Uyğur dilində bu kəlmə qadın ana (теща) kimi işlədilir. Onlar “ərə ver” cümləsinin müqabilində “kadıt edip ber” deyirlər. Bizdə qadın (qazın, qayın) sözü “quda (kəbin), toy, evlənmə” mənasında işlədilib. Qayın, kürəkən (göy), qayınata, qayınana sözləri “kəbin qohumları” deməkdir. Qadın ana -əslində quda anadır, “qayının anası” demək deyil, ona görə də 2-ci tərəf mənsubiyyət şəkilçisi qəbul etmir. Maraqlıdır ki, oğlan valideynləri böyük qadın ana, böyük qadın ata, qızınkı isə kiçik qadın ana, kiçik qadın ata kimi ifadə olunmuşdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)