qətlgah
qətlkar 2021
OBASTAN VİKİ
Qətliam
Qətliam — Özünü müdafiə etmək imkanı olmayan çox sayda insanın amansızlıqla öldürülməsi hadisəsi.
Vinnendendə qətliam
Vinnendendə qətliam — 11 mart 2009-cu ildə Vinnenden şəhərində, daha sonra qonşu Almaniyanın Vendlinqen şəhərində Albertvil-Realşule məktəbində baş verən hadisələr, atıcının özü də daxil olmaqla 16 nəfərin ölümü ilə nəticələnən, 17 yaşlı Tim Kreçmer (alm. Tim Kretschmer‎), keçmiş məktəb məzunu tərəfindən törədilmişdir. 11 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Tim Kreçmer (alm. Tim Kretschmer‎) — 2009-cu il martın 11-də keçmiş məktəbində, daha sonra Vinnenden və Vendlinqen (Almaniya) şəhərlərinin küçələrində qanlı qırğın törədən və daha sonra polisin əhatəsində intihar edən on yeddi yaşlı yeniyetmə. Tim 26 iyul 1991-ci ildə Almaniyanın Vinnenden şəhərində anadan olub. Kiçik yaşlarından aqressiv idi. Yeddi yaşında Kretschmer yerli məktəbə getdi. 16 yaşında real məktəbə getdi, burada kommersiya karyerası üçün təhsil aldı. Məktəbdə "qara qoyun" idi, həmyaşıdları onu tez-tez təhqir edirdi.
Olenivka həbsxanasında qətliam
Olenivka həbsxanasında qətliam — 29 iyul 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Donetsk vilayətinin Olenivka yaxınlığındakı Molodijne kəndində Rusiya tərəfindən idarə olunan həbsxanada ukraynalı hərbi əsirlərin yerləşdiyi binanın dağıdılması. Hadisə nəticəsində , 53–62 ukraynalı hərbi əsir həlak olmuş, 75–130 nəfər yaralanmışdır. Əsirlər əsasən Mariupolun mühasirəsində Ukraynanın son qalası olan Azovstal kompleksinin əsgərləri idilər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirmişdir ki, Rusiya orada ukraynalı əsirlərin işgəncə və qətlini ört-basdır etmək üçün kazarmanı partlatmışdır və Ukrayna rəsmiləri əvvəlcədən qazılmış məzarların peyk şəkillərini təqdim etmişdilər. Rusiya HIMARS raketinin Ukrayna ərazisindən vurulduğunu irəli sürmüşdür. Məhkəmə və silah ekspertlərinin işinə, habelə peyk şəkillərinə əsaslanan müstəqil araşdırmalar, hadisələrin Rusiya versiyasının çox güman ki, uydurma və dezinformasiya olduğunu müəyyən etmişdir, çünki zərərin HIMARS raketi tərəfindən vurulması ehtimalı praktiki olaraq yoxdur və bunun əvəzinə sübutlar həbsxananın binanın içərisində partladılmış bomba ilə partladıldığı göstərir. 3 avqustda BMT-nin baş katibi Antoniu Quterreş həm Rusiya, həm də Ukraynanın tələbi ilə faktaraşdırıcı missiya yaratmaq qərarını açıqlamışdır. Buna baxmayaraq, Rusiya BMT və Beynəlxalq Qızıl Xaç Cəmiyyəti ilə əməkdaşlıqdan imtina etmiş və faktaraşdırıcı missiya ləğv edilmişdir. 29 iyul 2022-ci ildə verdiyi bəyanatda Avropa İttifaqının xarici əlaqələr üzrə yüksək vəzifəli rəsmisi Jozep Borrell Rusiyanı hücumda günahlandırmış, bunu "dəhşətli vəhşilik" və "barbar hərəkət" adlandırmışdır. Estoniya, Birləşmiş Krallıq və Fransa rəsmiləri də oxşar münasibət bildirmişdilər.
Rusiyanın Tehrandakı səfirliyində qətliam
Rusiyanın Tehrandakı səfirliyində qətliam — 30 yanvar 1829-cu ildə Rusiya səfirliyinin əməkdaşlarının və oraya sığınan erməni fitnəkarlarının fanatik qrup tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi. Ölənlər arasında diplomatik missiyanın rəhbəri, yazıçı Aleksandr Qriboyedov da olub. 1828-ci ilin aprelində Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Aleksandr Qriboyedov Rusiyanın İrandakı səfiri təyin edildi. 1828-ci ilin payızında səfirlik İrana gəldi. Qriboyedovun əsas vəzifəsi şahın sülh müqaviləsinin maddələrini yerinə yetirməsinə nail olmaq və xüsusən İkinci Rusiya-İran müharibəsinin nəticələrinə görə təzminatın ödənməsinə nəzarət idi. Bütün ölkə müharibədəki məğlubiyyətin əvəzini ödəmək məcburiyyətində qaldı, bu da İran cəmiyyətində narazılığı xeyli artırdı. 20 oktyabr 1828-ci ildə Qriboyedov Rusiya imperiyasının Xarici İşlər Naziri qraf Karl Nesselrodaya məktubunda yazırdı: Müddəalarından birində ermənilərin Rusiyanın tərkibində sərbəst şəkildə köçürülməsinin mümkünlüyünü göstərən Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra bir çox ermənilər bu fürsətdən istifadə etdilər. 1829-cu ilin yanvarından başlayaraq çoxlu sayda erməni səfirliyə axışaraq Qriboyedovdan Rusiya imperiyasının işğal etdiyi Cənubi Qafqaz ərazisinə köçmək üçün icazə istədi. Şah hərəminin xədimi, şahın qiymətli daşlarının baş xəzinədarı və mühafizəçisi, erməni Mirzə Yaqub Markaryan bu razılaşmadan istifadə edərək qaçıb səfirlikdə gizləndi. Xacənin qaçması xəbəri ilə şahın qəzəbinin həddi-hüdudu yox idi.
Erməni qətliamı
Erməni soyqırımı (erm. Հայոց ցեղասպանություն, translit. Hayots tseğaspanutyun; türk. Ermeni Soykırımı), Ermənilərin köçürülməsi (türk. Ermeni tehciri) və ya ermənilər arasında adətən Mets Yeğern (erm. Մեծ Եղեռն, "Böyük cinayət") — Osmanlı hökuməti tərəfindən əksərən Osmanlı imperiyası vətəndaşı olan etnik erməni əhalinin qətli barədə saxta iddialar. Hadisələrin başlanğıcı olaraq, Osmanlı hökumətinin Konstantinopol (indiki İstanbul) və Anqorda (indiki Ankara) yekun nəticədə əksəri qətlə yetirilmiş 235–270 arası erməni intellektualı və icma rəhbərlərini toplaması, həbs və deportasiya etməsi tarixi olan 24 aprel 1915-ci il hesab edilir.İddialara görə, Birinci dünya müharibəsi zamanı və sonrası baş vermiş soyqırım iki mərhələrdə həyata keçirilmişdir: birinci mərhələdə əmək qabiliyyətli kişi əhali qətlə yetirilmiş, yetkinlik yaşına çatmışlar isə hərbi xidmətə aparılmış və ya məcburi əməyə sövq edilmiş, ikinci mərhələdə isə qadınlar, uşaqlar və yaşlılar Suriya səhrasına köçürülmə qərarı ilə ölüm yürüşünə çıxarılmışdır.İddiaların daha cəzbedici görünməsi məqsədilə irəli sürülən fikirlərə görə, hərbi qüvvələr tərəfindən müşahidə olunan deportasiya edilən əhali, müntəzəm olaraq soyğunçuluq, cinsi təcavüz və qırğınlara məruz qalmışdır. Həmin dövrə Osmanlı imperiyası ərazisində yaşayan assuriyalılar və yunanlar da qırğınlara məruz qalmışlar ki, bəzi tarixçilər bu qırğınları da eyni soyqırım siyasətinin tərkib hissəsi hesab edirlər. Dünyanın bir çox hissələrdində Erməni diasporu birbaşa bu soyqırım siyasətinin nəticəsi olaraq meydana gəlmişdir. Etnik erməni əhalisinin sistematik şəkildə və bilərəkdən məhv edilməsindən təsirlənən Rafael Lemkin, bu hadisələri ifadə etmək üçün 1943-cü ildə soyqırım ifadəsi (ing.
Hayırsızada it qətliamı
Hayırsızada it qətliamı və ya Hayırsızada sürgünü – 3–4 iyun 1910-cu ildə 80.000 küçə itinin Türkiyənin Sivriada (digər adı ilə Hayırsızada) adasında göndərilərək öldürülməsi ilə baş verən kütləvi heyvan qətliamı hadisəsi. Tarixin ən böyük heyvan qətliamlarından biridir. == Tarixi == === Zəmin === İstanbul tarixin bir çox dövrlərində itlərlə dolu olan şəhər olmuşdur. İstanbul şəhərində ilk it sürgünlərindən biri XIX əsrdə Osmanlı hökmdarı II Mahmudun dövründə həyata keçirilmişdir. II Mahmud şəhərdəki bütün itlərin tutulub adaya göndərilməsini əmr etmiş, lakin İstanbul əhalisi heyvanlara əziyyət verməyin uğursuzluq gətirəcəyini bildirib etiraz etməyə başlamışdr. Bundan sonra adadakı itlər qayıqlar vasitəsilə yenidən İstanbula gətirilmişdir. === Qətliam === XX əsrdə şəhərdə itlərin sayının artmasından sonra İstanbul bələdiyyəsi başçısı Suphi Bəysoyundu başda olmaqla səlahiyyətli şəxslər it problemini həll etmək üçün yol axtarmağa başlamışdılar. Dövlət bu itlərin kimya sənayesində istifadəsi üçün Fransa hökuməti ilə razılaşmışdır. 80.000 it İstanbul küçələrindən toplanıb əvvəlcə dəniz səmtində yerləşən Topxanaya gətirilmişdir və Fransaya göndərilmək məqsədilə gözlədilməyə başlanmışdır. Əhalinin itləri xilas etməsinin qarşısını almaq üçün əsgərlər vəzifələndirilmişdir.
Herero və Namaka qətliamı
Herero və Namaka qətliamı ya genosidi — 1904-cü ildə Herero və Namakalılara qarşı Almaniyanın törətdiyi qətliam. 1904-1905-ci illərdə Kayzer Almaniyasının müstəmləkə ordusu tərəfindən Almaniyanın Cənub-qərbi Afrika müstəmləkəsində 65000 (80%) Herero və 10000 (50%) Namakalı qəddarcasına məhv edilmişdir. 1985-ci il də BMT məruzəsində bu qətliam nasistlərin törətmiş olduqları yəhudi qətliamına oxşar genosid aktı kimi qiymətləndirilmişdir. 2004-cü ildə Almaniya Namibiyada törətdiyi genosidi tanımağa məcbur olmuşdur. 1884 cö ildə Britaniya Namibiyadan geri çəkildikdən sonra, Almaniya ərazini öz protektoratına götürdükdən sonra, yerli əhalini qul kimi istismar edərək, bütün resursları xüsusilə almaz yataqlarını öz əlinə keçirmişdir. Bu soyqırım nəticəsində 75 min Herero və Namakalı qətlə yetirilmişdi. Bu qətliama da bütün dünya susmuşdur. == Mənbə == Tarixin qəssabları kimlərdir?
Hulə qətliamı
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Kaunas qətliamı
Kaunas qətliamı (ivr. ‏הטבח בחצר מוסך לייטוקיס בקובנה‏‎) — Barbarossa əməliyyatının ilk günlərində Litvanın Kaunas şəhərində yaşayan etnik yəhudilərə qarşı gercəkləşidirlmiş qətliam aktı. Hadisələr 1941-ci ilin 25–29 iyun tarixləri aralığında baş vermişdir.
Kyoto Animation qətliamı
Kioto Animation qətliamı (京都アニメーション放火殺人事件) — 18 iyul 2019-cu ildə Yaponiyanın Kioto şəhərinin Fuşimi rayonunda Kyoto Animation anime studiyasında baş vermiş qətliam. Qətliam hadisəsi Yaponiya Standart Vaxtı ilə saat 10:35-də 41 yaşlı Şinci Aoba tərəfindən törədilmişdir. O, əvvəlcə "Ölün!" və "Gəbərin!" deyə qışqırmış, ofislərə və işçilərin üstünə benzin tökmüş və alışqanla yandırmışdır. İnsident nəticəsində azı 34 nəfər ölmüş, 35 nəfər yaralanmışdır. Studiyanın işçilərindən biri cinayətkarı evinə qədər təqib etmişdir və cinayətkar polis tərəfindən evində həbs edilmişdir. Bu, 1945-ci ildən sonra Yaponiyada bir şəxs tərəfindən törədilmiş ən dəhşətli cinayət hadisəsi və 2001-ci ildəki Myojo 56 binası yanğınından sonra Yaponiyada baş vermiş ən dəhşətli bina yanğınıdır. Hadisədən sonra dünya liderləri tərəfindən dəstək mesajlarını bildirmiş, studiya üçün 1,7 milyon ABŞ dolları məbləğində ianə yığılmışdır. İnsidentə görə studiyanın bəzi işləri gecikməyə uğramışdır. == Arxaplan == Kyoto Animation Yaponiyanın Kioto şəhərində yerləşən animasiya studiyası və ranobe nəşriyyatçısıdır. Birinci studiyası Fuşimidə yerləşir.
Lənkəran qəzasında qətliamlar
== Lənkəran qəzasında soyqırımlara dair mənbələr == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin yanında Siyası Sənədlər Arxivinin 277-ci fondunda, Azərbaycan Respublikası Dövlət Arxivinin 100-cü fondunda qorunub saxlanılan sənədlər Lənkəranda törədilmiş soyqırıma şahidlik edir. Azərbaycan Cümhuriyyəti dövründə dövlətimizin hüqdudlarında həyata keçirilən soyqırım hadisəsini araşdırmaq üçün təşkil edilən Fövqəladə Təhqiqat Komissiyası denikinçi-daşnak-bolşevik qüvvələrin fəaliyyəti ilə bağlı olaraq Lənkəran qəzasında təhqiqat işlərinə başlanılmadığına görə FTK-nın sənədlərində bu barədə məlumat demək olar ki, yoxdur. Azərbaycan Cümhuriyyətinin rəsmi qəzetinin səhifələrində də soyqırım aktlarını təsdiq edən kifayət qədər məlumatlar var. Xüsusilə "Azərbaycan" qəzetinin 39, 100, 101, 103 nömrəli buraxılışlarında bu barədə məlumatlar verilmişdir. Xüsusilə də Zаqаfqаziyа (Qоri) Müəllimlər Sеminаriyasının məzunu, tarixçi Teymur bəy Bayraməlibəyovun bu barədə qəzet səhifələrində yazdığı məqalələrə diqqət yetirilmişdir. Tədqiqatın gedişində Lənkəranda ilk ali təhsilli ədəbiyyat müəllimi Teymur Şahverdiyev, “Lenin” ordenli müəllim Əbülqasım Qasımov kimi şahidlərin xatirələrinə də müraciət edilmişdir. Filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü Mirhaşım Talışlının da xatirələrindən istifadə edilmişdir. == Daşnak-Denikinçi birləşmələrin törətdiyi soyqırımlar == Böyük dövlətlərdən, xüsusilə Rusiyadan hərtərəfli kömək alan erməni cəlladları Azərbaycan və Şərqi Anadolu torpaqlarını aborigen əhalidən təmizləyərək “Böyük Ermənistan” dövləti yaratmağa cəhd göstərmişlər. Bu məqsədlə həyata keçirilən soyqırımlar 1914-1919-cu illərdə bütün Azərbaycan torpaqlarını və Şərqi Anadolunu əhatə etmiş, yüz minlərlə dinc azərbaycanlı əhali xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinin məhv edilməsi qabaqcadan düşünülmüş ümumi plan əsasında, həm də vahid mərkəzdən idarə olunaraq həyata keçirilirdi.
Malmedi qətliamı
Malmedi qətliamı - Nasist Almaniyasının ABŞ əsgərlərinə qarşı törətdiyi qətliam. 17 dekabr 1944-cü ildə Belçikanın Ardenler bölgəsindəki Malmedinin cənubunda Bauqnez qovşağında 1. SS Panzer Diviziyasına bağlı SS-Obersturmbannführer Yöahim Peyper komandanlığı ilə Kampfqruppe Peiyer birliyi tələyə saldığı ABD Quru Qüvvələri 285. Topçu Birliyinin bağlı 150 ABŞ əsgərinin 84-nü öldürmüşdür. Bu qətliamda bəzi əsgərlər qurtula bilmişlər. Lakin, Nürberq məhkəməsində ortaya çıxan bir şahidə görə 129 Amerikalı əsgər öldürülmüşdür. Nasist zabitlərinin çıxışından sonra bu say 71-ə endirildi. Daçauada ABŞ Məhkəməsində keçirilən məhkəmədə Peyper də daxil olmaq üzrə 43 zabit ölüm hökmü, 23 zabit ömür boyu həbsi, 8 zabit də qısa həbs ilə cəzalandırıldı.
Malıbəyli və Quşçular qətliamı
Malıbəyli və Quşçular qətliamı - Qarabağ müharibəsi zamanı 10 fevral - 12 fevral 1992-ci il tarixləri arasında Erməni qeyri-qanuni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən hücum nəticəsində təxminən 50-yə yaxın dinc etnik azərbaycanlının qətlə yetirilməsidir. == Hadisələrin gedişatı və qətliam == Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndləri (adminstrativ olaraq Aşağı Quşçular və Yuxarı Quşçular olaraq ayrılır) rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4000 nəfərə yaxın əhali yaşayırdı. 1988-ci ildə Xocalıya olduğu kimi bu kəndlərə də Ermənistandan zorla çıxarılmış təxmini sayı 1500-ə yaxın köçkün yerləşmişdi. Qarabağ müharibəsi başlanan andan etibarən bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi. Fevralın 5-də kəndlərin üstündə uçan bir vertolyot kəndlilərə üzərində yaşayış yerlərini tərk etmək üçün onlara iki gün vaxt verildiyi yazılan bildirişlər payladı. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış vertolyotla mümkün idi. Şuşaya uçan axırıncı vertolyot yanvarın 28-də ermənilər tərəfindən vuruldu. Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhərinin düşmən işğalından azad edilməsi üçün təşkil etdiyi hücumlara və yaxınlıqda yerləşən erməni kəndlərinə doğru edilən həmlələrə son qoymaq məqsədilə erməni zirehli daşıyıcıları və ağır artilleriyaları tərəfindən Malıbəyli və Quşçular kəndlərinə hücum edildi.
Maqindanao qətliamı
Maqindanao qətliamı (ing.
Marağa qətliamı
Marquşavan əməliyyatı və ya Marağa əməliyyatı — 10 aprel 1992-ci ildə, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə qarşı indiki Şıxarx kəndinin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı. Əvvəllər Leninavan, Marağa və Marquşavan adlanan Şıxarx kəndi Azərbaycanın Tərtər şəhərindən bir qədər qərbdə, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunda yerləşirdi, kəndin 5 minə yaxın əhalisi var idi. Əməliyyatdan iki ay əvvəl Ermənistan Silahlı Qüvvələri Xocalı şəhərini zəbt etmiş, orada dinc əhaliyə soyqırımı törətmişdir. Əlavə olaraq, erməni qüvvələri həmin aydan Tərtər şəhərini daim PDM, toplardan və raket qurğularından atəşə tuturdu. Əməliyyata 10 aprel 1992-ci ildə başlanmışdır. Azərbaycan qoşunları səhər tezdən artilleriya və tank dəstəyi ilə kəndə hücum etmiş, günortaya yaxın Şıxarx kəndi işğaldan azad edilmişdir. Buna baxmayaraq, Ermənistan qüvvələri ertəsi gün kəndi yenidən işğal etmişdir. Azərbaycan qoşunları bir həftə sonra yenidən hücum edərək kəndi birdəfəlik işğaldan azad etmişdir. Ermənistan tərəfinin iddialarına görə, "Marquşavan" əməliyyatı əsnasında Azərbaycan qüvvələri 50-yə yaxın mülki şəxsi öldürmüşdür. Ermənistan hakimiyyəti əməliyyatı azərbaycanlıların Xocalı soyqırımının qisası və Marağa qətliamı (erm.
Metqethen qətliamı
Metqethen qətliamı (alm. Massaker von Metgethen‎) — 1945-ci ilin yanvar-fevral aylarında 3000 alman vətəndaşın indiki Rusiyanın Kalininqrad vilayətinin İmeni Aleksandra Kosmodemyanskoqo qəsəbəsi olan keçmiş Şərqi Prussiya Köniqsberqin Menqethen qəsəbəsində Qızıl Ordu tərəfindən edilmiş qətliam. 1945-ci ildə Köniqsberq döyüşü zamanı Samland yarımadasının şimalından hücum edən sovet qüvvələri 30 yanvarda Köniqsberqin qərbindəki Vistula Laqoona (Kalininqrad körfəzi) çatdı. Qaranlıqdan sonra onlar qərbə doğru Groß-Heydekruga doğru irəlilədilər. Alman qüvvələri fevralın 19-da Köniqsberq və Baltik dənizi Pillau limanı arasındakı həyati əhəmiyyətli yolun və dəmir yolu xəttinin yenidən açılması üçün Metqetheni geri aldı. Alman məruzələrinə görə mülki şəxslərin parçalanmış cəsədləri tapıldı. Bu xəbər tez bir zamanda alman təbliğatı ilə yayıldı. Alman hərbçiləri tərəfindən qadınların zorlandığını, şikəst buraxıldığını, öldürüldüyünü və 32 mülki şəxsin yerli tennis meydançasında toplayaraq partlayış nəticəsində öldürüldüyü haqqında bir neçə müasir məlumatlar var. Şahidlərin verdiyi xəbərlərdən birində Köniqsberq qala komandirinin keçmiş komandiri Otto Lyaş kapitan Hermann Sommer bunları dedi: Konqres Kitabxanasında yerləşdirilmiş 26 fotoşəkil albomu var, örtük adı Bildbericht über von den Bolschewisten ermordete und geschändete Deutsche in Metgethen (Metqethendə bolşevistlər tərəfindən qətlə yetirilərək alçaldılmış almanlar haqqında şəkil reportaj). Qapağındakı bir mürəkkəb möhürə görə bu albom əvvəllər Köniqsberqdəki Sicherheitspolizei komandirinin kabinetində verilmişdir.
Muradağa, Sandallar və Atlılar qətliamı
Muratağa, Sandallar və Atlılar Soyqırımı — Kiprdə yunanların türklərə qarşı həyata keçirdiyi vəhşiliklərdən ən dəhşətlisi. Rumların Kipr türklərinə qarşı həyata keçirdiyi vəhşiliklərdən ən dəhşətlisi Muratağa, Atlılar və Sandallar kəndlərində olmuşdur. Bu soyqırım 1974-cü ilin 14 avqustundan 16 avqustuna kimi EOKA-B tərəfindən həyata keçirilmişdir. Muratağa, Atlılar və Sandallar kəndlərinin əli silah tutan kişilərinin adanın qorunması uğrunda mücadilədə olduğunu bilən rumlar gecəykən müdafiəsiz qalan kəndə hücum edirlər. Hər üç kənddə 5 aylıq körpədən tutmuş 90 yaşlı qocalara qədər hamını qətlə yetirən rumlar öldürdükləri Kipr türklərini kütləvi şəkildə yandıraraq sonradan torpağa basdırırlar. Bu hücum zamanı Atlılar kəndində 36 nəfər, Muratağa və Sandallar da isə 89 nəfər rum vəhşiliklərinin qurbanı olur. Qətlə yetirilən kiprli türklər arasında o zaman adanın müdafiəsinə qalxan Kamal Mericin həyat yoldaşı və 5 övladı da olur. Rumlar 5 aylıq körpəni anasının qucağında süd əmdiyi yerdə qətlə yetirir, ana və övladını türklərə ibrət olsun deyə həmin şəkildə torpağa basdırırlar. Soyqırımda öldürülənlərdən ən balacası 16 günlük, ən yaşlısı isə 95 yaşında olmaqla ümumilikdə 126 nəfər türk qətlə yetirilmişdir. 1960-cı ildəki siyahıyaalmaya görə üç kəndin cəmi əhalisi 248 nəfər idi.
Münhen qətliamı
Münhen qətliamı — 1972-ci ildə Qərbi Almaniyanın Münhen şəhərində keçirilən Yay Olimpiya Oyunları zamanı Qara sentyabr təşkilatının üzvləri tərəfindən törədilmiş terror aktı. İsrail Olimpiya Millisinin 11 üzvünün girov götürüldüyü hadisə, terrorçuların, girovların və bir polis əməkdaşının ölümü ilə nəticələnmişdir. Kirizisin başlamasından qısa müddət sonra onlar İsraildə həbs olunmuş 234 nəfərin və Qırmızı Ordu Fraksiyası banilərinin buraxılmasını tələb etmişdilər. Qara sentyabr üzvləri hücumun adını İDF tərəfindən boşaldılmağa məcbur edilmiş iki Fələstin kəndinin şəfərinə İqrit və Biram olaraq adlandırmışdır. Özünü sekulyar millətçi olaraq təqdim edən və hücumun əsas təşkilatçılarından olan Lutif Afif yəhudi və xristian köklərə sahib bir ailədə dünyaya gəlmişdir. Alman neo-nasistlərin terror aktının törədilməsində, terrorçulara lojistik dəstək verdikləri də məlumdur. Qərbi Almaniya polisi tərəfindən həyata keçirilən uğursuz girovların xilas edilməsi əməliyyatında Qara sentyabr təşkilatının səkkiz terrorçusundan beşi öldürüldü. Əməliyyat sırasında bir polis əməkdaşı da öldü. Beynəlxalq Olimpiya Komitəsi 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sayca XXXI Yay Olimpiya Oyunlarının açılışından iki gün əvvəl, Münhen Olimpiyadasında həlak olan israilli idmançıların xatirəsinin əziz tutulduğu rəsmən elan olunmuşdur. Altı günlük müharibənin üzərindən 5 il keçməsinə baxmayaraq İsrail və Ərəb ölkələri sürətlə silahlanmağa davam etmişdir.
Müqəddəs Brays Günü qətliamı
Müqəddəs Brays Günü qətliamı — 1002-ci ildə İngiltərə kralı Etelred ölkədə yaşayan bütün danimarkalıların qırılması barədə göstəriş vermişdir.
Navarin Qətliamı
Navarin qətliamı — Yunanıstanın müstəqillik qazandığı zaman baş verən qətliam silsiləsinin bir hissəsi olan bir vəhşilikdi. Qırğın 1821-ci il 19 Avqust günü Mora Yarımadasındakı Navarin şəhərində baş tutdu və şəhərin təxminən 3000 nəfərlik Türk sakini qətlə yetirildi. Şəhərin Türk sakinləri, aclıq üzündən təslim olmağı təklif etdi. Yunanlar da bunun üzərində şəhərin sakinlərini Misirə etibarlı bir şəkildə aparmağı təklif edib. Təslim olma prosesi bitəndə, Türklər şəhərdəki bütün mallarını, bütün pullarını və zinətlərini Yunanlara təslim etdi. Amma Yunanlar söz verdikləri etibarlı səfəri həyata keçirməyə niyyətli deyildilər. Müzakirə edən Yunanlardan biri olan Poniropoulos, illər sonra General Qordona təslim olma sənədinin Türklərdə surətini yox etdiyini və beləliklə də geridə belə bir razılaşmaya dair bir dəlil olmadığını söylədi. 1821-ci il 19 avqust günü qapılar açılanda, Yunanlar dərhal içəriyə hücum etdi və qaçan 160 nəfər başqa, 3000 nəfərlik bütün əhali öldürdü. Tarixçi Corc Finlay, Phrantzes adlı Yunan keşişin qətliama şahidlik etdiyini söylədi və onun danışdıqlarından yola çıxaraq aşağıdakı tərifi edib: Güllələr və qılınclarla yaralanmış qadınlar qaçmaq ümidi ilə dənizə qaçdı, bu zaman qəsdən vuruldular. Qollarında körpələri olan anaların paltarları oğurlandı və tək gizlənmə yeri olan dənizə qoşdular, suda mənasız insan olmayan tüfəngli əsgərlər tərəfindən döyüldülər.
Naxçıvan qətliamı
Naxçıvan soyqırımları - XX əsr boyunca Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisində XIX əsrdə buraya köçürülmüş ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları Tarixi həqiqətləri təhrif edərək 1915-ci ildə Osmanlı dövründə soyqırıma uğradıqlarını qəbul etdirməyə çalışan ermənilər, öz etdiklərini müxtəlif yollarla gizlətməyə çalışsalar da, sənədlər işığında ermənilərin türklərə qarşı soyqırım siyasəti yeritdikləri ortaya çıxmışdır. “Böyük Ermənistan” ideologiyasından hərəkətlə, Anadolu türkləri ilə yanaşı XX. əsrin əvvəllərində Azərbaycan türklərinə qarşı da qırğınlar edilmiş, insanlar torpaqlarından sürgün edilmişlər. Şübhəsiz ki, Şərq Anadolu və Azərbaycan türklərinə qarşı edilən işgəncə və həyata keçirilən qırğınlar Rusiya, İngiltərə və digər xarici qüvvələrin dəstəyi sayəsində mümkün olmuşdur. Bir sıra məqsədlər uğruna Müsəlman Türk insanını qətl edən və Türk izlərini tarixdən silməyə çalışan ermənilər Azərbaycanın digər bölgələrində olduğu kimi Naxçıvanda da terror və qırğınlar etdilər. Ermənilər tərəfindən edilmiş olan qırğınların səbəblərini analiz etmək üçün, ilk növbədə, məsələnin ideoloji və siyasi mahiyyətini araşdırmaq lazımdır. Erməni Milli doktrinası “Böyük Ermənistan ideologiyası”dır. Hai-Taht Doktrinasının əsas sütununu təşkil edən və daha çox mistik, mifoloji hekayələrlə dolu olan bu ideologiya əsas olaraq erməni kilsəsi və ziyalıları tərəfindən əsrlərdir yaşadılan və hər şeyə baxmayaraq tətbiq olunması nəzərdə tutulan milli dəyərlərin doktrinası halına gətirilmişdir. Özlərinin Tanrı tərəfindən “seçilmiş millət” olduqlarını düşünən və öz ideologiyaları ilə Yəhudi ideologiyası arasında bənzərlik qurmağa çalışaraq ermənilər Şərq Anadolu və Azərbaycanın Hz. Nuh tərəfindən onlara vəd edildiyini iddia edirlər. Bununla da kifayətlənməyərək “seçilmiş millət” olmaları səbəbiylə kilsənin də ilk dəfə Ermənistanda qurulduğunu, özlərinin xristianlığın Qafqazdakı qalası və varisləri olduğunu, irəli sürməkdə, ilk xristian dövlət və millətin də Ermənistan və ermənilər olduğunu iddia etməkdədirlər.
Novoçerkassk qətliamı
Novoçerkassk qətliamı (rus. Новочеркасский Расстрел) — Sovet Ordusu və KQB zabitləri tərəfindən RSFSR-in Novoçerkassk şəhərində 2 iyun 1962-ci ildə silahsız etirazçılara qarşı törədilən qətliam. Hadisədən bir neçə həftə əvvəl Novoçerkassk Elektromotivqayırma Fabrikasının (NEF) işçiləri normativ istehsal planının artması və maaşlarının sabit qalasına baxmayaraq, ölkə səviyyəsində ət və süd məhsulları qiymətlərinin yüksəlməsindən sonra yaranan narazılıqlar səbəbiylə iş tətili təşkil etdilər. Hadisələr şəhər mərkəzindəki idarə mərkəzində etirazçılara avtomatlarla atəş açılmasından sonra kütləvi etirazlara çevrildi. Rəsmi istintaqa görə 26 nəfər ordu tərəfindən öldürülmüş, 87 nəfər yaralanmışdı. Həbslər, açıq məhkəmələr və örtbaslar nəticəsində 200 nəfər saxlanıldı, 7 nəfər məhkəməyə çıxarıldı və kütləvi itaətsizlik kimi müxtəlif cinayətlər səbəbiylə ölüm cəzasına məhkum edildi və təxminən yüzlərlə digər insan 15 ilə qədər azadlıqdan məhrum edildi (bu azadlıqdan məhrum etmələrin ili daha sonra azaldı), dövlətin idarə etdiyi KİV-lər hadisə ilə bağlı heç bir xəbər yaymadı və bunu 1992-ci ilə qədər gizli saxladı. 26 nəfər KQB əməliyyatçıları tərəfindən səhv qəbirlərdə gizli şəkildə dəfn edildi, hansıki bu qəbirlərin yerləri ölənlərin qohumlarından 2 iyun 1994-cü ilə qədər gizlədildi. Ancaq bu tarixdən sonra bütün cəsədlər aşkarlandı və rəsmi memorialda yenidən dəfn edildi. 1992-ci ildə hadisələr Baş Prokuror tərəfindən yenidən araşdırıldı. Nikita Xruşşov, Anastas Mikoyan, Frol Kozlov kimi qətliamdan şübhəli bilinən bir sıra yüksək sovet rəsmilərinin də arasında olduğu əsas şübhəlilər ölümləri səbəbiylə heç vaxt məsuliyyətə cəlb olunmadılar.
Oradur-sür-Qlan qətliamı
Oradur-sür-Qlan (Oradour -sur-Glane) — Fransanın Cənub-Qərbində Limoj (Limuzen) şəhərindən 22 km şimal-qərbdə yerləşən bu yaşayış məntəqəsində, İkinci Dünya müharibəsi vaxtı 10 iyun 1944-cü ildə SS "Reyx" diviziyasının dəstəsi sakinləri kütləvi surətdə vəhşicəsinə qətl ediblər. Fürer alayının 3-cü rotası kəndə daxil olaraq bütün kişiləri güllələyib. Qadın və uşaqlar kilsəyə toplanaraq partladılıblar. 642 adam məhv edilib, bütün evlər uçurulub və yandırılıb. Kəndin qalıqları insanlığa qarşı cinayət nümunəsi kimi qorunub. Köhnə kəndin dağıntıları yaxınlığında yeni kənd salınıb. Həmin hadisələr fransız rejisöru Robert Enrikonun 1975-ci ildə çəkdiyi "Köhnə tüfəng" filmi üçün əsas olub.
Paris qətliamı (1961)
Paris poqromu — 1961-ci ilin 17 oktyabr günü Parisdə Əlcəzair Azadlıq Mübarizəsi zamanında gerçəkləşən poqrom. Paris polis rəisi Moris Paponun təlimatıyla fransız polisi 30.000-ə yaxın əlcəzairli nümayişçiyə hücum etmişdir. 37 il ərzində poqromu inkar edən Fransa hökuməti 1998-ci ildə 40 nəfərin ölümünü qəbul etsə də, təxminlərə görə ölü sayı 200-dən çoxdur. 1999-cu ildə tarixçi Jan-Lyuk Eynadinin Paponu məhkəməyə verməsi və məhkəməni udması ilə poqrom isbat olunur. Polis arxivlərinə görə Papon nümayişlərin sakitləşdirilməsi üçün polislərdən "sərt" davranmaqlarını istədiyini və bunu etdikdən sonra onları "qoruyacağını" demişdir. Nümayişçilərin çoxu polis tərəfindən vurulub yaralandıqdan sonra körpüdən Sen çayına atılaraq, eləcə də Paris polis qərargahının həyətində, metro stansiyalarında və s. yerlərdə öldürülmüşdür. 2001-ci il oktyabrın 17-də poqromun 40-cı ildönümündə, poqrom gerçəkləşən yerlərdən biri olan Sent-Mişel körpüsündə həlak olanların xatirəsinə lövhə asılmışdır. 2022-ci ilin iyununda “Mediapart” qəzeti de Qollun prezidentliyinin məxfiliyi ləğv edilmiş arxiv sənədlərini təqdim edir ki, bu da Respublika Prezidentinin qırğın və Fransa polisinin 17 oktyabrda törətdiyi cinayət əməllərindən və aşağıdakılardan tez xəbərdar olduğunu təsdiqləyir. həftələr.
Perm Dövlət Universiteti qətliamı
Perm Dövlət Universiteti qətliamı – 20 sentyabr 2021-ci ildə Rusiyanın Perm şəhərində yerləşən Perm Dövlət Universitetində baş verən silahlı hücum. Hadisə nəticəsində azı 6 nəfər ölmüş və 28 nəfər yaralanmışdır. Silahlı hücumun təşkilatçısı universitetin hüquq fakültəsinin tələbəsi 18 yaşlı Timur Bekmansurov olub. O, universitet korpusuna yaxınlaşaraq atəş açmağa başlayıb. Tələbələrin və müəllimlərin bir qismi universitetdə özünü qorumağa çalışıb, bir qismi isə özlərini pəncərədən atıb. İnsidentdən sonra qatil özünü öldürüb.
Qarabağ bölgəsində qətliamlar
Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi yanında İctimai-Siyasi Sənədlər Arxivinin (bundan sonra: ARPİİİSSA) və Azərbaycan Respublikasının Dövlət Arxivinin (bundan sonra: ARDA) fondlarında bu barədə kifayət qədər sənədlər qorunub saxlanılır. Xüsusilə də ARPİİİSSA-nın 268, 276 və 277-ci fondlarını, ARDA-nın isə 100, 894, 897, 970, 1061-ci fondlarını qeyd edə bilərik. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin ilk günlərindən öz istiqlalı və ərazi bütövlüyü uğrunda mübarizə aparmağa məcbur oldu. Ən böyük problem Azərbaycan Xalq Cümhuriyyəti ilə eyni vaxtda, özü də tarixi Azərbaycan torpaqlarında yaranan Ermənistan (Ararat) Respublikasının təcavüzündən ibarət idi. Ermənistan Respublikası adlanan qurum Azərbaycan xalqına qarşı əsl soyqırım siyasətini həyata keçirirdi. Bu siyasətin əsas hədəflərindən biri əzəli Azərbaycan torpağı olan Qarabağın türk-müsəlman əhalisi idi. 1918-ci ilin iyulunda Dağlıq Qarabağın erməni icması Ermənistan Respublikasının hərbi-siyasi dəstəyinə arxalanaraq öz müstəqilliyini elan etdi. Erməni quldur dəstələrinin başçısı Andranik Azərbaycanın əzəli torpağı olan Zəngəzuru erməni qubernatorluğu elan etdikdən sonra Şuşanı işğal etmək istiqamətində cəhdlər göstərməyə başladı. 1918-ci il dekabrın 19-da Azərbaycan parlamentinin üzvü Qarabəy Əliverdiyev Şuşadan xəbər verirdi: "Mən Qarabağın nümayəndəsi olaraq buradakı vəziyyət barədə məlumatlandırıram ki, Andranik Zəngəzuru atəşə məruz qoyduqdan sonra təhlükəli vəziyyət Qarabağda, Ordubadda, Cavanşirdə də yaranmışdır. Andranik saysız-hesabsız müsəlman kəndlərini məhv edərək dinc əhalini qırmış, sağ qalanları isə doğma yerlərindən qovmuşdur.
Qarabağda azərbaycanlılara qarşı qətliamlar
Qarabağda azərbaycanlılara qarşı soyqırımlar — erməni-daşnak quldur dəstələrinin Qarabağın Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında azərbaycanlılara qarşı törətdikləri soyqırımı və talanlar. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası bu vəhşilikləri dərindən araşdırmış, bu haqda çoxlu şahid ifadələri, baxış protokolları, məruzələr, faktik məlumatlar toplamışdır. Sovet Rusiyasının Birinci dünya müharibəsi (1914-18) cəbhələrində hərbi əməliyyatların dayandırmasından əvvəl erməni əsgərləri kütləvi surətdə fərarilik edərək, cəbhədən qaçır və özləri ilə çoxlu oğurluq tüfəng, pulemyot və digər hərbi sursatlar aparırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.Mixaylovun toplanmış faktlar əsasında hazırladığı məruzədə deyilirdi ki, Cavanşir qəzasının müsəlman əhalisi qonşuları ermənilərə çox sadəlövhcəsinə inanır və həmin silahların gələcəkdə onlara qarşı yönəldiləcəyini təsəvvürlərinə belə gətirmirdilər. Buna görə də onlar həmin silahların gətirilməsinin qarşısını almaq üçün heç bir tədbir görmürdülər. Rusiyada Oktyabr çevrilişindən sonra isə Yuxarı Qarabağa, o cümlədən Cavanşir qəzasının erməni kəndlərinə silah və sursat, demək olar ki, açıq şəkildə gətirilməyə başladı. N.Mixaylovun məruzəsində göstərilirdi ki, 1917-ci ilin dekabrından başlayaraq, erməni-daşnak quldur dəstələri Kolanı icmasının azərbaycanlı kəndlərinə basqın edir və onlardan hələ yer üzərində mövcud olmayan Ermənistan Respublikasının tanımağı tələb edir və guya öz dövlətləri üçün azərbaycanlılardan zorla vergi yığırdılar. Erməni təqiblərindən bezmiş Cavanşir qəzasının bir neçə kəndinin, o cümlədən İmarət-Qərvənd kəndinin əhalisi və Umudlu kəndi əhalisinin bir hissəsi payız aylarında böyük tələfatla Murovdağı aşaraq, Cavanşir qəzasının aran kəndlərinə üz tutur və orada məskunlaşırlar. N.Mixaylovun 1919-cu il mayın 9-da Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məruzədə göstərilirdi ki, axır vaxtlar vəziyyət bir qədər yüngülləşsə də, Cavanşir qəzasındakı ermənilər buradakı azərbaycanlıların torpaqlarını Ermənistan Respublikasının ərazisi elan edərək, Azərbaycan Respublikasının hakimiyyətini tanımaq belə istəmir və öz zorakılıq hərəkətlərini əvvəlki kimi davam etdirirlər. Ona görə də Fövqəladə Təhqiqat Komissiyasının üzvləri erməni kəndlərindən keçərək, qəzanın dağətəyi hissəsində dağıdılmış azərbaycanlı kəndlərinə baxış keçirə bilmirdilər.
Qaradağlı qətliamı
Qaradağlı qətliamı və ya Qaradağlı faciəsi-Erməni hərbi birləşmələri 1992-ci il fevralın 14-də Xankəndidə yerləşən keçmiş SSRI silahlı qüvvələrinin 366-cı motoatıcı alayının hərbi qüvvəsinin və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndinə hücum etdi. Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə baxmayaraq, fevralın 17-də qeyri-bərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olundu. 118 nəfər əsir götürülənlərdən 101 nəfəri vəhşicəsinə qətlə yetirildi. Öldürülənlərdən 21 nəfəri ahil və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli idi.. Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola bildilər. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq yandırıldı, mülki əhali qırğına məruz qaldı. Qətliam aktı Qarabağ münaqişəsi zamanı baş vermişdir. Nəticədə xeyli sayda mülki azərbaycanlı şəxslər ermənilər tərəfindən qətlə yetirilmiş, bir o qədər də əsir alınmışdır. 117 nəfər əsir alınmış, 66–90 nəfər mülki şəxs isə qətlə yetirilmişdir. AzərTacın verdiyi məlumata görə, ermənilər tərəfindən törədilən soyqırım zamanı Qaradağlı kəndində 91 nəfər — kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib.
Qarakeçid qətliamı
Qarakeçid qətliamı — 8 noyabr 1984-cü ildə PKK silahlılarının Türkiyədə, Siirtin Eruh rayonunda (sonradan Şırnaka birləşdirilmişdir) Qarakeçid kəndinə (kürd. Spivyan, Sipîbiyan) hücumu. Hadisə və qətliam nəticəsində 9 mülki vətəndaş öldürülmüşdür, PKK-nın ilk kütləvi mülki hücumu olduğunu iddia edilir. Bu hadisə PKK-nın eyni kəndə həyata keçirdiyi üç hücumdan ikincisidir. Dövrün MDP-dən olan, Hatayı təmsil edən millət vəkili Murad Sökmənoğlunun şifahi sualına daxili işlər naziri İldırım Ağbulud cavabında PKK-nın ilk dəfə 22 sentyabr 1984-cü ildə Qarakeçid kəndinə hücum etdiyini və bu hücum nəticəsində bir kənd mühafizəçisinin yaralandığını bildirmişdi. İkinci hücumun 8 noyabr 1984-cü ildə saat 19:30 radələrində başladığı bildirilmişdir. İldırım Ağbuludun sözlərinə görə, kənd qoruyucusu və muxtarın evlərinə atılan raketlər nəticəsində can itkisi baş vermişdir. Hücum nəticəsində dördü Can və Sevim ailəsinin üzvü olmaqla doqquz mülki şəxs həlak olmuşdur. Həlak olan mülki şəxslərin adları belədir: Asiyə Can, Leyla Şahin, Aynur Sevim, Lütfiyə Sevim, Ayşə Can, Vəli Can, Bahar Sevim, Bədrəddin Sevim və Zeynəb Can. Hücumda iştirak edən bir PKK silahlısının münaqişə zamanı və ya ondan sonra öldürüldüyü iddia edilmişdir.