NARYAD
NASAZ
OBASTAN VİKİ
Nas surəsi
114-cü surə ən-Nas (İnsanlar) surəsi (Məkkədə nazil olmuşdur, 6 ayədir). Surə adını hər ayənin sonunda işlənən və insan (insanlar) mənasını verən nas sözündən götürmüşdür. Fələq surəsi ilə bu surə birlikdə qorunma surələri hesab olunur. Surədə Allahın Rəbb, Məlik, İlah ad və sifətləri vurğulanır.
Crucifera nasturtium
Vəzəri (lat. Lepidium sativum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. Arabis chinensis Rottler ex Wight Cardamon sativum (L.) Fourr. Crucifera nasturtium E.H.L.Krause Lepia sativa (L.) Desv. Lepidium hortense Forssk. Lepidium sativum var. crispum DC. Lepidium sativum subsp. sativum sativum Lepidium sativum var. spinescens (DC.) Jafri Lepidium sativum subsp. spinescens (DC.) Thell.
Cəmil Aleksandroviç-Nasifi
Cəmil Aleksandroviç-Nasifi (1882- ?) - tarixçi, arxeoloq, etnoqraf. Cəmil Aleksandroviç-Nasifi 1882-ci ildə Qrodnenski vilayətində anadan olub. Mənşəcə litva tatarıdır. "Krımın tədqiqi cəmiyyəti"ndə işləyib. 1920-ci illərin əvvəllərində Bakıya gəlmişdir. 1923-cü ildən başlayaraq Azərbaycan Arxeoloji Komitəsində, 1927-ci ildən "Azərbaycan asari-ətiqələri, incəsənət və təbiət abidələrinin mühafizəsi komitəsi"ndə ("Azkomstaris"də) işləyib. Xarici Şərq bürosunun, o cümlədən də türk-əfqan komissiyası bölməsinin üzvü olub. C.Aleksandroviç XX əsrin 20-ci illərinin ortalarında Arxeoloji Komitənin sədr müavini seçilib. Bir neçə dili bilirdi: alman, fransız, rus, ukrain, türk, ərəb, fars, ingilis, polyak dillərini. 1924-cü ildən "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin tarixi-etnoqrafiya bölməsinin işində fəal şəkildə iştirak edib.
Disney's Aladdin in Nasira’s Revenge
Disney's Aladdin in Nasira’s Revenge — Böyük Britaniyanın videooyun şirkəti olan "Argonaut Games" tərəfindən 2000-ci ildə yaradılan macəra oyunudur. Əfsanəvi şəhər olan Aqraba təhlükə içərisindədir. Qəddar cadugərd Nəzirə qardaşı vəzir Cəfərin intiqamını almaq istəyir. Nəzirə Aqraba şəhərinin adamlarını tilsimə salaraq bütün saray əhlini özünə tabe etmişdir. Saray keşikçiləri Jasmin və Sultanı qaçırırlar. Nəzirə qədim əmanətləri toplayaraq Cəfəri diriltmək və dünyanı ələ keçirmək niyyətindədir. Bu səbəbdən Ələddin əvvəlcə həmin əmanətləri tapmalı və sonra Cəfərin dirilməsinə mane olmalıdır. Bunun Ələddin, Cin, Sehirli Xalça və Abu birlikdə macəralara yollanmalıdırlar. Ələddin dostlarının köməyi sayəsində bütün bu çətinliklərin üstəsindən gələrək Cəfərə qalib gəlir. Sonda Ələddin və Jasmin bir-birlərinə qovuşurlar.
Gümülcinəli Kürəkən Nasuh Paşa
Gümülcinəli Kürəkən Nasuh Paşa (XVI əsr, Komotini – 17 oktyabr 1614, Konstantinopol) — I. Əhmədin hakimiyyəti dövründə, 5 avqust 1611 – 17 oktyabr 1614 tarixləri arasında sədrəzəm olmuş Osmanlı dövlət adamı. Dəvşirmə olaraq İstanbula gətirilmiş və Zülüflü Baltaçılar ocağında təhsil almışdır. Saraydan mütəfərrik olaraq çıxmış və Divan-ı Humayun çavuşluğu etmişdir. Oradan Zile voyvodalığına göndərilmiş və sonra İstanbula dönərək qapıçılar kəndxudası və kiçik cilovdar vəzifələrini görmüşdür. 1603'də Hələb hakimliyinə təyin edilmişdir. İran sərdarı olan Cığalızadə Yusif Sənan Paşa onu Hələb hakimliyindən azad etmiş və yerinə Canpoladoğlunu gətirmişdir. Nasuh Paşa buna etiraz etsə də, bu etirazı qəbul edilməmişdir. Özünə vəzirlik rütbəsi verilmiş və Tavil Əhməd adlı Cəlali üsyançısını aradan qaldırmaq ilə vəzifələndirilmişdir, lakin bu üsyançının üstünə getsə də, məğlub olmuş və geri çəkilmişdir. Daha sonra 1606-cı ildə Bağdadı saxta bir fərman ilə ələ keçirən Tavil Əhməd oğlu Məhəmmədin üstünə Bağdadı geri almaq üzrə göndərilmişdir. Bu səfərdə də müvəffəqiyyətsiz qalıb Diyarbəkirə çəkilmək məcburiyyətində qalmışdır.
Kayum Nasiri
Qabdelkayum Qabdennasır oğlu Nasıri (Kayum Nasiri) (tat. Qayum Nasıri, Kayum Nasiri, d. 2 [14] fevral, 1825 — ö. 20 avqust, 1902) — tatar alim-etnoqraf, ədəbiyyatçı və XIX əsrin maarifçisi. Tatar milli oyanışı və maarifçiliyinin simvolu olan Abd-ül-Kayum Nasiri, 14 (2) Fevral 1825-ci ildə Yaşıl Üzən bölgəsinin Yuxarı Şırdan kəndində 6 uşaqlı ailənin 2-ci övladı olaraq dünyaya gəlmişdir. İlk təhsilini atası Əbdünnəsirdən alan Kayum 1841-ci ildə təhsil almaq məqsədi ilə Qazana getmiş və Qazanın Beşinci Məhəllə Mədrəsəsinə yazılmışdır. Kayyum Nasiri 1855-ci ilə qədər bu məktəbdə təhsil almış, ərəb və fars dilləri ilə yanaşı gizlincə rus dilini də öyrənmişdir. O vaxt Rusca öyrənmək üləma (din alimi) tərəfindən qadağan edildiyinə görə Kayum Nasiri bu addımı ilə həm də bir ilk imza atmışdır. Rus dilini öyrənməsi ona asanlıqla iş tapmaq imkanı vermişdir. 1855-ci ildə Kayum Nasiri, oğlan və qız uşaqları üçün dini ibtidai məktəb olan Ruhani Seminariyada tatar dili müəllimi kimi fəaliyyətinə davam etmişdir.
Matrakçı Nasuh
Nasuh bin Qaragöz bin Abdullah əl-Bosnavi (türk. Nasuh bin Karagöz bin Abdullah el-Visokavi el-Bosnavî, serb-xorv. Serbo-Croatian: Matrakčija Nasuh Visočak; 1480 – 1564) — miniatür sənətinin mahir ustası, tarixçi və riyaziyyatçı. Əsil adı Nasuh bin Karagöz bin Abdullah el-Bosnavi olsa da, tarix mənbələrində Matrakçı Nasuh kimi göstərilmişdir. Matrakçı Nasuh 1480-ci ildə Sarayevo şəhərində anadan olmuşdur. Ölüm tarixi haqqında müxtəlif fikirlər vardır. Katib Çələbi Matrakçı Nasuhun ölüm tarixi kimi 1533-cü ili göstərsədə, sonradan bu rəqəm öz təsdiqini tapmamışdır. Nasuh əfəndinin 1564-cü ildə vəfat etməsi barədə bəzi fikirlərdə vardır, ancaq fikirlərdə rəsmən təsdiqlənməmişdir. Matrakçı Nasuhun şəxsi həyatı barədə tarix mənbələrində məlumat azdır. Babasının əslən xristian olduğu, Osmanlı əsgərləri tərəfindən zorla müsəlmanlaşdırlması barədə əsaslı iddalar vardır.
Mayko Nasu
Mayko Nasu (d. 31 iyul 1984) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Miconia nasella
Miconia nasella (lat. Miconia nasella) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Migel Nassimento
Mirzə Nağı Nasiri
Mirzə Nağı Nasiri və ya Mirzə Nağı Ordubadi (ö. 1731) — Səfəvilər sülaləsinin son dövrlərində məmur kimi çalışmış şəxs. O, məşhur Ordubadi ailəsinə mənsubdur. Mirzə Nağı uzun müddət şah şurasının (məcles-nevis və ya vaqāye'-nevis) katibi vəzifəsində çalışmışdır. O, önəmli risalənin nüəllifi olmuşdur. Bu traktat 1731-ci ildə II Şah Təhmasibin hakimiyyəti illərində tamamlanmışdır. Risalədə imperiyanın təşkili, orqanları, rütbələri və əməkhaqqı sistemi barədə məlumatlar əks etdirilmişdir. Müasir dövrdə bu kitabın əlyazması Hacı Hüseyn ağa Naxçıvani adlı şəxsin əlində idi. Orijinal adı naməlum olan əsərə məzmununa görə "Alqāb va Mavājeb-e Dowreh-ye Salātin-e Safaviyeh" adı verilmişdir. Hacı Hüseyn ağa sonradan bu əlyazmanı Təbriz ktabxanasına hədiyyə etmişdir.
Moza bint Nasir əl-Misnəd
Şeyxa Moza bint Nasir əl-Misnəd (ərəb. موزا بنت ناصر المسند‎) — Qətərin birinci xanımı. Şeyxa Moza bint Nasir əl-Misnəd 1958/1959-cu ildə Qətərin Əl Khor şəhərində anadan olub. O, 1977-ci ildə Qətər dövlətinin əmiri Hamad bin Xəlifə Al-Sani ilə ailə həyatı qurub. Şeyxa Moza Al Taniyənin üç arvadından ikincisidir. Xanım Şeyxa Moza 1995-ci ildə Qətər elm, təhsil və ictimai inkişaf fondunun sədri olub. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və ailə məsələləri üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışıb. 2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri olub. Hazırda o Veill Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür. Forbes jurnalı xanım Mozanı 100 ən güclü qadından biri kimi elan edib.
Murat Nasırov
Murat İsmailoviç Nasırov (13 dekabr 1969, Almatı – 19 yanvar 2007, Moskva) — uyğur əsilli Rusiya və Qazaxıstan pop müğənnisi. Murat Nasırov 19 yanvar 2007-ci ildə Moskvada məşhur barların birinin eyvanından özünü ataraq intihar etmişdir. Onun nəyə görə özünə qəsd etdiyinin səbəbi hələ də məlum deyil. Bəzi ehtimallara görə Murat Nasırov ölümündən qabaq həmin barın foesində LSD(Dietilamid lizergin turşusu) qəbul etmişdir. Bu ehtimalları nəzərə alaraq Murat Nasırovun meyiti yarılmış, ancaq ehtimallar özünü doğrultmamışdır. Yəni onun bədənində heç bir alkoqol və ya başqa maddə aşkarlanmamışdır. Bu yaxınlarda Rusiya mətbuatının Murat Nasırovun ailəsi və dostlarının dediklərinə nəzərən yaydığı məlumata görə ona heç bir zülm və ya məcburiyyət olunmayıb, əvvəllər heç vaxt intiharı nəzərindən belə keçirməmişdir. Onun klubda stəkanının içinə LSD maddəsi atılmağı bir sıra şübhəli məqamları hələ də kölgədə saxlayır, belə ki, bu qəsd olunmaması da demək deyil.
Məmməd Əli Nasir
Məmməd Əli Nasir Məhəmməd oğlu — Azərbaycan yazıçısı, "Qızıl qələm" mükafatçısı. Məmməd Əli Nasir 1931-ci ildə Şamaxı Şəhəri Cəmcəmli kəndində anadan olmuşdur. Kiçik yaşlardan onun ədəbiyyata olan marağı, onu yaşıdlarınıdan fərqləndirmişdir. 8-ci sinfi kənddə bitirib, Şamaxı şəhərində pedoqoji məktəbə daxil olmuşdur. Oranı da fərqlənməylə bitirib, bir müddət müəllimlik fəaliyyəti göstərmişdir. Sonra Bakı Dövlət Universtedinin jurnalistika fakültəsinə daxil olmuşdur. Onun istedadı və ədəbiyyata marağı yazdığı məqalələrlə, əsərlərdə aydın görülmüşdür. "Hərb və hikmət, Maksim və Kornac, Aşiq Nemət Dərbəndi". Universİtetdə təhsil ala-ala bir çox qəzetlerdə çıxan ədəbi bədii publistik məqalələri bir çoxlarını maraqlandırmışdı. Universiteti bitirdikdən sonra Bakı Ali Partiya məktəbinə daxil olmuş, oranıda əla qiymətlərlə bitirmisdir.
Mərkəzdənqaçma nasosu
Mərkəzdənqaçma nasosu ən geniş yayılmış nasos növüdür. Bu nasoslar həm soyuq, həm də isti halda olan suların, özlülüyü yüksək olan və aşındırıcı mayelərin, suyun qruntla, torfla, şlakla və s. bərk hissəciklərlə qarışığını nəql etmək üçün tətbiq olunur. Mərkəzdənqaçma nasosunun ümumi təsviri şəkildə verilmişdir. Bu nasoslar üçün mayenin fasiləsiz axması səciyyəvidir. Nasosun işçi üzvü üzərində pərlər bərkidilmiş rotordan ibarətdir. Rotor fırlanan valda oturdularaq çox hallarda bir başa elektrik mühərriki ilə əlaqələndirilir. Fırlanan rotorun pərləri mühərrikin enerjisini mayeyə verərərək mayedə təzyiq yaradır. Mühərrikin gövdəsinin orta hissəsində təzyiq kənarlarına nisbətən aşağı olduğundan mərkəzdənqaçma qüvvəsinin hesabına) maye girişdən çıxışa doğru hərəkət edir. Nasosun işçi çarxı həm bir tərəfli, həm də ikitərəfli hazırlana bilir.
NASA
NASA (ing. National Aeronautics and Space Administration; "Milli Aeronavtika və Kosmos İdarəsi") — ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi. NASA 1958-ci ilin fevralında yaradılmış Aeronavtika üzrə Milli Məşvərət Komitəsinin (NACA) xələfidir. NASA-nın 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası "Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq"dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir. NASA-nın 18 min nəfər əməkdaşı vardır və agentlik əldə etdiyi məlumatları tez-tez başqa ölkədaxili və beynəlxalq təşkilatlarla paylaşır. 1957-ci oktyabrın 4-də SSRİ-nin dünyada ilk süni peyki kosmosa buraxması ABŞ-ni özünün yenicə başlanmış kosmik proqramını sürətlədirməyə vadar etdi. ABŞ Konqresi SSRİ-nin bu addımını ölkənin milli təhlükəsizliyinə doğru yönəlmiş təhdid kimi dəyərləndirdi və təcili fəaliyyətə keçmək üçün xəbərdarlıq etdi. 7 ay davam edən müzakirələr nəticəsində yeni kosmik agentliyin yaradılması haqda razılığa gəlindi. Bu agentliyin yaradılması üçün xüsusi komissiya NASA yaradıldı.
NASA X-43
X-43A, NASA-nın hipersonik vasitə layihəsinin adıdır. Layihənin nümayiş və sınaq vasitəsi də eyni adla adlandırılmışdır. Scramjet, kosmosa birbaşa uçmaq üçün istifadə edilə bilən nəqliyyat vasitələrinə yol açan reaktiv mühərrik tipinin adıdır. Bu ad Supersonic Combustion Ramjet sözlərinin qısaldılmasından yaranmışdır. Yanacaq və hava qarışığının səsdən daha yüksək sürətlə hazırlana bildiyi bir ramjet tipidir. Adi ramjet mühərriklərində hava alma sürətinin səsdən aşağı sürətə endirilməsi tələb olunurdu. Havanın tez girmə və çıxma qabiliyyəti bu mühərriklərə çox yüksək sürət əldə etməyə imkan verir. Belə bir mühərriklə əldə edilə bilən təxmin edilən yuxarı sürət həddi təxminən 12-24 machdır (yəni səs sürətinin 12-24 qatı). Hələ də ABŞ Hərbi Hava Qüvvələrində olan SR-71 təyyarələri 3,2 Macha kimi sürətlənə bilir. 2004-cü ilin noyabr ayında NASA-nın yeni X-43A vasitəsi sürət rekordunu üç dəfə artıraraq 9.6 Mach (saatda 7 min mil/saat) (11.000 km/saat) sürətinə çatdırdı.
NASCAR
Quraşdırılmış Avtomobil Avto Yarışları Milli Assosiasiyası (NASCAR) — Amerikadakı ən böyük avtomobil yarışlarından biri. Həcmcə ən böyük 3 yarış vardır, "Monster Energy NASCAR Cup Series", "the Xfinity Series" və dünya yarış maşınları seriyası( Campaign World Truck Series). Kanada, Meksika və Avropada olduğu kimi, NASCAR 48, ABŞ-də 100-dən çox yolda 1500-dən çox yarışlar keçirilmişdir. Nascarın Yaponiyada keçirdiyi yarışlar əsasən Suzuka və Motegi dövrələrində keçirilir. Nascar yarışları həmçinin eSports şirkətinin " PEAK Antifreeze NASCAR iRacing Series" dövriyəsinin əsas hissəsini təşkil edir. NASCAR şirkəti, 1948-ci ildə Bil Frans tərəfindən qurulmuşdur və 2003-cü ildən bəri onun oğlu Brayn Frans tərəfindən idarə olunur. Şirkət Florida ştatının Daytona Beach şəhərində yerləşir. Beynəlxalq yarışlarda 150-dən çox ölkədə yayımlanır. 1920-ci və 30-cu illərdə Daytona Beach, 1927 və 1935-ci illər arasında dünya rekordlarının qırıldığı yer kimi tanınır. Rensom Olds və Alexander Winton arasında olan 1903-cü ildəki tarixi yarışdan sonra, bu yürüş sahəsi 15 dən çox rekordların qırıldığı yerə çevrildi.
NASDAQ
NASDAQ (National Association of Securities Dealers Automated Quotations) — rəsmi bir redaksiyası olmayan dəzgah üstü birjalarda (OTC) əməliyyat görən qiymətli kağızlar üçün alqı-satqı qiymətlərinin göstərildiyi avtomatik məlumat şəbəkəsi olaraq Nyu-Yorkda qurulmuş özəl birjadır. 8 fevral 1971-ci ildə NASDAQ fond birjasının əsası qoyulmuşdur. Dünyanın texnoloji birjası olaraq qəbul edilir. NASDAQ birjasında təkcə yüksək texnologiyalı şirkətlərin səhmləri siyahıya alınmır və buna görə də hər biri iqtisadiyyatın müvafiq sektorundakı vəziyyəti əks etdirən indekslərin bütöv bir sistem yaranıb. Hazırda NASDAQ birjasının elektron sistemində ticarət edilən qiymətli kağızların cari qiymətləri (kotirovkalara) əsasında on üç indeks mövcuddur. Nasdaq Kompozit indeksi NASDAQ birjasında bütün siyahıya alınmış şirkətlərin səhmləri daxildir (ümumi sayı 5000-dən çox). Bazar dəyərin hesablama üsulu: şirkətin səhmlərinin ümumi sayı bir səhmin cari bazar dəyərinə vurulur. Nasdaq-100 fond indeksi kapitallaşma üzrə və səhmləri NASDAQ birjasında satılan 100 ən böyük şirkəti əhatə edir. İndeksə maliyyə sektorundakı şirkətlər daxil deyil. 2021-ci ilə olan məlumata görə, Nasdaq-100 fond indeksin ümumi siyahısının 57%-i texnologiya şirkətləridir.
Nasarava ştatı
Kasarava ştatı (ing. Nasarawa State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat.
Nasazlıqlar arasındakı orta zaman (İnformatika)
Nasazlıqlar arasındakı orta zaman (İnformatika) (MTBF (ing. mean time between failures, ru. среднее время безотказной работы) - qurğunun etibarlılığının ölçü vahidi, qurğunun ilk nasazlığınadək olan orta zaman aralığı; adətən, minlərlə və ya onlarla min saatla ifadə olunur. Məsələn, MTBF göstəricisi 25000 saat olan qurğunun heç bir qəza olmadan təxminən 25000 saat işləməsi gözlənilir. Bəzi sərt disklərin MTBF göstəricisi 800000 saatdan (90 ildən) yuxarıdır. Ancaq, nəzərə almaq lazımdır ki, MTBF yalnız orta göstəricidir; qurğunun hər hansı hissəsinin daha tez sıradançıxma ehtimalı var. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Naser Şadli
Naser Şadli (Fransızca tələffüz: [nɑsɛʁ ʃadli]; 2 avqust 1989) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. O, peşəkar karyerasına Eerste Diviziya təmsilçilərindən olan Apeldoorn klubunda start vermişdir. 2010-cu ildə isə Tvente klubuna transfer olmuşdur. O, ilk mövsümdəcə KNVB Kubokunun qalibi olmuşdur. 2013-cü ildə Şadli Tottenhem Hotspur klubu ilə müqavilə imzalamışdır. Üç il sonra isə klub rekordu olan £13 milyon qarşılığında Vest Bromviç Albion klubuna transfer olmuşdur. Şadlinin atası Mərakeş vətəndaşıdır. O, 2010-cu ildə Mərakeş millisində debüt etmişdir. Növbəti ilə isə o, Belçika millisini təmsil etməyə başlamışdır. O, milli ilə 2014 və 2018 FİFA Dünya Kuboku turnirləri də daxil olmaqla, 51 oyunda iştirak etmişdir.
Nash tarazlığı
Neş tarazlığı (ing. Nash equilibrium) oyunlar nəzəriyyəsində — iki və ya daha çox oyunçuların iştirak etdikləri qeyri-koperativ oyunlar üçün həll konseptidir. Con Neş belə bir tarazlığın mövcud olduğunu hər hansı bir sonlu oyunda qarışıq strategiyalarda sübut etdi. Bu konseptdə aşağıdakılar fərz olunur: hər bir oyunçu digər hər bir oyunçunun tarazlıq strategiyasını bilir, və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə öz qazancını artıra bilməz. Əgər bütün oyunçular öz strategiyalarını seçmişlərsə və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə artıq heç bir qazanc əldə edə bilmirsə, onda bu strategiyalar seçimi və müvafiq qazanclar (mükafatlar) Neş tarazlığın təşkil edir. Bu konsepsiya ilk dəfə Antuan Oqüst Kurno tərəfindən istifadə edilmişdir. Kurno oyununda Neş tarazlığı dediyimizi necə tapacağımızı göstərdi. Neş, bu cür tarazlığın istənilən sayda oyunçu ilə sonlu oyunlar üçün mövcud olduğunu sübut edən ilk şəxs idi. Bu, kooperativ olmayan oyunlar haqqında 1950-ci ildə yazdığı dissertasiyasında edilmişdir. Neşdən əvvəl bu, yalnız Con fon Neyman və Oskar Morqenştern tərəfindən 2 əlli sıfır məbləğli oyunlar üçün sübut edilmişdir.
Nashik
Nasi-qorenq
Nasi-qorenq (indonez. nasi goreng, mənası "qızardılmış düyü"), İndoneziya mətbəxinin həm də Cənub-Şərqi Asiyanın milli yeməyidir. Çox vaxt İndoneziyanın "kulinariya simvolu" olaraq qəbul edilir, Qərb ölkələri də daxil olmaqla bölgədən kənarda da yayılmışdır. Plov növü olub, bitki yağında heyvan və ya bitki mənşəli əzilmiş məhsullarla qızardılmış düyü qarışığıdır. Müxtəlif növləri var. Tarixən əsas kulinariya mərkəzlərindən biri olan Yavada xüsusilə populyardır. İndoneziya və bir sıra digər regional mətbəxlərdə, Nasi-qorenq ilə birlikdə qarnir, adətən, yumurta, bir neçə manqal sate, krupuk (Çipsi), az miqdarda təzə və ya isladılmış tərəvəz və bəzən də digər qəlyanaltılar ilə tamamlanır. Nasi-qorenq, uzun əsrlər boyu Malakka yarımadasında və Malay arxipelaqının əsas taxıl məhsulu kimi becərilən düyünün ənənəvi bişirilməsi üsullarından biridir. Qaynadılmış düyünün bitki yağında qovurulması, həmçinin yeməyin əvəzedilməz tərkib hissəsi olan soya sousunun işlədilməsi təcrübəsinin burada məskunlaşmış çinlilərdən mənimsənildiyi güman edilir. Düyünün bu üsulla bişirilməsi nəinki ona xüsusi dad verir, hətta nəmli, isti havada yeməyin uzun müddət saxlanılmasına şərait yaradır.

Digər lüğətlərdə