KÖÇ

KÖÇ I is. Düşərgə, arandan dağa, dağdan arana getmə. Qoyunun üçü gəldi; Dolandı köçü gəldi (Bayatı).

KÖÇ II f. Bir yerdən başqa yerə getmək; vəfat etmək. Günəş doğmamış sən; Ömürlük köçdün həyatdan (B.Azəroğlu).

KOMA
KÖK
OBASTAN VİKİ
Köç
Köçərilik və ya nomadizm — köçərilərin mövsümlə bağlı yaylağa, qışlağa, güzləyə və yazlağa müvəqqəti yerdəyişməsi. == Köç və köçərilik == Sovet dövrü ensiklopediyalarında bildirilir ki, "köçərilik otlaqların azlığı və havaların isti keçməsindən irəli gəlmişdir. Köçəriliyin uzun müddət davam etməsi əhalinin iqtisadi, içtimai va mədəni inkişafına mənfi təsir göstərirdi" və b. fikirlərin əks olunması məhz bu kontekstdə anlaşılırdı. Qeyd edək ki, köçəriliyin iki qismi var: Bunlardan biri horizantal köçəbəlikdir. Horizantal köçəbəliklə məşğul olanlar qeyri-müəyyən, məsafələr arasında güzəran keçirir, ot-örüş ardınca diyar-diyar, ölkə-ölkə gəzirlər. Düşdükləri yurda bir də qayıtmırlar. Ikinci qism köçəriliyə vertikal köçəbəlik deyilir. Vertikal köçərilər müəyyən məsafə arasında, yaylaq-qışlaq həyatı yaşayırlar. Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət edimişdir.
Köç (dəqiqləşdirmə)
Köç — Köç (film, 1983) — film. Köç (film, 1986) — Rejissor Cəmil Quliyevin filmi.
Köç Dastanı
Köç dastanı — Uyğur dastanı. == Dastanın məzmunu == Uyğurların yurdunda "Hulqun" adlı bir dağ vardı. Bu dağdan Tuşla və Sələngə adlı iki çay axardı. Bir gecə oradakı bir ağacın üzərinə göydən ilahi bir işıq düşdü. İki çay arasında yaşayan xalq bunu diqqətlə izlədi. Ağacın gövdəsində şişkinlik əmələ gəldi, ilahi işıq 9(doqquz) ay 10(on) gün şişkinlik üzərində durdu. Ağacın gövdəsi yarıldı və içində beş uşaq göründü. Bu ölkənin xalqı bu uşaqları böyütdü. Ən kiçikləri olan Buqun xan böyüyüncə xaqan oldu. Ölkə zəngin, xalq isə xoşbəxt oldu.
Köç ədəbiyyatı
Məhcər ədəbiyyatı yaxud Köç ədəbiyyatı (ərəb. أدب المهجر‎) — XIX əsrin sonları və XX əsrin əvvəllərində Amerikaya mühacirlərin ərəbcə ədəbi cərəyanı. Cübran Xəlil Cübran, Nəsib Ərizə, Mixail Nüeymə, Əmin ər-Reyhani, Əbdülməsih Həddad, İliya Əbu Mazi və Rəşid Əyyub Şimali Amerikada məhcərin ən görkəmli nümayəndələri hesab olunurlar. == Məşhur qəzet və jurnalları == Mühacir ərəblər Amerika qitəsində, xüsusilə Argentina, Braziliyada ərəb dilində qəzet, ədəbiyyat jurnalları çap edirdilər. Bundan əlavə onlar ərəb şairləri, yazıçıları bir araya yığaraq mühacir ərəblərin bir-biriləri ilə əlaqə yaratmasına şərait yaratmaq üçün ədəbiyyat klubları təsis etmişdilər. 250-dən çox çap olunan qəzet və jurnallar bir çox ədəbi şəxsiyyəti bir araya gətirmişdi. İlk qurulan ədəbiyyat klubu "Ər Rabiatul Qalamiyya" (Qələm cəmiyyəti) və çap olunan jurnal da eyni adlı jurnal olmuşdur. Klub 1920-ci ildə Xəlil Cübran Xəlilin başçılığı ilə qurulmuşdur. Üzvlərinin ölümündən sonra 1933-cü ildə zəifləmiş cəmiyyəti Sao Pauloda Şükrüllah əl Cur tərəfindən yaradılmış Əl Usbətul Əndəlusiyyə cəmiyyəti əvəz etmişdi.
Köç (film, 1983)
== Məzmun == Ta qədim zamanlardan babalarımız qışı aranda, yayı yaylaqda keçirərdilər. İndi də bu ənənə davam etdirilir. Elə ki, yaz gəldi respublikamızın dağ bölgələrinin yolları qoyun sürüləri ilə dolur, sonra da tezliklə çəkilib uzaqlaşır. Əlbəttə, köçün də öz ənənələri, qayda-qanunları var. Filmdə tamaşaçılar Jdanov(indiki Beyləqan), Laçın və başqa dağ bölgələrinin yolları ilə dağlara qalxır, çobanların həyatı ilə tanış olurlar. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zaur Məhərrəmov Ssenari müəllifi: Vidadi Paşayev Operator: Zaur Məhərrəmov Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Naxçıvanın köç yolları
Naxçıvanın köç yolları — Аzərbаycаndа bаşqа təsərrüfat sahələri ilə yanaşı, maldarlığın inkişafı təbii-coğrafi şəraitlə üzvi sürətdə bağlı olmuşdur. Burada maldarlıq əsas etibarı ilə Mezolit dövründə yаrаnmış, Neolit dövründən yerli əhalinin təsərrüfat fəaliyyətində və güzəranında daha geniş yer tutmağa başlamışdır. Аpаrılаn tədqiqаtlаr sübut edir ki, Аzərbаycаndа hələ qədim dövrlərdən mаldаrlıq üzrə zəngin təsərrüfаt mədəniyyəti оlmuşdur. Аzərbаycаnın digər bölgələrində оlduğu kimi, XIX əsrin əvvəllərində Nахçıvаndа dа mаldаrlıq təsərrüfаtı sаhəsində хırdаbuynuzlu heyvаnlаr üstünlük təşkil edirdi. Mənbələrin məlumatına görə, Naxçıvan diyarında qoyunçuluq daha çox inkişaf etmişdir. Xırdabuynuzlu maldarlığın üstünlük təşkil etməsi bölgədə köçmə-yaylaq maldarlığının əsasını qoymuşdur. Naxçıvanda maldarlıq təsərrüfatı əsasən oturaq formada olmaqla yaylaq və qışlaq xarakteri daşımışdır. Оturаq mаldаrlığın əsаs səciyyəvi хüsusiyyəti оndаn ibаrətdir ki, heyvаnlаr ilbоyu dаimi yаşаyış məskənləri ərаzisində оlur. Gündüz ətrаfdаkı оtlаqlаrdа оtlаyır, ахşаm isə geri qаyıdır. Mаldаrlıq təsərrüfаtının bu fоrmаsı ilə məşğul оlаn əhаlinin dаimi yаşаyış məskənləri, evləri, əkinçilik sаhələri və оturаq хаrаkterli təsərrüfаt-məişət аvаdаnlıqlаrı оlur.
Ermənilərin Cənubi Qafqaza köçürülməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. == Köçürülmə planının məqsədi == Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. == Türkmənçay müqaviləsinin nəticəsi == Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
Ermənilərin Naxçıvana köçürülməsi

F.Köçərli adına Respublika Uşaq Kitabxanası
F. Köçərli adına Respublika Uşaq Kitabxanası — 1965-ci ildə yaradılmış kitabxana. == Fəaliyyəti == 1999-cu ildə qüvvəyə minmiş "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il 27 dekabr tarixli "2005–2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları və 6 oktyabr 2008-ci il tarixli "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkışafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamı kitabxana işinin inkişafında yeni bir mərhələ olmuşdur. F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Avtomatlaşdırma və kompüterləşdirmə şöbəsi 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şöbə kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi və elektron kataloqun yaradılması proseslərini müvəffəqiyyətlə həyata keçirir. 2009–2014-cü illər ərzində Elektron kataloqa 119 min 932 nüsxə kitab, "Qızıl fond" bazasına 386 kitab, "Retro" bazasına 19 min 993 adda, Elektron kartotekaya isə 60 min 865 yazı daxil edilmişdir. Milli mənəvi dəyərlərimizin qorunması məqsədilə kitabxananın saytında (www.clb.az) kitab adidələri rubrikası açılmış və orada "Qızıl fond"da olan kitabların təqdimatı hazırlanaraq oxucuların diqqətinə çatdırılmışdır. Milli dəyərlərimizin qorunması və təbliği işində kitabxana bir sıra tədbirlər həyata keçirir. Hər il kitabxanada 2 aprel Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar Milli Uşaq Kitabı Sərgisi təşkil olunur. 2009-cu il uşaq İli ilə əlaqədar kitabxanada "Dünya uşaq ədəbiyyatının inciləri" adlı Beynəlxalq kitab sərgisinin açılışı oldu. Azərbaycanda fəaliyyət göstərən 20 ölkənin səfirlikləri uşaq ədəbiyyatlarını kitabxanada nümayiş etdirməklə təkcə uşaq ədəbiyyatı nəşri ilə məşğul olan nəşriyyatların, redaktorların, yazarların deyil, həmçinin uşaqların marağına səbəb oldu.
Firidun bəy Köçərli
Firidun bəy Köçərli (26 yanvar 1863, Şuşa – 5 iyun 1920, Gəncə) — Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi. == Həyatı və təhsili == Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almışdır. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur.1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlir və Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır. 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A. O. Çernyayevski və M. Kipiani ilə yaxın münasibət saxlayır. == Fəaliyyəti == 1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır. 1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilmişdir.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Firudin Köçərli
Firudin Qasım oğlu Köçərli (28 dekabr 1920, Gədəbəy, Gəncə qəzası – 3 iyun 2005, Bakı) – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru (1966), akademik, AEA-nın həqiqi üzvü (1976), professor (1968). == Həyatı == Firudin Köçərli 28 dekabr 1920-ci ildə Gədəbəy rayonun İsalı kəndində anadan olmuşdur. 1926–1935-ci illərdə İsalı kənd orta məktəbində təhsil almışdır. O, 1936–1940-cı illərdə Gəncə Pedoqoji Texnikumunda təhsilini davam etdirmişdir. Texnikumu bitirdikdən sonra İsalı kəndinə qayıdaraq müəllimlik fəaliyyətinə başlamışdır. Firudin Köçərli 1945-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdində olan Fəlsəfə şöbəsinə daxil olmuşdur. Universitetdə Tələbə Həmkarlar Təşkilatının sədri seçilən Köçərli universiteti fərqlənmə diplomu ilə bitirmişdir. == Əmək fəaliyyəti == Firudin Köçərli 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universiteinin Fəlsəfə kafedrasının dosenti vəzifəsini icra etmişdir. O, 1958–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə sektorunun rəhbəri olmuş, 1967-ci ildən 1985-ci ilə qədər Fəlsəfə və Hüquq İnstitutunun direktoru vəzifəsində fəaliyyət göstərmişdir. Akademik ömrünün sonunadək bu institutda fəaliyyət göstərmişdir.
Firudin bəy Köçərli
Firidun bəy Köçərli (26 yanvar 1863, Şuşa – 5 iyun 1920, Gəncə) — Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi. == Həyatı və təhsili == Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almışdır. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur.1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlir və Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır. 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A. O. Çernyayevski və M. Kipiani ilə yaxın münasibət saxlayır. == Fəaliyyəti == 1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır. 1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilmişdir.
Firudin bəy Köçərlinin evi
Firudin bəy Köçərlinin evi — Şuşa şəhərində XIX əsrdə tikilmiş yaşayış binası. Köçərli məhəlləsində yerləşir. XIX əsrin memarlıq abidəsidir. Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firudin bəy Köçərlinin yaşadığı ev. 1992-ci ildə Şuşa şəhəri işğala məruz qalandan sonra dağıdılmışdır. == Tarixi == Firudin bəy Köçərlinin evi Şuşa şəhərində Köçərli məhəlləsində, hal-hazırda 20 yanvar küçəsində yerləşir. Bina XIX əsrdə inşa edilib. Firudin bəy Köçərli Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisidir. Yaşayış binası 8 may 1992-ci ildə Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılmışdır. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilmişdir.
Fərhad Köçər
Fərhad Köçər (d. 11 may 1970, Birecik, Şanlıurfa) — musiqiçisi, Cərrahpaşa Tibb fakültəsi Xəstaxanasında həkim, cərrah.
Hüseyn bəy Köçərlinski
Köçərlinski Hüseyn bəy Əhməd bəy oğlu (1808-?) — Qarabağ bəylərindən, Qarabağ atlı alayının zabiti, praporşik. == Həyatı == Hüseyn bəy Əhməd bəy oğlu 1808-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Qarabağ atlı alayında praporşik rütbəsində qulluq etmişdi. Rus və şərq dillərini mükəmməl bilirdi. Ədəbiyyatla maraqlanırdı. Qarabağın böyük mülkədarlarından sayılırdı. Bir müddət Mehdiqulu xan Cavanşirə xidmət etmişdi. 1920-ci ilin 5 iyununda növbəti (və son) dindirilməsində Firidun bəy Köçərli belə yazırdı: "Məni müsavatçı kimi həbs etmişlər. Mənim tərəfimdən xalqa qarşı heç bir təzyiq olmamışdır.
Həbib bəy Köçərli
Köçərli Həbib bəy Kərim bəy oğlu (1890-?) — rejissor, aktyor, incəsənət xadimi. == Həyatı == Həbib bəy Kərim bəy oğlu 1890-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Tiflis 1-ci gimnaziyaya daxil olub, 1913-cü ildə tamamlamışdı. Almaniyanın Leypsiq şəhərində kommersiya institutunda təhsilini davam etdirmişdi. Həbib bəy Köçərli teatr həvəskarı idi. Həm Tiflis, həm də Şuşa teatrına öz töhfəsini vermişdi. Teatrşünas Abbas Hacıyev onun haqqında yazır: "Həbib bəy Köçərli Tiflisdə aktyor və rejissor kimi böyük şöhrət tapmışdı. O, savadlı, dünyagörüşün genişliyi, həyata, bədii əsərə, onun səhnə təcəssümünə orjinal baxışı, incə zövqü və həssaslığı ilə Tiflis Azərbaycan artistlərinin çoxundan fərqlənirdi. O, rus, gürcü, tatar və erməni aktyorları ilə əlaqə saxlayır, realist-romantik təcrübəni yayır, müxtəlif səpkili əsərlərdə bacarıqla, özünəməxsus üslubla oynaya bilir və onun təbini, səhnə istedadı ədəb mühit tərəfindən qiymətləndirilirdi".
Köçbək
Köçbək — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Culçayın sağ qolu olan Köçbəyçayın sahilində, Paşalı (Əzizbəyov) - Sisyan yolunun üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Qoçubəy kimi qeyd edilmişdir. Toponim türk dilində «düşərgə, çobanların müvəqqəti yaşayış yeri, yurd» mənasında işlənən koş (> koç) sözü ilə qədim türk dilində «təpə» mənasında işlənən bək (bak sözünün) birləşməsindən əmələ gəlib «təpəlikdə yerləşən köç, düşərgə, çobanların yaşayış yeri» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Hedzor qpyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 25 nəfər, 1873 - cü ildə 226 nəfər, 1886-cı ildə 312 nəfər, 1897-ci ildə 417 nəfər, 1904 - cü ildə 425 nəfər, 1914 - cü ildə 470 nəfər, 1916-cı ildə 537 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış və sakinləri - azərbaycanlılar qırğınlarla qovulmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər ata-baba yurdlarına dönə bilmişdir.
Köçdü balaban
Köçdü balaban — Azərbaycan xalq rəqsi. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaranıb. Bu rəqs ona görə belə adlanır ki, çox vaxt balaban və dümbək, ya da zurna və dümbək sədası altında ifa olunur. Yallının orijinallığı orasındadır ki, rəqs başlayandan 5-6 nəfər çiyin-çiyinə dairə şəklində bərk tutub dururlar. Bir bu qədər adam da onların çiyninə çıxır. Belə bir ana "Qazı-qazı" yallısında da təsadüf edilir. Lakin orada bu hərəkət ayrıca element təşkil edir. "Köçdü balaban"da isə rəqs belə başlanır. Aşağıda duranlar çox sadə hərəkətlər edirlər, sağ ayaqla sağa addım atır, sol ayağı sağ ayağın yanına qoyurlar. Beləcə dairə üzrə hərəkət edirlər.
Köçmə
Köçmə və ya emiqrasiya (lat. emigro — "köçürəm") — iqtisadi, siyasi, şəxsi şərtlər səbəbindən bir ölkədən digərinə köçmə.
Köçtəpə (Xudabəndə)
Köçtəpə (fars. كوچ تپه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,044 nəfər yaşayır (228 ailə).
Köçvəlili
Köçvəlili — Azərbaycan Respublikasının Ağstafa rayonunun Köçvəlili kənd inzibati ərazi dairəsində kənd.
Köçvəlili bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Köçürən zond mikroskopu
Köçürən zond mikroskopu — Bu zondlar müasir dövrün mikroskoplarıdır. Hissəciyin üst hissəsini zond vasitəsilə köçürmək mümkün olduğundan atom və molekulların belə hərəkətini görmək mümkün olur.
Köçəmiş (Salmas)
Küçəmişk (fars. كوچمشك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 576 nəfər yaşayır (140 ailə).
Köçəri
Köçəri ― Azərbaycanın milli rəqsi olan yallının bir növü. “Köçəri” (sinonim: ötəri) sözünün azərbaycanca mənası bir yerdə qərar tutmayan, tez-tez yerini dəyişən deməkdir. Bu amil rəqsin də gedişində özünü göstərir belə ki, rəqs edənlər bir-birlərinin kəmərlərindən tutaraq, dairəvi yallı gedirlər. Rəqs ritmikdir, əsasən balaban və nağara çalınır. 2/4 ritmində oynanılan bir rəqsidir. 1940-cı ildə erməni bəstəkarı Aram Xaçatryan konsert verərkən Azərbaycanın “Köçəri” rəqsindən istifadə edib. Bunun heç cür erməni rəqsinə bir aidiyyatı yoxdur. Qədim tarixə malik bu rəqs, Azərbaycanın folklor nümunəsidir. == Tarixi == “Köçəri” rəqsi Yallı rəqsinin bir növü olduğundan, onun yaranma tarixi yallının tarixi qədər hesab oluna bilər. Azərbaycanda mərasim rəqsi sayılan “Yallı”nın tarixini eramızdan əvvəl V minnilliyə aid olduğunu sübuta yetirmişdir.

Digər lüğətlərdə