qövr
qövsi
OBASTAN VİKİ
Qövs
Qövs-Dairə çevrəsinin və ya digər əyri xəttin bir hissəsi. Dairənin qövsü. Qövs cızmaq. 2-Xüsusi terminologiyada: qövs lampaları, generatorları, fənərləri. Elektrik işıq mənbələri, qövs və közərmə lampaları XIX əsrin ikinci yarısında ixtira edilmişdir.
Qövs Uzunluğu (Riyaziyyat)
Uzunluq riyaziyyatda parça, yol və əyrilərin xassələrini səciyyələndirir. Əyrinin uzunluğu həmçinin "qövs uzunluğu" da adlanır. Əgər, uyğun olaraq ( a 1 , a 2 , a 3 ) {\displaystyle (a_{1},a_{2},a_{3})} , ( b 1 , b 2 , b 3 ) {\displaystyle (b_{1},b_{2},b_{3})} koordinatlarına malik A {\displaystyle A} və B {\displaystyle B} nöqtələri verilmiş R 3 {\displaystyle \mathbb {R} ^{3}} fəzaya aiddrsə, onda bu koordinatlar arasındakı A B {\displaystyle AB} parçasının uzunluğu Pifaqor teoreminə görə hesablanır: | A B | = ( a 1 − b 1 ) 2 + ( a 2 − b 2 ) 2 + ( a 3 − b 3 ) 2 {\displaystyle |AB|={\sqrt {(a_{1}-b_{1})^{2}+(a_{2}-b_{2})^{2}+(a_{3}-b_{3})^{2}}}} Müstəvi üzərində və ya fəzada yol iki və ya üç koordinat funksiyası ilə verilir: t ↦ ( x ( t ) , y ( t ) ) {\displaystyle t\mapsto (x(t),y(t))} uyğun olaraq t ↦ ( x ( t ) , y ( t ) , z ( t ) ) {\displaystyle t\mapsto (x(t),y(t),z(t))} , a ≤ t ≤ b {\displaystyle a\leq t\leq b} şərti daxilində. Hissə-hissə kəsilməyən yolun uzunluğu onun vektorunun inteqrallanması ilə əldə edilir: L = ∫ a b x ˙ ( t ) 2 + y ˙ ( t ) 2 d t {\displaystyle L=\int _{a}^{b}{\sqrt {{\dot {x}}(t)^{2}+{\dot {y}}(t)^{2}}}\,\mathrm {d} t} uyğun olaraq ∫ a b x ˙ ( t ) 2 + y ˙ ( t ) 2 + z ˙ ( t ) 2 d t . {\displaystyle \int _{a}^{b}{\sqrt {{\dot {x}}(t)^{2}+{\dot {y}}(t)^{2}+{\dot {z}}(t)^{2}}}\,\mathrm {d} t.} Müstəvidə verilmiş yol polyar koordinat sistemnində r ( φ ) {\displaystyle r(\varphi )} şəklind təyin olunmuşsa, onda φ 0 ≤ φ ≤ φ 1 {\displaystyle \varphi _{0}\leq \varphi \leq \varphi _{1}} üçün φ ↦ ( r ( φ ) cos ⁡ φ , r ( φ ) sin ⁡ φ ) {\displaystyle \varphi \mapsto (r(\varphi )\cos \varphi ,r(\varphi )\sin \varphi )} hasil qaydasından alınır d x d φ = r ′ ( φ ) cos ⁡ φ − r ( φ ) sin ⁡ φ {\displaystyle {\frac {\mathrm {d} x}{\mathrm {d} \varphi }}=r^{\prime }(\varphi )\cos \varphi -r(\varphi )\sin \varphi } və d y d φ = r ′ ( φ ) sin ⁡ φ + r ( φ ) cos ⁡ φ {\displaystyle {\frac {\mathrm {d} y}{\mathrm {d} \varphi }}=r^{\prime }(\varphi )\sin \varphi +r(\varphi )\cos \varphi } , bununla ( d x d φ ) 2 + ( d y d φ ) 2 = ( r ′ ( φ ) ) 2 + r 2 ( φ ) {\displaystyle \left({\frac {\mathrm {d} x}{\mathrm {d} \varphi }}\right)^{2}+\left({\frac {\mathrm {d} y}{\mathrm {d} \varphi }}\right)^{2}=\left(r^{\prime }(\varphi )\right)^{2}+r^{2}(\varphi )} . Buradan polyar koordinat siistemondə yolun uzunluğu belə tapılır: L = ∫ φ 0 φ 1 ( r ′ ( φ ) ) 2 + r 2 ( φ ) d φ {\displaystyle L=\int _{\varphi _{0}}^{\varphi _{1}}{\sqrt {\left(r^{\prime }(\varphi )\right)^{2}+r^{2}(\varphi )}}\,\mathrm {d} \varphi } .
Adalar qövsü
Adalar qövsü — əsasən bir-birinə yaxınlaşan iki tektonik plitə arasındakı sərhəd, paralel və yaxın olaraq yerləşdirilmiş, bir qövsdə düzülmüş, vulkan zəncirlərindən və bir çox adadan ibarət arxipelaq. Adalar qövsü konvergent tektonik plitə sərhədləri boyunca aşkar olunan intensiv seysmik aktivliyə malik aktiv vulkanların uzun zəncirləridir. Adalar qövslərinin əksəriyyəti okean yer qabığından yaranır və subduksiya zonası boyunca litosferin mantiyaya enməsi nəticəsində yaranmışdır. Bu adalar kontinental böyümənin əldə edilməsinin əsas yoludur. == Adalar qövsü == Zirvəsi su səthindən qalxaraq qövsvari adalar sırası əmələ gətirən sualtı dağ silsiləsi. Adalar qövsü tək və qoşa olur. Sonuncular iki bir-birinə paralel sıra dağlardan ibarətdir: daxili — vulkan və xarici — qırışıqlıq dağlardan təşkil olub dağarası novla ayrılırlar. Adalar qövsü müasir mütəhərrik əyalətlərin bir hissəsi olub, qitədən okeana keçid zonasında yerləşir; bunlarla kənar geosinklinal dənizlərin dərin çökəklikləri, dərin okean novları və kənar okean tirələri (valları) əlaqədardır. Adalar qövsü aktiv vulkanik (əsasən andezit tərkibli) və seysmik fəaliyyətlə, eləcə də Yer qabığının kəskin şaquli hərəkətləri və parçalanmış relyeflə səciyyələnir. Bunlar qədim geosinklinal əyalətlərin geoantiklinal qalxımlarının və ya dağ silsilələrinin analoqu hesab edilir.
Aorta qövsü
Aorta qövsü – lat. Arcus aortae ikinci sağ döş-qabırğa oynağının bərabərində qalxan aortanın ardını təşkil edib çıxıq tərəfi yuxarıya çevrilmiş bir halda sola və arxaya doğru gedir və 4-cü döş fəqərəsinin bərabərində onurğanın sol tərəfində enən aortaya keçir; bunun uzunluğu 5–6 sm-ə bərabərdir və enən aorta ilə hüdudunu arterial bağın (lat. lig. arteriosum) bağlanan yeri təşkil edir. Aorta qövsü sol bronxun kökünü yuxarıdan çarpazlayır və sağ tərəfdə sağ orta divar plevrasına, arxada isə qida borusunun sol tərəfinə söykənir. Sintopiya cəhətcə aşağıda göstərilən üzv, sinir və damarlarla rabitədədir: ön tərəfdə – hüzrəli toxuma qatı və çəngələbənzər vəzi, dal tərəfdə – nəfəs borusu, lat. n. reccurens sinister və qida borusu, sağ tərəfdə – yuxarı boş vena, solda və bir az ön tərəfdə – lat. n. vagus sinister və sol diafraqma siniri, yuxarı tərəfdə – sol adsız vena və aşağı tərəfdə sol bronx ilə sağ ağciyər arteriyası olur.
Dairə qövsü
Çevrə qövsü — çevrənin üst-üstə düşməyən iki nöqtəsi arasında qalan hissəsidir. Çevrə qövsünün uzunluğunu l ilə, mərkəzi bucağı m ilə, diametri d ilə, radiusu r ilə, çevrənin uzunluğunu L ilə işarə etsək, çevrə qövsünün uzunluğu aşağıdakı kimi hesablanar: l = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } L = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } 2 π {\displaystyle \pi } r = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } π {\displaystyle \pi } d. π {\displaystyle \pi } ≈ {\displaystyle \approx } 3,14 (Pifaqor sabiti. π {\displaystyle \pi } = L / d).
Daş adalar qövsü
Daş adalar qövsü Xəzər dənizində yerləşən adalar qrupu. Qövsdə irili-xırdalı 10-a (8) yaxın ada var. Bunlardan Daxili daş və Orta daş adaları iriliklərinə görə fərqlənir. Orta daş adası Daxili daş adasından 2,4 km cənubda yerləşir. Qövs "S-vari" quruluşa malik olub simaldan cənuba doğru uzanır. Burada qövs sualtı adalar vasitəsilə bir-birinə birləşir. Sahilə yaxınlığı ilə səciyələnir. Şimaldan cənuba uzanması onlara təbii dalğaqıran rolu oynamağa imkan verir. Tektonik məşəlli olmasıla səciyyəvidir. Uzun ensiz formaya malikdirlər.
Qövsabad (Bukan)
Qövsabad (fars. غوث اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (19 ailə).
Qövsi Təbrizi
Əlican İsmayıl oğlu Qövsi Təbrizi (1568, Təbriz – 1640, Təbriz) — XVII əsrin əvvəllərində yaşamış Azərbaycan şairi. O, Təbrizdə anadan olmuş, ilk təhsilini atasından almış, İsfahanda oxumuş, sonradan Təbrizə qayıdaraq burada din xadimi kimi həyatını davam etdirmişdir. Şair Füzuli ədəbi məktəbinin görkəmli davamçılarından hesab olunur. Qövsi Təbrizi həm köhnə Azərbaycan dilinin klassik şeir dili mərhələsini (XV əsr), həm də yeni Azərbaycan dilinin xəlqiləşməsi dövrünü (XVII əsr) öz yaradıcılığında inikas etdirə bilmişdir. Əlican İsmayıl oğlu Qövsi Təbrizi XVII əsrin ikinci rübündə, o dövrdə Səfəvilər dövlətinin bir hissəsi olan Təbriz şəhərində sənətkar və şair ailəsində anadan olmuşdur. Onun dəqiq doğum və ölüm tarixi məlum deyil. Qövsi Təbrizinin ailəsi haqqında ətraflı məlumatı Hind təzkirələrini tədqiq etmiş professor Həmid Araslı vermişdir. Azərbaycan ədəbiyyatı tarixində Qövsi təxəllüslü üç yazıçı vardır ki, akademik Həmid Araslı onların hamısının eyni ailədən olduğunu irəli sürmüşdür. Tarixçinin fikrincə, Qövsi təxəllüsü ilə yazıb-yaratmış bu müəlliflər baba, ata və nəvə idilər. Araslı “Rəvzətül-Cahan” əsərinin müəllifi Dərviş Hüseynin Qövsi təxəllüslü iki Təbrizli şairdən bəhs etdiyini bildirir və əlavə edir ki, onlar oğul Əlican Qövsi və ata İsmayıl Qövsidir.
Qövsvari adalar sistemi
Qövsvari adalar sistemi (rus. система островных дуг, ing. system of island arcs) — materiklə okeanının birləşdiyi mobil zonada müşahidə edilən mürəkkəb struktur kompleksdən təşkil olunmuş tektonik vahid; bir, iki, bəzən üç cərgə adalar və sualtı yüksəkliklər zəncirindən, qövsün xarici (okean) tərəfində dərin su novlarından və daxili tərəfində kənar dənizlərin dərin çökəkliklərindən ibarət olur. Q.a.s. üçün aktiv vulkanizm və yüksək seysmiklik səciyyəvidir.
Struve Geodeziya Qövsü
Struve Geodeziya Qövsü — 2820 metr boyunca, 26 trianqular nöqtədən ibarət olan şəbəkə. Bu geodeziya qövsünün yaradılmasında əsas məqsəd Yerin xüsusiyyətlərini, forma və ölçülərini müəyyən etməkdir. O, Norveçin Hammerfest şəhərindən başlayaraq Qara dənizə qədər uzanır və ümumilikdə 10 ölkədən keçir. Qövs onun yaradıcısı əslən alman olan rusiyalı astronom Fridrix Vilhelm Struvenin şərəfinə adlandırılıb. 29 dekabr 2006-cı ildə Belarus Respublikasının Milli Bankı gümüş 20 rubl və mis-nikel qarışıqlı 1 rublluq xatirə sikkələri buraxılıb. 15 iyun 2009-cu ildə Moldova Milli Bankı 50 ley nominalında gümüş xatirə sikkəsi buraxıb. 11 may 2015-ci ildə Litva Bankı 20 avro dəyərində xatirə əsginası buraxmışdır.
Sualtı adalar qövsü
Sualtı adaları (bəzən Pirsaat adaları və ya Pirsaat daş adaları adlanır)— Xəzər dənizində Bakı arxipelaqında yerləşən Azərbaycana məxsus adalardır. Ən iri adaları Baburi və Qutan adalarıdır. Qutan və Baburi adaları arasınada məsafə 4 km təşkil edir. Tektonik məşəllidir. Taman yarımadasından Böyük Qafqaz dağ silsiləsi ilə sualtı qalxmalarla Türkmənistana qədər davan edən Ön Qafqaz qalxmasının bir hissəsidir. Pirsaat buxtasında yerləşir. Ümumilikdə 9 adadan ibarətdir. Qövsə daxil olan adalar şərqdən qərbə 7 km məsafədə yerləşir. Əsasən kiçik adlardan ibarətdir. Bəzi adalarında uzunluq 2 km təşkil etsə də, çox ensizdir.
Volta qövsü
Volta qövsü və ya elektrik qövsü — güclü cərəyan mənbəyinin qütblərinə qoşulmuş iki naqilin əks uclarını bir‐birinə toxundurub sonra bir neçə millimetr məsafəyə uzaqlaşdırıldıqda bu naqillərin ucları arasında yaranan parlaq işıq saçan alov hadisəsidir. Metal naqillər əvəzinə ucları itilənmiş (iynə şəklinə salınmış) iki kömür çubuqdan da istifadə etmək olar. O zaman bu hadisə daha gözəl və daha parlaq olar. Bu çubuqları tətbiq olunan gərginliyin kifayət qədər böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı şiddətə malik işıq əmələ gəlir. Volta qövsü adlanan bu hadisəni ilk dəfə 1803‐cü ildə rus alimi Vasili Petrov müşahidə etmiş, 1810‐cu ildə isə eyni ixtiranı ingilis fiziki Devi etmişdir. Onların hər ikisi Volta qövsündən işıqlandırma üçün istifadə etməyin mümkünlüyünü göstərmişdir. 1844‐cü ildə fransız fiziki Fuko ilk qövs lampasını düzəltdi. O, ağac kömüründən olan çubuqları bərk koksdan olan çubuqlarla əvəzlədi və qövs lampasını ilk dəfə Paris meydanlarından birini işıqlandırmaq üçün tətbiq etdi.
Vulkan adaları qövsü
Vulkan adaları qövsü (rus. дуга островная вулканическая, ing. arch of volcanic island) — bir yaxud iki qonşu sualtı silsilələrin zirvələrindən ibarət olub, morfoloji cəhətdən qövsvari adalar tirəsi şəklində təzahür edən, yerin iri, fəal geoloji strukturu. Demək olar ki, V. a. q. hamısı Sakit okeanın qərb hissəsində yerləşir və onun odlu qurşağının bir hissəsini təşkil edir.
Çevrə qövsü
Çevrə qövsü — çevrənin üst-üstə düşməyən iki nöqtəsi arasında qalan hissəsidir. Çevrə qövsünün uzunluğunu l ilə, mərkəzi bucağı m ilə, diametri d ilə, radiusu r ilə, çevrənin uzunluğunu L ilə işarə etsək, çevrə qövsünün uzunluğu aşağıdakı kimi hesablanar: l = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } L = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } 2 π {\displaystyle \pi } r = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } π {\displaystyle \pi } d. π {\displaystyle \pi } ≈ {\displaystyle \approx } 3,14 (Pifaqor sabiti. π {\displaystyle \pi } = L / d).

Digər lüğətlərdə