Firudin bəy Köçərlinin evi — Şuşa şəhərində XIX əsrdə tikilmiş yaşayış binası. Köçərli məhəlləsində yerləşir. XIX əsrin memarlıq abidəsidir. [1] Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firudin bəy Köçərlinin yaşadığı ev. 1992-ci ildə Şuşa şəhəri işğala məruz qalandan sonra dağıdılmışdır.
Firudin bəy Köçərlinin evi | |
---|---|
| |
39°45′52″ şm. e. 46°44′47″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Şuşa şəhəri, 20 yanvar küçəsi |
Aidiyyatı | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XIX əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | dağıdılmış |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 360 |
Kateqoriya | imarət |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Firudin bəy Köçərlinin evi Şuşa şəhərində Köçərli məhəlləsində, hal-hazırda 20 yanvar küçəsində yerləşir. Bina XIX əsrdə inşa edilib. Firudin bəy Köçərli Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisidir. Yaşayış binası 8 may 1992-ci ildə Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılmışdır.
Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilmişdir.[1][2]
Firudin bəy Köçərlinin evi Şuşada bərpa olunan abidələrin siyahısına daxildir.[3]