KƏLAMİ-MƏCİD

şərəfli, şanlı kəlam (Qurana işarədir).
KƏLAM
KƏLAMİ-MÜQƏDDƏS
OBASTAN VİKİ
Məcid Ağayev
Məcid Oruc oğlu Ağayev (1835, Tikəband, Lerik rayonu – 1978, Tikəband, Lerik rayonu) — çoban, Azərbaycan uzunömürlüsü. Sovet məlumatlarına görə, Məcid Ağayev 1835-ci ildə Talış xanlığının Tikəband kəndində (indiki Azərbaycanın Lerik rayonu) anadan olub.. 1840-cı illərdə kəndə quldurlar hücum edir və M. Ağayev Tehran şəhərində kölə kimi aparılır. Sonradan doğma kəndinə qayıtmışdır. O, əmək fəaliyyətinə 1847-ci ildə başlayıb. Oktyabr inqilabından sonra Məcid kolxozda çoban kimi işə düzəlir. 1972-ci ildən Ümumittifaq pensiyasına çıxmışdır. Lerik rayon Sovetinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri olmuşdur. 1973–1978-ci illərdə SSRİ-nin ən yaşlı insanı olmuşdur. O, 1978-ci ildə 143 yaşında vəfat edib.
Məcid Behbudov
Behbudov Məcid Behbudalı oğlu (18 aprel 1873, Şuşa – 6 sentyabr 1945, Qazax) — Azərbaycan xanəndəsi. Məcid Behbudov 18 aprel 1873-cü ildə Şuşada anadan olub. Cəlil bəy Bağdadbəyovun verdiyi məlumata görə xanəndəliyə 1904-cü ildən başlamışdır. O, əvvəllər tarzən Tatevos və kamançaçı Makiç ilə Qarabağ və Gəncə məclislərində, sonralar isə Zaqafqaziyanın kənd və şəhərlərində oxumuşdur. Məcid Behbudov uzun illər Tiflisdə tarzənlərdən Məşədi Zeynal, Rzabala və kamançaçı Ruben Qaraxanov ilə "Dvoryanski klub"da xanəndəlik etmişdir. 1910-cu ildə "Qrammofon" şirkəti xanəndənin səsini vala yazmaq üçün Riqaya dəvət edir. O, Mirzə Hüseyn segahı, Şüştər və Çahargah muğamlarının, bir çox xalq mahnısının mahir ifaçısı sayılırdı. M.Behbudov həmçinin, musiqili tamaşalarda da çıxış etmiş, Təbriz, İstanbul, Sofiya şəhərlərində konsertlər vermişdir. Məcid Behbudov Azərbaycanda opera teatrının inkişafına da yaxından kömək göstərmişdir. O, hələ 1911-ci ildə Saşa Oqanezaşvilinin "Fərhad və Şirin" operasında Xosrov rolunda oynamışdır.
Məcid Hüseynov
Məcid Hüseynzadə
Hüseynzadə Məcid Əzizoviç (1916 və ya 16 avqust 1916, Ərdəbil və ya İran – 2006 və ya 18 sentyabr 2006, Moskva) — texnika elmləri doktoru, professor. Hüseynzadə Məcid Əzizoviç 1916-cı ildə Cənubi Azərbaycanın (İran) Ərdəbil şəhərində anadan olmuşdur. 1941-ci ildə mexanika ixtisası üzrə ADU-nin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1941–1942-ci illərdə kənd məktəbində müəllim işləmişdir. Böyük Vətən Müharibəsinin iştirakçısıdır. 1945–1946-cı illərdə ADU-nin nəzəri mexanika kabinetində laborant işləmişdir. 1950–1952-ci illərdə M.V.Lomonosov adına MDU-də aspirant olmuşdur. 1952–1989-cu illərdə akad. İ.M.Qubkin adına Moskva Neft kimya və qaz sənayesi institutunda Nəzəri mexanika kafedrasının dosenti, Ali riyaziyyat kafedrasının rəhbəri işləmişdir. 1950-cı ildə "Keçirici cismin axıb dövrələməsi" mövzusunda namizədlik, 1962-ci ildə isə "Layın qeyri-bircinsliyinin, onun tavanının və dabanının keçiriciliyinin mayenin layda hərəkətinə təsiri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Məcid Kərimov
Məcid Kərimov Zahid oğlu (16 dekabr 1958, Bakı) — Azərbaycanın dövlət və ictimai xadimi. Azərbaycan Respublikasının yanacaq-energetika naziri (2001-2004). Azərbaycan Respublikasının sənaye-energetika naziri (2004-2005). Azərbaycan Respublikasının "AzərKimya" Dövlət Şirkətinin Prezidenti (2005-2010). Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. Professor, texnika elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar elm xadimi. Məcid Kərimov 1958-ci il dekabrın 16-sı Bakı şəhərində anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1980-1989 – Neft və qaz sahəsi üzrə mühəndislik.
Məcid Musazadə
Məcid Musazadə-Qarsalanlı (1914 – 17 iyul 1990) Muhacir Bakıda anadan olub və BDU-nun ədəbiyyat fakültəsini bitirib. "Amerika Azərbaycan Cəmiyyəti" 1951-ci ildə əski legionçulardan Məcid Musazadə tərəfindən qurulmuş, ətrafında əsasən müharibədən sonra ABŞ-yə mühacirət etmiş legionçuları cəmləşdirmişdi. Cəmiyyət Türkiyə və Avropa ölkələrində fəaliyyət göstərən mühacirlərlə məktublaşmalar vasitəsilə əlaqə saxlayırdı. Əli və Nino Azərbaycan dilinə ilk dəfə 1972-ci ildə ixtisarla Məcid Musazadə tərəfindən çevrilib və o vaxt Almaniyanın Münxen şəhərində fəaliyyət göstərən "Azadlıq radiosu" vasitəsilə il yarım ərzində hissə-hissə dinləyicilər üçün səsləndirilib. M. Musazadə tarixi faktlara istinadən göstərir ki, Qarabağ heç zaman ermənilərin olmamışdır, nə indi, nə qədim dövrlərdə. Tanınmış Gürcüstan, Azərbaycan, Ermənistan, eləcə də rus tarixçiləri belə bir nəticəyə gəlmişlər ki, eramızdan əvvəl 4-cü əsrədək bu ərazidə heç zaman ermənilər olmayıb. Qarabağ erməniləri orada sonradan məskunlaşıblar: XIX əsrin əvvəllərində çar Rusiyasının himayəsi və qayğısı nəticəsində Türkiyədən və İrandan gəliblər. M. Musazadə elmi əsərində alman tarixçisi Henrix Zimmferin 1923-cü ildə yazdığı "Ermənistan yeni dövrdə" məqaləsinə istinadla yazırdı: "Böyük Ermənistan"ın mövcudluğu iddiası əsaslı deyil və elmi axtarışlar tələb edir". O, Qarabağ ermənilərinin əsassız tələblərinə belə münasibət bildirir: "Qarabağ erməniləri deyirlər ki, onlar Azərbaycan dövləti tərəfindən unudulub, istismar olunub. Faktlar isə əksini deyir.
Məcid Məcidi
Məcid Məcidi (17 aprel 1959, Tehran) — İran kinorejissoru. Məcid Məcidin filmlərinin əsas qəhrəmanları uşaqlar, bir də qırmızı balıqlardır. Məcidi filmlərində uşaq dünyasını ifadə oluna biləcəyindən də artıq səmimi açıb göstərə bilir. Ata (film, 1996) İlahi rəng “Sərçələrin nəğməsi” / “Avaze gonjeshk-ha”/ “The song of sparrows” (2008) “Cənnətin rəngi” / “Rang-e khoda”/ “The color of paradise” (1999) “Səma uşaqları” / “Bacheha-Ye aseman” / “Children of heaven” (1997) – Oskar mükafatına namizəd göstərilib “Söyüd ağacı” / “Beed-e majnoon” / “The willow tree” (2005) Yağış Məhəmməd: Allahın elçisi(2015) Majid Majidi'in resmi websitesi Arxivləşdirilib 2008-03-30 at the Wayback Machine "Cinema-Şərq". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 38.
Məcid Məmmədov
Məcid Mərdanov
Məcid Əhəd oğlu Mərdanov (22 iyul 1913, Qutqaşen rayonu – 27 sentyabr 1982) — texnika elmləri doktoru (1962), professor (1963), Əməkdar elm xadimi , AMEA-nın həqiqi üzvü (1972) Məcid Mərdanov 1913-cü il iyul ayının 9-da Qəbələ rayonunun Vəndam kəndində anadan olmuşdur. 1920-ci ildə Göyçay rayon məktəbinə daxil olmuş, 1926-cı ildə həmin məktəbi bitirmişdir. 1931-ci ildə Pedoqoji Texnikumu bitirmişdir. 1934-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş, 1939-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Məcid Mərdanov 1939-cu ildə Sovet ordusu sıralarına çağırılmış, Sovet Ordusu sıralarında qulluq etməyə başlamışdır. Böyük Vətən müharibəsi başlayana qədər orduda mühəndislik kursu keçmiş, orta komandir heyəti üzrə təhsil almışdır. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirak­çısı olmuş, minomyot vzvod komandiri kimi Leninqrad, Kareliya və Estoniya cəbhələrində vuruşmuşdur. Məcid Mərdanov 1944-cü il fevralın 24-də Kareliyada gedən döyüşlər zamanı ağır yaralanaraq sağ ayağını itirmişdir. Hərbi xəstaxanada müalicə olunduqdan sonra II dərəcəli əlil kimi ordudan tərxis olunmuşdur. Həmin illərdə Böyük Vətən müharibəsində göstərdiyi mərdliyə görə "Böyük Vətən müharibəsinin II dərəcəli ordeni" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur.
Məcid Qafuri
Məcid Qafuri (azərb. Məcid Nurqəni oğlu Qafuri‎) — yazıçı, Başqırdıstanın Xalq şairi. Məcid Qafuri 1 avqust 1880-ci ildə Başqırdıstanın Yelem-Karan kəndində ziyalı ailəsində doğulub. İlk olaraq atasının açdığı molla məktəbində dərsə gedir, ərəb dilini öyrənir. Həmçinin atasının sayəsində xalq yaradıcılığı ilə tanış olur. Sonra Məcid Üteş kəndindəki məktəbdə təhsilini davam etdirir. 1898-ci ildə sənədlərini Orenburq vilayətinin Troitsk şəhərində fəaliyyət göstərən və dünyəvi elmlərin tədris olunduğu Zeynulla İşanın mədrəsəsinə verir. 1904-cü ildə Kazana gəlir, tatar alimi və maarifçisi Qəyyum Nəsirovla, başqırd yazıçısı Məhəmməd Səlim Umudbayev və Abdulla Tukayla tanış olur. 1906-cı ildə Ufaya gedir. “Qaliyyə” mədrəsəsində təhsilini davam etdirir.
Məcid Rəsulov
Məcid Lətif oğlu Rəsulov (1 iyul 1916, Nuxa – 11 fevral 1993, Bakı) – fi­zi­ka-riya­ziy­yat elmləri doktoru (1961), professor (1961), Azərbaycan SSR Əməkdar elm xadimi (1989), AMEA-nın həqiqi üzvü (1983). Məcid Rəsulov 1 iyul 1916-cı ildə Şəki şəhərində anadan olub. O, 1923-cü ildə Şəkidə 7 illik məktəbin 1-ci sinfinə gedib. Atası Hacı Lətif Rəsul oğlu dövrünün məşhur ipək sənayeçisi idi. O dövrdə baş verən müharibə və inqilablar Rəsulovlar ailəsində ağır izlər buraxır. Belə ki, 1928-ci il martın 16-da Məcid Rəsulov 5-ci sinifdə oxuyanda atası Hacı Lətif həbs edilir. Uydurulmuş ittihamlar əsasında bütün əmlakı müsadirə olunur və Hacı Lətif ailəsi ilə birgə 1928-ci ildə Gürcüstanın Tsxmok qəsəbəsinə, sonra isə 8 il müddətinə Qazaxıstanın Aral dənizindəki Kokaral adasına sürgün edilir. Çətin və işgəncəli sürgün həyatı Hacı Lətifin səhhətinə təsir göstərir və o, 1930-cu ildə vəfat edir. Bundan sonra Şəkiyə qayıdan ailəyə Qori seminariyasının məzunu, Məcid Rəsulovun böyük qardaşı Əbdüləli Rəsulov qayğı göstərir. O, ömrünün sonuna kimi Şəkidə müəllim işləyir.
Məcid Səmii
Məcid Səmii (19 iyun 1937, Tehran) — Neyrocərrah, iranli tibbi alimi. Almaniyada yaşayır Məcid Səmii Tehranda anadan olmuşdur. Ailəsi Tehrandan Rəştə gedərək Telefon Evi məhəlləsində (Bahr əl-Ulum) yerləşdikdən sonra, ilk təhsilini bu şəhərdə və orta təhsilini Rəştdə Şahpur Liseyində tamamladı.
Məcid Xudabəxş
Məcid Xudabəxş (1956, Ərdəbil) — İranlı orta səviyyəli islahatçı siyasətçisi. 2013-1017 illərdə Ərdəbil ostanının vlaisi və 24 sentyabr 2017-dən 17 noyabr 2018-dək Şərqi Azərbaycan ostanının valisi idi.
Məcid İsmixanov
Məcid Abdulla oğlu İsmixanov - Pedaqogika elmləri namizədi, professor.Azərbaycan məktəbi (jurnal)nın baş redaktoru.Bakı Dövlət Universiteti ni bitirib. 5 may 1940-cı ildə Quba (keçmiş Qonaqkənd) rayonunda anadan olmuşdur. 1958-1962-cı illlərdə APİ-nin pedaqoji fakültəsini adlı təqaüdlə və fərqlənmə diplomu ilə bitirmiş, institutda assistent-müəllim kimi saxlanılmışdır. 1964-1982-ci illərdə APİ-də İbtidai təhsil pedaqogikası kafedrasında baş müəllim vəzifəsində işləmişdir. 1968-ci ildə “Az komplektli məktəbdə dərsin xüsusiyyətləri və təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 1969-cu ildən dosent vəzifəsində çalışır. 1982-1987-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan məktəbi” jurnalının redaktoru vəzifəsində işləmişdir. 1987-ci ildə Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasında dosent vəzifəsində işləməyə başlamış, sonralar həmin kafedrada professor əvəzi vəzifəsini icra etmişdir. Pedaqogikanın əsasları : tədris vəsaiti / M. A. İsmixanov ; elmi red. A. Həsənov.
Məcid Şamxalov
Məcid Baba oğlu Şamxalov (2 may 1907, Gülablı – 13 oktyabr 1984, Bakı) — Azərbaycan dramaturqu, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar artisti (1949). Məcid Şamxalov 1907-ci il mayın 2-də Şuşa qəzasının Gülablı kəndində anadan olmuşdur. İbtidai təhsilini kənddə almış, 1918-ci ildə ailəliklə köçmüşlər. Burada S. S. Axundovun rus-tatar məktəbini bitirmişdir. M. F. Axundov adına Dövlət Teatr Texnikumunda təhsil aldıqdan sonra (1924–1926) taleyini milli səhnəyə bağlayır, Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor işləyir. İlk ədəbi-ictimai fəaliyyəti "Damğa" tənqid-təbliğ teatrında rejissorluğu dövründə kiçik həcmli əsərlər yazması ilə başlanır. Onun ilk əsəri "Mənzər" 1955-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuşdur. Gənc məzhəkəçilərin respublika müsabiqəsində I yeri tutduğuna görə "Qızıl medal"a layiq görülmüşdür. Xidmətlərinə görə SSRİ medalları ilə təltif olunmuşdur. Məcid Şamxalov 1984-cü il oktyabrın 13-də Bakıda vəfat etmişdir.
Məcid Əhmədov
Əhmədov Məcid Mirzə oğlu (28 fevral 1957, Qalayçılar, Ağdam rayonu) — Azərbaycanlı alim, fizika üzrə fəlsəfə doktoru Əhmədov Məcid Mirzə oğlu 1957-ci ilin fevral ayının 28-də Ağdam rayonunun Qalayçılar kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi bitirdikdən sonra 1975-ci ildə Azərbaybaycan Dövlət Universtetinin (indiki Bakı Dövlət Universteti) Fizika fakültəsinə qəbul olmuş və 1980-ci ildə bitirmişdir. 1980–1984-cü illərdə Ağdam rayonunun Abdal və Salahlı kəndlərində fizika-riyaziyyat fənnləri üzrə müəllim işləmişdir. 1985-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnistitutunun (RPİ) "Kimyəvi Fizika" laboratoriyasında əmək fəaliyyətinə başlamış, 1997-ci ilə kimi kiçik elmi işçi, 2009-cu ilə kimi böyük elmi işçi vəzifəsində çalışmışdır. M. Əhmədov 1986–1990-cı illərdə AMEA-nın Radiasiya Problemləri İnistitutnda "Dielektriklər və yarımkeçiricilər fizikası" ixtisası üzrə aspiranturada oxumuş və 1997-ci ildə "Asetonitrilin alovsuz boşalma plazmasında polimerləşmısindən alınan nazik təbəqələrin elektrik və fotoelektrk xassələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildə təşkil olunan "Ətraf mühitə zərərli təsirlərin fizikası və kimyası" laboratoriyasında əmək fəaliyyətini davam etdirən M. Əhmədov hazırda orada aparıcı elmi işçi vəzifəsində çalışır. Atom Absorbsiya Spektrometriyası və İCP-MS metodlarını tətbiq etməklə laborotoriyanın iş planına uyğun olaraq ətraf mühitə atılan ağır metalların akkumulyasiyası və daşınması prosesləri mövzusunda tədqiqat işləri aparmışdır. Məcid Əhmədov müxtəlif beynəlxalq layihələrdə — Beynəlxalq "İSO 17025" akkreditasiyasında, LGC (İngiltərə) və SETOC (Hollandiya) test metodlarının müqayisəsi, həmçinin, TEMPUS ECONANO və "MARINE CHECK — OCEAN 2013" proqramlarında, eləcə də, American Chemical Society (ACS) təşkilatının, Society of Environmental Toxicology and Chemistry (SETAC) təşkilatının, SFP 977991 — Şimali Atlantika Alyansının (NATO) Elm Fondu layihəsinin davamı üzrə (Kür-Araz layihəsi) fəaliyyətində fəal iştirat etmişdir. Alim 70-dən çox elmi əsərin (35 xaricdə, 10 beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan) müəllifidir. Müntəzəm olaraq Beynəlxalq və yerli elmi konfranslarda, simpozium və seminarlarda iştirak edir və müxtəlif qrant layihələrinin iştirakçısıdır.
Məcid Əsəd
Məcd Hafiz əl-Əsəd (ərəb. مجد حافظ الأسد‎; 1966, Laziqiyyə – 12 dekabr 2009, Dəməşq) — Suriyanın keçmiş lideri Hafiz Əsədin ortancıl oğlu. Məcd Əsəd 1966-cı ildə doğulub. O, Suriyanın hazırkı lideri olan Bəşər Əsədin kiçik qardaşıdır. Suriyada elektrik mühəndisi olaraq çalışan Məcd Əsəd ağır baş ağrısı və zehni sağlamlıq problemləri ilə mübarizə aparırdı. 2009-cu ildə davam edən xəstəliklərinə görə 43 yaşında Dəməşqdə öldü. Suriyalı ərəb arvadı Ru'a Ayyoub (1976-cı il təvəllüdlü) ilə evlidir və övladı yoxdur. Məcd Əsəd 12 dekabr 2009-cu ildə, Şamda 43 yaşında çəkdiyi ruhi xəstəliklər səbəbindən vəfat etmişdir.
Rəşad Məcid
Rəşad Məcid (tam adı: Məcidov Rəşad Müseyib oğlu; 21 avqust 1964, Ağcabədi, Ağdam rayonu) — yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü. Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990–1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991–1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə "525-ci qəzet"i təsis edib. 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994–1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb.
Çərkəz Məcid
Məcidov Çərkəz Müğdət oğlu (Çərkəz Məcid) — şair, yazıçı, tənqidçi. Çərkəz Məcid 1937-ci ilin payızında Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində ruhani ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1956). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fılologiya fakültəsində təhsilini davam etdirmişdir (1956-1960). Əmək fəaliyyətinə Böyük Mərcanlı kəndində müəllim kimi başlamışdır. Bədii yaradıcılığa erkən başlasa da, 60-cı illərdən dövri mətbuatda öz şeirləri ilə çıxış etmişdir. Onun poeziyasında uşaq şeirləri başlıca yer tutur: "Ağ çiçəklər" (1973), "İşıq telləri" (1984) şeir topluları bu cəhətdən diqqəti cəlb edir. Doğma yurda bağlılıq, vətən sevgisi, təbiətin əsrarəngiz gözəlliklərinə məhəbbət, ülvi təmizliyə, saflığa və doğruluğa çağırış onun doğma mövzuları olmuşdur. Yeri gəldikcə, özbaşınalığı, haqsızlığı və yaramaz halları satira atəşinə tutub ifşa etməkdən çəkinməmişdir. Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda qeyrətlə mübarizə aparmışdır.
Əbdül Məcid
Əbdül Məcid və ya Əbdülməcid — kişi adı.
Əl-Məcid
Əl-Məcid (ər. الماجد) — Allahın adlarından biri. Ərşin sahibidir; Məcid (çox Uca)dir. (Büruc Surəsi, 15) Allahın şanı bütün kainatda özünü açıq-aşkar dəlillərlə göstərir. Onun şanının Ucalığını tanımayan heç bir insan yoxdur. Onu inkar edənlər, "inanmırıq" deyənlər belə Onun yaratdıqlarına şahid olduqları üçün əslində gücünü və şanını tanıyıb bilirlər. Ancaq içlərindəki böyüklənmə arzusu səbəbindən inkar edirlər. Allahın kainatda yaratdığı möhtəşəm gözəlliklər də, qüsursuz sistemlər də Onun şanına yaraşan şəkildədir. Səmada tonlarla ağırlıqda su daşıyan buludlar, milyonlarla işıq ili uzaqlıqda olan ulduzlar, böyük bir səs-küylə və inanılmaz bir güclə axan şəlalələr, ucsuz-bucaqsız genişlikdəki okeanlar, zirvəsi qarlarla örtülü olan min metrlərlə yüksəklikdəki dağlar, içində bir-birindən dəyişik rəngdə və səsdə saysız canlı növləri olan meşələr, Allahın yaratdığı gözəlliklərdən yalnız bir neçəsidir. Bir neçə saniyədə bir şəhəri yerlə bir edən zəlzələ, bir anda partlayaraq minlərlə dərəcə istiliyi olan lavalarını boşaldan bir vulkan, hər şeyi önünə qatıb aparan sel, düşdüyü yerə ölüm gətirən ildırım, hər şeyi yıxıb keçən bir tayfun yalnız Allahın gücünün göstəriciləridir.
Məcid Seyidov
Məcid Seyidov (20 may 1975, Danzik, İliç rayonu) — Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icraçısı, nazir müavini. Məcid Seyidov 1975-ci ildə Şərur rayonu Danzik kəndində ziyalı ailəsində anadan olub. İbditadi təhsilini 1992-ci ildə Şərur rayon Yenikənd kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1993–1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələri tərkibində Naxçıvan Muxtar Respublikasının döyüş mövqelərində, Ağdam və Tərtər rayonlarının döyüş bölgələrində həqiqi hərbi xidmətdə olub. Azərbaycan Vətən Müharibəsi veteranıdır. Eyni zamanda 2011-ci ildən etibarən Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri kimi fəaliyyət göstərir, yerli mətbuatda vətənpərvərlik mövzusunda publisistik yazılarla çıxış edir. 1999–2004-cü illərdə Ş. İ. Xətai adına Danyeri kənd orta məktəbində biologiya müəllimi və tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 2002-ci ildə Naxçıvan Dövlət Universitetini təbiətşünaslıq-tibb fakültəsinin biologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Həmin il Yeni Azərbaycan Partiyasına üzv qəbul olunub. 2005-ci ildə Naxçıvan Dövlət Universitetində magistratura şöbəsini botanika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib, magistr dərəcəsi alıb.
Hacı Məcid hamamı
Hacı Məcid hamamı — Sumqayıt şəhərinin Corat qəsəbəsində, Səməd Vurğun küçəsindən 60-70 metr aralıda, qəsəbənin daxilinə uzanan küçənin sağ tərəfində yerləşir. Corat qəsəbəsində mövcud olmuş iki hamamdan biridir. Qəsəbə sakinləri arasında köhnə hamam olaraq tanınır. == Tikili == Yerin altında yerləşən hamam bayır hissədən 1,50 sm hündürlüyə malikdir. Təxmini olaraq iki metrə yaxın hissəsi isə yerin altında yerləşir. Hamamın kanalizasiya boruları saxsıdan olmuşdur. Suyu isə müalicəvi əhəmiyyətə malik olan sirin və kükürdlü Nəbi bulağından təmin edilirdi. Əsas giriş şərq, Qazanxanaya isə giriş cənub-qərb hissədəndir. Əsas hissənin divarları yarıya qədər kafel, tavan hissə isə balıqqulağı ilə işlənmişdir. Qapılarının üzəri, hücrələrə keçidlər və daxili hücrə tağ şəkillidir.
Hacı Məcid Əfəndi
Hacı Məcid əfəndi Mustafa əfəndi oğlu (1829–1908) — din xadimi, İslam Şəriəti alimi, müdərris. Əslən indiki İsmayıllı rayonunun Diyallı kəndindəndir. Cənubi Qafqaz mədrəsələrində oxumuş və dövrünün görkəmli üləmalarından dərs almışdır. Göyçay qəzası Diyallı prixod mollası (1874–1889), Bakı quberniyası Sünni məclisinin sədri (1889–1908) işləmişdir. Hacı Məcid Əfəndi Azərbaycanda, xüsusilə Şamaxıda XIX əsrdə elmin, mədəniyyətin, təhsilin yaradıcılarından biri olub. İstanbulda, Bağdadda, Tiranada dini təhsil alıb, qayıdandan sonra Bakı Quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş İmamı olub. Mirzə Ələkbər Sabir Hacı Məcid Əfəndi Əfəndizadə ilə səmimi dostluq münasibətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlirdi. Cəlil Məmmədquluzadə isə əksinə "İrşad" qəzetində Ə.Ağayevin Hacı Məcid Əfəndini "ustadı-kamil", "məlazül-möminin", "məlcəül-müslimin" kimi dəbdəbəli ifadələrlə səciyyələndirməsi haqqında istehza ilə yazırdı: "Bu işlərin hamısını adam mülahizə eləyəndə adamın yadına, məsələn, Zəngəzur acları düşür. Sonra adam öz-özünə deyir ki, dəxi niyə ürəyimi sıxıram?
Məcid Hüseynov (iqtisadçı)