MORARMAK
MORINA
OBASTAN VİKİ
Fundiseius morgani
Fundiseius morgani (lat. Fundiseius morgani) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin fundiseius cinsinə aid heyvan növü.
Henri Morgentau
Henri Morgentau (böyük) – ABŞ diplomatı. Henri Morgentau (kiçik) — yəhudi əsilli ABŞ dövlət xadimi.
Morgellons
Morgellons – Bu günə kimi 14 000 insanda rast gəlinən bu xəstəliyin yaranma səbəbinin parazitlər olduğu güman edilsədə müasir tibb hələdə onun müalicəsində acizdir. Xəstəlik zamanı insanın dərisindən qara, mavi və ya qırmızı liflər sallanır.
Morgunblaziz (qəzet)
Morgunblaö — İslandiyada 1913-cü ildən bəri nəşr edilən qəzet. Qəzet 24 səhifə olmaqla islandca gündəlik nəşr edilir. Vilhjalmur Finsen tərəfindən yaradılan qəzetin ilk sayı 1913-cü ildə 21 noyabr tarixində nəşr edilmişdir. 6 il sonra qəzet Arvakur mətbəəsi tərəfindən satın alınır. Soyuq Müharibə illərində qəzetdə islandiyada baş verən siyasi hadisələr barəsində tənqidi yazılar dərc edilmişdir.
Morgunblaðið (qəzet)
Morgunblaö — İslandiyada 1913-cü ildən bəri nəşr edilən qəzet. Qəzet 24 səhifə olmaqla islandca gündəlik nəşr edilir. Vilhjalmur Finsen tərəfindən yaradılan qəzetin ilk sayı 1913-cü ildə 21 noyabr tarixində nəşr edilmişdir. 6 il sonra qəzet Arvakur mətbəəsi tərəfindən satın alınır. Soyuq Müharibə illərində qəzetdə islandiyada baş verən siyasi hadisələr barəsində tənqidi yazılar dərc edilmişdir.
Morgunblaö (qəzet)
Morgunblaö — İslandiyada 1913-cü ildən bəri nəşr edilən qəzet. Qəzet 24 səhifə olmaqla islandca gündəlik nəşr edilir. Vilhjalmur Finsen tərəfindən yaradılan qəzetin ilk sayı 1913-cü ildə 21 noyabr tarixində nəşr edilmişdir. 6 il sonra qəzet Arvakur mətbəəsi tərəfindən satın alınır. Soyuq Müharibə illərində qəzetdə islandiyada baş verən siyasi hadisələr barəsində tənqidi yazılar dərc edilmişdir.
Sedum morganianum
Sedum morganianum (lat. Sedum morganianum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin dovşankələmikimilər fəsiləsinin sedum cinsinə aid bitki növü.
Hans Morgentau
Hans İoaxim Morgentau (17 fevral 1904, Koburq – 19 iyul 1980, Nyu-York, Nyu-York ştatı) — almanəsilli ABŞ siyasətçisi, diplomatı və tarixçisi. == Həyatı == Hans Morgentau təhsilini Berlin, Frankfurt və Münhen Universitetlərində almış və bir müddət Almaniyanın hüquq sistemində çalışmışdır. 1932-ci ildə hüquqdan bir illik mühazirələr oxumaq üçün Cenevrəyə gedən Morgentau Almaniyada Hitlerin hakimiyyətə gəlməsi səbəbindən vətəninə geri qayıda bilməmiş, Cenevrədə qalmağa məcbur olmuşdur. 1935–1936-cı illərdə Madriddə dərs deyən Morgentau 1937-ci ildə Birləşmiş Ştatlara köçmüş və 1943-cü ildə naturalizasiya olmuşdur. Morgentau ABŞ-də Bruklin kollecində, Missuri və Çikaqo Universitetlərində və digər ali təhsil müəssisələrində dərs demişdir. 1948-ci ildə Morgentau indi beynəlxalq münasibətlər nəzəriyyəsində klassika hesab edilən Beynəlxalq Siyasət kitabını çap etdirmişdir. Bu kitab BM nəzəriyyəsində siyasi realizmin əsasını qoymuşdur.
Henri Morgentau (böyük)
Henri Morgentau (ing. Henry Morgenthau, 26 aprel 1856, Manhaym, Baden knyazlığı[d] – 25 noyabr 1946, Manhetten, Nyu-York ştatı) – ABŞ diplomatı. Birinci dünya müharibəsi (1914–18) dövründə Osmanlı dövlətində Amerika səfiri. == Həyatı == Paris Sülh Konfransında (1919–20) ABŞ nümayəndə heyətinin üzvü olmuşdur. Kofransın gedişində, Azərbaycan istiqlalının birinci ildönümü günündə (1919 il mayın 28-i) Əlimərdan bəy Topçubaşovla görüşmüşdür. Görüşdə həmin günün ikinci yarısında ABŞ prezidenti Tomas Vudro Vilsonla keçiriləcək danışıqlarda müzakirə ediləcək məsələlər müəyyənləşdirilmişdir. Morgentau Azərbaycanın zəngin təbii ehtiyatlarını və sənaye potensialını nəzərə alaraq, ölkənin iqtisadiyyatına Amerika kapitalının cəlb edilməsini və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə maliyyə yardımı göstərilməsini mümkün hesab etmişdir. 1919 ildə Yaxın şərqdə Amerika yardımı komitəsinin sədr müavini olmuşdur. == Əsərləri == The Ambassador Morgenthau’s Story (1918) The Secrets of the Bosphorus (1918) The Morgenthau Report (October 3, 1919) I was sent to Athens (1929) == Ədəbiyyat == Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918–1920-ci illər)., B., 1993; Qasımlı M., Avropa və Amerika ölkələrinin müasir tarixi, 2 hissədə, h.l (1918–1945-ci illər), B., 2003; Архив полковника Зайза. 1,4, Б., 1944.
Henri Morgentau (kiçik)
Henri Morgentau (ing. Henry Morgenthau; 11 may 1891[…], Nyu-York, Nyu-York ştatı – 6 fevral 1967[…], Nyu-York, Nyu-York ştatı) — yəhudi əsilli ABŞ dövlət xadimi, ABŞ-ın 52-ci maliyyə naziri (1934-1945). O, Ruzveltin Yeni kursunun inkişafında mühüm rol oynayıb, həmçinin İkinci Dünya müharibəsində ABŞ-ın maliyyə fəaliyyətlərində mühüm rol oynayıb. Almaniyanı kiçik dövlətlərə bölmək və sənayesizləşdirməyi nəzərdə tutan Morgentau planının (1945) müəllifidir. Federal Təsərrüfat Bürosunun və Kənd Təsərrüfatı Kredit İdarəsinin rəisi (1929-1933), ABŞ Maliyyə Nazirinin müavini (1933-1934), Demokratlar Partiyasının üzvü olub. O, ABŞ prezidentliyinə ən yaxın namizədlərdən biri olub.
Morgentau planı
"Morgentau planı" (ing. Morgenthau Plan), "Almaniya tərəfindən 3-cü dünya müharibəsinin başlamasının qarşısını almaq üçün proqram" — ABŞ-ın Maliyyə Naziri Henri Morgentau tərəfindən təklif olunan Almaniyanın müharibədən sonrakı düzəni proqramı. Morgentau planı Almaniyanın parçalanmasını, mühüm sənaye sahələrinin beynəlxalq nəzarətə verilməsini, ağır sənayenin ləğvini, silahsızlaşdırılmanı və Almaniyanın aqrar ölkəyə çevrilməsini nəzərdə tuturdu. == Hazırlanması və həyata keçirməyə cəhd == 1944-cü ilin sentyabrında Uinston Çörçill və Franklin Delano Ruzveltin daxil olduğu 2-ci Kvebek Konfransında təklif edildi. Konfransda Almaniyanın əsasən aqrar ölkəyə çevrilməli olduğu memorandum imzalanıb. Təfərrüatlar mətbuata məlum oldu və plan ABŞ və İngiltərədə ciddi şəkildə tənqid olundu. Göbbelsin təbliğat nazirliyi bundan istifadə edərək “yəhudi Morgentau”nun Almaniyanı nəhəng bir kartof sahəsinə çevirmək istədiyini bəyan etdi. “Völkischer Beobachter” qəzeti “Ruzvelt və Çörçil yəhudilərin qatil planı ilə razılaşdılar” başlığını dərc etdi. == Tənqid olunması və planın ləğvi == Müşahidəçilər qeyd edirdilər ki, bu tədbirlər nəticəsində alman əhalisinin həyat səviyyəsi kəskin şəkildə aşağı düşmüş və müharibədən sonrakı aclıq geniş vüsət almışdır. Sənayesizləşmə şəhərlərdə cəmləşmiş sənaye işçilərinin, zəncir boyu isə sənayeyə xidmət edən bank və idarəetmə işçilərinin işindən məhrum olmasına gətirib çıxardı, şəhər xidmətləri, tibb, təhsil və mədəniyyət sahələrini səmərəli tələbatdan məhrum etdi; yüksək məhsuldar kənd təsərrüfatı istehsalı isə bir tərəfdən sərbəst buraxılan əmək ehtiyatlarını tuta bilmirdi, digər tərəfdən isə istehsal olunan məhsulların ödəmə qabiliyyəti bazarını da itirirdi.