Latın sözüdür, politika ilə eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
E.ə. təxminən 450-ci ildə Yunanıstan çoxsaylı şəhər-dövlətlərdən ibarət idi. Bu hər birinin mərkəzi hansısa şəhər olan çox kiçik dövlətlər idi. Həmin şəhərlərdə əhalinin dolanışığı üçün əkib-becərməyə yararlı kifayət qədər torpaq var idi. Belə inkişafa isə Yunanıstan ərazisinin bir-birindən təbii yolla ayrılan dar dərələrdən ibarət dağlıq yer olması zəmin yaratmışdı.
Belə bir vəziyyət şəhər-dövlətlərin çox yüksək səviyyədə inkişaf etməsinə gətirib çıxartmışdı. İnsanın həyatda fəaliyyət göstərdiyi, demək olar, bütün sahələr şəhərdə cəmləşmişdi. Vətəndaşların sayı isə həmin şəhər-dövlətlərin çoxsaylı və müxtəlif hakimiyyət orqanlarının sayından bir qədər çox idi.
Şəhər-dövlət yunan dilində polis adlanırdı. Dövlət dedikdə şəhər deyil, daha iri quruluşları nəzərdə tutduğumuza baxmayaraq, idarəetmə təcrübəsi, həmçinin hökumətin qarşısına qoyduğu məqsədlərə çatmaq üçün apardığı fəaliyyət bizim üçün siyasət olaraq qalır.
Hər bir dövlətdə vətəndaşları cəmiyyət tərəfindən qəbul olunmuş bəzi qanun və əxlaq qaydaları çərçivəsində yaşamağa məcbur etmək üçün onlara nəzarət hüququ və bacarığı polis hakimiyyətinə aiddir. Bu nəzarətin həyata keçirilməsi etibar edilən qrup polis, bu qrupun üzvü olan insan isə polis işçisi adlanır. (Ayzek Azimov. Sözlərin tarixi)