nekroplankton
nekrotomiya
OBASTAN VİKİ
Nekropol
Nekropol (Nekropolis), arxeoloji sahələrdə kütləvi qəbirlərin yerləşdiyi əraziyə verilən addır. Yunanca nekros-polis "ölü(lər) şəhəri" deməkdir. Antik dövrdəki şəhərlərdə qəbir yerlərinin günümüz şəhərlərindən fərqi, günümüzdə daha çox yaşayış yerlərindən uzaqda və şəhərin xaricində olub, o dövrlərdə şəhərlə iç içə olmasıdır. Bu termin, tarixin müxtəlif yerlərində və dövrlərində yayılan şəhərlərdəki qəbir yerlərinin əksinə, ümumilikdə bir şəhərdən uzaqda ayrı bir qəbir ərazisini ifadə edir. Bu termin əsasən antik məkanlar üçün istifadə olunsa da, XIX əsrin əvvəllərində canlanmış və planlaşdırılmış şəhər qəbir yerlərinə (məsələn, Qlazqo Nekropolu kimi) tətbiq edilmişdir. Qədim Misirdəki Giza Nekropolu dünyanın ən qədim və yəqin ki, ən məşhur nekropollarından biridir, çünki Böyük Giza Piramidası Qədim Dünyanın Yeddi Möcüzəsi siyahısına daxil edilmişdir. Fironların dəfni üçün ayrılmış piramidalarla yanaşı, Misir nekropollarında erkən sülalə dövrünə aid tipik kral məzarı olan mastabalar da var idi. Etrusklər "ölülər şəhəri" anlayışını hərfi mənada qəbul edirlər. Cerveteridəki Banditaccia nekropolunda tipik məzar bir və ya bir neçə qayadan oyulmuş katakombaları əhatə edən kurqandan ibarətdir. Bu məzarlar bir neçə otaqlı idi və müasir evlər kimi nəfis şəkildə bəzədilmişdir.
Kreml divarı yaxınlığındakı nekropol
Kreml divarı nekropolu — vəfat edənlərin külü üçün kolumbarium kimi xidmət edən Kremlin divarının yaxınlığındakı Moskva Qırmızı meydanında xatirə qəbiristanlığı. Sovet dövlətinin dövlət, partiya xadimlərinin və hərbi rəhbərlərinin 1917-ci il Oktyabr İnqilabının iştirakçılarının dəfn yeri . 1920-1930-cu illərdə burada xarici ölkələrin kommunist inqilabçıları: məsələn yazıçı və jurnalist Con Rid, Yaponiya Kommunist Partiyasının qurucusu Sen Katayama, inqilabçı Klara Setkin, alman siyasətçisi Frits Hekkert və başqaları da dəfn edilmişdir. 1974-cü ildən bəri nekropol dövlət tərəfindən mədəniyyət abidəsi kimi qorunur . == Nekropolun təsviri == Qırmızı Meydanın şimal hissəsinə baxan Nikolskaya və Spasskaya qüllələri arasındakı divara yaxın ərazilər dəfn üçün istifadə olunur və yandırılanların külləri üçün kolumbariem kimi istifadə edilir. Xalq arasında ona "Kommunarların Divarı" ləqəbi verilmişdir. Qranit lövhələrin arxasındakı boşluqlarda inqilabçıların, ilk komissarların, Kominternin üzvlərinin, hərbi komandirlərin, astronavtların və görkəmli elm adamlarının külü olan 114 küp var. İlk qranit lövhə 1925-ci il aprelin 5-də qoyulmuşdur: inqilabın qocalarından olan Ali İqtisadi Şura sədrinin müavini Miron Vladimirovun nəşinin külü divarın içinə hörülmüşdür. Bu lövhədəki yazı: "Fəhlə sinfinin azad edilməsi uğrunda mübarizə aparan, sosialist quruculuğunun fədakeşi Miron Konstantinoviç Vladimirov (yoldaş Leva)". == Məzarlığın tarixi == === Çar dövrü === Çar dövründə Kremlin divarı boyunca yalnız Spasski və Nikolskii darvazaları arasında on beş kiçik qəbiristanlıq var idi - bu zaman adi insanlar divarın yanında dəfn olunurdular.
Dəlmə nekropolu
Dəlmə nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Sabirkənd yaxınlığında, Yaycı arxının sağ sahilində, hündürlüyü 8-10 metr olan təpənin üzərində və qərb yamacında arxeoloji abidə. Nekropolun yerləşdiyi təpə inzibati bölgüyə görə Culfa rayonunun Yaycı kəndinin ərazisindədir. Suyunu Gilançaydan alan Yaycı arxı burada dağın altından açılmış tuneldən keçir. Əraziyə verilən Dəlmə adı da buradan götürülmüşdür. Nekropoldan 700-750 metr qərbə tərəf, şərq, cənub və qərb tərəfləri sıldırım qayalıq olan dağın üzərində Dəlmə nekropolunun yaşayış yeri yerləşir. Nekropol 1983-cü ildə rəis Q.M.Aslanov olan Xarabagilan arxeoloji ekspedisiyası tərəfindən öyrənilmişdir. Ümumi sahəsi 616 m² olan qəbiristanlıqda cəmi 27 qəbir var idi ki, onlardan da 8-i uşaq qəbri idi. Qəbirlərin kameraları müxtəlif ölçülü daşlardan səliqə ilə işlənmişdir. Heç bir qəbirdə örtük daşları qalmamışdır. Dördbucaqlı planda olan qəbir kameralarının bir tərəfi nisbətən ensizdir.
Dəmirli nekropolu
== Coğrafi mövqeyi == Dəmirli nekropolu,Culfa rayonunun Ləkətağ kəndindən şimalda,Dəmirliçayla Bərxudarçayın qovşağında uzunsov təpənin üzərində arxeoloji abidə. == Ümumi məlumat == Nekropolun ətrafı yaşayış yeri olmuşdur.Qəbirlər daş qutu tiplidir.Onlar yanlarda iri sal daşlarla qurularaq irihəcmli,yastı sal daşlarla qapadılmışdır.Qəbirlər müxtəlif istiqamətə yönəldilmişdir.Bəzi qəbirlər qazılaraq dağıdılmış,bəzilərinin üst daşları aşınma nəticəsində düşmüşdür.Nekropolun ərazisindən çəhrayı və boz rəngli keramika parçaları toplanmışdır.Toplanmış arxeoloji materiallara əsasən nekropolu 1-7-ci əsrlərə aid etmək olar.
Dəmirçi nekropolu
Dəmirçi nekropolu — Şərur rayonunun Dəmirçi kəndinin şimalında, Sarıdaş yaxınlığındakı yüksəkliklərdən birində yerləşən arxeoloji abidə. Naxçıvan-Sədərək şossesi nekropolu Dəmirçi kəndindən ayırır. == Tədqiqi tarixindən == Nekropol 1967-ci ildə aşkar edilmişdir. İlkin araşdırmalar zamanı abidənin təxminən 6 ha-lıq sahəni əhatə etdiyi müəyyənləşdirilmişdir. Buradan şərq qərb, şimal-cənub istiqamətində salınmış daş qutu tipli qəbirlər aşkar edilmişdir. 1998, 2001-ci illərdə nekropoldan müxtəlif ölçülü sal daşlar, boz rəngli keramika nümunələri aşkar edilmişdir . Müxtəlif vaxtlarda bu ərazidə tikinti daşları çıxarılarkən tapılan maddi-mədəniyyət nümunələri kənd sakinləri T.Novruzov və H. Ələkbərov tərəfindən toplanaraq mühafizə edilmişdir. Həmin materiallar 5 tunc iynə, 2 sırğa, 1 bilərzik, 47 ədəd muncuq və keramika məmulatı ilə təmsil olunur. Abidədən toplanan yerüstü materialların bir qismi sonralar AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafi ya və Arxeologiya İnstitutunun muzeyinə təhvil verilmişdir. == Aşkarlanmış maddi mədəniyyət nümunələri == Buradan yığılan keramika məmulatı əsasən boz-qara rəngdə olan küpə, kasa, çölmək, xeyrə qədəh və onların fraqmentlərindən ibarətdir.
Dəmirçilər nekropolu
Dəmirçilər nеkrоpоlu — Şərur rаyоnunun Dəmirçi kəndindən şimаldа, dаğ silsiləsinin düzənliyə yеnən yаmаcındа yеrləşir. Nеkrоpоl tаmаmilə dаğıdıldığındаn qəbir tiplərini müəyyən еtmək mümkün оlmаmışdır. Tədqiqаtçılаrın məlumаtınа görə, Dəmirçi nеkrоpоlundаkı qəbirlər dаş qutu tipli оlmuşdur. Dаğıdılmış qəbir аbidələrindən çəhrаyı və bоz rəngdə bişirilmiş gil qаblаr аşkаr оlunmuşdur. Kаsа tipli qаblаrın аğzının kənаrındа dеşikli qulаqcıqşəkilli çıхıntılаrı vаrdır. Gil qаblаrın üzəri dаlğаlı хətlər və sünbülşəkilli bаsmа оrnаmеntlə nахışlаnmışdır. Bu tip kеrаmikа məmulаtı Еrkən Dəmir dövrü üçün хаrаktеrikdir. 2007-ci ildə aparılan araşdırmalar zamanı nekropolda kurqan tipli abidələr də aşkar edilmişdir. Nеkrоpоlu е.ə. II-I minilliklərə аid еtmək оlаr.
Dəmyələr nekropolu
Dəmyələr nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Tivi-Ağdərə torpaq yolunun alt tərəfində, yaşayış yerinin yaxınlığında arxeoloji abidə. Nekropol yaxınlıqdakı yaşayış yerindən dərin dərə ilə ayrılmışdır. Nekropol dağın yamacında yerləşdiyindən təbii aşınma nəticəsində qəbirlərin torpaq örtüyü və yan daşları dağılmışdır. Buradakı qəbirlər daş qutu tiplidir. Onların bəzilərinin üst daşları saxlanmasa da, ətrafa dağılmış iri sal daşlar qəbirlərin bu tip daşlarla örtüldüyünü göstərir. Aparılmış tədqiqatlar zamanı nekropolda dörd qəbir abidəsi öyrənilmiş, bu abidələrdən insan skeletinə aid qalıqlar və zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Dəfnlər kollektivdir. Aşkar olunan arxeoloji materiallar keramika məmulatı və bəzək əşyalarından ibarətdir. Aşkar edilmiş maddi-mədəniyyət nümunələri Tunc dövründən Dəmir dövrünə keçidi izləməyə imkan verir. Bu baxımdan bimetallik fibula və dəmir məftildən hazırlan mış, əqiq muncuqlar keçirilmiş boyunbağı, aqat muncuqlar keçirilmiş, üzəri gəzli tunc üzüklər xüsusilə diqqəti cəlb edir.
Eyvaz nekropolu
Eyvaz nekropolu — Ordubad şəhərinin cənub-şərq hissəsində arxeoloji abidə. == Ümumi məlumat == Abidə XX əsrin 80-ci illərinin əvvəllərinə qədər mövcud idi. Orada mərmərdən hazırlanmış çoxlu başdaşı tipli qəbirüstü xatirə abidələri var idi. Bu abidələrin üzərində ərəb və fars dillərində kitabələr olmuşdur. Qəbiristanlıq sufi şeyxi Pir Eyvazın vəfatından sonra yaranmışdır. Sonralar bu sufi şeyxinə hörmət əlaməti olaraq onun qəbri ətrafında dəfn mərasimləri keçirilmiş və böyük bir qəbiristanlıq yaranmışdır. Qəbiristanlıqdakı məzar kitabələrinin tarixləri orada 16-18-ci əsrlərdən başlayaraq dəfn mərasimləri keçirildiyini söyləməyə əsas verir. XX əsrin 80-ci illərində dağıdılıb, yerində avtovağzal inşa edilmişdir.
Göydərə nekropolu
== Coğrafi mövqeyi == Göydərə nekropolu, Culfa rayonunun Göydərə kəndindən şimal-qərbdə, hündür dağ yamacında yerləşir. Qərbdə dərə, şimalda dağ silsiləsi, şərqdə və cənubda Göydərə kəndi ilə əhatələnir. == Haqqında == Yaşayış yerində 1990–1991-ci illərdə kəşfiyyat хarakterli tədqiqat işləri aparılmışdır. Nekropoldakı qəbirlərin hamısı qərb-şərq istiqamətindədir. Onların başdaşıları saxlanmamışdır. Sinə daşları dördkünc prizmatik formadadır. Burada həmçinin qoç daşlara və sənduqələrə təsadüf olunur. Sənduqələrin bir qismi düzbucaqlı əsas üzərində hazırlanmış və yuxarıda tağvari formada tamamlanmışdır. Bəzi qəbirlərin üzərində Ərəb əlifbası ilə kitabələrə təsadüf edilir. Qəbirlərdən birinin yan tərəfində Azərbaycanın Orta əsr təsviri sənəti üçün хarakterik olan tüfəng və qılınc təsvir edilmişdir.
Gəmiqaya nekropolu
Gəmiqaya nekropolu — Ordubad rayonunun Nəbiyurdu yaylasında arxeoloji abidə. Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. == Ümumi məlumat == Burada qəbirlər daş qutu tiplidir. Tədqiqat zamanı dağıdılmış qəbirlərin birindən isə Kür-Araz mədəniyyətinə aid keramika parçaları tapılmışdır. Araşdırmalar zamanı nekropolda həmçinin dəmir dövrünə aid qəbirlər aşkar olmuşdur. Dəmir dövrünə aid olan qəbir abidəsi qaya parçalarından dördkünc formada hazırlanmış, üzəri ağır sal daşlarla qapadılmışdır. Qəbirin içərisinə şimal tərəfdə yerləşən ensiz dromoslardan girilir. Qəbirin sağ divarında bir üçbucaq şəkilli taxça vardır. Abidə kanal qazılarkən dağıntıya uğramışdır və talan edildiyindən maddi-mədəniyyət nümunələri aşkar olunmamışdır. Nekropol tikinti texnikasına və quruluşuna görə onu eradan əvvəl 4-1-ci minilliklərə aid edilir.
Gərməşovlu nekropolu
Gərməşovlu nekropolu — Culfa rayonunun Göynük kəndindən şimalda, Xornu çayının yuxarı axarında, hündür təpənin yamacında arxeoloji abidə. == Ümumi məlumat == Nekropol Azərbaycan Elmlər Akademiyasının Naxçıvan bölməsinin arxeoloji ekspedisiyası tərəfindən qeydə alınmışdır. Nekropol yamacda yerləşdiyindən qəbirlər aşınma nəticəsində üzə çıxmış və dağıdılmışdır. Qəbirlər dördkünc, bəzən isə oval formalı olub müxtəlif istiqamətlərə yönəldilmiş vəziyyətdədir. Onlar yanlarda iri sal daşlarla qapadılmışdır. Ətrafa səpələnmiş skelet qalıqları inqumasiya üsulu ilə dəfn adətinin olduğunu göstərir. Qəbirlərdən aşkar olunan gil qablar qırılmış və ətrafa səpələnmişdir. Boz və çəhrayı rəngdə bişirilən keramika məmulatı 1–2-ci əsrlərə aiddir.
Humay qayası nekropolu
Humay qayası nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nəsirvaz kəndinə gedən yoldan yuxarıda, Nəbi yurdu və Qara pirdən aşağıda, "Humay qayası" dağının ətəyində, təpə üzərində yеrləşən nekropol. == Haqqında == Abidə bir tərəfdən dərin dərə ilə, digər tərəflərdən düzənlik sahələrlə əhatə оlunmuşdur. Sahəsi 1 hektara yaxındır. Nekropoldakı qəbirlərin üzü şərq istiqamətindədir. Qəbirlərin çоxu təbii aşınma nəticəsində dağılmışdır. Nekropolda aparılan araşdırma zamanı yerli əhalidən toplanılan etnoqrafik materiallardan da istifadə edilmişdir. Yerli əhalinin verdiyi məlumata görə vaxtı ilə nekropolun yaxınlığında "Kolluq" adlı yerdə tikili qalıqları olmuşdur. Orada müxtəlif dövrlərdə aparılmış təsərrüfat işləri nəticəsində divar qalıqları dağılmışdır. Bu abidə erkən orta əsrlər dövrünə aiddir.
II Haçaparaq nekropolu
II Hаçаpаrаq nеkrоpоlu — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində nekropol. Nekropol Haçaparaq yaşayış yerindən şimаldа, Nахçıvаn Əshаbi-Kəhf аsfаlt yоlunun sоl tərəfində yеrləşir. Bаşdаşlаrı yоnulmаmış qаyа pаrçаlаrındаndır. Bəzi qəbirlərin ətrаfı dördkünc fоrmаdа çаy dаşlаrı ilə əhаtələnmiş, bəzilərinin isə üzərinə dаş yığılmışdır. Tоrpаqdа qаzılаn qəbirlər müsəlmаn qibləsinə yönəldilmişdir. Bir çох qəbirlərin yеrüstü əlаmətləri itmişdir. Qəbiristаnlığı ХVIII-ХX əsrlərə аid еtmək оlаr.
II Qaraçuq nekropolu
II Qaraçuq nekropolu — Naxçıvan şəhərindən 3 km şərqdə, Qaraçuq kəndi yaxınlığında yerləşən Orta əsrlərə aid arxeoloji abidə. == Tarixi == Məlumata görə, nekropolda sənduqə tipli və qoç formalı daşlardan ibarət qəbirüstü abidələr olmuşdur. Bu abidələrin baş daşları, əsasən, yastı daş plitələrdən hazırlanaraq, bəzilərinin baş tərəfi tağvarı formada tamamlanmışdır. Bir neçəsinin üzərində ərəbcə kitabə var. Nekropoldakı ölülərin hamısı müsəlman adəti üzrə dəfn olunub. Abidənin XII-XIX əsrlərə aid olması ehtimal edilir. == Əhəmiyyəti == Nekropolda aparılan araşdırmalar Naxçıvanda XII-XIX əsrlər nekropol mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
II Sarıbulaq nekropolu
II Sarıbulaq nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda antik dövrə aid nekropol. Nekropol Sarıbulaq yurd yeri yaxınlığında yerləşir. Sel suları nəticəsində dağılmış torpaq və daş qutu qəbirlərdən saxsı qab qırıqları toplanmışdır. Bu nekropoldan 2 km şimal-şərqdəki Keçəltəpə üzərindəki digər nekropolda torpaq qəbirlər (bəziləri dağılmışdır) aşkar olunmuş və erkən orta əsrlər üçün səciyyəvi olan saxsı məmulatı əldə edilmişdir.
II Şahtaxtı nekropolu
II Şahtaxtı nekropolu — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində nekropol. Govurqaladan cənub-qərbində yerləşən arxeoloji abidə Son Tunc-İlk Dəmir dövrünə aid edilir. 1971-ci ildə abidə ərazisində aparılan tikinti işləri zamanı, bişlmədən bir neçə daş qutu qəbir dağıdılmış, çəhrayı və boz rəngli gil qablar, bəzək əşyaları, silindrik möhür tapılmışdır. 1979–1980-ci illərdə torpaq işləri görülərkən dağıdılmış xeyli daş qutu qəbirlərdə küpə, kasa, çaydan, vaza, badya tipli gil qablar, silah və daş alətlər aşkar olunmuşdur. Gil qabların bəzisi cızma və yonma ornamentlərlə bəzədilmişdir. Boyalı Qablar mədəniyyətinin əsas ocaqlarından olan Şahtaxtı Govurqalası və nekropollarından tapılan polixrom boyalı qablar öz bədii tərtibatına görə nadir incəsənət nümunələri kimi dəyərləndirilməkdədir.
I Albantəpə nekropolu
I Albantəpə nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin yaxınlığındakı Albantəpə yaşayış yerinin şimal-qərbində, yastı təpə üzərində yerləşən və antik dövrə aid olan nekropol. Nekropol daş qutu qəbirlərdən ibarətdir. Qəbirlərin döşəməsinə iri sal daşlar, kənarlarına isə müstəvi formalı daşlar düzülmüşdür. Nekropolun ən hündür yerində yerləşən 1 saylı qəbir 40-45 yaşlı qadına məxsusdur. Uzunluğu 1,8 m olan skelet və kəllə sümüyü yaxşı saxlanmışdır. Sol əlinin ikinci barmağına şüşə üzük taxılmışdır. Qəbirdən dairəvi və uzunsov yaşımtıl muncuqlar aşkar edilmişdir. Nekropolun qərb tərəfindəki 2 saylı qəbir 55-60 yaşlı kişiyə məxsusdur. Qəbirin baş tərəfindən şar şəkilli iki ədəd şüşə qab əldə olunmuşdur. Tapıntılara əsasən, nekropol e.ə.
I Böyükdüz nekropolu
I Böyükdüz nekropolu — Kəngərli rayonunda, eyni adlı kənddən cənub-şərqdə antik dövrə aid arxeoloji abidə. Abidənin sahəsi 320 m²-dir. əllidən artıq sayda olan qəbirlər, əsasən daş qutu tiplidir. Hamısı daşqın zamanı yuyulub üzə çıxmışdır. Qazıntılar zamanı qəbirlərin birindən insan skeletinin qalıqları aşkar edilmişdir. Dağıdılmış bir neçə qəbirin materiallarını 1972-ci ildə sərhəd gözətçi məntəqəsinin zabitləri toplamış və Naxçıvan Dövlət Tarix Muzeyinə təhvil vermişlər. Tapıntılar şüşə flakonlardan, boz və çəhrayı rəngli gil qablardan, dəmir qılınc, xəncər, çıçaq, ox ucluğu və at ləvazimatı qalıqlarından ibarətdir.
I Haçaparaq nekropolu
I Hаçаpаrаq nеkrоpоlu — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində nekropol. Nekropol Haçaparaq yaşayış yerinin cənubundа kiçik, uzunsоv təpənin üzərində yеrləşir. Qəbirlərin bəzisinin ətrаfı dаirəvi şəkildə, bəzisi isə dördkünc şəkildə dаşlаrlа əhаtə оlunmuşdur. Qəbirlər qərb-şərq istiqаmətinə yönəldilmişdir. Оnlаrın bаşdаşlаrı yоnulmаmış qаyа pаrçаlаrındаndır. Tədqiqаt zаmаnı qəbiristаnlıqdаn Sоn Оrtа əsrlərə аid şirsiz sахsı məmulаtı аşkаr оlunmuşdur. Qəbiristаnlığı ХII-XVIII əsrlərə аid еtmək оlаr.
I Keçili nekropolu
I Keçili nekropolu — Şəmkir rayonunun Keçili kəndindən 5 km şimalda yerləşirdi. Şəmkir SES tikintisi ilə əlaqədar su altında qalmış sahəyə düşmüş və 1974-1975-ci illərdə tədqiq olunmuşdur. Nekropolda orta tunc, son tunc və antik dövrlərin qəbirləri üzə çıxarılmışdır.
I Qaraçuq nekropolu
I Qaraçuq nekropolu — Naxçıvan şəhərindən 3 km şərqdə, Qaraçuq kəndi yaxınlığında yerləşən Tunc dövrünə aid arxeoloji abidə. == Tarixi == Abidə 1985-ci ildə təsadüfən aşkar olunmuşdur. Araz daşarkən nekropolun ərazisi ada şəklində suyun ortasında qalmış, qumsal təpədə yerləşən qəbirlərin bir hissəsi yuyulub dağılmış, boyalı gil qab nümunələri (əsasən kasa, badya, küpə və s.) çəhrayı rəngli, iri qum və saman qarışığı olan gildən hazırlanmış kasa tipli qablar, tuf daşından yonulub hazırlanmış çəhrayı rəngli vaza tipli qab və s. aşkar olunmuşdur. Tapıntıların Orta Tunc dövrünün ilk mərhələsi üçün xarakterik olub, e. ə. 2100-1900-cü illərə aidliyi ehtimal edilir. == Əhəmiyyəti == Nekropolda aparılan tədqiqatlar burada e. ə. 2100-1900-cu illərə aid nekropol mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
I Sarıbulaq nekropolu
I Sarıbulaq nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda antik dövrə aid nekropol. Nekropol Sarıbulaq yurd yerindən 1 km şərqdə, hündür təpə üzərində yerləşir. Arxeoloji qazıntı işləri aparılmamışdır. Sel suları nəticəsində dağılmış nekropol torpaq və daş qutu qəbirlərdən ibarətdir. Qəbirlərdən xeyli maddi mədəniyyət nümunələri, xüsusilə saxsı qab qırıqları əldə olunmuşdur. Nekropolun e.ə. 2 – eramızın 3-cü əsrlərinə aid olması ehtimal edilir.
I Şahtaxtı nekropolu
I Şahtaxtı nekropolu — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində nekropol. Govurqaladan şimal-şərqdə yerləşən arxeoloji abidə Orta və Son Tunc, İlk Dəmir dövrlərinə aid edilir. Abidənin sahəsi 5 hektardan çoxdur. Qəbirlərin əksəriyyəti daş qutulardan ibarət olub, üzəri torpaq qarışıq daş kurqanlarla örtülmüşdür. Arxeoloji qazıntılar nəticəsində kromlexlə əhatələnmiş daş qutu qəbirlərin birində bütöv at skeleti, polixrom boyalı küpə, yüksək sənətkarlıq nümunələri olan boz, qara rəngli gil qablar, qızıl təbəqə ilə örtülmüş bəzək əşyaları, tunc məmulatı və sair aşkarlanmışdır. Polixrom boyalı küpənin üzəri qara, qırmızı rənglərlə quş, at, keçi, vəhşi heyvan təsvirləri, eləcə də həndəsi rəsmlərlə maraqlı kompozisiya şəklində bəzədilmişdir.Tapıntılar əsasən e.ə. 2-1 minilliklərə aid olunur.
Kolanı nekropolu
Kolanı nekropolu — Şahbuz rayonunun Kolanı kəndi yaxınlığında Naxçıvnçayın sol sahilində, dağ silsiləsinin çaya enən yamacında yerləşən abidə. == Haqqında == O, hər tərəfdən dərin dərə ilə əhatə olunmuş, yalnız şərqdə ensiz zolaq vasitəsilə dağ silsiləsi ilə əlaqələnir. Kolanı nekropolu 1986-cı ildə V. B. Baxşəliyev tərəfindən qeydə alınmışdır. Nekropolun yerləşdiyi ərazi alçaq kollarla örtülmüşdür. Qəbirlərin bir qrupu aşınma nəticəsində üzə çıxmış və dağııntıya məruz qalmışdır. Nekropol 1986–1988-ci illərdə aparılan tədqiqat işləri nəticəsində V. B. Baxşəliyev və V. H. Əliyev tərəfindən öyrənilmişdir. Nekropolda 16 qəbir abidəsi tədqiq edilmişdir. Qəbirlər daş qutulardan ibarət olub iri sal daşlardan qurulmuşdur. Bəzi qəbirlərin qurulmasında həm iri sal daşlardan, həm də hörgüdən istifadə edilmişdir. Qəbirlər əsasən düzbucaqlı və oval formalıdır.
Kolasu nekropolu
Kolasu nekropolu — Culfa rayonunun Ləkətağ kəndindən şimal-şərqdə eyniadlı, yaşayış yerinin şimalında orta əsrlərə aid arxeoloji abidə.
Külüs nekropolu
Külüs nekropolu — Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu ərazisində arxeoloji abidə. == Tarixi-coğrafi mövqeyi == Şahbuz rayonu ərazisində, Külüs kəndinin şimal tərəfindəki yamacda, eyniadlı çayın sol sahilində yerləşir. == Tədqiqi tarixindən == Abidə 1976-cı ildə V. H. Əliyev tərəfindən qeydə alınmış, Külüs qalası və nekropolu haqqında D. A. Axundov da məlumat vermişdir. 1990-cı ildə V. B. Baxşəliyev burada tədqiqat işləri apararaq, dağılmış qəbirlərdən birinin divarının ölçülərini götürmüşdür. Onun uzunluğu 0.6, eni 0.2 m olub, divarı kiçik daşlarla iki cərgə hörülmüşdü. Nekropoldakı qəbirlər daş qutu tipli olmuşdur. Skelet qalıqları olduqca pis saxlanmışdı. == Aşkarlanmış maddi-mədəniyyət nümunələrinin xüsusiyyətləri == Buradan tapılan maddi-mədəniyyət qalıqları əsasən boz rəngli küpə qırıqlarından ibarət olub formaca bir-birindən fərqlənir. Qabların gilinə narın qum qatılmış boz, yaxud qara rəngdə bişirilmişdir. Qabların daxili səthində saxlanmış konsentrik izlərə əsasən demək olar ki, onlar dulus çarxında hazırlanmışdır.
Kürsəngi küp qəbirləri nekropolu
Kürsəngi küp qəbirləri nekropolu — Salyan rayonu, Kürsəngi kəndi ərazisində yerləşən arxeoloji abidə. == Ümumi məlumat == Salyan şəhərindən 30 km şimal-şərqdə yerləşən, "Kürün səngidiyi yer" mənasını verən və hündürlüyü 77 metrə çatan Kürsəngi palçıq vulkanı Cənub-Şərqi Şirvan düzündə ən iri palçıq vulkanıdır. Vaxtı ilə Kür çayının bu təpənin yaxınlığından keçməsi burada insanların məskunlaşmasına səbəb olub. Vulkanın şərqində və cənubunda torpağın üzərində çox sayda qalaqlanmış kərpic qırıqları və müxtəlif ölçülü qırmızı və açıq sarı rəngli bişmiş kərpicdən tikilən diametri 5–6 metrə çatan tikililərin qalıqları mövcuddur. Ərazidə şirli və şirsiz qab parçalarına da rast gəlinir. Kürsəngi nekropolunda e.ə. II–III əsrlərə aid küp qəbirləri aşkar edilmişdir. Əhəng daşından hazırlanan qəbir daşlarının parçaları günümüzə qədər gəlib çıxıb. Daş parçalarının üzərində süls xətti ilə ərəbcə yazılar və nəbati ornamentlər həkk olunub. Hazırda təpənin üstündə kənd qəbiristanlığı yerləşir.

Digər lüğətlərdə