MASABƏYİ
MASƏVA
OBASTAN VİKİ
Masal
Masal — İranın Gilan ostanında yerləşən şəhər. Masal əhalisinin əksəriyyətini talışlar təşkil edir.
Masal şəhristanı
Masal şəhristanı və ya Masal bölgəsi (farsca: شهرستان ماسال‎) — İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir. == Ərazi == Şəhristan 1998-ci ildə Talış şəhristanının ərazisinin bir qismi hesabına təşkil edilmişdir. Şəhristanın ərazisi 633 km²-dir. Şəhristanın inzibati mərkəzi Masal şəhəridir. Masal şəhəri Fumən şəhərindən 35 km, ostanın inzibati mərkəzi olan Rəşt şəhərindən isə 60 km uzaqlıqda yerləşir. == Əhali == Rəsmi olaraq Masal şəhristanının əhalisi : 2006 s.a. əsasən 47,648 nəfər 2006 s.a. əsasən şəhər əhalisi 14,858 nəfər 2006 s.a. əsasən kənd əhalisi 32,790 nəfər === Milli tərkib === Şəhristan əhalisi əsasən talışlardan, qismən giləklərdən və az sayda azərbaycanlılardan ibarətdir. == Bəxşlər == Mərkəzi (Masal) bəxşi əhali : 26,063 nəfər (2006 s.a.) şəhər əhalisi : 10,992 nəfər (2006 s.a.) kənd əhalisi : 15,071 nəfər (2006 s.a.) Şandirman bəxşi əhali : 21,585 nəfər (2006 s.a.) şəhər əhalisi : 3,866 nəfər (2006 s.a.) kənd əhalisi : 17,719 nəfər (2006 s.a.) == Şəhərlər == Mərkəzi (Masal) bəxşində : Masal şəhəri Əhalisi : 2006 s.a.
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi
70 saylı Masallı şəhər seçki dairəsi
71 saylı Masallı kənd seçki dairəsi
72 saylı Yardımlı-Masallı seçki dairəsi
75 saylı Lənkəran-Masallı seçki dairəsi
Abbasbəyli (Masallı)
Abasbəyli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Yeyənkənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Abasbəyli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimiyası == 1933-cü ildə Dəvəçi və Sabirabad rayonları ərazisində də Abasbəyli kəndləri qeydə alınmışdır. Bu oykonimlər abasbəyli etnonimi ilə bağlıdır. == Tarixi == Kəndin tarixi XVIII əsrdən başlanır. XVIII əsrdən Viləş çayı kənarında məskən salmışlar. Sonralar çayın selindən qorunmaqdan ötrü çaydan biraz aralıda yerləşmişlər. == Əhalisi == Əhalisi 760 nəfərdir. Kənd əhalisini azərbaycanlılar təşkil edir. == Coğrafiyası və iqlimi == Bu kənd Lənkəran ovalığında, Viləş çayı sahili və dağətəyi zonada yerləşir.
Allahyarlı (Masallı)
Allahyarlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Allahyarlı kəndi Yeyənkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi öz adını eyvazlılar elinə mənsub allahyarlı nəslinin adından almışdır. == Əhalisi == Əhalisi 295 nəfərdir.
Babakücə (Masallı)
Babakücə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Böyük Kolatan kənd Sovetindən Babakücə kəndi Sığdaş kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Babakücə kəndinin ərazisindən xüsusi mülkiyyətində olan 14,9 ha torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Yerli əhali kəndi Bobokümə adlandırır. Bobo (kənddəki Cahangir pirini belə adlandırırlar) və kümə (talışca "məhəllə", "küçə") sözlərindən ibarət olan bu toponim "pir məhəlləsi, pir kəndi" kimi izah olunur. Oykonim baba (dağ) və kücə (kuca türk dillərində "əhatə olunmuş", "dövrələnmiş, tutulmuş") sözlərindən düzəlib, "dağla əhatə olunmuş yer, dağlıq ərazi" deməkdir. == Əhalisi == Əhalisi 691 nəfərdir. == Din == Kənddə Babakücə kənd məscidi dini icması fəaliyyət göstərir.
Cümə məscidi (Masallı)
Cümə məscidi — Azərbaycanın Masallı rayonunun inzibati mərkəzində, Füzuli küçəsində yerləşən tarixi-memarlıq abidəsi. == Tarixi == Məscid XIX əsrin əvvəllərində inşa edilmiş, əsas və yardımçı binalardan, həmçinin mədrəsə binasından ibarətdir. Məscidin daxili 354 kv. metr, tutumu 400 nəfərdir. İnşasında qırmızı kərpicdən və yerli meşə materiallarından istifadə edilmişdir. Məscidin orta sütunları çoxillik palıd ağaclarındandır. İçi ağac şəbəkə ilə kişi və qadın ibadət yerlərinə ayrılmışdır. Pəncərələri ağac və rəngli şüşə şəbəkələrdən qurulmuşdur. Məscidin qabaq hissəsinə sütunvarı çıxıntı əlavə edilmişdir. Məscidin qabaq divarları sonradan ağ mərmər üzlüklə örtülmüşdür.
Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi
Digah (Masallı)
Digah — Azərbaycan Respublikasının Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Digah kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Digah kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Digah kəndinin 438,0 ha təşkil edən ərazisi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisi 3722 nəfərdir (2009).
Dəlləkli (Masallı)
Dəlləkli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 160 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqələrini dəlləkli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Etnotoponimdir.
Dəmirçi (Masallı)
Dəmirçi — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Bədəlan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dəmirçi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 1918 nəfərdir (2009). == Din == Kənddə Dəmirçi kənd məscidi dini icması fəaliyyət göstərir.
Hişkədərə (Masallı)
Hişkədərə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 2744 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsinin adındakı hişqə talış dilindəki "quru", "susuz" və Azərbaycan dilində dərə komponentlərindən ibarət olub, mənası Qurudərə kəndidir. == İnfrastrukturu == Kənddə XIV əsrə aid Nəzirə Xanım türbəsi, iyirmi minə yaxın eksponatı olan Tarix-Diyarşünaslıq muzeyi, tunc dövrünə aid Qazaxantəpə, Qosatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları vardır. Hişkədərə və eləcə də Masallı tarixinin güzgüsü 1952-ci ildən kəndimizdə fəaliyyət göstərən Tarix-Diyarsünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika və arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Bütün bunlar Tarix-Diyarşünaslıq muzeyində muhafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur. == Şəkilləri == == Həmçinin bax == Jindi Kıncıvo Monidigah == İstinadlar == == Xarici keçidlər == Masallı Rayonu Hişkədərə Kənd Məscidi Dini İcmasının "facebook" səhifəsi.
Həsənli (Masallı)
Həsənli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 2731 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi Həsənli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Coğrafiyası və infrastrukturu == Həsənli kəndi Lənkəran ovalığında, Masallı rayon mərkəzindən 15 km şimalda, Masallı dəmiryol stansiyasından 4 km şimali-şərqdə yerləşir. Kənddə 1 ümumtəhsil məktəbi, uşaq bağçası, klub, kitabxana, mərkəzi ATS fəaliyyət göstərir. Həmçinin kənddə Qarabağ şəhidlərinin xatirəsinə abidə ucaldılıb. Kəndin mərkəzində "Tut bağı" var.
Kalinovka (Masallı)
Viləş (əvvəlki adları: Nikolayevka; Kalinovka) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılmış, Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi == Əhalisi 2397 nəfərdir. == Toponimiyası == Keçmiş adı Nikolayevka olmuşdur. 1843-cü ildə Volqaboyundan köçüb gələn rus kəndlilərinin məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində sovet dövlət xadimi M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır. == Tarixi == 5 mart 2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir. Kalinovka kəndi azərbaycan ərazisində ən qədim molokan kəndlərindəndir. Rusların ilk məskunları 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar.
Kəlbəhüseynli (Masallı)
Kəlbəhüseynli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1315 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi kəbləhüseynli (Kərbəlayi Hüseyn şəxs adı ilə bağlıdır) nəsli tərəfindən salındığı üçün belə adlandırılmışdır. Oykonim Kəlbəhüseynli variantında da qeydə alınmışdır.
Ləngan (Masallı)
Ləngan — Azərbaycan Respublikasının Masallı rayonunun Təklə inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 525 nəfərdir. == Toponimiyası == Biləsuvar çayının sahilində, Lənkəran ovalığında yerləşən bu kəndin əsasını XIX əsrdə Lənkəran qəzasında yaşayan Sığıncağ, Mollahəsənli, Xoşçobanlı və Ləngan tirələrinə ayrılan təklələrin Ləngan tirəsinə mənsub ailələr qoyduğu üçün kənd onların adı ilə adlandırılmışdır.
Lənkəran-Masallı seçki dairəsi
Masallı CFK
"Masallı CFK" tam adı "Masallı Cənub Futbol Klubu" — Azərbaycanın Masallı rayonunu təmsil edən futbol klubu. 2016/2017 mövsümündə klub həvəskarlardan ibarət ölkə kubokunda oynayaraq 1/4 finala kimi yüksəlib. == Komandanın heyəti == Komandanın heyətində keçmiş "Xəzər-Lənkəran" futbol klubunun oyunçuları da var.
Masallı Dövlət Rəsm Qalereyası
Mаsаllı Dövlət Rəsm Qаlеrеyаsı — Mаsаllı Dövlət Rəsm Qаlеrеyаsı (MDRQ) 1984-cü ildə yаrаdılıb. Masallı şəhərində yerləşir. Qalereyada ekspоnаtlаrın sаyı 130 ədəddir. Burada Tоğrul Nərimаnbəyоv, Fərhаd Хəlilоv, Ələkbər Rzаquliuеv və s. kimi tаnınmış rəssаmlаrın əsərləri nümаyiş еtdirilir. == Xarici keçidlər == "Rəssam qızların sərgisi". masalli-ih.gov.az. İstifadə tarixi: 13.04.2021.
Masallı Mamed
Məmməd İsgəndər oğlu Hüseynov (4 noyabr 1960, Masallı – 21 mart 2011, Bakı) — Qanuni oğru. == İlk məhkumluq == 1961-ci ildə Masallıda anadan olan "qanuni oğru" ilk dəfə 17 yaşında məhkum olunub. Bu məhkumluq "Masallı Mamed"in atası İsgəndər Hüseynova görə baş verib. Univermaqda şöbə müdiri işləyən İsgəndər Hüseynovun xanım işçilərindən biri polisinin şərinə tuş gəlib. İsgəndər Hüseynov qızı həbsxanadan qurtarmaq üçün onun "təqsirini" öz üzərinə götürüb. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən 18 yaşlı "Masallı Mamed" həmin polislə görüşüb və ondan ifadəsini geri götürməyi tələb edib, lakin polis gənc Mamedin sözünü qulaqardına vurub. Masallının sayılıb-seçilən güləşçilərindən olan Mamed polisi əzişdirib. Bu əməlinə görə məhkəmə onun 3 il məcburi əməyə cəlb olunması barədə hökm çıxarıb. Bu olaydan qısa müddət keçdikdən sonra Bakıya gələn Mamed tələbə qohumu ilə şənliyə gedib. Şənlikdə tələbə qıza sataşan bir oğlanla mübahisəsi düşüb.
Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyi — Masallı rayonunun Hişkədərə kəndində yerləşən muzey. Muzeyin direktoru Əntiqə Tağıyevadır. == Tarixi == Muzey 1952-ci ildən fəaliyyət göstərir. Muzey bu kəndin tanınmış ziyalısı, Əməkdar müəllim, hazırda adı bu muzeyə verilmiş Rəhim Tağıyevin şəxsi təşəbbüsü və misilsiz əməyi ilə yaradılmışdır. 15 il ictimai əsaslarla — Hişkədərə kənd məktəbinin muzeyi kimi fəaliyyət göstərdikdən sonra onun üçün 1975-ci ildə ayrıca bina tikilmişdir. Məktəb muzeyində olan eksponatlar həmin binaya köçürülmüş və bundan sonra muzey artıq ölkəşünaslıq muzeyi kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1977-ci il tarixli, 283 nömrəli qərarı və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 16 sentyabr 1977-ci il tarixli, 299 nömrəli əmri ilə muzey dövlət statusu almış və Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərmişdir. 2005-ci ildən muzey onu yaradanının — Rəhim Tağıyevin adını daşıyır. Tarix-diyarşünaslıq muzeyi 1963-cü ildən rayonun tanınmış ziyalısı Rəhim Kərim oğlu Tağıyevin şəxsi təşəbbüsü ilə ictimai əsaslarla fəaliyyətə başlamışdır. == Muzeyin eksponatları == Əvvəllər muzeyin əşyaları Hişkədərə kənd orta məktəbində nümayiş etdirilmişdir.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi
Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyi — Masallı rayonunun Hişkədərə kəndində yerləşən muzey. Muzeyin direktoru Əntiqə Tağıyevadır. == Tarixi == Muzey 1952-ci ildən fəaliyyət göstərir. Muzey bu kəndin tanınmış ziyalısı, Əməkdar müəllim, hazırda adı bu muzeyə verilmiş Rəhim Tağıyevin şəxsi təşəbbüsü və misilsiz əməyi ilə yaradılmışdır. 15 il ictimai əsaslarla — Hişkədərə kənd məktəbinin muzeyi kimi fəaliyyət göstərdikdən sonra onun üçün 1975-ci ildə ayrıca bina tikilmişdir. Məktəb muzeyində olan eksponatlar həmin binaya köçürülmüş və bundan sonra muzey artıq ölkəşünaslıq muzeyi kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1977-ci il tarixli, 283 nömrəli qərarı və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 16 sentyabr 1977-ci il tarixli, 299 nömrəli əmri ilə muzey dövlət statusu almış və Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərmişdir. 2005-ci ildən muzey onu yaradanının — Rəhim Tağıyevin adını daşıyır. Tarix-diyarşünaslıq muzeyi 1963-cü ildən rayonun tanınmış ziyalısı Rəhim Kərim oğlu Tağıyevin şəxsi təşəbbüsü ilə ictimai əsaslarla fəaliyyətə başlamışdır. == Muzeyin eksponatları == Əvvəllər muzeyin əşyaları Hişkədərə kənd orta məktəbində nümayiş etdirilmişdir.
Masallı bələdiyyələri
Masallı bələdiyyələri — Masallı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə