PATRON

I. i. 1. cartridge; təlim ~u dummy cartridge; 2. el. elektrik ~u lamp-socket, lamp-holder

II. s. cartridge; ~ zavodu cartridge factory; ~ gilizi cartridge-case; ~ darağı charger; cartridge clip, amer. strip-clip

PATRİOT
PATRONDAŞ
OBASTAN VİKİ
Patron Xəlil
Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, İstanbul) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri. == Haqqında == Əslən albandır və təqribən 1690-cı ildə Bitolada dünyaya gəlmişdir. Gənclik illərində Yeniçəri ocağının 17-ci bölüyünə yazılmış, ocağa bağlı olduğu illərdə Niş və Vidin qalalarında Osmanlı hakimiyyətinə qarşı hazırlanan ayaqlanmalarda iştirak etmişdir. Daha sonra burdan qaçaraq İstanbula gəlmiş, bir müddət kaptan-ı dəryanın kəndxudasının Patrona adlanan gəmisində ləvənd olaraq çalışmışdır. Bu səbəblə bir çox qaynaqlarda Patrona Xəlil olaraq anılır. Bu illər ərzində işlədiyi cinayətlər səbəbilə 2 dəfə ölüm hökmü ilə cəzalandırılsa da, xilas edilmişdir. Sonuncu dəfə isə kaptan-ı dərya Qaymaq Mustafa Paşa tərəfindən xilas edilmiş, bunun qarşılığında isə onun əmriylə məşhur Patrona Xəlil üsyanını başlatmışdır. O günlərdə İstanbulun və imperiyanın vəziyyəti ağırlaşmışdı. Belə ki, ağırlaşdırılan vergilər, rüşvətin və israfçılığın artması azmış kimi, heç bir səbəb olmadan Səfəvilər üzərinə müharibə elan edilmiş, cəbhədən ard-arda məğlubiyyət xəbərləri gəlməkdə idi.
Qızıl Patron
Qızıl Patron (fr. Cartouche Doré) Fransa Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1989-cu ildə qurulmuşdur. Fransa Hərbi Hava Qüvvələrinə məxsus yeganə pərli təyyarələr idarə edən aerobatika komandasıdır. Yalnız bir aviaşou nəzərdə tutan komanda insanlarda xoş təəssürat yarandığını görüb, uçuşlara davam etdi. Əvvəlcə komanda qeyri-rəsmi idi və ildə 12 aviaşou həyata keçirirdi. 1994-cü ildə Neptun əməliyyatının ildönümündə komanda 2012-ci ilə qədər istifadə olunan ağ, mavi və sarı rəngli dizaynını təqdim etdi. 1995-ci ildə komanda rəsmiləşdi və Fransa Hərbi Hava Qüvvələrinin bir qolu oldu. 1996-cı il 20 sentyabr tarixində komanda 100-cü ictimai uçuşunu həyata keçirdi. 2012-ci ildə təyyarələr tünd göy, ağ və qızılı rənglərdən ibarət yeni dizayn aldı.
Patron Xəlil üsyanı
Patrona Xəlil üsyanı – 1730-cu ildə İstanbulda baş verən və III Əhmədin taxtdan endirilməsi ilə nəticələnən üsyan. == Üsyandan əvvəlki vəziyyət == Yeniçəri ocağına məsub olan və bir müddət donanmada ləvənd olaraq çalışdığı üçün Patrona ləqəbiylə anılan Xəlilin adıyla tarixə keçən üsyan, mənbələrdə Patrona Xəlil və ya qısaca Patrona üsyanı olaraq qeyd edilir. Üsyan 1718 tarixli Pojarevatsk sülhü ilə başlayan ardıcıl siyasi, iqtisadi və sosial inkişafa qarşı etirazların nəticəsidir. Dövrün sədrəzəmi Nevşəhərli Kürəkən İbrahim Paşanın, Osmanlı ordusunun Avstriyaya qarşı məğlubiyyətindən sonra sülh tərəfdarı siyasət yeritməsi səbəbilə orduyla münasibətlərinin pisləşməsi, Belqrad və Temeşvar kimi önəmli mövqelərin itirilməsi, Nevşəhərli İbrahim Paşa sədrəzəm olduqdan sonra ordunu məmnun etmək üçün heç bir səbəb olmadan Səfəvilərə müharibə elan etməsi və bu mübarizədə Osmanlıların məğlub olması əhalinin müxtəlif təbəqələri arasında narazılıqlara səbəb olmuşdu. Digər tərəfdən uzun müddətdir ki, davam edən müharibələrin səbəb olduğu iqtisadi böhran, əvvəlcə müvəqqəti olaraq yığılsa da, sonralar daimi vergiyə çevrilən ağır “imdadiyyə” vergisi, önəmli dövlət vəzifələrinin ömürlük verilməsi kimi icra olunan bəzi tədbiqlər, xüsusilə aşağı təbəqənin vəziyyətini ağırlaşdırmışdı. Başda Sultan Əhməd və kürəkəni Nevşəhərli İbrahim Paşa olmaqla, dövlət adamlarının israfçılığa səbəb lüzumsuz məsrəfləri, boş qalan bəzi vəzifələrin qeyri-qanuni şəkildə guya doluymuş kimi göstərərək gəlirlərinin xəzinəyə yönləndirilməsi də xalqın etirazına və dövlət adamlarına olan nifrətə səbəb olmuşdu. XVII əsr boyunca böyük şəhərlərə köç hələ də davam edir, bu da əyalətlərin boşalmasına, istehsalın aşağı düşməsinə və gəlirlərin azalmasına səbəb olurdu. Sonradan Lalə dövrü olaraq anılan Nevşəhərli İbrahim Paşanın sədarəti dövründə ilk türk mətbəəsinin açılması, tərcümə heyətinin qurulmasıyla şərq və qərb ədəbiyyatlarından tərcümələrin hazırlanması, kitabxanaların açılması, bir müddətdir diqqətlərdən yayınan çini sənətinin yenidən inkişaf etdirilməsi, kağız və parça emalatxanalarının qurulması, rəsmi yanğınsöndürmə qurumu olan Tulumbaçılar ocağının təşkili kimi işlər isə əhalinin yalnız müəyyən bir qismini təskin edirdi. Fransız memarlığının təsiri ilə hazırlanan köşk və qəsrlərin inşası və bununla bağlı olaraq dəbədəbəli həyat tərzi və israfın artması İstanbul əhalisinin etriazlarını alovlandırdı. Sarayın adət-ənənələrdən uzaqlaşması, hətta müqəddəs Ramazan ayında belə şənliklərin davam etməsi üləma zümrəsinin də əhalini dəstəkləməsinə səbəb olmuşdu.
Patron Mutlu Son İstiyor
Patron Mutlu Son İstiyor — istehsalı 2013-cü ildə gerçəkləşərək 1 yanvar 2014-cü ildə yayımlanan və Kıvanç Baruönünün rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Filmin baş rollarında Tolga Çevik, Ezgi Mola və Murat Başoğlu oynamışdır. == Mövzu == Filmdə bir ssenari yazmaq üçün Üzgüpə göndərilən Sinanın (Tolga Çevik), hotel müdirinin qızı Eylülə(Ezgi Mola) aşiq olması və Eylülün nişanlısı Farukla (Murat Başoğlu) evlilik hazırlıqlarına başlaması anında baş vermiş hadisələr canlanır. Həmçinin Tolga Çevik bu filmdə həm Sinan, həm də İsfəndiyar rolunu oynamışdır.
Patron xoşbəxt sonluq istəyir (film, 2014)

Patrona Xəlil
Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, İstanbul) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri. == Haqqında == Əslən albandır və təqribən 1690-cı ildə Bitolada dünyaya gəlmişdir. Gənclik illərində Yeniçəri ocağının 17-ci bölüyünə yazılmış, ocağa bağlı olduğu illərdə Niş və Vidin qalalarında Osmanlı hakimiyyətinə qarşı hazırlanan ayaqlanmalarda iştirak etmişdir. Daha sonra burdan qaçaraq İstanbula gəlmiş, bir müddət kaptan-ı dəryanın kəndxudasının Patrona adlanan gəmisində ləvənd olaraq çalışmışdır. Bu səbəblə bir çox qaynaqlarda Patrona Xəlil olaraq anılır. Bu illər ərzində işlədiyi cinayətlər səbəbilə 2 dəfə ölüm hökmü ilə cəzalandırılsa da, xilas edilmişdir. Sonuncu dəfə isə kaptan-ı dərya Qaymaq Mustafa Paşa tərəfindən xilas edilmiş, bunun qarşılığında isə onun əmriylə məşhur Patrona Xəlil üsyanını başlatmışdır. O günlərdə İstanbulun və imperiyanın vəziyyəti ağırlaşmışdı. Belə ki, ağırlaşdırılan vergilər, rüşvətin və israfçılığın artması azmış kimi, heç bir səbəb olmadan Səfəvilər üzərinə müharibə elan edilmiş, cəbhədən ard-arda məğlubiyyət xəbərləri gəlməkdə idi.
Patrona Xəlil üsyanı
Patrona Xəlil üsyanı – 1730-cu ildə İstanbulda baş verən və III Əhmədin taxtdan endirilməsi ilə nəticələnən üsyan. == Üsyandan əvvəlki vəziyyət == Yeniçəri ocağına məsub olan və bir müddət donanmada ləvənd olaraq çalışdığı üçün Patrona ləqəbiylə anılan Xəlilin adıyla tarixə keçən üsyan, mənbələrdə Patrona Xəlil və ya qısaca Patrona üsyanı olaraq qeyd edilir. Üsyan 1718 tarixli Pojarevatsk sülhü ilə başlayan ardıcıl siyasi, iqtisadi və sosial inkişafa qarşı etirazların nəticəsidir. Dövrün sədrəzəmi Nevşəhərli Kürəkən İbrahim Paşanın, Osmanlı ordusunun Avstriyaya qarşı məğlubiyyətindən sonra sülh tərəfdarı siyasət yeritməsi səbəbilə orduyla münasibətlərinin pisləşməsi, Belqrad və Temeşvar kimi önəmli mövqelərin itirilməsi, Nevşəhərli İbrahim Paşa sədrəzəm olduqdan sonra ordunu məmnun etmək üçün heç bir səbəb olmadan Səfəvilərə müharibə elan etməsi və bu mübarizədə Osmanlıların məğlub olması əhalinin müxtəlif təbəqələri arasında narazılıqlara səbəb olmuşdu. Digər tərəfdən uzun müddətdir ki, davam edən müharibələrin səbəb olduğu iqtisadi böhran, əvvəlcə müvəqqəti olaraq yığılsa da, sonralar daimi vergiyə çevrilən ağır “imdadiyyə” vergisi, önəmli dövlət vəzifələrinin ömürlük verilməsi kimi icra olunan bəzi tədbiqlər, xüsusilə aşağı təbəqənin vəziyyətini ağırlaşdırmışdı. Başda Sultan Əhməd və kürəkəni Nevşəhərli İbrahim Paşa olmaqla, dövlət adamlarının israfçılığa səbəb lüzumsuz məsrəfləri, boş qalan bəzi vəzifələrin qeyri-qanuni şəkildə guya doluymuş kimi göstərərək gəlirlərinin xəzinəyə yönləndirilməsi də xalqın etirazına və dövlət adamlarına olan nifrətə səbəb olmuşdu. XVII əsr boyunca böyük şəhərlərə köç hələ də davam edir, bu da əyalətlərin boşalmasına, istehsalın aşağı düşməsinə və gəlirlərin azalmasına səbəb olurdu. Sonradan Lalə dövrü olaraq anılan Nevşəhərli İbrahim Paşanın sədarəti dövründə ilk türk mətbəəsinin açılması, tərcümə heyətinin qurulmasıyla şərq və qərb ədəbiyyatlarından tərcümələrin hazırlanması, kitabxanaların açılması, bir müddətdir diqqətlərdən yayınan çini sənətinin yenidən inkişaf etdirilməsi, kağız və parça emalatxanalarının qurulması, rəsmi yanğınsöndürmə qurumu olan Tulumbaçılar ocağının təşkili kimi işlər isə əhalinin yalnız müəyyən bir qismini təskin edirdi. Fransız memarlığının təsiri ilə hazırlanan köşk və qəsrlərin inşası və bununla bağlı olaraq dəbədəbəli həyat tərzi və israfın artması İstanbul əhalisinin etriazlarını alovlandırdı. Sarayın adət-ənənələrdən uzaqlaşması, hətta müqəddəs Ramazan ayında belə şənliklərin davam etməsi üləma zümrəsinin də əhalini dəstəkləməsinə səbəb olmuşdu.
Patronaj
Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin hüquq və mənafeyinin təmin edilməsinə və qorunmasına, eyni zamanda kömək göstərilməsinə yönələn fəaliyyətə patronaj deyilir.
Patronim
Ata adı (xüsusi ədəbiyyatda patronim kimi də istifadə olunur) — ata adından uşağa verilən nəsil adının bir hissəsi. Patronim adlarının variasiyası onun daşıyıcılarını daha uzaq əcdadlarla babalar, ulu babalar və s. ilə əlaqələndirə bilər. Familiyaların tətbiq olunmasından əvvəlki dövrdə ata adı müasir soyadlarla eyni sosial funksiyanı yerinə yetirirdi, yəni bir şəxsin daha dəqiq müəyyənləşdirilməsinə xidmət edirdi. Müasir Azərbaycan dilində ata adından sonra insanın cinsini müəyyənləşdirən sözlər də istifadə olunur. Ad formulasının tərkibində ata adı üçlü funksiyanı yerinə yetirir: ad daşıyıcını adaşından fərqləndirərək adı tamamlayır, ailə çevrəsindəki qohumluq əlaqələrini (ata - oğul) aydınlaşdırır və ehtiram (nəzakət forması) bəsləyir. == Variantlar == === Ərəbcə === İbn (ابن və ya بن: bin, ben, bəzən ismin qrammatik halını göstərmək məqsədilə ibni və ya ibnu; mənası – oğul) — ərəblərdə və ərəb dilindən istifadə edən xalqlarda şəxsin kimin oğlu olduğunu (bir növ soyadını) bildirmək üçün atasının adından əvvəl işlədilən söz. Nümunə kimi, İbn Məsud (Məsudun oğlu), İbn ən-Nədim (Nədimin oğlu) və s. Xilafət tərkibinə daxil olduqdan sonra Azərbaycanın bir çox elm, incəsənət və mədəniyyət xadimi də adlarında ibn sözundən istifadə etmişlər (məsələn, İbn Məkki əl-Bərdəyi, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani və s.).
Patronimiya
Patronimiya — sinifsiz cəmiyyətin son dövründə, patriarxal ailələrin dağılması zamanı daha yaxın qohumluq telləri ilə bir-birinə bağlı olan ailələr vahid birlik təşkil edirdilər ki, bu cür ailə qrupları patronimiya adlanırdı. Patronimiyanı 1931-ci ildə M.O.Kosven kəşf etmişdir. Kosvenə görə patronimiya da nəsil kimi ekzoqam.olmuşdur. Xarici etnoqrafiyada patronimiyanın sinonimi linecdir. (ingiliscə nəsillərin xətti). Düşmən təhlükəsini dəf etmək üçün qəbilələr (qohum və ya qonşu) müvəqqəti ittifaqlarda birləşirdilər. Müdafiə məqsədi ilə yaranan qəbilə ittifaqları əksər hallarda öz ictimai-iqtisadi mənafeləri naminə ittifaqı uzun müddət üçün saxlayırdılar (irokezlərin liqası, kriklərin konfederasiyası). Bəzi hallarda isə hərbi təhlükənin sovuşmasından sonra ittifaqlar dağılırdı. Qəbilə ittifaqları sinfi cəmiyyətə keçid dövründə yaranmışdır. Hərbi demokratiya dövrü adlanan bu dövrdə seçkili rəhbərlərlə yanaşı hərbi sərkərdələrin də ictimai rolu yüksəlirdi.

Digər lüğətlərdə