Qudron

neftin distiləsi prosesində yanacaq və yağ fraksiyaları çıxarıldıqdan sonra qalan (neftə görə 15-30%) özlü qara kütlə. Bir neçə növü var. Sənayedə Q.-dan neft bitumları almaq, sadə mexanizmləri yağlamaq üçün rezin sənayesində və yol çəkilişində istifadə edilir. Çoxqatranlı Q.-dan krekinq və destruktiv parçalama (hidrogenləşdirmə və kokslaşdırma) yolu ilə benzin, dizel yanacağı və s. alınır.
Qrifon
Qumdaşı

Digər lüğətlərdə