QORXUTMAQ

1. QORXUTMAQ (müxtəlif mənalarda) ..yaşıl otlar Nazlının nəzərində böyüyür, hərəsi bir adam kimi onu qorxudurdu (M.Hüseyn); BUYNUZ GÖSTƏRMƏK (fr.v.) (məc.) [Musa:] ..saya salmadılar. Mənə buynuz göstərdilər (B.Bayramov); HƏDƏ-QORXU GƏLMƏK Əli: Bura bax, mənə hədə-qorxu gəlirsən (Anar); TƏPİNMƏK Muxtar vəziyyəti belə görüb Feyziyə təpindi (B.Bayramov); VAHİMƏLƏNDİRMƏK Ümumiyyətlə, çoxdandır ki, xitabət kürsüsü Şamamanı vahimələndirmirdi (Ə.Əbülhəsən); VAHİMƏYƏ SALMAQ ..əcaib insanlar vəhşi heyvanlar şəklində görünür, onu vahiməyə salırdı (Ə.Qasımov); XOFLANDIRMAQ, QARIN AĞRISINA SALMAQ (fr.v.).

2. qorxutmaq bax hədələmək

QORXUSUZ
QORUQÇU

Digər lüğətlərdə