NEYR

Nur sözü ilə qohumdur, “işıqlandıran” deməkdir, ərəbcədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

NEYLƏMƏK
NEYROLİNQVİSTİKA
OBASTAN VİKİ
Elman neyron şəbəkəsi
Elman şəbəkəsi — rekurrent şəbəkələrin bir növüdür. Çoxlaylı perseptronlardan təşkil olunmuşdur. Əksəlaqələrin təmin olunması ilə işləyir. Əlaqələr şəbəkənin çıxışından deyil, daxili neyronların çıxışından yaranır. Bu da müşahidə olunan proseslər haqqında tam məlumat almağa və düzgün idarəetmə strategiyası yaratmaq üçün informasiya toplamağa imkan verir. Bu şəbəkələr hərəkət edən obyektlərin idarəetmə sistemlərində istifadə oluna bilər. Belə ki, onların əsas xüsusiyyəti ardıcıllığın yadda saxlanmasıdır.
Neyriz
Neyriz — İranın Fars ostanının şəhərlərindən və Neyriz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 45,180 nəfər və 11,970 ailədən ibarət idi.
Neyriz şəhristanı
Neyriz şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Neyriz şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 105,241 nəfər və 28,664 ailədən ibarət idi.
Neyrobiologiya
Neyrobiologiya — sinir sisteminin quruluşunu, işini, inkişafını, genetikasını, biokimyasını, fiziologiyasını və patologiyasını araşdıran bir elm. Davranışın öyrənilməsi eyni zamanda nevrologiyanın bir qoludur. İnsan beyninin öyrənilməsi fənlərarası bir elmdir və molekulyardan hüceyrə səviyyəsinə (fərdi neyronlar), nisbətən kiçik neyron birləşmələri səviyyəsindən beyin qabığı və ya böyük sistemlər səviyyəsinə qədər bir çox tədqiqat səviyyəsini əhatə edir. beyincik və ən yüksək səviyyədə - bütövlükdə sinir sisteminin səviyyəsi. İnsanlar tez-tez nevrologları psixoloqlarla qarışdırırlar. Neyrobiologiya, eyni zamanda, insan beynindəki fizioloji proseslərin gedişatının xüsusiyyətlərini və daha yüksək sinir fəaliyyətində yaratdığı dəyişiklikləri araşdıran neyrofiziologiya ilə əlaqələndirilir. Sinir sisteminin ilk tədqiqatı qədim Misirə gedib çıxır. Trepanation, baş ağrısı və zehni xəstəlikləri müalicə etmək, kəllə təzyiqini azaltmaq üçün kəllədə bir çuxur qazma və ya qırmaq üçün cərrahi bir tətbiq ilk dəfə Neolit ​​dövründə qeyd edildi. Eramızdan əvvəl 1700-cü ilə aid əlyazmalar misirlilərin beyin zədələnməsinin əlamətləri barədə bir az məlumat sahibi olduqlarını göstərir. O vaxt beyinə "kəllə dolması" deyilirdi.
Neyrocərahiyyə
Neyrocərrahiyyə (ing. Neurosurgery) — Neyrocərrahiyyə və ya nevroloji cərrahiyyə, ümumi dildə beyin cərrahiyyəsi kimi tanınan, beyin, onurğa beyni, mərkəzi və periferik sinir də daxil olmaqla sinir sisteminin hər hansı bir hissəsini təsir edən xəstəlilkərin qarşısının alınması, diaqnostikası, cərrahi müalicəsi və reabilitasiyası ilə məşğul olan tibbi ixtisasdır. Müxtəlif ölkələrdə fərdin qanuni olaraq neyrocərrahiyyə ilə məşğul olması üçün müxtəlif tələblər var . Əksər ölkələrdə neyrocərrah təhsili üçün tibb fakültəsini bitirdikdən sonra minimum yeddi il müddətinə ehtiyac duyur Ağrıları aradan qaldırmaq üçün baş üzərində əvvəlcədən düşünülmüş əməliyyatlar min illərdir mövcuddur, lakin neyrocərrahiyyədə nəzərəçarpacaq irəliləyişlər yalnız son yüz ildə baş verib. Görünür, İnkalar Avropanın müstəmləkəçiliyindən əvvəl trepanasiya kimi tanınan proseduru tətbiq ediblər. 936-cı ildən 1013-cü ilə qədər Əl-Əndəlusda orta əsrlərdə Əl-Zəhravi baş xəsarətləri, kəllə sınıqları, onurğa zədələri, hidrosefaliya, subdural efüzyonun cərrahi müalicəsini həyata keçirib. . Hua Tuo mafeisan adlı ilk ümumi anesteziya yaratdı. o bunu beyində cərrahi əməliyyatlarda istifadə etdi. Neyrocərrahlar aşağıdakı tibbi problemlərlə məşğul olur: Onurğa sütunu xəstəlikləri, Fəqərə arası disk yırtqları, degenerativ xəstəliklər, skalioz, fəqərələrin patoloji sınıqları, Baş beyin şişləri, İntraserebral və ekstraserebral şişlərin mikrocərrahiyyəsi, Hipofiz adenomaların endoskopik cərrahiyyəsi, Onurğa beyin şişləri, İntramedulyar və ekstramedulyar şişlərin mikrocərrahiyyəsi, Uşaq neyrocərrahiyyəsi, İnkişaf qüsurları, anadangəlmə baş və onurğa beyin yırtıqları, hidrosefaliyalar, kraniostenozlar, uşaqlarda rast gəlinən şişlər, Bas və onurğa sütunun travmaları, İntraserebral, Epidural, Subdural hematomalar, basılmiş sınıqlar, kəllə sümüyünün defektləri, Fəqərələrin sınıqları və s. Nevrologiyada həkim-nevropatoloqlar tərəfindən müalicəsi mümkün olmayan, cərrahi müdaxilələrlə sağaldılan bir sıra xəstəliklər Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə Kafedrasında Neyrocərrahiyyə üzrə müxtəlif dərəcəli elmi dissertasiyalar müdafiə etmiş professorlar, tibb elmləri namizədləri, tibb üzrə fəlsəfə doktorları həm kafedranın nəzdində, həm də müxtəlif klinikalarda fəaliyyət göstərirlər.
Neyrodermit
Neyrodermit — uzun müddət qаşınmа ilə dаvаm еdən və tеz-tеz rеsidiv vеrən dəri xәstәliyidir. Neyrodermitdə qаşınmа səpkilərdən qаbаq əmələ gəlir və çоx güclü оlur. Xәstәliyin iki klinik fоrmаsı аyırd еdilir: mәһdud və diffuz neyrodermit. Neyrodermatozlar adı altında ən səciyyəvi simptomu qaşınma olan xəstəliklər qrupu birləşdirilir. Neyrodermatozlarda qaşınmanın çox güclü olması və adətən dəridəki dəyişikliklərdən qabaq əmələ gəlməsi ilə fərqlənir. Bundan başqa əsas simptomlar arasında papulyoz ləkələr, lixenifikasiyalar, sinir sisteminin aydın nəzərə çarpan funksional pozğunluqları vardır. Neyrodermitlərin kliniki növləri bunlardır: Dəri qaşınması Məhdud neyrodermit Diffuz neyrodermit Qaşınma xəstəliyi Qaşınmaya bir neçə amil səbəb ola bilər. Bunlara mexaniki toxunma, daxili orqanlarda pozulmalar və endokrin pozulmalar aiddir. Dəri qaşınmasının 2 klinik forması vardır məhdud yayılmış. Məhdud dəri qaşınmasına vulvanın, xayaların, anusun böyük büküşlərin qaşınması aiddir.
Neyroelm
Neyroelm — sinir sistemini öyrənən elm sahəsi. İlk başda sadəcə biologiyanın bir sahəsi olaraq inkişaf etsə də, müasir neyroelm fizika, riyaziyyat, kompüter elmləri, dilçilik, psixologiya, fəlsəfə kimi sahələrin kəsişməsində yer alır. Neyroelm sinir sistemini təşkil edən neyronların işləyişini quruluşun fərqli səviyyələrində öyrənir. Buna görə də, neyroelm araşdırmalarında molekulyar biologiya metodlarından tutmuş, canlı insan beynini görüntüləməkdə istifadə olunan fMRT, EEQ kimi fərqli metodlardan istifadə olunur. Nəzəri neyroelmdə empirik təcrübələrdən alınan nəticələr nəzəri əsaslar üzərinə qoyulur. Milyardla neyronlardan ibarət sinir sistemlərini nəzəri şəkildə ələ almaq üçün, neyroalimlər riyazi, fiziki və statistik nəzəriyyələrdən və modellərdən istifadə edirlər.
Neyrofizika
Neyrofizika (və ya neyrobiofizika) sinir sistemi haqqında molekulyar səviyyədə məlumat əldə etmək üçün fiziki texnikaların təkmilləşdirilməsi və istifadəsi ilə məşğul olan biofizikanın bölməsidir.Neyrofizika sinir sistemini öyrənmək üçün eksperimental biofizikanın yanaşma və metodlarını tətbiq edən fənlərarası elmdir. Neyrofizikada inkişaf etdirilən və istifadə olunan texnikalar: maqnit rezonans görüntüləmə (MRT), lokal fiksasiya metodu, tomoqrafiya və iki fotonlu lazer mikroskobu.
Neyrofiziologiya
Neyrofiziologiya ─ neyromorfoloji fənlərlə yanaşı sinir sisteminin funksiyalarını öyrənən fiziologiyanın bölməsidir. Neyrofiziologiya nevrologiyanın nəzəri əsasıdır. O, beynin tədqiqilə məşğul olan neyrobiologiya, psixologiya, nevrologiya, kliniki neyrofiziologiya, elektrofiziologiya, etologiya, neyroanatomiya və s. elmlərlə sıx bağlıdır.. Neyrofiziologiya sinir sisteminin fəaliyyətini öyrənən fiziologiyanın xüsusi bölməsi olaraq daha gec yaranmışdır. Neyrofiziologiya praktiki olaraq XIX əsrin II yarısınadək heyvanların öyrənilməsinə əsaslanaraq eksperimental elm kimi inkişaf etmişdir. Həqiqətən də sinir sisteminin fəaliyyətinin "ibtidai" formada aşkar olunması insanda və heyvanda eynidir. Bir sinir hüceyrəsindən digərinə oyanmanın keçməsi (məsələn: sinir, əzələ və vəzi), sadə refleks (məsələn: ətrafların açılıb-yığılması), nisbətən adi işıq, səs, taktil və s. qıcıqların qəbulu və digərləri sinir sisteminin funksiyalarına aiddir. Yalnız XIX əsrin sonunda alimlər tənəffüsün, orqanizmdə qanın, toxuma mayesinin və bir sıra digərlərinin tərkibinin sabit saxlanılması kimi bəzi mürəkkəb funksiyaların tədqiqinə keçdilər.
Neyrogenez
Neyrogenez (yun. νεύρο (sinir) + lat. genesis (doğum, meydana çıxma, mənşə)) — əcdad hüceyrələrin proliferasiyası, miqrasiyası, yeni əmələ gələn hüceyrələrin diferensiallaşması ilə başlayan və neyron şəbəkəsinə inteqrasiya olunan yeni fəaliyyət qabiliyyətli neyronun formalaşması ilə başa çatan mürəkkəb bir prosesdir. Prenatal inkişaf zamanı qat-qat aktiv olan neyrogenez böyüyən beyni doldurmağı təmin edir.
Neyrolinqvistik proqramlaşdırma
Neyrolinqvistik proqlamlaşdırma (Həmçinin Neyro-linqvistik proqlamlaşdırma, NLP; ing. Neuro-linguistic programming) — Akademik icma tərəfindən tanınmayan psixoterapiya və praktiki psixologiya istiqaməti hər hansı bir sahədə müvəffəqiyyət qazanmış insanların sözlü və qeyri-şifahi davranışlarını modelləşdirmə (kopyalamaq) texnikasına və söz, göz, bədən və yaddaş hərəkətləri arasındakı bir sıra əlaqələrə əsaslanır. NLP (Neyrolinqvistik proqramlaşdırma) ağıl nəzarət üsulu kimi tanınan bütün problemlərin öhdəsindən gələ bilən bir tətbiqdir. Şəxsi bacarıq və qabiliyyətləri ortaya çıxarmaq və gücləndirmək üçün istifadə olunan NLP, qavrayış, duyğu, düşüncə və davranış proseslərini konstruktiv şəkildə inkişaf etdirmək üçün istifadə olunan bir sıra metodları özündə birləşdirir. NLP dərhal tətbiq oluna bilən çox təsirli texnikaları özündə cəmləşdirən çox sadə proqramlaşdırma üsuludur. Bu üsullar Kibernetika, Psixologiya, Filologiya və Nevrologiya kimi elmlərin işığında işlənib hazırlanmışdır. Bundan əlavə, bu üsullar təhsil, sağlamlıq, ailə, idarəetmə, satış və idman elmlərində uğurla istifadə olunur. İnsanların ətraf mühiti və onların reaksiyaları, ünsiyyət nümunələri və davranış nümunələri haqqında araşdırmalar NLP infrastrukturunu təşkil edir. Bu tədqiqatlar nəticəsində əldə edilən və inkişaf etdirilən texnika və üsullar insanların ünsiyyətini yaxşılaşdırmaq üçün istifadə olunur və həll yolları və məqsədlərin tapılması prosesində də uğurla istifadə olunur. NLP (Neuro Linguistic Programming) tərkibindəki sözlərin ilk hərflərindən ibarətdir.
Neyromediator
Neyromediator — bioloji fəal maddələr Neyrotransmitterlər (vasitəçilər) bioloji fəal maddələr olub, elektrokimyəvi impulsun neyronlararası sinaptik boşluq vasitəsilə sinir hüceyrəsindən, eləcə də neyronlardan əzələ toxumasına və ya vəz hüceyrələrinə ötürülməsində iştirak edirlər. Presinaptik sinir liflərinin uclarına daxil olan sinir impulsları mediatorun sinaptik yarığa ifraz olunmasına səbəb olur. Mediator molekulları hüceyrə membranının spesifik reseptor zülalları ilə reaksiyaya girərək ionların transmembran axınını dəyişir , bununla da membranın depolyarizasiya olunmasına və təsir potensialının yaranmasına gətirib çıxarır. QABA (qamma amino yağ turşusu) – İnsan və onurğalı heyvanlarda mərkəzi sinir sisteminin mühüm ləngidici neyromediatorudur. Qlisin- neyromediator amin turşusu kimi iki cür (ikitərəfli) təsir göstərir. Qlisin reseptorları baş və onurğa beyinlərinin bir çox sahələrində mövcuddur. Qlisin reseptorlarla birləşərək neyronlara "ləngidici "təsir göstərir, neyronlardan qlutamat kimi "oyandırıcı" amin turşularının ifraz olunmasını azaldır və QABQ-nın isə ifraz olunmasını artırır. Qlisin həmçinin də NMDA- reseptorlarının spesifik sahələri ilə birləşərək siqnalın qlutamat və aspartat neyrotransmitterlərindən ötürülməsinə imkan verir. Onurğa beynində qlisinin motoneyronların fəaliyyətinin ləngidilməsinə kömək etməsi ondan nevroloji praktikada yüksək əzələ tonusunu aradan qaldırmaq üçün istifadə edilməsinə imkan verir. Qlutamin turşusu (qlutamat) –onurğalı heyvanların sinir sistemində, beyincik və onurğa beyin neyronlarında ən çox yayılmış oyandıricı neyrotransmitterdir.
Neyron
Neyron — sinir sisteminin struktur-funksional vahidi. Dendrit, Akson, Ranvier buğumcuğu, telodendrit şaxələri, Şvann qişası, Hüceyrə cismi, Nüvə Neyron sinir sisteminin morfo-fizioloji və ya histo-fizioloji quruluş və genetik vahidi hesab olunur. XIX əsrin axırlarında meydana çıxmış bu nəzəriyyəyə neyron nəzəriyyəsi (R. Kaxal) deyilir. Bəzi müəlliflərin fikrincə neyronlar bir-birilə neyrofibrillər vasitəsilə rabitədədir, yəni neyrofibrillər qırılmadan bir neyrondan digər neyrona keçir. Bu nəzəriyyəyə neyrofibrilyar ya neyropil nəzəriyyə deyilir. Bu nəzəriyyə düzgün hesab edilmir. Neyron nəzəriyyəsinə görə sinir sistemi ayrı-ayrı neyronlardan təşkil olunmuşdur. lakinqeyd etmək lazımdır ki, neyronların arasında həmişə müəyyən bir əlaqə yaranır. Deməli neyronlarda olan müstəqillik şərtidir. Sinir sistemi bölünmüşdür və eyni zamanda tamdır.
Neyron şəbəkə
Neyron şəbəkələr — Çıxıntılar vasitəsilə impulsları ötürən neyronlar öz aralarında qarşılıqlı təsirdə olmaqla neyron şəbəkələr əmələ gətirirlər. Adətən neyron şəbəkələrin, strukturalarına və təyinatlarına görə fərqlənən üç əsas tipini göstərirlər. Birinci tip ierarx şəbəkələr adlanır. Belə şəbəkələrdə məlumat ierarxiyanın bir səviyyəsindən digərinə ardıcıl keçirilməklə ötürülür. Neyron şəbəkələrin ikinci tipinə məhdud təsir dairəsinə malik olan neyronlardan formalaşmış lokal şəbəkələr aiddir. Bu tip lokal şəbəkənin neyronları erarxiyanın bir səviyyəsi çərçivəsində məlumatı emal edirlər. Bu zaman funksional lokal şəbəkə özünü nisbi izoleolunmuş ləngidici və yaxud da həyəcanlandırıcı struktura kimi təqdim edir. Neyron şəbəkələr əsas olaraq 3 hissəyə ayrılırlar: 1. Tam əlaqəli şəbəkələr; 2. Çoxlaylı neyron şəbəkələri; 3.
Neyron şəbəkələr

Neyron şəbəkələri

Neyrula
Neyrula — Neyrula, inkişafın erkən mərhələsində, neyrulyasiyanın meydana gəldiyi bir onurğalı embriondur. Neyrula mərhələsindən əvvəl qastrula mərhələsi gəlir. Nəticədə, nevrulyasiyadan əvvəl qastrulyasiya olur. Neyrulyasiya orqanogenez prosesinin başlanğıcını göstərir. Siçanlar, cücələr və qurbağalar sinir hüceyrələrini öyrənmək üçün ən çox yayılmış eksperimental modellərdir. Növlərdən asılı olaraq, embrionlar fərqli zaman nöqtələrində neyrula mərhələsinə çatır və bu mərhələdə müxtəlif vaxt sərf edirlər. Yumurtalı orqanizmlər üçün inkubasiya temperaturu nevrulyasiya müddətini də təsir edir. Sinir borusunun inkişafına əlavə olaraq, növlərdən asılı olaraq bir nevrula mərhələsində olan embrionda digər proseslər də baş verir. Məsələn, sürünənlərdə embriondan kənar membran toxumaları embriondan fərqlənir . Neyrula embrionunun sinir borusunu əhatə edən beş mezoderma bölgəsi vardır.
Süni neyron
Süni neyron — bioloji neyronun modeli kimi irəli sürülən riyazi funksiyadır. Süni neyronlar süni neyron şəbəkədə təsisedici bölmədir. Onlar istifadə olunmuş xarakterik modeldən asılı olaraq yarımxətti hissəli, Nv neyron, ikilik neyron, xətti hüdud funksiyası və Makkallok-Pitts neyronu kimi adlandırıla bilər. Süni neyron bir və ya daha çox girişdən (dendriti təsvir edir) qəbul edir və çıxışı (neyronun aksonunu təsvir edir) hasil etmək üçün onları cəmləyir. Adətən hər bir qovşağın cəmi onların çəkisi olur və cəm aktivləşdirmə funksiyası və ya ötürmə funksiyası kimi məlum olan qeyri-xətti funksiya kimi verilir. Ötürmə funksiyası adətən siqmoid formasında olur , ancaq onlar həmçinin hissə-hissə müəyyən olunmuş xətti funksiyalar , keçid funksiyaları və ya digər xətti funksiyalar formasında verilə bilər. Onlar həmiçinin monoton artan, fasiləsiz, differensial və məhdud funksiyalarla verilə bilər. Süni neyronların ötürmə funksiyaları xətti sistemlərin ötürmə funksiyaları ilə qarışdırılmamalıdır. Süni neyronların riyazi modeli ilk dəfə 1943-cü ildə Uorren Makkallok və Volter Pitts tərəfindən təklif edilib. Bu model xüsusi olaraq, beyində "sinir şəbəkələrinin" hesablama modeli kimi düşünülmüşdü.
Süni neyron şəbəkələr
Süni neyron şəbəkələr — bioloji neyron şəbəkələrin təsirindən yaranan riyazi model. Süni neyron şəbəkələr çox vaxt sadəcə neyron şəbəkələr adlandırılır. Neyron şəbəkəsi – insan beynindəki bir-biri ilə birləşmiş sinir hüceyrələrini (neyronları) modelləşdirən kompüter proqramı. Neyron şəbəkələri kompüterə, insanda olduğu kimi, özünü təlim etməklə şablonları tanımağa imkan verir. İnsan beyni kimi, neyron şəbəkələri də yalnız təxmini nəticələr verir, ancaq onların edə bildiyi işləri başqa növ kompüter proqramlarının heç biri effektiv yerinə yetirə bilmir. Şəkildə neyron şəbəkələrinin quruluşu göstərilib. Hər bir neyronun bir neçə girişi və yalnız bir çıxışı olur. Girişlərin bəzisi neyronu həyacanlandırır (aktivləşdirir), başqaları isə buna mane olur (hər biri müəyyən qüvvə ilə). İdeya ondan ibarətdir ki, girişdə konkret bir növ şablon mövcud olduqda, çıxış neyronu aktivləşəcək. Kompüterdə neyronlar və onlar arasındakı birləşmələr ədədlər massivi şəklində təsvir olunur.
Xırda sinir lifləri neyropatiyası
Xırda sinir lifləri neyropatiyası və ya incə lif neyropatiyası və ya xırda lif periferik neyropatiyası - periferik sinirlərin xəstəliyidir. Burada əsasən və ya yalnız xırda somatik sinir lifləri, vegetativ sinirlərin lifləri və ya bunların hər ikisi zədələnmiş olur. Nəticədə hissiyatın (sensor) pozulması və/və ya vegetativ (vegetativ sinir sistemi) pozuntular inkişaf edir. Periferik sinir liflərinin bir neçə növü vardır. Bu bölgü sinirlərin diametri (qalınlığı) və miyelinizasiya dərəcəsindən asılıdır. İri sinir lifləri qalın miyelin örtüyünə malikdir və onlara A-alfa lifləri (hərəki sinirlər) və A-beta lifləri (vibrasiya və toxunma hissini ötürən sinirlər) aid edilir. Orta diametrli sinir lifləri və ya A-qamma liflər də miyelinizasiya olunub və impulsları əzələlərə daşıyır. Xırda diametrli liflər isə miyelinizasiya olunmuş A-delta liflərdən və miyelinizasiya olmamış C-liflərdən ibarətdir. Bu liflər dərinin (somatik liflər) və həmçinin ürək və saya əzələlər (vegetativ liflər) də daxil olmaqla qeyri-iradi hərəkətləri təmin edən əzələlərin innervasiyasını təmin edir. Birlikdə bu liflər ağrı, termal hissiyyat və vegetativ funksiyaları təmin edir.
Diabetik neyropatiya
Diabetik neyropatiya ( q.yun. νεϋρον - "sinir" + q.yun. πάθος - "əzab, xəstəlik") - şəkərli diabetdə kiçik qan damarlarının zədələnməsi ilə əlaqəli sinir sisteminin pozğunluqları - yalnız iş qabiliyyətinin azalmasına deyil, həm də tez-tez baş verən ağırlaşmalardan biridir. Ağır əlillik hallarının yaranmasına və xəstələrin ölümünə səbəb olur. Patoloji proses bütün sinir liflərinə təsir göstərir. Müəyyən liflərin zədələnmə dərəcəsindən asılı olaraq müxtəlif növ diabetik neyropatiya müşahidə olunur: sensor (həssas), sensor-motor, avtonom. Eləcə də neyropatiyalar mərkəzi və periferik olaraq ayırd edilir. V. M. Prixojanın (1987) təsnifatına görə, beyin və onurğa beyninin zədələnməsi mərkəzi neyropatiya hesab olunur və müvafiq olaraq bölünür: kəskin komada mərkəzi sinir sisteminin disfunksiyası; beyin dövranının kəskin pozğunluqları; böyrək çatışmazlığında beynin yarımkəskin pozğunluqları ( uremiya ); nevroza bənzər (psixopatik) vəziyyətlər; diabetik ensefalopatiya; diabetik miyelopatiya. Şəkərli diabetin gedişatı fonunda beyin işemik insultunun inkişaf riski artır. Uzunmüddətli epidemioloji tədqiqatın nəticələrinə görə, 12 illik izləmə müddətində şəkərli diabet xəstələri arasında işemik insultun baş verməsi 1000 nəfərdən 62,3-ə çatır, halbuki əhalinin digər kateqoriyaları arasında bu hal hər 1000 nəfərə 32,7 nəfərdir.
Neyrocərrahiyyə
Neyrocərrahiyyə (ing. Neurosurgery) — Neyrocərrahiyyə və ya nevroloji cərrahiyyə, ümumi dildə beyin cərrahiyyəsi kimi tanınan, beyin, onurğa beyni, mərkəzi və periferik sinir də daxil olmaqla sinir sisteminin hər hansı bir hissəsini təsir edən xəstəlilkərin qarşısının alınması, diaqnostikası, cərrahi müalicəsi və reabilitasiyası ilə məşğul olan tibbi ixtisasdır. Müxtəlif ölkələrdə fərdin qanuni olaraq neyrocərrahiyyə ilə məşğul olması üçün müxtəlif tələblər var . Əksər ölkələrdə neyrocərrah təhsili üçün tibb fakültəsini bitirdikdən sonra minimum yeddi il müddətinə ehtiyac duyur Ağrıları aradan qaldırmaq üçün baş üzərində əvvəlcədən düşünülmüş əməliyyatlar min illərdir mövcuddur, lakin neyrocərrahiyyədə nəzərəçarpacaq irəliləyişlər yalnız son yüz ildə baş verib. Görünür, İnkalar Avropanın müstəmləkəçiliyindən əvvəl trepanasiya kimi tanınan proseduru tətbiq ediblər. 936-cı ildən 1013-cü ilə qədər Əl-Əndəlusda orta əsrlərdə Əl-Zəhravi baş xəsarətləri, kəllə sınıqları, onurğa zədələri, hidrosefaliya, subdural efüzyonun cərrahi müalicəsini həyata keçirib. . Hua Tuo mafeisan adlı ilk ümumi anesteziya yaratdı. o bunu beyində cərrahi əməliyyatlarda istifadə etdi. Neyrocərrahlar aşağıdakı tibbi problemlərlə məşğul olur: Onurğa sütunu xəstəlikləri, Fəqərə arası disk yırtqları, degenerativ xəstəliklər, skalioz, fəqərələrin patoloji sınıqları, Baş beyin şişləri, İntraserebral və ekstraserebral şişlərin mikrocərrahiyyəsi, Hipofiz adenomaların endoskopik cərrahiyyəsi, Onurğa beyin şişləri, İntramedulyar və ekstramedulyar şişlərin mikrocərrahiyyəsi, Uşaq neyrocərrahiyyəsi, İnkişaf qüsurları, anadangəlmə baş və onurğa beyin yırtıqları, hidrosefaliyalar, kraniostenozlar, uşaqlarda rast gəlinən şişlər, Bas və onurğa sütunun travmaları, İntraserebral, Epidural, Subdural hematomalar, basılmiş sınıqlar, kəllə sümüyünün defektləri, Fəqərələrin sınıqları və s. Nevrologiyada həkim-nevropatoloqlar tərəfindən müalicəsi mümkün olmayan, cərrahi müdaxilələrlə sağaldılan bir sıra xəstəliklər Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə Kafedrasında Neyrocərrahiyyə üzrə müxtəlif dərəcəli elmi dissertasiyalar müdafiə etmiş professorlar, tibb elmləri namizədləri, tibb üzrə fəlsəfə doktorları həm kafedranın nəzdində, həm də müxtəlif klinikalarda fəaliyyət göstərirlər.
Neyrodegenerativ xəstəlik
Neyrodegenerativ xəstəlik, neyrodegenerasiya kimi tanınan prosesdə neyronların strukturunun və ya funksiyasının proqressiv itkisi nəticəsində yaranır. Belə bir neyron zədələnməsi nəticədə hüceyrə ölümünə səbəb ola bilər. Neyrodegenerativ xəstəliklərə yan amiotrofik skleroz, dağınıq skleroz, parkinson xəstəliyi, altsheymer xəstəliyi, hantinqton xəstəliyi, çoxsaylı sistem atrofiyası və prion xəstəlikləri daxildir. Neyrodegenerasiya beyində molekulyardan tutmuş sistemə qədər bir çox müxtəlif səviyyələrdə neyron dövrələrdə müşahidə oluna bilər. Neyronların mütərəqqi degenerasiyasını geri qaytarmaq üçün heç bir məlum yol olmadığı üçün bu xəstəliklər sağalmaz hesab olunur; lakin tədqiqatlar göstərmişdir ki, neyrodegenerasiyaya kömək edən iki əsas amil oksidləşdirici stress və iltihabdır. Biotibbi tədqiqatlar bu xəstəliklər arasında atipik zülal birləşmələri (proteinopatiya kimi) və induksiya edilmiş hüceyrə ölümü də daxil olmaqla hüceyrəaltı səviyyədə bir çox oxşarlıqlar aşkar etmişdir. Bu oxşarlıqlar bir nörodegenerativ xəstəliyə qarşı terapevtik irəliləyişlərin digər xəstəlikləri də yaxşılaşdıra biləcəyini göstərir. 2019-cu ildə dünya üzrə 55 milyon insanın demans xəstəliyinə tutulduğu və bu rəqəmin 2050-ci ilə qədər 139 milyon insana çatacağı təxmin edilir.
Neyroendokrin şiş
Neyroendokrin şişlər (NET) endokrin (hormonal) və sinir sistemlərinin hüceyrələrindən yaranan yenitörəmələrdir. Onlar ən çox bağırsaqda baş verir, burada əsasən karsinoid şişlər kimi adlanır, lakin mədəaltı vəzi, ağciyər və bədənin qalan hissəsində də olur.
Neyroendokrinologiya
Neyroendokrinologiya — biologiyanın (xüsusən fiziologiyanın) sinir və endokrin sistemlərinin qarşılıqlı əlaqəsini öyrənən sahə. Neyroendokrinologiya beynin orqanizmdə hormonal fəaliyyətini təmzimləyir. İnsan bədəninin fizioloji proseslərini tənzimləmək üçün sinir və endokrin sistemləri çox vaxt neyroendokrin inteqrasiya adlanan prosesdə birlikdə hərəkət edir. Neyroendokrinologiya beynin, xüsusən də hipotalamusun hipofiz vəzi hormonlarının ifrazına nəzarət etdiyini və sonradan endokrin və sinir sistemlərinin çoxsaylı qarşılıqlı əlaqələrini araşdırmaq üçün yaranmışdır. Endokrin sistem bədən boyunca peptidlər, steroidlər və neyroaminlər də daxil olmaqla müxtəlif kimyəvi quruluşlu hormonlar istehsal edən və ifraz edən çoxsaylı vəzilərdən ibarətdir. Ümumi olaraq hormonlar bir çox fizioloji prosesləri tənzimləyir. Neyroendokrin sistem hipotalamusun reproduksiyanı, maddələr mübadiləsini, enerji istifadəsini, osmolyarlığı və qan təzyiqini tənzimləyən mexanizmdir. Hipotalamus beynin bütün nahiyələrindən daxil olan məlumatları birləşdirmək və spesifik reaksiya yaratmaq roluna görə beynin yayım mərkəzi kimi tanınır. Neyroendokrin sistemdə hipotalamus beynin müxtəlif hissələrindən elektrik siqnallarını qəbul edir və bu elektrik siqnallarını hormonlar və ya sərbəst buraxan amillər şəklində kimyəvi siqnallara çevirir. Bu kimyəvi maddələr daha sonra hipofiz vəzinə və oradan da sistemli dövrəyə daşınır.