NECƏ

NECƏ [Qazı:] Mən sənin üzünə baxan kimi yəqin etdim ki, sən necə adamsan (C.Məmmədquluzadə); HƏNCƏRİ (dial.) Bənövşə: Dilin həncəri dönür, elə də (M.İbrahimov); NƏ CÜR Quşlara nə qədər və nə cür ət verməyi Tağı əmi mənə öyrətmişdi (S.S.Axundov); NƏ TƏHƏR (dan.) Vəlisoltan: A kişi, siz nə təhər adammışsınız? (C.Məmmədquluzadə); NƏ SAYAQ Bu necə yaraşıqdı, bu nə sayaq bədəndi? Qız vücudun nədəndir? (M.Rahim); NƏ TÖVR Qazı: Mən şəxsən üzünə baxan kimi bilirəm ki, nə tövr adamdır (C.Məmmədquluzadə).

NAZLI
NEFT

Digər lüğətlərdə