Quyu
Yer səthində mexaniki vasitələrlə qazılan, diametri uzunluğundan dəfələrlə kiçik olan silindrik gövdə. Quyular qazılma məqsədlərindən asılı olaraq müxtəlif növlərə ayrılır. İstismar Q.- ları neft, qaz, yeraltı sular və s. çıxarılması üçün qazılır. Qazılmış süxur hisəcikləri yuyucu maye və ya havanın köməyi ilə yer səthinə qaldırılır və mexaniki qurğular vasitəsilə kənar edilir. Kəşfiyat və dərin istismar Q.-larını metal qoruyucu kəmərlə bərkidilir və sementləyirlər. Neft və qaz Q.-larının ağzını yuyulmaqdan və süxurların uçulması təhlükəsindən qorumaq məqsədi ilə Q.-ya uzunluğu 3-50 m olan qoruyucu borular endirilir. Q. istiqamətinin şaquli və maili olmasını təmin etmək, Q.-ya su, neft və qaz axmasının və Q. divarının uçulmasının qarşısını almaq üçün Q.-nun sonrakı gövdəsinə ikinci qoruyucu boru kəməri konduktor endirilir. Q. divarı ilə qoruyucu boru kəməri arasında qalan sahəyə (boru arasına) sement məhlulu vurulur. Q.-lar layihə dərinliyinə qədər qazıldıqdan və məhsuldar horizontların (neft, qaz və s.) olmasını aşkar edən geofiziki işlər aparıldıqdan sonra Q.- ya istismar kəməri endirilir.