hissəsidir və mütləq aparılmalıdır. Nevroloji müayinə AVPU va Qlazqo koma şkalası (QKS) ilə aparılır. Baş zədələnməsi olan zərərçəkənin tez-tez müayina edilmasi onun vəziyyətinin yaxşılaşması və ya pisləşməsinin tayin edilməsi üçün vacibdir. Ciddi nevroloji pozğunluğun alamətlərinə huşun səviyyəsinin ağırlaşması (keylaşma→ sopor koma va ya Qlazqo koma şkalasının 2 va daha çox bal azalması), baş ağrılarının artması, bəbəyin birtərəfli genişlənməsi və birtərəfli zaiflik aiddir. Əmin olun ki, hipoksiya va şok huşda olan dəyişikliklərin əsas səbəbi deyil. Başın və boyunun vəziyyətini stabilləşdirən zaman zərərçəkənin huşunun səviyyəsinə va tanaffusünə nəzarət edin. "Süni koma" təbabətdə geniş istifadə olunan termin olub, dərman preparatlarının xüsusilə hypnotik, sedativ, opioidlərin köməyi ilə məqsədyönlü şəkildə pasientin intensiv müalicə məqsədilə müddətli dərin yuxuda saxlanılmasına deyilir.
4-koma
Yonkoma (4コマ漫画, "dörd bölməli manqa" və ya qısaca 4-koma) — komiks stripi formatı növü. Yuxarıdan aşağıya doğru sıralanmış dörd bərabərölçülü paneldən ibarət olur. Lakin bəzən peyda olduqları nəşrlərdən asılı olaraq sağdan sola sıralana və ya hibrid 2x2 stilində ola bilər. Yonkoma sözü yapon sözü olsa da, bu stil sadəcə Yaponiyada deyil, digər Asiya və ingilisdilli ölkələrdə də mövcuddur. İlk yonkoma 1902-ci ildə Rakuten Kitazava (Yasuci Kitazava qələm adından istifadə edirdi) tərəfindən istehsal olunmuşdur. "Jiji Manga" adı bu yonkomanın Frank Artur Nankivell və Frederik Burr Opperin əsərlərindən təsirləndiyi güman olunur. Ənənəvi yonkomanın strukturu kişotenketsu adlandırılan struktura əsaslanır. Bu söz aşağıdakı yapon kancilərinin birləşməsindən əmələ gəlmişdir: Ki (起): Hekayə üçün əsas qoyan birinci panel. Şo (承): Birinci paneldəki hekayəni inkişaf etdirən ikinci panel. Ten (転): Klimaks rolunu oynayan və hekayəyə gözlənilməzlik qatan üçüncü panel.
Mettyu Koma
Mettyu Koma - (d. 2 iyun, 1987, Bruklin, Nyu-York) amerikalı müğənni, yazar, DJ və prodüser.
Qlasqo-Koma şkalası
Qlazqo-Koma şkalası (ing. Glasgow Coma Scale (GCS)) — insanın huşunu müəyyən etmək və neyroloji çatışmazlığı qiymətləndirmək üçün təsis edilmiş şkaladır. Bu şkala xüsusən kəllə beyin tavmalı xəstələrdə, koma və ya şok altında olan xəstələrin huşunu qiymətləndirmək üçün tətbiq edilir. Bu şkala ilk olaraq 1974-cü ildə Qlazqo Universitetinin iki neyrocərrahı Qrem Tisdeyl və Brayan Ç. Cennett tərəfindən təsis edilmiş və təcili tibbi yardım xidmətində tətbiq edilmişdir.
4-Koma Nano Ace
4-Koma Nano Ace (4コマnanoエース) – Kadokawa Shoten tərəfindən nəşr olunmuş yonkoma seynen və şonen manqa jurnalı. 2011-ci ildən 2013-cü ilə kimi nəşr olunmuşdur. Aiura (Çama) Black Rock-chan (Rinqo) (aprel 2011 - mart 2012) Chotto Kawaii Iron Maiden (Makoto Fukami, Alpha Alf Layla) Eureka Seven nAnO (2012 – yanvar 2013) G's Under Ground (Purapa) G-Sen Rough Sketch (Sakyu Tottori) Lucky Star (Kaqami Yoşimizu) The Melancholy of Haruhi-chan Suzumiya (Puyo) (2007 - ) Magical Record Lyrical Nanoha Force Dimension Nichijō (Keyichi Aravi) Chima R-15 (Nenqa Ninomiya) Sora no Kyūsoku (Suka) Strike Witches Gekijōban: 501 Butai Hasshin Shimasu-! (Makoto Fucibayaşi) Upotte!!
Koma 0,1 saniyədə
Filmdə üç dostun başına gələn məzəli və fantastik əhvalatlar əks etdirilir. Filmin əvvəlindəki titrlərdə Aytən rolunun ifaçısı Fatimə Fətəliyeva kimi, sonunda isə Göyçək Fatimə kimi göstərilmişdir. Filmdə "Qraf" adlı it çəkilmişdir. Filmdə "Taksi 3", "Yura dövrünün parkı", "Şrek", "Terminator 2", "Troya", "Zəng 2", "Matriks", "Conni inqliş", "Terminator 3", "Qladiator", "Dum", "Rezident Evil", "Buz dövrü", "Titanik", "Donni darko", "Cəsur ürək", "Qadın ətri", "Missiya mümkün deyil", "Ruh", "Ölümcül döyüş", "Hörümçək adam 2", "Üzüklərin hökmdarı", "Geniş qapanmış gözlərlə" filmlərindəki musiqilərdən istifadə olunmuşdur. Filmdə "Titanik" filminin sonuncu səhnəsindən istifadə olunmuşdur. Çəkiliş zamanı xəsarət alan olmamışdır.
Cəbəli-Tariq milli voleybol komandası (qadınlar)
Cəbəllüttariq qadın milli voleybol komandası — 2007-ci ildə Cəbəllüttariqin Avropa Voleybol Konfederasiyasına üzvlüyünün qəbul edilməsi ilə yaradılmışdır. Milli komandaya Cəbəllüttariq Voleybol Federasiyası nəzarət edir.
Cəbəli-Tariq qadın milli voleybol komandası
Cəbəllüttariq qadın milli voleybol komandası — 2007-ci ildə Cəbəllüttariqin Avropa Voleybol Konfederasiyasına üzvlüyünün qəbul edilməsi ilə yaradılmışdır. Milli komandaya Cəbəllüttariq Voleybol Federasiyası nəzarət edir.
Cəbəllüttariq qadın milli voleybol komandası
Cəbəllüttariq qadın milli voleybol komandası — 2007-ci ildə Cəbəllüttariqin Avropa Voleybol Konfederasiyasına üzvlüyünün qəbul edilməsi ilə yaradılmışdır. Milli komandaya Cəbəllüttariq Voleybol Federasiyası nəzarət edir.
Erigeron komarovii
Erigeron komarovii (lat. Erigeron komarovii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Ermənistan milli futbol komandası
Ermənistan milli futbol komandası - Ermənistanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası. Ermənistan Milli Yığması 14 oktyabr 1992 ci ildə SSRİ parçalandıqdan sonra yaranıb və İlk oyunu Moldova ilə olmuşdur.
Ermənistan milli voleybol komandası (qadınlar)
Ermənistan qadın milli voleybol komandası — Ermənistanı qadın voleybolunda yoldaşlıq görüşlərində və beyəlxalq turnirlərdə təmsil edən komandadır. Ancaq bu millinin hələ ki, heç bir beynəlxalq turnirdə çıxışı yoxdur. "FİVB"nın 131 milli komandadan ibarət reytinq siyahısına adı salınmaması buna bariz nümunədir. Bu ölkədə voleybola nəzarət isə Ermənistan Voleybol Federasiyasının (FSRA) əlindədir. Ermənistanda Voleybol Federasiyası bu ölkədəki bir çox məşhur idman növləri kimi 1991-ci ildə yaradılmışdır. Əlbəttə ki, buna səbəb ölkənin SSRİ-nin tərkibində olması idi. Ümumiyyətlə, bu ölkədə voleybolun hələ uzun müddət maraqsız bir sahə kimi qalacağı gözlənilir. Belə ki, milli komanda "CEV"in üzvü olsa da hələ də Ermənistanın qadın voleybolçuları heç bir turnirə qatılmaq üçün cəhd göstərməmişlər.
Ermənistan qadın milli voleybol komandası
Ermənistan qadın milli voleybol komandası — Ermənistanı qadın voleybolunda yoldaşlıq görüşlərində və beyəlxalq turnirlərdə təmsil edən komandadır. Ancaq bu millinin hələ ki, heç bir beynəlxalq turnirdə çıxışı yoxdur. "FİVB"nın 131 milli komandadan ibarət reytinq siyahısına adı salınmaması buna bariz nümunədir. Bu ölkədə voleybola nəzarət isə Ermənistan Voleybol Federasiyasının (FSRA) əlindədir. Ermənistanda Voleybol Federasiyası bu ölkədəki bir çox məşhur idman növləri kimi 1991-ci ildə yaradılmışdır. Əlbəttə ki, buna səbəb ölkənin SSRİ-nin tərkibində olması idi. Ümumiyyətlə, bu ölkədə voleybolun hələ uzun müddət maraqsız bir sahə kimi qalacağı gözlənilir. Belə ki, milli komanda "CEV"in üzvü olsa da hələ də Ermənistanın qadın voleybolçuları heç bir turnirə qatılmaq üçün cəhd göstərməmişlər.
Estoniya milli futbol komandası
Estoniya milli futbol komandası - Estoniyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası. transfermarkt.de saytının məlumatına görə Estoniya millisinin bütün oyunçularının ümumi bazar dəyəri 2012-ci ilin sentyabr ayına görə 12,75 milyon avro qiymətində dəyərləndirilmişdir.
Estoniya milli voleybol komandası (qadınlar)
Estoniya qadınlardan ibarət milli voleybol komandası — Estoniyanı qadın voleybolunda təmsil edən milli komanda. Bu milliyə Estoniyadakı ən güclü qadın voleybolçular çağrılır. Milliyə nəzarət Estoniya Voleybol Federasiyasının əlindədir. Estoniya 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağıldıqdan sonra müstıqil oldu və elə həmin il voleybol federasiyasını yaradan ölkə öncə FİVB daha sonra isə CEV üzvü ola bildi. Milli komandanın digər ölkələrə görə gec yaradılması onun inkişafını da ləngidirdi. Estoniya qadın millisinin son illərdəki ən güclü çıxışı Azərbaycanda olmuşdu. Belə ki, 2014-cü ilin dünya çempionatının seçmə mərhələsində Azərbaycan, Serbiya və İsrail milliləri komandaya rəqib idi. Turnirin öncəsində Belarus kimi heç də zəif sayılmayan milli komandanı yoldaşlıq görüşündə məğlub edən estonlar Bakıda keçiriləcək təsnifat mərhələsinə böyük əfval-ruhiyyədə gəlmişdilər. Ancaq seçmə mərhələdə hər üç görüşdə "3-0" hesabı ilə məğlub olan komanda dünya çempionatına vəsiqə qazana bilməmişdi. Ancaq estonların Bakıdakı qarşılaşmalarda göstərdiyi əzmkar oyun böyük rəğbət qazanmışdı.
Estoniya qadın milli voleybol komandası
Estoniya qadınlardan ibarət milli voleybol komandası — Estoniyanı qadın voleybolunda təmsil edən milli komanda. Bu milliyə Estoniyadakı ən güclü qadın voleybolçular çağrılır. Milliyə nəzarət Estoniya Voleybol Federasiyasının əlindədir. Estoniya 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağıldıqdan sonra müstıqil oldu və elə həmin il voleybol federasiyasını yaradan ölkə öncə FİVB daha sonra isə CEV üzvü ola bildi. Milli komandanın digər ölkələrə görə gec yaradılması onun inkişafını da ləngidirdi. Estoniya qadın millisinin son illərdəki ən güclü çıxışı Azərbaycanda olmuşdu. Belə ki, 2014-cü ilin dünya çempionatının seçmə mərhələsində Azərbaycan, Serbiya və İsrail milliləri komandaya rəqib idi. Turnirin öncəsində Belarus kimi heç də zəif sayılmayan milli komandanı yoldaşlıq görüşündə məğlub edən estonlar Bakıda keçiriləcək təsnifat mərhələsinə böyük əfval-ruhiyyədə gəlmişdilər. Ancaq seçmə mərhələdə hər üç görüşdə "3-0" hesabı ilə məğlub olan komanda dünya çempionatına vəsiqə qazana bilməmişdi. Ancaq estonların Bakıdakı qarşılaşmalarda göstərdiyi əzmkar oyun böyük rəğbət qazanmışdı.
Eysebionun milli komandada vurduğu qolların siyahısı
Eysebio (1942–2014) 1961-1973-cü illər aralığında 64 matçda çıxış etdiyi Portuqaliya milli futbol komandasının tərkibində 41 qola imza atmışdır. O, millinin tarixində ən çox qol vurmuş oyunçu kimi qalırdı ta ki, 2005-ci ildə Pauleta onun bu rekordunu təzələyənədək. Hal-hazırda o, Kriştiano Ronaldonun birinci olduğu sıralamada üçüncü pillədə qərarlaşıb. Eysebio 1966 FİFA Dünya Kuboku turnirinin 9 qol ilə bombardiri olmuşdur. Həmçinin yarımfinal qarşılaşmasında o Şimali Koreya milli komandasının qapısından 4 top keçirmişdir. O, beynəlxalq oyunlarda 2 dəfə het-trikə imza atmışdır; buraya Şimali Koreya və turnirin seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirdiyi oyunlar daxildir.
Farer adaları milli futbol komandası
Farer adaları milli futbol komandası (far. Føroyska fótbóltsmanslandsliðið; dan. Færøernes fodboldlandshold) — Farer adalarını futbol üzrə beynəlxalq yarışlarda təmsil edən komanda. Komanda Farer Adaları Futbol Federasiyası tərəfindən idarə olunur. 14 iyun 2019-cu ilə olan məlumata görə Farer adaları millisi FİFA reytinqində 107-ci, 11 oktyabr 2017-ci il məlumatına görə isə UEFA reytinqində 46-cı yerdədir. Farer adaları millisi ilk oyununu 1930-cu ildə keçirmişdir. Amma komandanın 1988-ci ildən başlayaraq keçirdiyi oyunlar rəsmi oyunlar hesab edilir. Həmin il Farer Adaları Futbol Federasiyası FİFA-ya üzv qəbul olunmuşdur (UEFA-ya isə federasiya 1990-cı ildə üzv qəbul edilmişdir). Farer adalarının faktiki müstəqil dövlət statusuna malik olmamasına baxmayaraq (Danimarkanın tərkibində geniş muxtariyyata malikdir), milli yığmaya beynəlxalq yarışlarda iştirak etməyə icazə verilir. Farer adaları millisinin nailiyyətləri arasında 1989 və 1991-ci illərdə keçirilən Ada Oyunları turnirində iki qələbə var.
Frans Bekkenbauerin milli komandada vurduğu qolların siyahısı
Bu Qərbi Almaniya millisinin şərəfini qorumuş, dünyanın ən yaxşı futbolçularından biri hesab olunan Frans Bekkenbauerin milli komandada vurduğu qolların siyahısı. O, 1965–1977-ci illər aralığında 103 matçda millinin formasını geyinmiş və 14 qola imza atmışdır. İlk matçını 1965-ci ilin 26 sentyabr tarixində keçirmişdir. O, 1966 FİFA Dünya Kubokunda gümüş medal, 1970 FİFA Dünya Kubokunda bürünc və nəhayət 1974 FİFA Dünya Kubokunda qızıl medal qazanmışdır. Həmçinin hər 3 Dünya Kuboku turnirinin rəmzi yığmasına daxil edilmişdir. Bundan başqa o, UEFA Avro 1972 turnirini qalib kimi, UEFA Avro 1976 turnirini isə gümüş mükafatçı kimi bitirməyə müvəffəq olmuşdur. Hesablar və nəticələr tablosu.
Fransa milli basketbol komandası
Fransanın kişilərdən ibarət milli basketbol komandası — Fransanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Fransa Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Vinsent Kolletdir.
Fransa milli futbol komandası
Fransa milli futbol yığması (fr. Équipe nationale de France de football) — Fransanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol yığması. Komanda 1904-cü ildə yaradılmışdır. 1958-ci ildə ,dünya çempionatında 3-cü olublar .Bu nailiyyəti 1982 və 1986-cı illərdə yenə göstərmişdir. İlk dünya çempionluğunu isə 1998 də yaşayıblar . 2000-ci il Avropa çempionatında Italiyaya 2-1 qalıb gəldilər və qızıl medalları qazandılar. 2006 dünya çempionatında finala çıxdılar amma 80-ci dəqiqədə Zidan Marko Matareyziyə kəllə atdı və son 10 dəqiqəyə 1nəfər əskik keçirdilər. Penaltilər seriyasında isə 5-3 Fransa uduzdu.Bundan sonra komanda zəiflədir. 2016 avropa çempionatına ev sahibliyi etdiyinə görə birbaşa çıxış etdi Burada yenə finala çıxdılar amma əlavə vaxtda Portuqaliyaya 1-0 uduzdular . 2018-ci il Dünya çempionatında Xorvatiyanı 4-2 hesabı ilə məğlub edərək 2-ci dəfə dünya çempionu oldular.
Fransanın kişilərdən ibarət milli basketbol komandası
Fransanın kişilərdən ibarət milli basketbol komandası — Fransanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Fransa Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Vinsent Kolletdir.
Frenk Lempardın İngiltərə milli komandasında çıxışı
Frenk Lempardın İngiltərə milli komandasında debütü 1997-ci ildə U-21 yaşlı İngiltərə milli komandasında Yunanıstan millisinə qarşı olmuşdur. O, U-21-in tərkibində 1997-ci ilin noyabr ayından 2001-ci ilin iyun ayınadək 19 matçda meydana çıxdı və 9 qola imza atdı. Daha sonra isə 1998-ci ilin fevral ayında 1 matçda İngiltərə B komandasının tərkibində Çili yığmasına qarşı oyun keçirdi və matç ev sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatdı. Lempard İngiltərə milli futbol komandasının tərkibində ilk matçına 1999-cu ildə yoldaşlıq oyunu çərçivəsində Belçika yığmasına qarşı keçirilən matçda çıxdı və millinin tərkibində ilk qolunu 2003-cü ildə Xorvatiya millisinə qarşı vurdu. Bu matçın yekununda İngiltərə yığması 3-1 hesablı qələbəyə sevinmişdir. Lempard İngiltərə milli futbol komandasının tərkibində 2013-cü ildə Ukrayna millisinə qarşı oynadığı görüşdə millinin heyətində 100 oyunluq səddi keçmiş səkkizinci futbolçu adını qazandı. O, UEFA Avro 2000 və 2002 FİFA Dünya Kuboku turnirlərində milli komandanın tərkibinə salınmamışdır və UEFA Avro 2004-də iştirak edə bilmək üçün imkan gözləyirdi. Lempardın çıxış etdiyi İngiltərə yığması turnirin 1/4 final mərhələsinə kimi gəldi və o, bura qədər artıq 3 dəfə fərqlənə bilmişdir. O, qrup oyunlarında Fransa və Xorvatiya milli komandalarının qapısından topu keçirmiş və 1/4 final mərhələsinin görüşü çərçivəsində Portuqaliya yığmasına qarşı oynanılan matçın 112-ci dəqiqəsində turnirdə özünün üçüncü qoluna imza atmaqla matçda hesabı 2-2 etmiş lakin penaltilər seriyasında İngiltərə millisi məğlub olmuşdur. Turnirin sonunda isə o UEFA-nın tərtib etdiyi ilk onbirlikdə yer almışdır.
Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq turnirlərdə
Futbol üzrə Azərbaycan milli komandası Azərbaycan SSRİ tərkibindən çıxdıqdan sonra beynəlxalq turnirlərdə və yoldaşlıq oyunlarında iştirak etməyə başladı. Millinin ilk görüşü 17 sentyabr 1992-ci ildə Gürcüstanın Gürcuaani şəhərində Gürcüstan komandası ilə yoldaşlıq oyunu olmuş və komandamız 6:3 hesabı ilə məğlub olmuşdur. Azərbaycanda keçirilən ilk oyunda da Gürcüstan komandası ilə 25 may 1993-cü ildə Gəncə şəhərində yoldaşlıq oyununda qarşılaşmış və 1:0 hesabı ilə qalib gəlmişdir. 1930-cu ildə FİFA dünya ölkələri arasında ilk futbol üzrə Dünya Çempionatı keçirmişdir. UEFA isə 1960-cı ildən Avropa Çempionatı keçirir. Azərbaycan 1994-cü ildən həm UEFA-nın, həm də FİFA-nın üzvü olduqdan sonra dünya və Avropa çempionatlarında çıxış etməyə başlamışdır. Millimizin ilk oyunu 1994-cü il sentyabrın 7-si Rumıniyada baş tutmuşdur. Meydan sahibləri 3:0 qalib gəlmişlər. 1994-cü ildə ölkədəki vəziyyəti əsas gətirən UEFA Azərbaycan millisinin ev oyunlarını ölkədə keçirilməsinə icazə verməmişdir. 1996-cı il Avropa çempionatının seçmə oyunlarında millimiz ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirmişdir.
FİFA Dünya Kuboku Bütün Zamanların Komandası
FİFA Bütün Zamanların Komandası xəyali heyəti 1994-cü ildə FİFA tərəfindən dərc edilmişdir. Buraya on bir futbolçu daxildir ki, bunlardan biri qapıçı, dördü müdafiəçi, üçü yarımmüdafiəçi, üçü isə hücumçudur.
Fələstin milli futbol komandası
Fələstin milli futbol komandası — 1998-ci ildən yaradılan Fələstin milli komandasını ilk dəfə argentinalı Rikardo Karuqati çalışdırıb. Əvvəllər Səudiyyə Ərəbistanı, Mərakeş, Misir, İran, Lixtenşteyn, Vyetnam və Küveyt yığmalarını çalışdıran avstriyalı Alfred Ridl də Fələstin millisində çalışmaq imkanı əldə edib. Fələstin Futbol Federasiyası (FFF) 1998-ci ildən FİFA-nın üzvüdür. Bu ölkənin əsas komandası ilk oyununu İordaniya millisinə qarşı keçirib və həmin görüş 1:1 hesabı ilə başa çatıb. Fələstin milli komandası ilk dəfə Asiya qitəsinin 2006-cı ildə təşkil olunan dünya çempionatının seçmə mərhələsində iştirak edib. Bölgədə müharibə səngimədiyindən, komanda hazırlıqlarını Misirdə, oyunlarını isə Qətərdə keçirirdi. Fələstin milli komandasının yaranması isə yerli iş adamlarının köməkliyi ilə olub. Bununla bağlı yığmanın sabiq çalışdırıcısı Ridl deyir: "Təxminən 10 nəfərə yaxın iş adamı Fələstin yığmasının maliyyə xərclərini öz üzərlərinə götürdü. Mənə də sərfəli təklif irəli sürdülər. Tərəddüd etmədən qəbul etdim.
Fənərbaxça Basketbol Komandası
Fənərbaxça İdman Klubunun kişi basketbol şöbəsidir. Köhnə adı Fənərbaxça Ülker. 2017-ci ildə Euroleague çempionu olaraq, Avropa qitəsinin ən güclü komandası olmuş və Türk basketbol tarixinin ən böyük müvəffəqiyyətini qazanmışdır. Ülkerspor, Fənərbaxça İdman Klubu ilə birləşərək "Fenerbahçe Ülker" adını almışdır. Kişi və qadın basketbol komandaları vardır. Avropa yarışlarına Fenerbahçe Ülker adıyla Fenerbahçe basketbol komandası iştirak edəcəkdir. Fənərbaxça Basketbol Komandası ad sponsoru olmadan 2016-2017 Euroleague çempionu olmuşdur. 1975-ci ildə Nasaşspor adı ilə yaradılan klub təxminən 20 il Türk basketbolunun orta sıra komandalarından biri kimi yarışlarda iştirak etmişdir. 1993-cü ildəqida sektorunun öncül firmalarından olan Ülker tərəfindən satın alınan klubun tərkibi və hədəfləri tamam dəyişdi. Ülkerspor kimi adını dəyişəndən bir sezon sonra Türkiye Basketbol Liqasında finala çıxdı və Türkiyni Koraç Kupasında təmsil etdi.
Hollandiya milli futbol komandası
Niderland milli futbol komandası — Niderlandı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası. (FİFA kodu NED) UEFA üzvlərindən biridir, Niderlandın Futbol Kral Asosiasiyasındadır, üç ev stadionu var (Amsterdam Arena, Feyenord Stadionu və Filips Stadionu). İlk beynəlxalq görüşü — Belçika ilə (30 aprel 1905, 4–1, Antverpendə), ən böyük qələbələri San-Marino (11–0, 2 sentyabr 2011, Eyndhoven) və Norveç (9–0, 1 noyabr 1972, Rotterdamda) üzərində, ən böyük məğlubiyyəti isə İngiltərənin həvəskar yığma komandası ilədir (12–2, 21 dekabr 1907, Darlinqtonda). FİFA dünya kubokunda görünmələri — 8 (ilk dəfə 1934-cü ildə), Avropa çempionatında isə — 7 (ilk dəfə 1976-cı ildə, 1988-ci ilin qalibidir). Niderlandın əzəli və əbədi rəqibi Almaniyadır. Hollandiyalıların ev çıxışı maykaları Oranlı Vilhelmin gerbindən gələn tarixli narıncı rəngindədir. Avroda-2008 komanda 30 il içində İtaliyanı ilk dəfə darmadağın etmişdi.
Hollandiya milli voleybol komandası
Niderland kişi milli voleybol komandası - Niderlandı beynəlxalq voleybol turnirlərində təmsil edən milli voleybol komandası.
Honduras milli futbol komandası
FİFA Dünya Kuboku 2010-da iştirak etmişdir.
Koma 0,1 saniyədə (film, 2007)
Filmdə üç dostun başına gələn məzəli və fantastik əhvalatlar əks etdirilir. Filmin əvvəlindəki titrlərdə Aytən rolunun ifaçısı Fatimə Fətəliyeva kimi, sonunda isə Göyçək Fatimə kimi göstərilmişdir. Filmdə "Qraf" adlı it çəkilmişdir. Filmdə "Taksi 3", "Yura dövrünün parkı", "Şrek", "Terminator 2", "Troya", "Zəng 2", "Matriks", "Conni inqliş", "Terminator 3", "Qladiator", "Dum", "Rezident Evil", "Buz dövrü", "Titanik", "Donni darko", "Cəsur ürək", "Qadın ətri", "Missiya mümkün deyil", "Ruh", "Ölümcül döyüş", "Hörümçək adam 2", "Üzüklərin hökmdarı", "Geniş qapanmış gözlərlə" filmlərindəki musiqilərdən istifadə olunmuşdur. Filmdə "Titanik" filminin sonuncu səhnəsindən istifadə olunmuşdur. Çəkiliş zamanı xəsarət alan olmamışdır.

Digər lüğətlərdə