MİMANSA

[sanskritcə - tədqiqat, mülahizə] – hind fəlsəfə-sinin ortodoksal sistemlərindən biri.
MİLLƏT
MİSTİK
OBASTAN VİKİ
Mimansa
Mimansa və ya mimamsa ("tədqiqat") — hind fəlsəfəsinin altı əsas teist məktəbindən (mimansa, vedanta, yoqa, sankhya, nyaya, vayşeşika) biri. Digər adı purva-mimamsadır (dəqiq tərcüməsi "ilk mimamsa" və ya "ilk tədqiqatdır. Vedanta "Uttara-mimamsa" və ya "sonuncu tədqiqat" adlanır). Məktəbin əsas prinsipləri ortopraksiya, antiasketizm və antimistikadır. Mimansa mokşanı (dövrandan qurtuluşu) yalnız Vedalara hörmətdə və ritualların, dharmanın icra edilməsində görür. İlkin olaraq 3-cü əsrdə Caymininin "Mimansa sutra"sında ifadə olunub.