qurcalanmaq
qurd-quş
OBASTAN VİKİ
Lyambliyoz qurd xəstəliyi
Qurd
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Dəli Qurd
Dəli qurd - türk şairi, tarixçisi, yazıçısı və türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızın 1958-ci ildə yazdığı romandır. == Mövzu == Roman, Osmanlı imperiyasında olan hadisədən bəhs edir. Osmanlıda çoxhakimiyyətlilik dövründə taxta namizədlərdən biri olan İsa bəy, gücünü itirməyə başlayınca xanımı Bala Xatunu adamlarından biri olan Çakıra əmanət edir və onu qaçırmasını istəyir. Çünki Osmanlı adətlərinə görə taxt uğrunda mübarizələrdə sadəcə həmin şəxsin özü yox, onun soyundan gələn hər kəs öldürülürdü və Bala Xatun da hamilə idi. Çakır uğurla Bala Xatunu qaçırır və süd anasının yanına yerləşdirir. İllər keçir, Çakır sipahi olur və süd anasının yanına gəlir. Süd anasının yanına getdiyi vaxt Bala Xatunun İsa bəyin ölümündən qısa müddət sonra öldüyünü öyrənir. Bu zaman İsa bəyin oğlu Murad böyümüşdür. At minməyi, hərəkətlərinə görə ona "Dəli qurd" ləqəbi verilmişdir. Murad, 16 yaşındakı Osmanlı ordusuna girmiş və qısa müddət sonra isə sipahi olmuşdur.
Qurd (dəqiqləşdirmə)
Qurd — canavar. Qurd — böcək. Qurd — Adi canavar. Qurd (repçi) — Azərbaycanlı repçi.
Qurd (repçi)
Fərid Eminov və ya tanınan adı ilə Qurd (tam adı: Fərid Nəsir oğlu Eminov; 20 may 1985, Bakı Azərbaycan) — Azərbaycanlı reper. == Həyatı == Fərid Nəsir oğlu Eminov 1985-ci il may ayının 20-sində Bakı şəhərində anadan olub (Əslən Cənubi Azərbaycanlıdır). İlk təhsilini 1992-2003 -cü illər Bakı şəhər 8 nömrəli tam orta məktəbdə almışdır. 2003-cü ildə Azərbaycan Texniki Universitetinin Ekologiya fakültəsinə qəbul olmuş, 2007-ci ildə bitirmişdir. 2007-2008 -ci illərdə öz hərbi xidmətini Azərbayacan Dövlət Sərhəd xidmətində yerinə yetirmişdir. Qurd birinci evliliyindən iki oğula sahibdir, Rəsul və Murad Eminovlar. 2021-ci ildə 2-ci dəfə ailə həyatı qurmuşdur. == Karyera == Öz fəaliyyətinə 2000-ci ildə Miri Yusifin layihəsi olan "Dəyirman" qrupunda başlayıb. Miri Yusif tərəfindən "Qurd" ləqəbi verilib və bu ləqəb ilə tanınır. İlk albomu (kaset) 2001-ci ildə "Allahım" olmuşdur.
Qurd Cəbrayıl
Qurd Cəbrayıl və ya Paxan Cəbrayıl (əsl adı: Cəbrayıl Əlibaxış oğlu Baxşıyev) — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri. Filmdə mənfi obraz kimi təqdim olunsa da, insanların yaddaşında filmin qəhrəmanı kimi məhz Qurd Cəbrayıl qalıb. Elçin Əfəndiyevin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən filmin qəhrəmanının real həyatda, yəni sənəd üzərindəki adı belədir: Baxşıyev Cəbrayıl Əlibaxış oğlu. == Həyatı == Qurd Cəbrayıl 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. 6 aylığında anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində qalıb. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. "O olmasın, bu olsun" filmində belə bir epizod var. Dovğa satan bir kişi "Kəblə Sonqulu dovğası, Kəblə Sonqulu dovğası" deyərək, müştəri haraylayır. Əslində bu, Cəbrayılın babası Sonquludur. == Səhv gəmiylə Həştərxana == Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub.
Qurd adam
Canavar adam (yun. λυκάνθρωπος, ing. Werewolf, alm. Werwolf‎, ukr. Вовкулака, fr. loup-garou) – insandan canavara (və yaxud əksinə) çevrilmək xüsusiyyətinə malik olan mifik varlıq. Qurd adam bütöv ay sırasında qurd kimi qorxunc bir bədheybətə dönüşən əfsanəvi insandır. Bir insanın bir heyvan şəklində, xüsusən də canavar şəklində olması, canavar əfsanəsinin mənşəyi üçün kifayət qədər bir izah deyil. Ümumiyyətlə, bir canavar tərəfindən dişlənmə və ya müəyyən bir ayda doğulma kimi tanınır. Qurd adam hekayələri uzun müddətdir müxtəlif mənbələrdə və cəmiyyətlərdə tapılmışdır.
Qurd qırmız
Tükbaş qurd
Tükbaş qurd (lat. Trichocephalus trichiurus) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Ağımtıl rəngdədir, uzunluqları 3,0 – 5,5 sm çatır. Bədənin ön tərəfi sap şəklində nazikləşmişdir.. == Həyat tərzi == Parazit həyat tərzi keçirirlər. İnsanın geniş yayılmış parazit qurdlarından biridir. Tükbaş qurdları yoluxmuş adamların yoğun bağırsağında yaşayırlar.Tükbaş qurdlarına yoluxma onun yumurtalarını udanda olur: tozlu havadan, çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən və s. Bağırsağın selikli qişasının dərinliyinə keçir və elə buna görə də bağırsaqdan çətin qovulur. Tükbaş çox geniş yayılmışdır. Yoluxma tükbaşın yumurtaları düşmüş suyu və ya qidanı qəbul etməklə baş verir (xüsusilə yaxşı yuyulmamış tərəvəzlə).
Yaşar Qurd
Arşak Yaşar Qurd (erm. Արշակ Յաշար Կուրթ, türk. Arşak Yaşar Kurt; 16 avqust 1968, İstanbul) — erməni əsilli Türkiyə rok musiqiçisi. Kriptoermənilərin nümayəndəsi olan Qurd əsl mənşəyini yalnız qırx yaşında bilmişdir. == Həyatı == Yaşar Qurt 1968-ci ildə İstanbulda anadan olmuşdur. 1974–1989-cu illərdə İstanbulda orta məktəblərin birində təhsil almışdır. 1990-cı ildə Əskişəhər Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, oranı bitirmədən musiqi təhsili almağa başlamışdır. Yaşar Qurt universiteti tərk etdikdən sonra "Beyaz Yunus" adlı qrup yaratmışdır. 1994-cü ildə Kölndə "Sokak Şarkıları" albomunu çıxardıqdan sonra qrup Türkiyədə populyarlıq qazanmışdır.. 2007-ci ildə qırx yaşında olan Yaşar Qurd atasından əslində milliyyətcə türk deyil, erməni olduğunu öyrənmişdir.
"Qurd qapısı" qəbiristanlığı
Qurd (Fərid Eminov)
Fərid Eminov və ya tanınan adı ilə Qurd (tam adı: Fərid Nəsir oğlu Eminov; 20 may 1985, Bakı Azərbaycan) — Azərbaycanlı reper. == Həyatı == Fərid Nəsir oğlu Eminov 1985-ci il may ayının 20-sində Bakı şəhərində anadan olub (Əslən Cənubi Azərbaycanlıdır). İlk təhsilini 1992-2003 -cü illər Bakı şəhər 8 nömrəli tam orta məktəbdə almışdır. 2003-cü ildə Azərbaycan Texniki Universitetinin Ekologiya fakültəsinə qəbul olmuş, 2007-ci ildə bitirmişdir. 2007-2008 -ci illərdə öz hərbi xidmətini Azərbayacan Dövlət Sərhəd xidmətində yerinə yetirmişdir. Qurd birinci evliliyindən iki oğula sahibdir, Rəsul və Murad Eminovlar. 2021-ci ildə 2-ci dəfə ailə həyatı qurmuşdur. == Karyera == Öz fəaliyyətinə 2000-ci ildə Miri Yusifin layihəsi olan "Dəyirman" qrupunda başlayıb. Miri Yusif tərəfindən "Qurd" ləqəbi verilib və bu ləqəb ilə tanınır. İlk albomu (kaset) 2001-ci ildə "Allahım" olmuşdur.
Qurd Mehmed Paşa
Qurd Mehmed Paşa (ö. 1605) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təhsilini tamamlamasının ardından öncə qapıçıbaşı, sonra miraxur və 1590-cı ildə mirialəm oldu. 1595-ci ildə Misir bəylərbəyi oldu və 1596-cı ilin aprelinə qədər bu vəzifədə qaldı. 1597-ci ildə Hələb bəylərbəyi, ardından divan vəziri oldu. 1605-ci ildə İstanbulda vəfat etdi. == Mənbə == Sicill-i Osmani III, səh.
Qurd Təpə (Urmiya)
Qurt Təpə (fars. قورت تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 316 nəfər yaşayır (85 ailə).
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. == İcrası == Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar. Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.
Qurd yuvası mağarası
Qurd yuvası mağarası — insanların daş dövründə (orta paleolit) yaşadıqları yaşayış yeri. Mağara Abşeron rayonunun Məhəmmədi kəndində Qırməki vadisinin sol hissəsində, təpənin qayalı yamacında yerləşir. == Haqqında == 2018-ci ilin dekabr ayında Abşeron arxeoloji ekspedisiyasının bölgədə apardığı kəşfiyyat işləri zamanı Balaxanı və Məhəmmədi qəsəbələri arasında – Qırməki adlanan sahədə daş dövrünə aid çox sayda alətlər aşkar olundu. Alətlər böyük sahədə tapıldığından burada qədim dövrə aid düşərgənin yerləşməsi istisna edilmir. Aşkar edilmiş iti uclu qaşov, kəsici alətlər, miniatür əl çapacaqları çaxmaq və andezit daşından hazırlanıb. Abşeronun paleocoğrafiyası aşkar edilmiş abidənin yerləşmə topoqrafiyası ilə ziddiyyət təşkil etmir. Mütəxəssislərin ilkin rəyinə görə, bu tapıntıları paleolitin orta mərhələsinə aid etmək mümkündür. Geoloji çöküntülərdə aşkar edilmiş qədim paleontoloji materiallar bölgənin paleolitdə zəngin faunaya malik olmasını göstərir. Son tapıntılar isə paleolit dövründə göstərilən ərazinin qədim ovçuları da cəlb etməsi barədə fikir yürüdülməsinə imkan verir. Ərazinin ətraf mühitin ibtidai insanların yaşayışı üçün əlverişli olması, insanlar üçün ov heyvanlarının əlçatarlılığı və istilik mənbəyi olan daimi alovların olması bu ərazi qədim insan məskəni olmasına səbəb olmuşdur.
Qırmızı qurd eşənəyi
Qırmızı qurdeşənəyi (lat. lupus erythematosus) — autoimmun xəstəliklərdən biri. Bu zaman insan immuniteti hiperaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına hücum edir. == Etimologiyası == Latınca Lupus erythematosus ifadəsinin hərfi anlamı "qızartılı qurd" deməkdir. Hind-Avropa dillərində "lupus" sözünun açıqlaması yoxdur. Latın dilində erythematosus (qızarmış) sözü yunan dilindən alınma erythemadan (qızartı) törəyib. Sonuncu isə erythainein (qızarmaq) felindən əmələ gəlib. == Səbəbləri == Qurd eşənəyinin spesifik səbəbləri yoxdur. Bəzi amillər təhrikedici ola bilər: İrsi / Genetik Ətraf mühit: infeksiya, günəş şüası Dərmanlar == Təsnifat == Kliniki baxımdan qurd eşənəyi bir neçə cür olur: sistematik - ən yayqın forması, daxili orqanların patoloji prosesə cəlb olunması ilə səciyyələnir. dəri forması (natamam qurd eşənəyi) - yalnız dərinin zədələnməsi ilə müşayiət olunur .
Ümid Qurd (tarixçi)
Ümid Qurd (türk. Ümit Kurt) — Türkiyə tarixçisi. O, müasir Yaxın Şərqi araşdırır. Onun bir çox nəşrləri erməni soyqırımından bəhs edir. 2016-cı ildə Klark Universitetində erməni soyqırımı üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Qurd etnik olaraq kürd və ərəb mənşəlidir. O, Qaziantepdə doğulub boya-başa çatmışdır. == Əsərləri == Kurt, Ümit. "Türk'ün Büyük, Biçare Irkı" Türk Yurdu'nda Milliyetçiliğin Esasları (1911-1916) [The Great, Hopeless Turkish Race: Fundamentals of Turkish Nationalism in the Turkish Homeland, 1911-1916] (türk). Iletişim.
Qurd qapısı qəbiristanlığı
Ümumşəhər qəbiristanlığı — Bakının Qaradağ rayonunda yerləşən məzarlıq. Yasamal qəbiristanlığı — Bakının Yasamal rayonunda yerləşən məzarlıq.
Boz Qurd Samux FK
Boz Qurd Samux FK — klub 1990-cı ildə Samuxda yaranmışdır. Bir dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Gənc qurd (teleserial, 2011)
Gənc qurd (ing. Teen Wolf) — ABŞ istehsalı bir fantastik gənclik serialıdır. 1985-ci il də istehsal olunan eyni adlı filmdən ilhamlanaraq həyata keçirildi. 2011 MTV Film Mükafatlarının ardından 5 iyun 2011-ci ildə nümayiş edildi. == Sujet == Teen Wolf, Scott McCall (Tyler Posey) adında bir orta məktəb şagirdinin meşədə gəzərkən bir qurd adam tərəfindən dişlənilməsi nəticəsində yaşadıqlarını izah edən fövqəladə teleserialdır. Scott, bir qurd adam olduğu gerçəyini, həyatı və bədənindəki dəyişikliklər mövzusunda ona köməkçi olan ən yaxşı yoldaşı Stiles Stilinski (Dylan O'Brien) və bir digər sirli qurd adam Derek Hale (Tyler Hoechlin) xaricində hər kəsdən gizlədərək sıravi bir həyat sürməyə çalışır. Teleserial hal hazırda davam edir və efirdə 6-cı mövsüm gedir. 6.mövsüm serialın final mövsümü olduğu təsdiqləndi lakin yüksək bir kütləvi serialın uzadılmasını istədiyi üçün bu mövzu müzakirə olunacaq. Serialların tənqid saytı Metacritic'ten 100 üzərindən 61 bal alaraq gələn tənqidlərdən ümumiyyətlə müsbət cavab aldı. Serialın ilk nümayişi 2,18 milyon tamaşaçı əldə etdi.
Qurd Səyid və Şura
Qurd Səyid və Şura (türk. Kurt Seyit ve Şura) — Nərmin Bezmenin eyni adlı romanı əsasında hazırlanan Türkiyə tarixi və drama teleserialı. Ekranlarda ilk dəfə 4 mart 2014-cü ildə göstərilmişdir. Son seriyası 20 noyabr 2014-cü il tarixində Star TV kanalında nümayiş olunmuşdur. == Süjeti == Zəngin krım tatar ailəsində anadan olan Qurt Səyid, atası görkəmli torpaq sahibi Mirzə Mehmet Eminovun qoyduğu prinsiplərə əməl edərək böyümüşdür. Rus imperatoruna böyük hörməti olan Mirzə Mehmetin ən böyük istəyi oğlunun gözəl müsəlman qadını ilə nikahdan uşağı olmasıdır. Həm mülki həyatda, həm də hərbi sahədə müvəffəq olan Səyid ilə evlilik bir çox qadınların xəyalından keçir. Balların birində Seyid nəcib rus ailəsindən olan Aleksandra (Şura) adında qıza aşiq olur. Aleksandra ona qarşılıqlılıq versə də onların sevgisi müharibə başlayandan sonra sınağa çəkilir. Qurd Səyid çar və ata yurdunu qorumaq üçün Karpata yola düşür, amma onların sevgisi bundan azalmır.
Tənha Qurd (teleserial, 2022)
Tənha Qurd (türk. Yalnız Kurt) — ilk bölümü 28 yanvar 2022-ci ildə yayınlanan və davam edən, detektiv, dram və macəra janrına əsaslanan Türk serialı. Prodüseri, məşhur "Qurdlar Vadisi" seriyasının prodüseri Osman Sınavdır. Baş rollarda Cihan Ünal, Həsən Dənizyaran, Damla Colbay və digərləri vardır. ATV kanalında Cümə günləri Türkiyə vaxtı ilə saat 20.00, Azərbaycan vaxtı ilə saat 21.00-da yayınlanır.
"Qurd qapısı" qəbiristanlığı (dəqiqləşdirmə)
Gecə qurd adamı (xüsusi buraxılış)
Gecə Canavar-adamı (ing. Werewolf by Night) — Hezer Kuinn və Piter Kemeron tərəfindən yazılmış ssenari əsasında Maykl Cakkino tərəfindən Disney+ strim-servisi üçün çəkilmiş Marvel Comicsin eyni adlı personajına həsr edilmiş TV xüsusi buraxılışı.
Kirpikli qurdlar
Kirpikli qurdlar (lat. Turbellaria) — heyvanlar aləminin yastı qurdlar tipinə aid heyvan sinfi. Bu sinfin nümayəndələri adətən sərbəst yaşayan yırtıcı formalardır, nadir hallarda parazit və quruda yaşayanlarına rast gəlinir. Dəri örtüyü çox sayda vəzilərlə təchiz olunmuş kirpikli və ya qamçılı epitelidən ibarətdir. Parazit növlərdən fərqli olaraq, turbellarilərin ixtisaslaşmış xüsusi fiksasiya orqanı və mürəkkəb həyat tsikli yoxdur. Kirpikli qurdların 3500 növü məlumdur. Onların çoxu dənizlərdə və şirinsularda, az hissəsi isə quru üzərində nəm yerlərdə, torpaqda rast gəlir, nadir hallarda ektoparazitlik edən formaları mövcuddur. Kirpikli yastı qurdların əsasən də planarilərın bədəni yastılanmış oval və ya uzunsov formadadır. Bədənin ön ucunda hiss orqanları – gözlər, statosist, qoxu (iybilmə) çuxurları yerləşir. Müxtəlif növlərdə bədən ölçüləri müxtəlifdir, yəni həm mikroskopik, həm də 30-40 sm uzunluğa malik olan formalara rast gəlinir.
Kirpikli qurdlar və ya Turbellarilər (Turbellaria)
Kirpikliqarın qurdlar
Qarnıkirpiklilər (lat. Gastrotricha) — heyvanlar aləminə aid heyvan tipi. Bədənin qarın tərəfi kirpiklərlə örtülü olduğu üçün sinfə bu ad verilmişdir. == Ümumi xarakteristika == Kirpiklər subsrat üzərində hərəkət etməyə xidmət edir. Bu tipin nümayəndələrinin baş hissəsində də kirpiklər vardır. Müasir dövrdə şirin sularda və dənizlərdə yaşayan 150-dən çox növü məlumdur. == Xarici quruluşu == Qarnıkirpiklilərin bədəni nazik kutikula ilə örtülmüşdür. Kutikulanın altında uzununa əzələlər yerləşir, ancaq bütöv qat əmələ gətirmir. Qarnıkirpiklilərdə dəri-əzələ kisəsi yoxdur. Şirin sularda yaşayan formaların baş hissəsi gövdədən tam seçilir.
Lentşəkilli qurdlar
Lentşəkilli qurdlar (lat. Cestoda) — heyvanlar aləminin yastı qurdlar tipinə aid heyvan sinfi. Parazit həyat tərzi özünü daha kəskin göstərir. Yetkin halda onurğalı heyvanların bağırsağında rast gəlinir. Cavan mərhələlərdə isə onurğasız və onurğalı heyvanların bədən boşluğunda və müxtəlif orqanlarına parazitlik edir. == Quruluşu və fiziologiyası == Bədən adətən uzununa dartılmış formada olub, lentşəkillidir. Uzunluğu 1mm-dən 10 m arasında dəyişir. Rəngi ağ və ya sarımtıl rəngdədir. Lentşəkilli qurdların bədəni başcıq, boyuncuq və buğumlardan ibarətdir. Başcıq üzərində əzələli sormaclar və qarmaqlar vardır.
Lentşəkilli qurdlar (Cestoda)
Qurdağzı
Qurdağzı (lat. Antirrhinum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. Qurdağzı formaca buruna oxşadığına görə bu bitkiyə "burunaoxşar" bitki adı verilmişdir. Ləçəklərin kənarından 2 barmaqla sıxdıqda qurd ağzı kimi açılır, bu zaman erkəkciklər dili xatırladır, buna görə də ona qurdağzı bitkisi deyirlər. 50-yə yaxın növündən gülçülükdə yalnız bir növü istifadə olunur. Böyük qurdağzı (A. Majus) birillik kimi yetişdirilən çoxillik mədəni bitkidir. Yabanı halda Şimali Afrikada, Asiyada və Cənubi Avropada geniş yayılmışdır. Yaşıllıqların salınmasında dekorativ bitki kimi 1567-ci ildən istifadə olunur. Çiçəkləmə müddətinə, hündürlüyünə və güllərin ölçülərinə görə fərqlənən bu bitkinin bir neçə forması vardır. Qurdağzı şitillə yetişdirilir.
Qurdbasar
Qurdbasar (Azərbaycan çoban iti, Çoban iti, Qoyun iti, Qurd və Alabaş da adlandırılır) — Azərbaycanın yerli it cinsi. Əsasən qoyunçuluqda istifadə olunur. Qoyun sürüsünün rahat idarə edilməsinə xidmət edir. == Yayılması == Bu cins əsasən Azərbaycan ərazisində yayılmış və elə buradaca formalaşmışdır. Xüsusi ilə Qarabağ bölgəsində: Füzuli, Qubadlı, Laçın, Kəlbəcər rayonları, həmçinin, Quba, Xızı, Şamaxı, İsmayıllı, Gədəbəy, Lerik və Qazax rayonları ərazilərindəki təsərrüfatlarda daha çox yararlanılır. Onlar, əsasən, yaylaq və qışlaqlarda saxlanılırlar. İstər dağlıq, istərsə düzən şəraitə uyumludurlar. == Xidmət sahəsi == İlk əvvəl Qurdbasarlar azərbaycanlıların karvanlarının, qoyun sürülərinin, evlərinin və torpaq sahələrinin qorunmasında istifadə edilirdi. Onlar sahibinə və onun ailəsinə sədaqəti ilə seçilir. Yadlara qarşı isə çox amansız olur.
Qurdbayram
Qurdbayram — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Qarabucaq qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Qurdbayram kəndi Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qarabucaq qəsəbəsi mərkəz olmaqla, Qarabucaq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin adı Qurd ləqəbli Bayram adlı şəxsin adı ilə əlaqədardır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 140 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qurdboğan kəpənəkçiçək
Qurdboğan kəpənəkçiçək (lat. Aconitum lycoctonum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.
Qurdbulaq
Qurdbulaq, Qurdlubulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Kəndin digər adı "Qurdbulaq"dır. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. == Toponimi == Kənd Qurdlu bulağın yanında salındığı üçün Qurdlubulaq kəndi adlandırılmışdır. Toponim mənsubluq bildirən -lu şəkilçisi qəbul etmiş "yumşaq bədənli, uzunsov, ayaqsız, sürünərək hərəkət edən heyvan" mənasında işlənən qurd sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib "Qurdlu bulaq yanında salınan kənd" mənasını ifadə edir. Mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Krasar qoyulmuşdur. Bu toponimdə "qurd" sözünün mə'nasını müəyyən etmək çətindir. Onun Azərbaycan dilində qurd (canavar), yaxud qurd (böcək) sözlərindən ibarət olması ehtimsl olunur.
Qurddağ
Qurddağ — Azərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvan çökəkliyinin şimal-şərq hissəsində yerləşir (hünd. 1319,0 m). Naxçıvan çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin suayırıcısında zirvə. Tirəni eninə kəsən Sirabçayla Qahabçayın arasında, Sirab kəndindən 3 km şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit və kvarslı andezit tərkibli ekstruziv günbəzdir. Cənub-qərb yamaclarında iki daha kiçik eynitərkibli maqmatik kütlə açılır, həmçinin şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma pozulmaları izlənilir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında müşahidə edilən Sirab sinklinalını şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik fay qırılmasının yatan qanadında yerləşir.
Qurddərə (Bicar)
Qurddərə (fars. قورت دره‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 106 nəfər yaşayır (24 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qurdlar
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Qurdlar (Ağdam)
Qurdlar — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Qurdlar (Bərdə)
Qurdlar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiya == Əsli Kürdlər olmuşdur.
Qurdlar (Sarvan)
Qurdlar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Tanınmış şəxsləri == İsgəndərov İsgəndər Namaz oğlu - İkinci dünya müharibəsi iştirakçısı.
Qurdlar (dəqiqləşdirmə)
Qurdlar (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Qurdlar (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Qurdlar (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.
Qurdlar Vadisi
Qurdlar Vadisi — Osman Sınav tərəfindən yaradılmış və Raci Şaşmazın qələmə aldığı Türkiyənin siyasi məsələlərindən bəhs edən türk film və teleserial seriyasıdır. Seriyanın serial və filmlərində bir çox məşhur aktyorlar oynayıb. Serialın ilk 55 bölümündə prodüser və rejissor Osman Sınav, 56–97-ci bölümlər arasında prodüser Raci Şaşmaz və rejissor kürsüsündə Sərdar Axar əyləşmişdir. 97-ci bölümdəki finaldan sonra Qurdlar Vadisi: Terror adı ilə 2 bölüm izləyici qarşısına çıxıb. Bu serialın yayımnan çıxarılmasından sonra Qurdlar Vadisi: Pusqu 300 seriya ilə izləyici qarşısına çıxıb. 2013-cü ildə Şaşmaz qardaşlarının fikir ayrılığı üzərinə, Raci Şaşmaz və Bahadır Özdənər seriyanın ssenari müəllifi və prodüser vəzifələrindən istefa veriblər. Onların yerinə Cahid Qayaoğlu kimi daha təcrübəsiz adlar gəldi və nəticədə reytinqlər düşməyə başladı. Qurdlar Vadisi: Pusqunun son bölümü olan 300-cü bölümdə reytinqlər 4-ə qədər düşüb. Serialın bitməsindən 1 il sonra TRT 1-də yayımlanan Qurdlar Vadisi: Vətən 5,43 reytinq alıb. Ən çox reytinq alan teleserial bölümləri 23 reytinq xalı ilə Qurdlar Vadisinin finalı olan 97-ci bölüm, və 25,43 reytinq ilə Qurdlar Vadisi: Pusqunun 45-ci bölümüdür.
Qurdlar Vadisi: Fələstin (film, 2011)
Qurdlar vadisi: Fələstin (türk.Kurtlar Vadisi Filistin)-İsrail-Fələstin arasındakı savaşı müzakirəyə alan prodüseri Osman Sınav olan Pana Film imzalı 28 yanvar 2011 tarixli film.
Qurdlar Vadisi: Pusqu
Qurdlar Vadisi Pusqu — 15 yanvar 2003-cü ildə yayımlanan və 97 bölüm davam edən Qurdlar Vadisi və Qurdlar Vadisi Terror serialının davamı olan, Pana Film tərəfindən istehsal olunan Türkiyə istehsalı olan dram və siyasi televiziya serialıdır. 2007-ci ildən başlayaraq ekranlarda olan və 10 sezondan ibarət olan serial son dəfə 16 iyun 2016-cı ildə göstərilən 300-cü seriyası ilə yayımlanaraq mövsüm finalı etdi. 19 aprel 2007-ci ildə Show TV-də fərqli adla yayımlanmağa başlayan türk aksiyon, mafiya və dərin dövlət serialı Qurdlar Vadisi Pusqu ilk 3 mövsümü Show TV-də yayımlandı. 4-cü mövsümdə maddi səbəblərə görə Star TV-yə transfer olunub. Lakin cümə axşamı, axşam saatlarında yayımlanan UEFA Avropa Liqası matçları ilə serialın bölümlərinin tez-tez üst-üstə düşməsi səbəbindən bir mövsümdən sonra müqaviləni pozaraq 5-ci mövsümdə ATV-yə keçdi. 6-cı mövsümdə isə TNT-yə keçdi. TNT-nin bağlanması ilə əlaqədar olaraq ATV-də 7–8-ci sezonlar yayımlandı. Daha sonra Kanal D-də 9-cu və 10-cu sezonlar yayımlandı. Serialın ilk seriyası "Qurdlar Vadisi "nin ikinci sezonu başlayandan bəri hər bölümü cümə axşamı yayımlanır. "Qurdlar Vadisi Pusqu"nun yayımlanacağı gündən danışarkən "öz günündə, öz vaxtında" ifadəsi işlədilir (Cümə axşamı, saat 20.00).
Qurdlar Vadisi: Pusqu (teleserial, 2007)
Qurdlar Vadisi Pusqu — 15 yanvar 2003-cü ildə yayımlanan və 97 bölüm davam edən Qurdlar Vadisi və Qurdlar Vadisi Terror serialının davamı olan, Pana Film tərəfindən istehsal olunan Türkiyə istehsalı olan dram və siyasi televiziya serialıdır. 2007-ci ildən başlayaraq ekranlarda olan və 10 sezondan ibarət olan serial son dəfə 16 iyun 2016-cı ildə göstərilən 300-cü seriyası ilə yayımlanaraq mövsüm finalı etdi. 19 aprel 2007-ci ildə Show TV-də fərqli adla yayımlanmağa başlayan türk aksiyon, mafiya və dərin dövlət serialı Qurdlar Vadisi Pusqu ilk 3 mövsümü Show TV-də yayımlandı. 4-cü mövsümdə maddi səbəblərə görə Star TV-yə transfer olunub. Lakin cümə axşamı, axşam saatlarında yayımlanan UEFA Avropa Liqası matçları ilə serialın bölümlərinin tez-tez üst-üstə düşməsi səbəbindən bir mövsümdən sonra müqaviləni pozaraq 5-ci mövsümdə ATV-yə keçdi. 6-cı mövsümdə isə TNT-yə keçdi. TNT-nin bağlanması ilə əlaqədar olaraq ATV-də 7–8-ci sezonlar yayımlandı. Daha sonra Kanal D-də 9-cu və 10-cu sezonlar yayımlandı. Serialın ilk seriyası "Qurdlar Vadisi "nin ikinci sezonu başlayandan bəri hər bölümü cümə axşamı yayımlanır. "Qurdlar Vadisi Pusqu"nun yayımlanacağı gündən danışarkən "öz günündə, öz vaxtında" ifadəsi işlədilir (Cümə axşamı, saat 20.00).
Qurdlar Vadisi: Terror
Qurdlar Vadisi Terror (türk. Kurtlar Vadisi Terör) — İlk bölümü 8 fevral 2007-ci ildə Show TV-də yayımlandıqdan sonra yayımı ləğv edilən terrorla əlaqədar Türkiyə serialı. Qurtlar Vadisi adlı ilk serialda Türkiyədəki mafiya fəaliyyətləri və dövlət içində dövlət mövzuları ələ alınmışdı. Yayımlanan ilk bölüm 22.40 reytinqi ilə birinci yeri tutdu. Serial, ilk bölümdən sonra, nümayiş olunmazdan əvvəl tənqidlər və yayımlanmaması üçün reaksiya mesajları aldığı iddiasıyla RTÜK tərəfindən ləğv edildi. İkinci bölüm 18 oktyabr 2007-ci ildə, serialın ləğv edilməsindən 8 ay sonra yayımlandı. == Yayımdan qaldırılması == Qurdlar Vadisi Terror serialının efirə çıxmazdan əvvəl reaksiya alan ilk bölümündən sonra ləğv edilməsi gündəmə gəldi. Mətbuatda yayımçının 18 oktyabr 2007-ci ildə RTÜK tərəfindən toplantıya dəvət edildiyi bildirildi. RTÜK-ə daxil olan müraciətlərin 13,953-ü serialın yayımlanmaması, 2,609-u isə yayımlanması istənmişdir. Qəzetlərin internet saytlarında da bu mövzuda sorğular təşkil edildi.
Qurdlar Vadisi: Terror (teleserial, 2007)
Qurdlar Vadisi Terror (türk. Kurtlar Vadisi Terör) — İlk bölümü 8 fevral 2007-ci ildə Show TV-də yayımlandıqdan sonra yayımı ləğv edilən terrorla əlaqədar Türkiyə serialı. Qurtlar Vadisi adlı ilk serialda Türkiyədəki mafiya fəaliyyətləri və dövlət içində dövlət mövzuları ələ alınmışdı. Yayımlanan ilk bölüm 22.40 reytinqi ilə birinci yeri tutdu. Serial, ilk bölümdən sonra, nümayiş olunmazdan əvvəl tənqidlər və yayımlanmaması üçün reaksiya mesajları aldığı iddiasıyla RTÜK tərəfindən ləğv edildi. İkinci bölüm 18 oktyabr 2007-ci ildə, serialın ləğv edilməsindən 8 ay sonra yayımlandı. == Yayımdan qaldırılması == Qurdlar Vadisi Terror serialının efirə çıxmazdan əvvəl reaksiya alan ilk bölümündən sonra ləğv edilməsi gündəmə gəldi. Mətbuatda yayımçının 18 oktyabr 2007-ci ildə RTÜK tərəfindən toplantıya dəvət edildiyi bildirildi. RTÜK-ə daxil olan müraciətlərin 13,953-ü serialın yayımlanmaması, 2,609-u isə yayımlanması istənmişdir. Qəzetlərin internet saytlarında da bu mövzuda sorğular təşkil edildi.
Qurdlar Vadisi: Vətən
Qurdlar Vadisi Vətən (türk. Kurtlar Vadisi Vatan) — Türkiyədə dövlət çevrilişinə cəhdi ələ alan 2017 istehsalı film. İstehsal şirkəti Pana Film, rejissoru Serdar Akardır. Filmin ssenarisini Necati Şaşmaz, Murat Koca, Alper Erze və Cahid Qayaoğlu yazmışdır. Çəkilişləri 5 həftə çəkən film 28 sentyabrda Avropada, 29 sentyabrda Türkiyədə, 5 oktyabrda Azərbaycanda yayımlandı. Film Qurdlar Vadisi seriasının 4-cü filmidir. Digər 3 film; 2006-cı ildəki Qurdlar Vadisi İraq toplam 4.256.567, 2009-cu ildəki Qurdlar Vadisi Qladio toplam 876.810, 2011-ci ildəki Qurdlar Vadisi Fələstin isə toplam 2.028.057 izləyici tərəfindən izlənmişdi. == Məzmun == İraqdakı bir hərbi əməliyyatda Polad Aləmdar və komandası bir Türkiyə xəritəsini ələ keçirirlər. Türkiyə xəritəsində hərbi bazalar və özəl hərakat mərkəzləri kimi strateji nöqtələrlə birlikdə, Suriya yaxınlarındakı sərhəd qəsəbəsi olan Yalavuz işarələnmişdir. Türkiyə topraqlarını işgal etmək üçün sərhəddə böyük bir ordu ilə uzun zamandır gözləyən düşmənlər, içəridən ediləcək çevrilişin mesajını gözləməkdədir.

Digər lüğətlərdə