[
ər. ] : qət etmək –
1) kəsmək. Qət eylə aşinalığım ondan ki, qeyridir. Füzuli;
2) həll etmək, ayırd etmək, qurtarmaq. Mübahisəni qət etmək.
– İki saatın içində bu işi qət eləmək olar. M.F.Axundzadə;
3) keçmək, yol getmək. Təyyarə saatda 800 kilometr yol qət edir.
– Əgər fəhlələr sürətlə gedən qatara minsəydilər, Qara daşlarla liman arasındakı məsafəni beş saata qət edə bilərdilər. M.Hüseyn.
Məsafəni qət etmək uzun çəkdi. Ə.Əbülhəsən;
4) qəti qərara gəlmək, qəti rəyə gəlmək, kəsdirmək. Qət etdik ki, bu gün yola düşək.
– [Həcər xanım:] Oğlum, Çingiz, biz qocalar qət etdik ki, səni də aparaq. S.S.Axundov.
Qət olunmaq (edilmək) –
1) (bəzən “qət olmaq” şəklində işlənir) kəsilmək.
Hacı Xəlilin səsi getdikcə zəifləşirdi, axırda nəfəs bilmərrə qət olub, dodaqları yavaş-yavaş tərpənirdi. Ə.Haqverdiyev;
2) həll edilmək, həll olunmaq.
Axırda qət olundu ki, təhqiqat getsin. Mir Cəlal.
Qəti-əlaqə etmək – əlaqəsini kəsmək, aranı qırmaq.
…Xalqdan bir dəqiqə də olsa qətiəlaqə etmək yaramaz. M.İbrahimov.
Qəti-nəzər etmək – üz döndərmək, əlaqəni kəsmək.
Qəti-ümid olmaq – ümidini kəsmək, əlini üzmək.
[Qoca:] Məndən aşan iş isə, oğlum, qəti-ümid olub bizi atıb getmə. A.Divanbəyoğlu.