NAQQALLAMAQ

NAQQALLAMAQ, NAQQALLIQ ETMƏK Bağışlayasız çox naqqallıq elədim, gedim görüm qatırlarım necə oldu (N.Vəzirov); BOŞBOĞAZLIQ ETMƏK/ELƏMƏK [Pirvəli:] Bəlkə, mən yığıncaqlarda az boşboğazlıq elədiyimə görə günahkaram! (M.Hüseyn); UZUN DANIŞMAQ (dan.) Müsəlman: Uzun danışma, qurumsaq (C.Cabbarlı); UZUNÇULUQ ELƏMƏK/ETMƏK Bəy, həmməşə qulluğunuzda ölümə hazırıq! – deyə yasavul qısaca cavab verdi, ədəb gözləyib uzunçuluq eləmədi (S.Rəhimov); ZƏVZƏMƏK Sərxoş: Taxayım bir şu zəvzəyən hərifə (H.Cavid); ÇƏRƏNLƏMƏK (bax), GƏVƏZƏLƏMƏK, ÜDÜLƏMƏK (dan.).

NAQQAL
NAQQALLIQ

Digər lüğətlərdə