Qaz planlaması

neft və qaz yataqlarının axtarışı metodu. Neft və qaz yataqlarından yer səthinə miqrasiya edən qaz halındakı karbohidrogenlərin təyininə əsaslanır. Q.p. aparılarkən 2-3 m. və ya daha dərindən (10-50 m. və daha çox) qaz və ya qaz əldə etmək məqsədi ilə süxur nümunəsi götürülür. Tədqiqat sahəsində nümunə götürmə nöqtələri bir-birindən bir neçə yüz metr aralı profil üzrə yerləşdirilir. Alınmış qaz nümunələrinin analizi nəticəsində «qaz anatomiyası», yəni karbohidrogenlərin yüksək və qanunauyğun yerləşmiş konsentrasiyaları müəyən edilir. Tədqiq edilən sahədə qaz anatomiyasının varlığı neft və ya qaz yataqlarının olmasını göstərir.
Qaz papağı
Qaz sənayesi