qrin
qrinbek
OBASTAN VİKİ
Qrin kart
Qrin kart — ABŞ-də bir kəsə daimi yaşamağa və işləməyə icazə verən sənəd. == Haqqında == ABŞ hazırda illik viza lotereyasını keçirir. Bu lotereya ölkəyə 1995-ci ildən bəri yarım milyon immiqrantın gəlməsi ilə nəticələnib. Ancaq prosesin gələcəyi şübhəlidir. Həm ABŞ Nümayəndələr Palatası, həm də Senat proqrama maliyyə vəsaiti ayrılmasının aradan qaldırılması haqda qərar qəbul edib. Amerika Birləşmiş Ştatlarında yaşamaq istəyən əcnəbi millətlər 2009-cu il Mühacir Viza proqramında iştirak etmək üçün onlayn üsulla müraciət ediblər. Ərizələrin doldurulmasının son tarixi dekabrın 2-si olub. Hər il Dövlət Departamenti proqramı "Green card" lotereyası adlanan 50 min daimi sakinlik vizası verir. 1990-cı ildə yaranan lotereya Birləşmiş Ştatlarda immiqrantlarının sayının az olan dövlətlərdən insanları ölkəyə gətirməyi nəzərdə tutur. ABŞ-də ziddiyyətlərə səbəb olan lotereya dünyada son dərəcə böyük populyarlığa malikdir.
Kart
Kart — oyun vasitəsi Kartların olduqca qədim və dramatik tarixi vardır. Bir çox tədqiqatçıların fikirlərinə görə ilk kartlar Fransada əyləncə məqsədilə Dəli sayılan VI Karlın dövründə yaranmışdır. Əlbəttə bütün bunlar sadəcə əfsanə də ola bilər. Hələ qədim Misirdə rəqəmlənmiş qələmlərlə bu tipli oyunlara həvəs var idi. Hindistanda fil sümüklərindən hazırlanan əşyalarla oynayırdılar. Çində isə artıq müasir tipli kartlara rast gəlmək mümkün idi və bu da XII əsr nümunəsi sayılırdı. Sənədlərə əsaslansaq ilk dəfə kartın meydana gəlməsi 1379-cu ilə aid edilir. Çünki həmin dövrə aid olduğu güman edilən və italyan şəhərlərindən birində tapılan yazı bunu bir daha təsdiq etdi. Həmin yazıda qeyd edilmişdi; "Kartda oyunlar təşkil olunur, bura müxtəlif dünya ölkələrindən sarasinlər (orta əsrdə qərblilərin Afrika müsəlmanlarına verdiyi ad) gətirilir və onları naib adlandırırlar. Bu növdə olan oyunlar hərbi məna ifadə edirdi, çünki bildiyiniz kimi "naib" sözü ərəb sözüdür və mənaca "kapitan", "rəis" kimi tərcümə edilir.
Debit kart
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. onun istifadəçilərinin 60–70% -i debit kartlarının istifadəçiləridir.
Kart oxuyucusu
Kart oxuyucusu (card reader) – informasiyanı kartdan oxuyub kompüterə daxil edən qurğu. Maqnit kart oxuyucusu, əsasən kimliyin müəyyənləşdirilməsi (identifikasiya) məqsədilə istifadə olunan plastik kartlar (məsələn, kredit kartı) üzərində maqnit üsulu ilə iki cığır şəklində kodlaşdırılmış informasiyanı oxuyur. Verilənləri perfokartlardan oxuyan kart oxuyucusu isə hazırda istifadədən çıxarılıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kart oyunçuları
Kart oyunçuları (fr. Les Joueurs de cartes) — Fransız boyakarı Pol Sezannın məşhur əsərlərindən biridir. Əsər Böyük Britaniyanın London şəhərində yerləşən Kortold İnstitutu Qalereyasında saxlanılır. Bu seriyadan Pol Sezann 1890–1895-ci illər arasında 5 rəsm çəkmişdir. Onlardan dördü dünyanın müxtəlif muzeylərində sərgilənir. Yalnız 1 əsər şəxsi kolleksiyadadır. Həmin əsər bu seriyanın ən tutqunu sayılır. Rəsmin əvvəlki sahibi yunan milyarder George Embiricos idi. O, həmin əsəri 2011-ci ilin qışında — ölümündən bir az öncə satışa çıxarmışdır. Qətər əmirliyi bu əsəri 250 milyon dollara almışdır ki, bu da indiyədək açıq və özəl auksionda satışı gerçəkləşdirilən ən bahalı sənət əsəri sayılır.
Kredit kart
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.
Qırmızı kart
Qırmızı kart — Sarı və qırmızı kartlar ilk dəfə 1971 -ci ildə Meksikada kecirilən Dünya çempionatında göstərilib Futbol tarixində ən çox kart isə 2006 - cı ildə Dünya cempionatında 1/8 finalda Hollandiya və Portuqaliya komandaları arasında olubdur Rusiyalı hakim Valentin İvanov tərəfindən oyunculara 16 sarı və 4 qırmızı kart göstərilib. Futbol oyununda sarı kart xəbərdarlıq etmək üçün qırmızı isə kobud oyuncunu oyundan xaric etmək üçündür qayda pozuntusuna yol verən oyuncu 2-sarı kart aldığı zaman oyundan xaric olunur Qırmızı kart alan oyuncunu hec bir oyuncuyla əvəz etmək olmaz Qırmızı və sarı kartı keçmiş FiFA hakimlər komitəsinin sədri Ken Aston daxil edib.
SİM kart
SİM-kart (ing. Subscriber Identification Module — abunəçinin eyniləşdirmə modulu) — mobil rabitədə tətbiq edilən abunəçinin eyniləşdirmə modulu. SİM-kartlar GSM şəbəkələrində tətbiq edilir. Başqa müasir mobil şəbəkələr də həm SİM ilə oxşar həm də başqa analoji funksiyalar ilə eyniləşdirmə modulları tətbiq edilir (UMTS şəbəkələrində USIM, CDMA şəbəkələrində R-UIM və s). == Tarix == 1G şəbəkələrinin istifadəsi zamanı şəbəkədə abunəçinin eyniləşdirməsini mobil telefonun zavod nömrəsi (ESN (Electronic Serial Number)) üzrə həyata keçirirdilər. Beləliklə, mobil telefon kimi, həm də abunəçi vahid kodla eyniləşir. Belə yanaşma abunəçinin nömrəsinin və ona verilən telefonun konkret nüsxəsindən xidmətlər paketinin tam asılılığını doğururdu. Abunəçi mobil telefonu (sındırıldıqda və telefonun oğurluğu baş verdikdə) dəyişdikdə, müştəri xidmətinə müraciət etməyə məcbur idi ki, telefon yenidən proqramlaşdırılsın və telefonun seriya nömrəsi operatorun məlumat bazasına daxil edilsin. Görünür ki, telefondan müstəqil abunəçinin eyniləşdirməsi daha rahatdır. GSM standartında abunəçinin (SIM-kartın köməyi ilə) və avadanlığın (IMEI (International Mobile Equipment Identifier — mobil avadanlığın beynəlxalq identifikatoru) istifadə olunur) ayrı-ayrılıqda eyniləşdirməsini təklif edilmişdi.
Video kart
Video kart — məlumatın monitora verilməsinə cavabdeh olan elementdir. Onun keyfiyyəti çox parametrdən asılıdır: monitorda göstərilə bilən rənglərin sayı və s. 1982-ci ildə "Hercules" firması "Hercules Graphics Adapter" (HGA) adlı ilk iki rəngli (ağ-qara) videokartı ictimaiyyətə təqdim etmişdir.qrafik kart (ing. graphics card, ru. графическая плата) – ekrana çıxarılan görüntüləri formalaşdırmağa xidmət edən genişləndirmə lövhəsi. Funksional əlamətlərinə görə üç qrupa ayrılır: 2D-kartlar, 3D-akseleratorlar və birləşdirilmiş kartlar (2D/3D). İkiölçülü qrafika ilə işləmək üçün nəzərdə tutulmuş 2D-kartlar artıq istehsal olunmur. Video kartlar 4 əsas hissədən ibarətdir: Qrafik həll prosessoru (GPU), qrafik RAM-ı, bağlayıcılar, soyuducular.Video kartların həmçinin kompüterin əsas yaddaşından ayrı öz yaddaşı var. Bu adətən kompüterin əsas yaddaşından çox sürətli olur. Video kartlar adətən PCI, AGP və ya PCI Ekspressdən istifadə olunaraq ana plata ilə əlaqəndirilir.
Aleksandr Qrin
Aleksandr Qrin (rus. Александр Грин; 11 (23) avqust 1880[…], Slobodskoy, Vyatka quberniyası[d][…] – 8 iyul 1932[…], Starıy Krım, Krım MSSR) — Rus kitab yazıçısı. Ümumiyyətlə macəra və eşq romanları yazar .
Brayan Qrin
Brayan Rendolf Qrin (ing. Brian Randolph Greene; 9 fevral 1963[…], Nyu-York, Nyu-York ştatı) — amerikan nəzəriyyəçi fiziki və riyaziyyatçısı, elmin populyarlaşdırıcısı, ən məşhur sim nəzəriyyəçilərindən biri. Qrin 1990–1995-ci illərdə Kornell Universitetində fizika professoru olub və 1996-cı ildən Kolumbiya Universitetinin professoru və 2008-ci ildə həmtəsisçilərindən biri olan Ümumdünya Elm Festivalının sədridir. Qrin iki müxtəlif Kalabi-Yau çoxobrazlılarına (konifoldu onun orbifoldlarından biri ilə konkret əlaqələndirir) aid güzgü simmetriyası üzərində işləmişdir. O, həmçinin flop-keçidini, topoloji dəyişikliyin xəfif formasını təsvir etmiş, sim nəzəriyyəsində topologiyanın konifold nöqtəsində dəyişə biləcəyini göstərmişdir. Qrin geniş ictimaiyyət üçün kitabları, "Zərif kainat", "Zamanın kənarındakı İkar", "Kosmosun strukturu", "Gizli reallıq" və onlarla əlaqədar PBS xüsusi televiziya proqramları vasitəsilə daha geniş auditoriya tərəfindən tanınmışdır. O, həmçinin Böyük partlayış nəzəriyyəsi teleserialının Bitki bağçasının cücərməsi bölümündə, həmçinin Tezlik və Son Mimzi filmlərində rol alıb. Hal-hazırda Atom alimləri bülleteninin Sponsorlar Şurasının üzvüdür. 2020-ci ilin fevralında onun podkastçı Co Roqana verdiyi müsahibəsinə milyonlarla insan tərəfindən izlənilmiş və ya dinlənilmişdir. == Bioqrafiyası == Brayan Qrin Nyu Yorkda yəhudi ailəsində anadan olmuşdur.
Cessika Qrin
Cessika Qrin (ing. Jessica Green; 11 fevral 1993, Tasmaniya) — Avstraliya aktrisası. == Həyatı və karyerası == Cessika Qrin 11 fevral 1993-cü ildə Avstraliyanın Tasmaniya adasında anadan olmuşdur. 19 yaşında fentezi-gənc dram teleserialı "Lightning Point"in 26 epizodunda Kiki rolunu canlandırmışdır. 2014-cü ildə Avstraliya istehsalı cinayət-dram filmi "Rise"da Amber, 2016-cı ildə qorxu filmi "Red Billabong"da isə Rebekka olaraq rol almışdır. Qrin 2018-ci ildə "Roman Empire" serialının 2-ci mövsümü "Yuli Sezar: Romanın ustası"nda baş rolda Kleopatra obrazını canlandırmışdır.Qrin 2018–2020-ci illər aralığında "The CW" telekanalının fentezi-macəra dram teleserialı "The Outpost"un 36 epizodunda Talon rolunu canlandırmışdır.Los-Anceles şəhərində keçirilən 45-ci "Saturn" mükafatlarında namizəd göstərilsə də, mükafat qazana bilməmişdir.
Con Qrin
Con Maykl Qrin (ing. John Michael Green; 24 avqust 1977[…], İndianapolis) — ABŞ yazıçısı, videobloqqeri, prodüseri, aktyoru və redaktoru. İlk əsəri "Alyaskanın axtarışında" romanıdır. "Eyni ulduzun altında" romanı isə müəllifin ən yaxşı romanı hesab olunur. == Biblioqrafiya == === Kitabları === Alyaskanın axtarışında (ing. Looking for Alaska; 2005) (ISBN 0-525-47506-0) Ketrinlərin bərəkəti (ing. An Abundance of Katherines; 2006) (ISBN 0-525-47688-1) Qar yağsın: Üç bayram sevgi hekayəsi (ing. Let It Snow: Three Holiday Romances; 2008) – Morin Conson və Loren Mirekl ilə (ISBN 0-142-41214-7) Kağız şəhərlər (ing. Paper Towns; 2008) (ISBN 978-0142414934) Vill Qreyson, Vill Qreyson (ing. Will Grayson, Will Grayson; 2010) – Devid Levitan ilə (ISBN 0-525-42158-0) Eyni ulduzun altında (ing.
Henk Qrin
Uilyam Henri "Henk" Grin (ing. John Michael Green) — amerikalı təşəbbüsçü, musiqiçi və vloqçu. == Albomları == So Jokes (2008) This Machine Pwns n00bs (2009) I'm So Bad at This: Live!
Lizzi Qrin
Elizabet Anna Qrin (Lizzi Qrin) - (ing. Elizabeth Anna Green) 1 May 2003-cü ildə ABŞ-nin Texas ştatının Dallas şəhərində anadan olmuşdur. Nickelodeon "Nikki, Rikki, Dikki və Don" adlı tele-serialda qardaşların bacısı Don Harper rolunda çıxış etməklə tanınıb. == Həyat və karyerası == 13 sentyabr 2014-cü ildə ilk dəfə əsas rolunda Nikki, Rikki, Dikki və Don tele-serialında Don kimi çıxış etməklə, ilk olaraq Nickelodeon auditoriyasına, sonra isə digər kanallara tanış edib. Qısa zaman sonra, bir çox uşaq-yönəlikli tele-kanallardan tele-serial çəkilişləri dəvəti alıb. 2018-ci ildə Sofiya Dikson'u canlandıraraq ABC kanalının drama seriyası olan Bir Milyon Kiçik Şey teleserialında oynayıb.
Qrem Qrin
Qrem Qrin (ing. Henry Graham Greene; 2 oktyabr 1904 – 3 aprel 1991) — İngilis əhvalat və roman yazıçısı. Əsərlərinin əksəriyyəti müasir dünyanın mürəkkəb əxlaqi və siyasi problemlərindən bəhs edir. 1935-ci ildə yazdığı England Made Me adlı romanından başqa digər əsərlərində katolik mövzular yer alır. Bu mövzuların ən çox ağırlıq təşkil etdiyi dörd roman Brighton Rock, The Power and the Glory, The Heart of the Matter və The End of the Affairdir. Bir dövr MI6 agenti olaraq da vəzifə etmiş olan Qrin, xüsusilə 1955-ci ilə aid Səssiz Amerikalıdan sonra beynəlxalq siyasət və casusluq fəaliyyəti haqqında bir çox roman yazmışdır. Bunlar arasında ən əhəmiyyətliləri Our Man in Havana ("Havanadakı adamımız"), Haitidəki Duvalye diktatorluğundan bəhs edən The Comedians ("Məzhəkəçilər"), The Honorary Consul ("Fəxri konsul") və The Human Factor ("İnsan amili") əsərləridir.
Qrin-park
Qrin-park (ing. Green Park) — Vestminsterdə yerləşən kral parklarından biri. Hayd-park (şimal-qərbə doğru) və Sent-Ceyms parkı (şərqə doğru) arasında bir növ keçid rolunu oynayır. Qrin-park cənubda Mell, şimalda isə Pikadilli küçəsi ilə sonlanır. Parkın tarixi kral VIII Henrixin dövrünədək uzanır. Park uzun müddət britaniyalı zadəganların duel yerinə çevrilmişdi. Digər London parklarından fərqli olaraq, Qrin-parkda göl və ya tikili yoxdur və cəmi 2 abidə var — dünya müharibələrində həlak olmuş kanadalıların şərəfinə Kanada memorialı və II Dünya müharibəsinə həsr olunmuş Britaniya HHQ bombardman komandanlığı memorialı.
Qrin kard
Qrin kart — ABŞ-də bir kəsə daimi yaşamağa və işləməyə icazə verən sənəd. == Haqqında == ABŞ hazırda illik viza lotereyasını keçirir. Bu lotereya ölkəyə 1995-ci ildən bəri yarım milyon immiqrantın gəlməsi ilə nəticələnib. Ancaq prosesin gələcəyi şübhəlidir. Həm ABŞ Nümayəndələr Palatası, həm də Senat proqrama maliyyə vəsaiti ayrılmasının aradan qaldırılması haqda qərar qəbul edib. Amerika Birləşmiş Ştatlarında yaşamaq istəyən əcnəbi millətlər 2009-cu il Mühacir Viza proqramında iştirak etmək üçün onlayn üsulla müraciət ediblər. Ərizələrin doldurulmasının son tarixi dekabrın 2-si olub. Hər il Dövlət Departamenti proqramı "Green card" lotereyası adlanan 50 min daimi sakinlik vizası verir. 1990-cı ildə yaranan lotereya Birləşmiş Ştatlarda immiqrantlarının sayının az olan dövlətlərdən insanları ölkəyə gətirməyi nəzərdə tutur. ABŞ-də ziddiyyətlərə səbəb olan lotereya dünyada son dərəcə böyük populyarlığa malikdir.
Robert Qrin
Robert Qrin (11 iyul 1558 və ya 1558, Noric – 3 sentyabr 1592[…], London) — ingilis dramaturqu və şairi. == Həyatı == Robert Qrin Kembricdə və Oksfordda təhsil almış, incəsənət magistri dərəcəsinə yiyələnmişdir. Locun dostu olmuşdur. R.Qrin Avropanın bir çox ölkələrinə səyahət etmiş, dilənçi kimi dünyasını dəyişmiş, bir yazıçı kimi öz qələmini müxtəlif janrlarda sınamışdır. == Yaradıcılığı == Nəsr əsərləri içərisində ən maraqlıları Con Lilinin "Evfues" romanına nəzirə kimi və müəyyən mənada onun davamı olan "Evfues Filavtın məzəmməti" əsərini yazmış, bundan başqa o, "Pandosto. Zamanın zəfəri" romanını, "Heç vaxt gec deyil" və "Milyon tövbə hesabına alınmış qəpik quruşluq ağıl" pamfletlərini də qələmə almışdır. Bu əsərində R.Qrin qəzəblə Vilyam Şekspirə hücum edir, onu başqalarının lələkləri ilə bəzənmiş bambılı qarğa adlandırır. Qrinin səkkiz pyesi ölümündən sonra nəşr edilmişdir. Bunlardan ən məşhurları "Sərsəm Roland", "Rahib Bekon və rahib Bonqanın son dərəcə ləyaqətli tarixi", "Kral IV Ceymsin şotland tarixi" və "Vekfild səhra qoruqçusu Corc Qrin haqqında komediya" əsərlərini göstərmək olar. R.Qrin çox məhsuldar yazıçı olmuşdur.
Tomas Qrin
Tomas Qrin (ing. Thomas Green; d. 25 noyabr 1883 – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi hücumçu idi. "Liverpul" komandasında çıxış edib. == Həyatı == Tomas Qrin 25 noyabr 1883-cü ildə anadan olmuşdur. == Karyerası == 1902–1903-cü illərdə "Liverpul" komandasında 7 oyunda meydana çıxmışdır.
Yeva Qrin
Yeva Qael Qren (d. 5 iyul 1980, Paris) — fransız aktrisası, model. "Kazino "Royal"" filmində Ceyms Bond sevgilisi rolunu oynamışdı.İlk kinorolu 2003 il "Xəyalpərəstlər" filmində almışdı. Əvvəlcə sarışın olmuş Qrin on dörd yaşında boyanıb. Qrinə görə, "fikirləşdim ki, bu rəng dərimə daha uyğundur".
USB fləş kart
USB fləş kart — verilənləri saxlamaq üçün fləş yaddaşdan ibarətdir və USB (Universal Serial Bus) 1.1 və ya 2.0 intefeysi ilə inteqrasiya olunub. Onlar adətən daxil edilib çıxarıla bilən, eləcə də yenidən yazıla bilən, ölçücə floppi diskdən kiçik olurlar. Ən ağırı 30 qramdan daha yüngül olur. 2010-cu ildə onların həcmi 256 GB-a çata bilir, lakin yenə də yaddaş həcmi və qiymətində dəyişikliklər gözlənilir. Bəziləri 1 milyon dəfə yazılma və pozulmanı dəstəkləyir və ya 10 il müddətinə işlək vəziyyətdə olurlar. Fləş-yaddaş hazırlaması üzərində işlərə hələ ötən əsrin 70-ci illərinin əvvəllərində başlanılıb və o, 1984-cü ildə işıq üzü görüb. Hazırda fləş-kartlar mənfi 30-dan müsbət 80 dərəcəyədək istiliyə tab gətirir. Fləş-kartın tərkibindəki informasiyaya qeyri-məhdud sayda baxmaq olar, lakin yalnız 1 milyon dəfə yenidən yazma əməliyyatı aparmaq mümkündür. Fləş-kartı xarab etmək üçün onu gündə 1 dəfə format etsəniz belə, buna təxminən 1500 il vaxt lazımdır. Hazırda fləş-kart işləmə sürətinə görə hələ də sərt diskdən geri qalır.
Öncədən ödənişli kart
Öncədən ödənişli kart və ya Saxlanmış dəyər kartı (ing. stored-value card) — xüsusi şifrələnmiş dəyərin saxlandığı mühit - pul, dəqiqələr, litrlər, səfərlərin sayı və s. mobil telefon, insan dərisi altına implantasiya edilmiş çip və s.Saxlanılan dəyər kartı bank debet kartlarından əsaslı şəkildə fərqlənir, burada dəyər hər bir kart üçün emitentdə ayrıca depozitdə saxlanılır, saxlanılan dəyəri olan kartlar üçün isə nağd pul və ya digər vəsaitlər xüsusi konsolidasiya edilmiş hesabda uçota alınır. Saxlanılan dəyər kartları əsasən anonimdir, bank debet kartları isə konkret sahibin adına verilir. Əvvəlcədən ödənilmiş kart termini əslində bazarda bu cür məhsulların böyük əksəriyyətinə aiddir. Saxlanılan dəyər kartı özündə əvvəlcədən ödənilmiş dəyərin kodlaşdırılmış məbləğini ehtiva edir, bank debet kartları isə emitent tərəfindən saxlanılan hesab idarəçiliyinə giriş imkanı verən yalnız identifikator açarıdır. == Tarixi == 2000-ci illərin əvvəllərində VISA və American Express beynəlxalq ödəniş sistemləri ilk öncədən ödənişli kart layihəsini işə saldılar ki, bu da valideynlərə övladlarının xərclərini əvvəlcədən ödənilmiş bank kartına köçürməklə vəsait ayırmağa imkan verdi. Belə kartların istifadəsi uşaqlara nağd pul verməkdən daha əlverişli olduğunu sübut etdi və valideynlərə uşaqlarının xərclərinə nəzarət etməyə imkan verdi. ABŞ-da əvvəlcədən ödənilmiş kart bazarı sürətlə böyüdü. 2009-cu ildə 1,3 milyard əvvəlcədən ödənilmiş kart əməliyyatı olduğu halda, 2006-cı ildə ABŞ-da cəmi 300 milyon əvvəlcədən ödənilmiş kart əməliyyatı olmuşdur.
Edvard Li Qrin
Edvard Li Qrin (ing. Edward Lee Greene, 20 avqust 1843 – 10 noyabr 1915, Vaşinqton) — ABŞ botaniki, sistematiki. == İşləri == "Illustrations of West American oaks" illüstrasiyaçı А. Келлог San Francisco, 1889 "Flora Franciscana. An attempt to classify and describe the vascular plants of middle California" San Francisco, Cubery&Co., 1891 [1] "Manual of the Botany of the Region of San Francisco Bay" San Francisco, Cubery&Co., 1894 "Plantae Bakerianae", 1901 "Pittonia: a series of papers relating to botany and botanists" (5 hissədə) Berkeley, Doxey&Co. 1887–1905 v.1 (1887–1889) v.2 (1889–1892) v.3 (1896–1898) v.4 (1899–1901) [2] v.5 (1802–1905) [3] "Leaflets of botanical observation and criticism" (2 hissədə) Washington, D.C., 1903–1912 vol.1 (1903–1906) vol.2 (1910–1912) "Landmarks of botanical history: a study of certain epochs in the development of the science of botany" (в двух частях) Part I. — Prior to 1562 A. D. Washington, D.C., Smithsonian institution, 1909 [4] "Carolvs Linnaevs" Philadelphia, Christopher Sower company, 1912 == Ədəbiyyat == Willis Linn Jepson Edward Lee Greene the Individual The University of Notre Dame/American Midland Naturalist, Vol. 30, No. 1 (Jul., 1943), pp.
Emili Qrin Bolç
Emili Qrin Bolç (8 yanvar 1867[…], Yamayka Pleyn[d] – 9 yanvar 1961[…], Kembric, Massaçusets) – ABŞ yazıçısı, iqtisadçısı və sosioloqu. Bolç 8 yanvar 1867-ci ildə ABŞ-nin Massaçusets ştatının Boston şəhərində anadan olmuşdur. 1886-cı ildən 1889-cu ilə kimi iqtisadiyyat üzrə Brin-Mar kollecində oxumuşdur. Bundan bir il sonra müstəqil olaraq sosiologiya üzrə araşdırmalar apardıqdan sonra Parisə köçmüşdür. Akademik həyatı boyunca Berlində, Çikaqoda və bir çox digər universitetdə olmağa başlayan Bolç bir çox iş üzərində işlədi.Avropa və Amerikada miqrant həyatı ilə bağlı müqayisəli analizlər aparan Bolç feminizm və pasifizmə üstünlük verirdi. 1892-ci ildə Vida Skudder və Elena Dadli ilə birlikdə Bostonda sosial yaşayış məntəqəsi olan Dennison evinin yaradıcılarından biri olmuşdur. Dennison evi qadın işçilər mərkəzinə çevrilmişdir.ABŞ-yə qayıdanda ABŞ-nin müharibəyə girməsinə qarşı çıxaraq aktiv kampaniya apardı. Bolçun Birinci dünya müharibəsi zamanı dünya sülhü idealına bağlı qalması müsbət qarşılanmamışdır. Amma bu sahədəki işlərinə davam edən Bolç İkinci dünya müharibəsi zamanı da güclü bir əks reaksiya göstərdi. Nasizimin ifrat dərəcədəki effektləri onda pasifizm haqqındakı fikirlərini dəyişdirmişdir və sülh üçün fikir tapmağa çalışmışdır.