Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qahir
Qahir (899, Bağdad – 18 oktyabr 950 və ya 951, Bağdad) - Abbasi xəlifəsi == Həyatı == Əbu Mənsur Məhəmməd əl-Qahir Billah ibn Əhməd əl-Mutəzid ibn Təlhə əl-Müvəffəqin anası Fitnə bərbər tayfasından olan cariyə idi. 929-cu ildə qardaşı Muktədir Billah hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra o, xəlifə təyin edilmişdir. Lakin saray əyanlarının narazılığı, eləcə də üsyançıların yeni xəlifədən bəxşiş və bir illik maaşlarının ödənməsi tələbi vəziyyəti ağırlaşdırmışdır. Nəticədə cəmi iki gün hakimiyyətdə qalan Qahir Billah, Əbul Heyca Abdullah ibn Hamdanın sayəsində üsyançıların əlindən qaçaraq sarayı tərk etmişdi. Yenidən hakimiyyətə gətirilən Muktədir Billah və böyük nüfuz sahibi vəzir Munis əl-Müzəffər arasında tezliklə yaranan münaqişə çox keçmədən müharibəyə çevrilmişdi. Munis 932-ci ildə xəlifə sarayını ələ keçirmiş, Muktədir öldürülmüşdü. Vəzir, Muktədirin oğlu Əbul Abbası yeni xəlifə təyin etmək istəyirdi. Çünki o, uşaqlıqdan Munisin nəzarəti altında böyümüşdü, ağıllı və savadlı idi. Lakin Munisin müttəfiqi Əbu Yaqub İshaq ibn İsmail Növbəxti onu bu fikrindən daşındırmışdı. Muktədirin hakimiyyəti zamanı onun ailəsi xilafətdaxili siyasətə müdaxilə etdiyindən, tez-tez üsyanlar baş verirdi.
Qahir Hüseynov
Qahir Rəsulzadə
Qahir Rəsulzadə (Rəsulzodə, tac. Қоҳир Расулзода, 2007-ci il may ayına qədər — Əbdülqahir Əbdürəsul oğlu Nəzirov, tac. Абдуқоҳир Абдурасулович Назиров; 8 mart 1961) — Tacikistanlı siyasətçi, Tacikistanın 8-ci Baş Naziri, 23 noyabr 2013 tarixində təyin edildi. == Bioqrafiyası == Əbdülqahir Nəzirov 8 mart 1961-ci ildə Tacikistanın Suğd vilayətinin Qafurov rayonunun Kistakuz kəndində (indiki Histevarz icması) anadan olub. 1982-ci ildə Tacikistan Kənd Təsərrüfatı İnstitutunu (indiki Tacikistan Aqrar Universiteti) hidravlik mühəndisliyi ixtisası üzrə bitirib, bundan sonra öz işinə Kuder şəhərində, Tacikirsovxozstroy dərnəyinin inşaat laboratoriyasının texniki-nəzarətçisi kimi başlamışdır. Qafurov rayonu. Sonra Nəzirov istehsalat şöbəsinin mühəndisi, baş mühəndisi, PMK-4 rəisi, Tacirsovxozstroy müəssisəsinin rəisi vəzifələrində çalışdı. Əbdülqahir Nəzirov 2000-ci ilin yanvarından 2006-cı ilin dekabrı ayına qədər Tacikistan Respublikasının meliorasiya və su təsərrüfatı naziri vəzifəsində çalışıb. 2008-ci ildə Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Texniki elmlər namizədi elmi dərəcəsinə malikdir.
Qahirə
Qahirə (ərəb. القاهره‎) — Misir Ərəb Respublikasının paytaxtı. Afrikada ən böyük şəhərlərdən biri. Zəngin memarlıq, mədəniyyət nümunələri və təbiət mənzərələrinə malikdir. Əhalisi təxminən 7 milyon nəfərdir (2006). Abbasilər, Əyyubilər və Məmluk Dövlətlərinin paytaxtları olmuşdur == Haqqında == Qahirə şəhəri Misirin iqtisadi, siyasi, inzibati mərkəzidir. Şimali Afrikanın və ümumilikdə Ərəb dünyasının ən böyük şəhəridir. == Yerləşdiyi ərazi == Afrika qitəsinin şimal-şərqində, Nil çayının sahilində yerləşir. == İstinadlar == == Xarici keçidlər == Cairo Arxivləşdirilib 2007-02-21 at the Wayback Machine.
Böyük Qahirə
Böyük Qahirə (arb: القاهرة الكبرى rom: əl-Qahirə əl-Kübra) - Misirin paytaxtı Qahirə şəhəri və ətrafını əhatə edən aqlomerasiya regionudur. Sahəsi 1,709 km² olan regionun əhalisi 2012-ci ilə görə 20 901 000 nəfərdir. Afrika, Orta Şərq və Ərəb dünyasının ən böyük aqlomerasiya regionu sayılır.
OSS 117: Qahirə – casus yuvası (film, 2006)
OSS 117: Qahirə – casus yuvası filmi rejissor Mişel Hazanaviçus tərəfindən 2006-cı ildə ekranlaşdırılmışdır. Əsas rolları Jan DüjardenBerenis BejoOr Atika ifa edirlər. == Məzmun == Hadisələr 1955-ci ildə Misirdə cərəyan edir. Burada taxtdan düşmüş Faruk yenidən taxt-tacı ələ keçirmək istəyir, dini sekta olan "Xeopsun qartalları" da hakimiyyətə can atır. Fransız hökuməti Qahirədə qayda-qanun yaratmaq üçün ən yaxşı casusunu-Agent 117-ni oraya göndərir. Yuber (Agent 117) zarafatı və əyləncəni sevir. Burada bir neçə şəxslə tanışlıqdan sonra vəziyyəti öyrənir. Onun köməkçiləri misirli casus qadın Larmina və ingilis casusu "inkoqnito"dur. Beləliklə, Yuberi bir çox macəralar gözləyir.
Qahirə beynəlxalq kitab yarmarkası
Qahirə beynəlxalq kitab yarmarkası (ərəb. معرض القاهرة الدولي للكتاب‎‎‎) — hər il Misirin paytaxtı Qahirə şəhərində, Əl-Əzhər Universitetinin yaxınlığında keçirilən böyük beynəlxalq kitab yarmarkası. Misir baş kitab təşkilatı tərəfindən keçirilir. İlk dəfə 1969-cu ildə keçirilmiş və tarixi Qahirə şəhərinin əsasının qoyulmasının 1000 illiyinə həsr olunmuşdur. 2011-ci ilin yanvarında keçirilməli olan yarmarka Misirdəki inqilabi hadisələrə görə təxirə salınmış, növbəti il yenidən bərpa olunmuşdur. == Miqyası == Qahirə yarmarkası ərəb dünyasında ən qədim və ən böyük kitab yarmarkalarından biridir və hər il 2 milyona yaxın ziyarətçi və minlərlə kitab satıcısını cəlb edir. 3 həftə ərzində çıxışlar, mühazirələr, ictimai oxunuşlar və s. kütləvi tədbirlər keçirilir. Materiallar ərəb, ingilis və digər dillərdə təqdim olunur. Yarmarka ilk növbədə adi misirlilərə xitab edir və tədbirləri açıq havada keçirməklə yanaşı, ziyarətçiləri əyləndirmək üçün atəşfəşanlıq da təşkil edilir.
Qahirə konfransı
Qahirə konfransı — İkinci dünya müharibəsi dönəmində Asiyada baş verən hərbi əməliyyatlar haqqında və Yaponiyaya qarşı qərarlar qəbul etmək üçün Misirin paytaxtı Qahirə şəhərində 22-26 noyabr 1943-cü il tarixində keçirilmiş konfransdır. Görüş ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniya baş naziri Vinston Çörçill və Çin Respublikasının prezidenti Çan Kayşi arasında olmuşdur. SSRİ rəhbəri İosif Stalin Yaponiya ilə gərginliyin ola biləcəyindən ehtiyatlanaraq bu konfransda iştirak etməmişdi ( 2 dövlət arasında 1941-ci ildə bağlanmış 5 illik Sovet-yapon bitərəflik paktına görə bu hadisə baş vermişdi və 1943-cü ildə SSRİ Yaponiya ilə müharibədə deyildi). Qahirə konfransı ABŞ-nin Misirdəki səfiri Aleksandr Kirkin iqamətgahında keçirilmişdi. 2 gün sonra İosif Stalin Franklin Ruzvelt və Vinston Çörçill ilə Tehran konfransında görüşdü. Qahirə bəyannaməsi, 27 noyabr 1943-cü ildə imzalandı və radio ilə 1 dekabr 1943-cü ildə elan edildi, müttəfiqlərin Yaponiyanın qeyd-şərtsiz təslim olmasına qədər müharibə edəcəkləri ərz olundu. Qahirə bəyannaməsinin əsas müddəaları bu idi ki, Yaponiya təcavüzkarlığının qarşısı alınmalıdır, Mancuriya, Formosa və Peskadores daxil olmaqla, bu ərazilər Çin Respublikasına qaytarılmalı idi. Yaponiya müstəmləkəçilik etdiyi ərazilərdən məhrum edilməli, Koreya azad və müstəqil dövlət olmalı idi.
Qahirə qülləsi
Qahirə qülləsi(ərəb. برج القاهرة‎, Borg Al-Qāhira) Misirin Qahirə şəhərində yerləşən konkret qüllə. Bu qüllə Misirdə və Şimali Afrikada 50 il ən yüksək quruluş olmuşdur.
Qahirə şəhəri
Qahirə (ərəb. القاهره‎) — Misir Ərəb Respublikasının paytaxtı. Afrikada ən böyük şəhərlərdən biri. Zəngin memarlıq, mədəniyyət nümunələri və təbiət mənzərələrinə malikdir. Əhalisi təxminən 7 milyon nəfərdir (2006). Abbasilər, Əyyubilər və Məmluk Dövlətlərinin paytaxtları olmuşdur == Haqqında == Qahirə şəhəri Misirin iqtisadi, siyasi, inzibati mərkəzidir. Şimali Afrikanın və ümumilikdə Ərəb dünyasının ən böyük şəhəridir. == Yerləşdiyi ərazi == Afrika qitəsinin şimal-şərqində, Nil çayının sahilində yerləşir. == İstinadlar == == Xarici keçidlər == Cairo Arxivləşdirilib 2007-02-21 at the Wayback Machine.
Qibti kafedralına terror hücumu (Qahirə, 2016)
Qibti kafedralına terror hücumu (ing. Cairo Cathedral bombing; ərəb. فجير كاتدرائية القديس مرقس القبطية‎) — Misirin paytaxtı Qahirə şəhərinin Abbasiyyə rayonu ərazisindəki Müqəddəs Mark qibti ortodoks kafedralı yaxınlığında baş vermiş terror hücumu. Hadisə nəticəsində 25 nəfər həlak olub, 50 dən çox şəxs müxtəlif dərəcəli bədən xasarətləri alıb. Terror hücumunun əsas hədəfi kimi Misirdə yaşayan xristian qibtilərin olduğu ehtimal edilir. Partlayış kilsənin adətən qadınlar ibadət edən sağ qanadında baş verdiyi təsdiqlənib. Hadisə 1968-ci ildən bəri fəaliyyət göstərən Müqəddəs Mark qibti ortodoks kafedralı qarşı törədilmiş ilk terror hücumudur. Müqəddəs Mark qibti ortodoks kafedralı Misirdə yaşayan on beş milyona yaxın qibtilərin əsas ibadət mərkəzi hesab olunur.
Yeni Qahirə
Yeni Qahirə (arb: القاهرة الجديدة rom: əl-Qahirə əl-Cədidə) - Misirin Qahirə regionunda yerləşən şəhər. Şəhər, paytaxt Qahirənin cənub-şərqində, Maadidən 25 km məsafədə yerləşir və Böyük Qahirə aqlomerasiya regionunun bir hissəsidir. Şəhərin sahəsi 500 km², əhalisi isə 298,343 nəfərdir. Yeni Qahirə, Qahirənin şəhər mərkəzində tıxacları azaltmaq üçün Qahirədə və ətrafında qurulan yeni şəhərlərdən biridir. 2000-ci ildə prezidentin 191 nömrəli sərəncamı ilə qurulmuşdur.
İkinci Qahirə konfransı
İkinci Qahirə konfransı — İkinci dünya müharibəsi dönəmində Türkiyənin müttəfiqlərə mümkün yardımı ilə əlaqədar Misirin paytaxtı Qahirə şəhərində 4-6 dekabr 1943-cü il tarixində keçirilmiş konfransdır. Görüş ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniya baş naziri Vinston Çörçill və Türkiyə Respublikası prezidenti İsmət İnönü arasında keçirilmişdir. 1941-ci ilə qədər Ruzvelt və Çörçill onunla razı idilər ki, Türkiyənin davam edən bitərəfliyi Berlin-Roma-Tokio oxunun Orta Şərqin strateji neft resurslarına çatmağının qarşısını kəsməyi ilə müttəfiqlərin maraqlarına xidmət edirdi. Lakin 1942-ci ilin sonuna qədər Berlin-Roma-Tokio oxunun erkən qələbələri Ruzvelt və Çörçilli Türkiyənin müttəfiqlərin tərəfində müharibədə iştirakı fikrini düşünməyə sövq etdi. Türkiyə müharibə ərzində ordunu layiqincə hazır vəziyyətə gətirmişdi və xüsusilə Çörçill türklərin Balkanlarda yeni cəbhəni açmasını istəyirdi. 1943-cü ilin 30 yanvarında Çörçill gizlincə İsmət İnönü ilə Türkiyənin Adana şəhərinin 23 km-də Yenice stansiyasında qatarda məsələni müzakirə etdi. Ruzvelt hələ də inanırdı ki, türk hücumu riskli ola bilər və nəhayət türk müvəffəqiyyətsizliyi müttəfiqlər üçün müsibətli təsirlərə yol aça bilərdi. İsmət İnönü öz ölkəsinin 1911-1922-ci illərdə, yəni 11 il ərzində fasiləsiz müharibələrə (İtaliya-Türkiyə müharibəsi, Balkan müharibələri, Birinci dünya müharibəsi və Türkiyə Qurtuluş Savaşı) uğrayaraq üzləşdiyi çətinlikləri çox yaxşı bilirdi və Türkiyəni müharibədən kənarda saxlamağı qərara aldı. İsmət İnönü həmçinin Türkiyə üçün maliyyə və hərbi yardımda əminlik, o cümlədən müharibədən sonra İosif Stalinin açıq şəkildə ərz edərək, türk dar boğazlarının sovet işğalına məruz qalacağı təqdirdə ABŞ və Böyük Britaniyanın Türkiyənin yanında olacaqlarına zəmanət istəyirdi. Sovet işğalı qorxusu və Stalinin türk dar boğazlarına nəzarət etmək arzusu Türkiyənin xarici əlaqələrdə bitərəfliyinə səbəb oldu və 1952-ci ildə NATO-ya üzv oldu.
İslam Qahirəsi
İslam Qahirəsi (ərəb. قاهرة المعز‎,mənası: Əl-Muiz Li-Dinillah Qahirəsi), Tarixi Qahirə və ya Orta əsr Qahirəsi — Misirin paytaxtı qahirənin 19 və 20-ci əsrlərdə müasir genişlənməsindən əvvəl mövcud olan tarixi əraziləri, xüsusilə köhnə divarlı şəhərin və Qahirə qalasının ətrafındakı mərkəz hissələrinə verilən ad. "İslam" Qahirəsi adı bölgədəki müsəlmanların daha çox tanıdılmasına görə deyil, İslamın erkən dövründə qurulduğu gündən bəri şəhərin zəngin tarixinə və irsinə görə verilmişdir. Və bu ad eyni zamanda onu Qədim Misirə aid Giza və Memfis əraziləri ilə fərqləndirir. Bu bölgə İslam memarlığının İslam dünyasındakı ən böyük və ən sıx yayılmış yerlərindən biridir.:7 İslam Qahirəsi Misirdəki bütün İslam dövrünə aid yüzlərlə məscid, türbə, mədrəsə, malikanələr, karvansaralar və istehkamlarla səciyyələnir. 1979-cu ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Tarixi Qahirəni " məşhur məscidləri, mədrəsələri, hamamları və fəvvarələri ilə birlikdə dünyanın ən qədim İslam şəhərlərindən biri " və "14-cü əsrdə qızıl dövrünə çatan İslam dünyasının yeni mərkəzi" olaraq Ümumdünya irsi siyahısına daxil etmişdir. == Tarix == === Fustatın və ilk İslam dövrünün əsası === Qahirə tarixi əslində, Misirin 640-cı ildə Əmr ibn Asın komandirliyi altında müsəlman ərəblər tərəfindən fəth edilməsi ilə başlayır. O dövrdə Misirin paytaxtının İsgəndəriyyə olmasına baxmayaraq (Ptolemey, Roma və Bizans dövrlərində olmuşdur), ərəb fəthçiləri Fustat adlı yeni bir şəhərin inzibati paytaxt və hərbi qarnizon mərkəzi kimi xidmət etməsi üçün qərar verdilər. Yeni şəhər Nil sahillərində (indiki Köhnə Qahirədə) Babil qalası olaraq tanınan Roma-Bizans qalasının yaxınlığında, Qahirənin sonrakı yerinin cənub-qərbində yerləşirdi. Bu məkanın seçilməsi bir neçə amillə, o cümlədən Ərəbistan və Məkkəyə bir qədər yaxın olması, İsgəndəriyyədəki güclü xristian və ellinist təsir qorxusu və İsgəndəriyyənin dəniz yolu ilə gələn Bizans əks-hücumlarına qarşı həssaslığı ilə əlaqəli ola bilər.
OSS 117: Qahirə – casus yuvası
OSS 117: Qahirə – casus yuvası filmi rejissor Mişel Hazanaviçus tərəfindən 2006-cı ildə ekranlaşdırılmışdır. Əsas rolları Jan DüjardenBerenis BejoOr Atika ifa edirlər. == Məzmun == Hadisələr 1955-ci ildə Misirdə cərəyan edir. Burada taxtdan düşmüş Faruk yenidən taxt-tacı ələ keçirmək istəyir, dini sekta olan "Xeopsun qartalları" da hakimiyyətə can atır. Fransız hökuməti Qahirədə qayda-qanun yaratmaq üçün ən yaxşı casusunu-Agent 117-ni oraya göndərir. Yuber (Agent 117) zarafatı və əyləncəni sevir. Burada bir neçə şəxslə tanışlıqdan sonra vəziyyəti öyrənir. Onun köməkçiləri misirli casus qadın Larmina və ingilis casusu "inkoqnito"dur. Beləliklə, Yuberi bir çox macəralar gözləyir.
Qahirə döyüşü (1517)
Qahirə döyüşü – 1517-ci ilin yanvar ayında Sultan II Tumanbəyin hərbi qüvvələrinin Osmanlı hakimiyyəti altında olan Qahirəni Osmanlı işğalından xilas etmək cəhdidir. Məmlüklər ilk hücum zamanı müvəffəqiyyət qazansalar da, Osmanlı ordusuna əlavə qüvvələrin köməyə gəlməsi ilə Qahirə küçələrində dörd gündən çox davam edən dağıdıcı toqquşmalar nəticəsində məğlub olaraq şəhərə nəzarəti yenidən itirmişdirlər. Daha müqavimət göstərə bilməyəcəyini başa düşən Sultan Tumanbəy isə Gizaya çəkilmişdir. İki aylıq təqiblərdən sonra isə o, mart ayının 30-da tutulmuş və aprel ayının 13-də isə Qahirədə edam edilmişdir. == Mənbə == Emecen, Feridun. Yavuz Sultan Selim (Türkçe). İstanbul: Kapı yayınları. 2016. 282–294. ISBN 9786055147624.
Mahir
Mahir — Kişi adı. Mahir Hüseynov — Mahir Əliyev Mahir Əliyev (professor) — Tibb üzrə elmlər doktoru. Mahir Quliyev Mahir Quliyev (dövlət xadimi) — Biləsuvar və Astara rayonlarının icra hakimiyyətlərinin sabiq başçısı.
Tahir
Tahir — ad.
Zahir
Zahir — kişi adı. Zahir Abbas — Azərbaycan şairi Zahir Baba — Avşar Babanin xəlifələrindən.
Həbib Sahir
Həbib Sahir (az.-əski. هبیب ساهیر‎) və ya Mir Həbib Qəvami (میر هبیب قوامی) (1895, Təbriz – 1985, Tehran) — azərbaycanlı şair, yazıçı, tərcüməçi və ədəbiyyat tədqiqatçısı. İranda Azərbaycan türkcəsində sərbəst şeirin banisi. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra da məktəblilər üçün "Ana dili" dərsliyini yazıb. Mətbuatda "Aydın", "Ülkər", "Ağ" kimi imzalarla yazılar yazıb. Fəaliyyətinə görə dəfələrlə sürgün olunub. İran İslam İnqilabından sonra özünü asaraq intihar edib. == Həyatı == Mir Həbib Qəvami 1903-cü ildə Təbrizin Sırxab məhəlləsində anadan olub. Əvvəlcə "Sərdabə üstü" molla məktəbində ərəb dilində yazıb-oxumağı öyrənib. Daha sonra isə "Mədaris-i Mötəmidə" və "Rüşdiyyə" məktəblərində ibtidai təhsil alıb.
Mahir Abbaszadə
Mahir Tapdıq oğlu Abbaszadə (27 oktyabr 1975, Güləbird, Laçın rayonu) — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı (2015) və (2020); Azərbaycan iqtisadçısı, iqtisadi nəzəriyyə müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru. == Həyatı == Mahir Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirmişdir. 1997-ci ildə Güzdək Tikinti Materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001–2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis, 2003–2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filialında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filialın müdiri işləyir. Ehtiyatda olan zabitidir. Mahir Abbaszadə 15 noyabr 2018-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilib. İngilis, rus, türk dillərini bilir. == Ailəsi == Ailəlidir 3 övladı var. Azərbaycan şairi Zahir Abbasın isə qardaşıdır. == Elmi fəaliyyəti == Mahir Abbaszadə 2005-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutuna dissertant qəbul edilib.
Mahir Abdullayev
Mahir Cabbarov
Mahir Cabbarov — texnika üzrə fəlsəfə doktoru == Həyat və yaradıcılığı == Mahir Əmiraslan oğlu Cabbarov 1958-ci il aprel ayının 18-də Tərtər rayonunun Səhləbad kəndində anadan olmuşdur. 1975-ci ildə Səhləbad kənd orta məktəbini fərqlənmə ilə bitirərək Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti — AzMİU) daxil olmuş, 1980-ci ildə isə institutu bitirmişdir. 1980-ci ildən 1987-ci ilədək Bakı Baş Tikinti İdarəsində müxtəlif vəzifələrdə çalışan M. Cabbarov 1980–82-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987–1993-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Tikinti Təşkilatında baş mühəndis və rəis, 1993–1999-cu illərdə Azərittifaqın Eksperimental İstehsalat Sənaye Müəssisələri Birliyində baş direktor, 2001–2012-ci illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyi Mexanizasiya və Tikinti İstehsalat İdarəsinin rəisi vəzifələrində işləmişdir. 2012-ci ildən "Sahil inşaat Qrup" MMC-nin təsisçisi və baş direktoru vəzifəsində işləyir. M. Ə. Cabbarov paralel olaraq, tikinti sektorunun inkişafı, tikintidə təhlükəsizliyin təmin edilməsi və s. istiqamətlərdə elmi araşdırmalar apararaq 2008-ci ildə "05.26.02 – Fövqəladə hallarda təhlükəsizlik (tikinti)" ixtisası üzrə AzMİU-nun doktoranturasına daxil olmuşdur. Doktorantura dövründə araşdırmaları davam etdirərək "Tikintidə həyat fəaliyyətinin təhlükəsizliyinə təsir edən risklərin qiymətləndirilməsi və idarə olunması" mövzusunda dissertasiya işini yerinə yetirmişdir. 2012-ci ildə M. Ə. Cabbarov tədqiqat işini uğurla müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. M. Ə. Cabbarov Bakı şəhərində və respublikamızın müxtəlif rayonlarında dövlət əhəmiyyətli bır sıra layihələrin uğurla icra olunmasına rəhbərlik etmişdir.
Mahir Cavadov
Mahir Cavadov — 1992–1994-cü illər arasında Xətai rayonunun prokuroru. == Həyatı == Mahir Cavadov 1949-cu il iyulun 10-da Laçın rayonunun Hoçaz kəndində anadan olub. 1957-ci ildə Şəki şəhər orta məktəbində 1-ci sinifə getmiş, 1967-ci ildə Ağdam rayonu 2-saylı orta məktəbini bitirmişdir. 1976-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1970–1991-ci illərdə Kommunist Partiyasının üzvü olmuşdur. 1977-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası prokurorluq orqanlarında işləmişdir. 1995-ci ildə Mart qiyamı zamanı Avstriyaya getmişdir. 2000-ci ildə BMT Assambleyasında "OMON"-çuların siyasi dustaq kimi tanınmasını sübut etmişdir. == Həmçinin bax == 1995 Azərbaycanda dövlət çevrilişinə cəhd Bəxtiyar Cavadovun oğludur. Rövşən Cavadovun qardaşıdır.
Mahir Cürət
Mahir Cürət (tam adı: Mahir Rzabala oğlu Mirzəyev; 20 may 1972, Corat, Sumqayıt) — azərbaycanlı meyxanaçı və qəzəlxan. == Həyatı == Mahir Rzabala oğlu Mirzəyev 1972-ci ilin mayın 20-də Coratda doğulub. Coratdakı 7 saylı orta məktəbi bitirib. Sumqayıt şəhərindəki Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin klarnet sinfində təhsil almışdır. 2001 və 2002-ci illərdə keçirilən De gəlsin meyxana yarışmasında iştirak etmişdir. 2022-ci ildə "Bitər həsrət" adlı kitabı işıq üzü görmüşdü. === Həbsi === 2016-cı ilin may ayında meyxanaçı polis tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə həbs olunmuşdu. 2017-ci ilin avqust ayında azadlığa çıxmışdır.
Mahir Dadaşzadə
Mahir Emreli
Mahir Mahir oğlu Emreli (əvvəlki adı Mahir Anar oğlu Mədətov; 1 iyul 1997, Tver) — azərbaycanlı futbolçu. Almaniyanın "Nürnberq" klubunda və Azərbaycan milli futbol komandasında hücumçu mövqeyində çıxış edir. "Bakı" Futbol Klubunun yetirməsi olan Emreli, uzun müddət klubun aşağı yaş qruplarında və əvəzedici heyətində oynayıb. 2015-2021-ci illərdə "Qarabağ"da çıxış edən futbolçu, 5 dəfə Azərbaycan Premyer Liqasının və 2 dəfə isə Azərbaycan Kubokunun qalibi olub. == Həyatı == Mahir Emreli 1 iyul 1997-ci ildə Rusiyanın Tver şəhərində anadan olub. Orta təhsilini 47 nömrəli tam orta məktəbdə tamamlamışdır. Futbola 2007-ci ildə 10 yaşında Bakı Futbol Klubunda başlamış, 2014-cü ilə qədər də Bakı FK-nın müxtəlif yaş qruplarında və əsas heyətində oynamışdır. Aşağı yaş qruplarında oynayarkən Bakı FK-nın Atletiko Madrid və Lans klubları ilə əməkdaşlıqları çərçivəsində bu klubların futbol akademiyalarında olmuş və məşqlərdə iştirak etmişdir. == Klub karyerası == === Bakı FK === 2014/15 mövsümünü "Bakı"nın heyətində çıxış edib. Daha əvvəllər Bakı klubunun aşağı yaş qruplarında çıxış etsədə peşəkar olaraq 2014-cü ildən əsas heyətdə oynamağa başlayıb.
Mahir Hacıyev
Hacıyev Mahir Həmzə oğlu (1969, Kirovabad) — Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, (20 oktyabr 2017-ci ildən) və Ümümdünya Quşçuluq Elmi Assosiasiyanın Azərbaycan bölməsinin sədri (2010-cu ildən-hal-hazırda). Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Hacıyev Mahir Həmzə oğlu 1969-cu il, fevralın 25-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1976-1986-cı illərdə Gəncə şəhəri 4 saylı orta məktəbdə təhsil alıb. 1986-1993-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının zoomühəndislik fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1989-cu illərdə hərbi xidmətdə olmuş və sonra isə təhsilini davam etdirib. 1993-cü ildə AKTA-nın zoomühəndislik fakültəsini bitirərək Dövlət İmtahan Komissiyasının və Fakultə Elmi Şurasının qərarı əsasında aspiranturaya daxil olmağa tövsiyə alıb. 2003-cü ildə “Azəbaycanda sənaye üsulu ilə yumurta istehsalı elementlərinin təkmil¬ləşdirilməsi.” mövzusunda dissertasiya işini yerinə yetirmiş və kənd təsərrüfatı elmləri namizədi elmi adı almışdır. 2008-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin dosentidir. == Fəaliyyəti == 1993-1996-cı illərdə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda əyani aspirantı 1996-2001-ci illərdə Gəncə Quşçuluq fabrikində zootexnik 2001-2004-cü illərdə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitunun Quşçuluq laboratoriyasında kiçik və böyük elmi işçi 2002-ci ildən AKTA-nın müəllimi (assistent) 2005-ci ildən AKTA-nın baş müəllimi 2006-2011-cı ilin noyabrına kimi Baytarlıq təbabəti və zoobaytarliq fakültəsinin dekan müavini 2008-ci ildən hal hazıra kimi Baytarlıq təbabəti və zoobaytarliq fakültəsinin dosenti 2010-ci ildən hal hazıra kimi Ümümdünya Quşçuluq Elmi Assosiasiyanın Azərbaycan bölməsinin sədri 2017-ci ildən hal hazıra kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru === Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı === 1998-cu il, Bakı, Azərbaycan seleksiyaçılar cəmiyyətinin VII qurultayı 1999-cu il, 3-6 mart, Gəncə,ATİ Beynəlxalq elmi-texniki konfrans 2003-cü il, 24-26 oltyabr, Gəncə, Beynəlxalq Gəncə-Kars baytarlıq simpoziumu 2004-cü il, 6-7 may, Gəncə, Beynəlxalq elmi simpozium 2006-ci il, 5-6 avqust, Bakı, 1-ci Beynalxalq Elmi Konfrans”Biomüxtəlifliyin Genetik ehtiyatları” AMEАQEİ. 2006-cı il, 6-8 sentyabr, Gürcüstan, “ South Caucasian Workshop on Concepts in Animal Welfare 2007-ci il, 20-25 sentyabr, Vitebsk, Belorusiya, Beynəlxalq elmi konfrans 2009-cu il 22sentyabr 2 oktyabr, Avstriya, Treninq kurs, (Advanced molekular diagnosis and characterization of influenza A (H5N1) and (H1N1)) 2012-ci il 06-11/02, Türkiyə, Erzurum, Atatürk Universiteti 2013-ci il 5-7/12, Türkiyə, Van, 100-il Universiteti 2013-ci il 21-25 oktyabr.
Mahir Hüseynov
Mahir Əli oğlu Hüseynov — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru, baş elmi işçi. == Həyatı == Mahir Əli oğlu Hüseynov 25 fevral 1951-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə orta məktəbi bitirib. 1971–ci ildə AMEA Zoologiya İnstitutunun “Su heyvanlarının parazitləri” laboratoriyasında laborant kimi işə başlamışdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini bitirib. 1975–1979-cü illərdə Zoologiya İnstitutunun qiyabi aspiranturasında təhsil almışdır. 1976 – ci ildə baş laborant, 1977–cı ildə kiçik elmi işçi, 1986–ci ildə elmi işçi, 1993-ci ildə böyük elmi işçi vəzifəsinə seçilmişdir. 1983–cü ildə “Xəzər dənizinin Dəvəçi limanı və Kiçik Qızılağac körfəzində balıq və amfiblərin ibtidai qan parazitləri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir, 2013-cü ildə isə 2429.01 parazitologiya ixtisası üzrə, mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilən “Azərbaycanda baliq, amfibi və su reptililərinin qan parazitləri (faunasi, sistematikasi, ekologiyasi və biologiyasi)” doktorluq dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda AMEA Zoologiya İnstitutu nəzrində fəaliyyət göstərən D.01.071 Dissertasiya Şurasının üzvüdür... Hal-hazırda AMEA Zoologiya İnstitutunda “Parazitologiya” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışır.
Mahir Həmzəyev
Mahir Canmirzə oğlu Həmzəyev (8 mart 1958, Quba rayonu) — ədəbiyyatşünas, publisist və tərcüməçi, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri (1988), Litva Respublikası Hökuməti yanında Litva Milli İcmalar Şurasının üzvü (1991–2019), Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti (2007–2009), Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü (2001–2021). == Həyatı və fəaliyyəti == Mahir Həmzəyev 1958-ci ilin martın 8-də Quba rayonunda anadan olub. 1974-cü ildə Digah kənd orta məktəbini bitirib. 1983-cü ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsini bitirib. "Azərbaycan-Litva ədəbi əlaqələri" mövzusunda diplom işini əla qiymətlə müdafiə edib. 1979-cu ildən Vilnüs şəhərində yaşayır və çalışır. 1984–1989-cu illərdə Litva Yazıçılar İttifaqı və ADU-nun zəmanəti ilə V. Kapsukas adına Vilnüs Dövlət Universitetinin Litva filologiyası şöbəsində litvaşunaslıq ixtisası üzrə aspiranturada təhsil alıb. 1985-ci ildə Vilnüs Kitabsevərlər Cəmiyyətinin məsul katibi seçilib və 1994-cü ildən həmin cəmiyyətin rəhbəridir. 1988-ci ildə Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyətini yaradıb və həmin ildən indiyədək bu təşkilatın sədridir. 1988–1991-ci illərdə Litva Millətlərarası Əlaqələndirmə Assosiasiyasının həmtəsisçisi və İdarə heyətinin üzvü olub.
Mahir Kərimov
Mahir Mirzəyev
Mahir Muradov
Mahir Cümşüd oğlu Muradov (25 iyul 1956, Bakı – 5 yanvar 2023, Bakı) — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi == Həyatı == Mahir Muradov 25 iyul 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildən başlamışdır. Həmin ildən 1979-cu ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında çalışmışdır. 1979-cu ildən 1983-cü ilədək "Xəzərneftqazdonanma" İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1983-cü ildən başlayaraq 2012-ci ilədək Prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində işləmişdır. 2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışmışdır. 16 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. Ailəlidir, üç övladı var. 5 yanvar 2023-cü ildə vəfat etmişdir.
Mahir Mustafayev
Mahir Mədətov
Mahir Mahir oğlu Emreli (əvvəlki adı Mahir Anar oğlu Mədətov; 1 iyul 1997, Tver) — azərbaycanlı futbolçu. Almaniyanın "Nürnberq" klubunda və Azərbaycan milli futbol komandasında hücumçu mövqeyində çıxış edir. "Bakı" Futbol Klubunun yetirməsi olan Emreli, uzun müddət klubun aşağı yaş qruplarında və əvəzedici heyətində oynayıb. 2015-2021-ci illərdə "Qarabağ"da çıxış edən futbolçu, 5 dəfə Azərbaycan Premyer Liqasının və 2 dəfə isə Azərbaycan Kubokunun qalibi olub. == Həyatı == Mahir Emreli 1 iyul 1997-ci ildə Rusiyanın Tver şəhərində anadan olub. Orta təhsilini 47 nömrəli tam orta məktəbdə tamamlamışdır. Futbola 2007-ci ildə 10 yaşında Bakı Futbol Klubunda başlamış, 2014-cü ilə qədər də Bakı FK-nın müxtəlif yaş qruplarında və əsas heyətində oynamışdır. Aşağı yaş qruplarında oynayarkən Bakı FK-nın Atletiko Madrid və Lans klubları ilə əməkdaşlıqları çərçivəsində bu klubların futbol akademiyalarında olmuş və məşqlərdə iştirak etmişdir. == Klub karyerası == === Bakı FK === 2014/15 mövsümünü "Bakı"nın heyətində çıxış edib. Daha əvvəllər Bakı klubunun aşağı yaş qruplarında çıxış etsədə peşəkar olaraq 2014-cü ildən əsas heyətdə oynamağa başlayıb.
Mahir Məmmədov
Mahir Paşayev
Gazir
Gazir (fars. گازير‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (38 ailə).
Qatır
Qatır — atla uzunqulağı cütləşdirməklə əldə edilmiş, təsərrüfatda mühüm əhəmiyyət kəsb etmiş, əhliləşdirilmiş heyvan. == Qatır nəqliyyat vasitəsi kimi == Azərbaycanın dağlıq və dağətəyi bölgələrində minik vasitəsi kimi hələ qədim zamanlardan qatırdan da geniş istifadə olunmuşdur. Çoxlu yükgötürmə qabiliyyəti, sıldırımlı dağ yoları üçün daha münasibliyi, aclığa və susuzluğa daha davamlı olması onun əhəmiyyətli nəqliyyat vasitələrindən birinə çevrilməsinə şərait yaratmışdır. Qatır Qafqazda ən azı ilk sinifli cəmiyyət dövründən əsas nəqliyyat vasitələrindən biri olmuşdur. Qatırı, atla uzunqulağı cütləşdirməklə də əldə edirdilər. Aşşur və Urartu, həmçinin orta əsr mənbələrinə əsasən, hələ qədim zamanlardan Cənubi Qafqazın dağlıq bölgələrində yük daşımaq üçün qatırdan istifadə edilmişdir. Vaxtilə Azərbaycanda olmuş, X əsr ərəb coğrafiyaşünas səyyahı İbn Hövqəl yazırdı ki, "burada sağlam gövdəli, güclü, dözümlü qatır cinsləri yetişdirilir". Bərdə də yetişdirilən qatır cinsləri o qədər şöhrət qazanmışdılar ki, onları Xorasan, Suriyaya və başqa ölkələrə aparırdılar. Avropa səyyahı L.Çempenin yazdığına görə, hər il 500, bəzən də 1000 baş qatıra yüklənmiş Azərbaycan ipəyi ölkənin sərhədlərində uzaqlara aprılırdı. XIX-XX əsrlərin əvvəllərində Azərbaycanda qatırdan geniş istifad olunması davam edirdi.
Tahir Məmmədov (Nadir oğlu)
Tahir Nadir oğlu Məmmədov (1977, Mollalar, Ağdam rayonu) — Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı. Tahir Məmmədov bu təyinata qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazirin müşaviri və şöbə müdiri vəzifələrində çalışıb. Heydər Əliyev Fondunda şöbə müdiri vəzifəsində işləyib və Fondun bir sıra yerli və beynəlxalq layihələrində məsul şəxs olub. Bakı Dövlət Universitetinin doktorantıdır. == Fəaliyyəti == 1977-ci ildə Ağdam rayonunun Mollalar kəndində anadan olmuşdur. 1998-ci ildə Mingəçevir Politexnik İnstitutunu İqtisadçı ixtisası üzrə, 2011-ci ildə isə Bakı Dövlət Universitetini Hüquqşünas ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1999-cu ildə "Mingəçevir" Televiziya və Radio Şirkətində redaktor kimi başlamışdır. Sonralar "Uşaqların Xilası" (Save the children) Humanitar təşkilatında layihə işçisi, "Beynəlxalq Xilasetmə Komitəsi" (İRC) Humanitar təşkilatında media üzrə məsul şəxs, "Azbentonit" MMC-də texniki istehsalat şöbəsinin rəisi, "İctimai" Televiziya və Radio Yayımları Şirkətində baş direktorun köməkçisi və şirkətin İctimaiyyətlə əlaqələr və monitorinq departamentinin direktoru. Tahir Məmmədov Heydər Əliyev Fondunda şöbə müdiri, "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri, İctimai Televiziyada departament direktoru vəzifələrində çalışıb. Şamaxı şəhər icra hakimiyyəti başçısı təyin olunanadək, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazir müşaviri, daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb.