rəhil
rəhmdil
OBASTAN VİKİ
Emoməli Rəhmon
Emomali Rahmon və ya İmaməli Rəhman (tac. Эмомалии Раҳмон, 21 mart 2007-ci ilədək — Emomali Şaripoviç Rahmonov, tac. Эмомалӣ Шарӣпович Раҳмонов; 5 oktyabr 1952) — Tacikistan Respublikasınının 3-cü Prezidenti. Emaməli Rəhman 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Eyni zamanda Tacikistan Demokratik Xalq Partiyasının lideridir. 1971–1974-cü illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib. 1982-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə dövlət universitetindən məzun olub. 1976–1988 illərdə Kölab rayonu Dənğərə bölgəsində kollektiv təsərrüfat ittifaqı komitəsinin sədri olub. Həmçinin o zamanın hakimiyyət qurumlarında müxtəlif vəzifələrdə çalışmışıb.
Fazil Rəhmanzadə
Fazil Rəhmanzadə (tam adı: Fazil Şamil oğlu Rəhmzandə; 9 fevral 1942, Bakı) — Azərbaycanın yazıçı-publisisti. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Rəhmanzadə Fazil Şamil oğlu 9 fevral 1942-ci ildə Bakıda doğulub.1949-cu ildə Orta məktəbin birinci sinfinə daxil olmuşdur.1959-cu ildə Orta məktəbi bitirmişdir həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur(1959–1964). Mətbuata ilk gəlişi "Azərbaycan bədən tərbiyəçisi"qəzetinə korrektor bir müddətlik fasilədən sonra isə müxbir kimi çalışmışdır. Bir müddət isə "Ədəbiyyat və incəsənət"qəzetində işləyib.1961-ci ildə tanınmış jurnalist Şamil Şahməmmədovun dəvət ilə "Bakı" qəzeti ilə əməkdaşlıq edir. Əsasən idman mövzularında yazan F. Rəhmanzadə mədəniyyət sahəsində yazmağa qərar verir və "Bakı" qəzetinə "Bir saat bəstəkarın yanında" adlı yazı təqdim edir. Görkəmli bəstəkar Fikrət Əmirovdan bəhs edən bu yazı ilə "Bakı" qəzetinin yaradıcısı və baş redaktoru Nəsir İmanquliyevi təəccübləndirə bilmişdir həm idman, həm də mədəniyyətdən yazan gənc müxbiri Nəsir İmanquliyev "Bakı" qəzetinə işə dəvət edir. İlk öncə Fazil Rəhmanzadə "Bakı" qəzetində kiçik ədəbi işçi çalışır, daha sonra şöbə müdirinin müavini olur və 1967-ci ildə "Bakı" qəzetində ədəbiyyat, incəsənət və mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunur. Fazil Rəhmanzadə uzun illər bu vəzifədə çalışır. O, bu dövrdə mətbuatda yaradıcılıq fəaliyyəti zamanı əsasən özünə məxsus "Jurnalistin cib dəftərindən" rublikası altından müxtəlif səciyəli , marağlı və dəyərli qeydlər toplusu ilə oxucuların diqqəti cəlb etmişdir. Məhz həmin səpkili yazıları ona böyük şöhrət qazandırmışdır.
Gülüş fenomeni. Sabit Rəhman (film, 2014)
Gülüş fenomeni. Sabit Rəhman — rejissor Sənan Sultanovun 2014-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə görkəmli yazıçı, Azərbaycanın əməkdar incəsənət xadimi Sabit Rəhmanın xatirəsinə həsr olunur. Filmdə "Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir", "Nişanlı qız", "Ulduz", "Hicran" tamaşalarının, "Arşın mal alan", "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?", "Ulduz" filmlərinin kadrlarından istifadə edilmişdir.
Hafiz Rəhmət xan Bəriç
Kuta Baba Hafız Rəhmət xan ibn Şah Aləm bin Mahmud xan Bəriç (d.1708 - ö. 1774) — Hindistanda hökm sürən kiçik Rohilla əfqan dövlətinin nəvvabı. 1708-ci ildə doğuldu; atası, Qərbi Pakistanın Pişin bölgəsindəki Şurabəkdən Çeç Həzarəyə köç edən Əfqan Bəriç tayfasının rəisi Şah Aləm xandır. Şah Aləm xan, əski qulamlarından Davud xanın Hindistanın Kətir (indiki Rohilkənd) bölgəsində özlərinə xidmət etdiyi racə və zəmindarlar nəzdində nüfuz qazanıb yavaş yavaş yəni bir prənslik oluşturması üzərinə onun bu başarısına ortaq olmağı umarak Kətəhirə yönəldi; ancak Davud xanı qısqanması üzündən aralarında çıxan ixtilaf sonucu öldürüldü. Çox keçmədən Davud xanın da öldürülməsi üzərinə yərinə cəsur bir əsgər olan övladlığı Əli Məhəmməd xan keçdi və ona dəvrin Baburlu hökmdarı tərəfindən “nəvvab” ünvanı verildi. Əli Məhəmməd xandan cəsarət alan bölgədəki Əfqan əşirətləri (Rohillalar) Barəilly bölgəsində talana başladılar. Şikayətlər üzərinə Baburlu hökmdarı Nasırəddin Məhəmməd şah (1719-1748) onları cəzalandırmaq üçün hərəkətə keçdi. Ancaq Rohillalar Baburlulara qarşı umulmadıq bir zəfər qazandılar və daha fazla yer ələ keçirmək üçün cəsarətləndilər. Əskidən bəri yayılma siyasəti takib edən Əvəd nəvvabı Səfdər Cəng şiə olduğundan sünni Rohillalardan xoşlanmırdı. Bundan dolayı Baburlu hökmdarını Əli Məhəmmədə qarşı kışkırttı və düzənlənən səfər sonunda Əli Məhəmməd əsir alınıb Dehliyə götürüldü.
Hüseyn Rəhmanov
Hüseyn Əlipaşa oğlu Rəhmanov (dekabr 1902, Bakı – 21 aprel 1938, Moskva) — Azərbaycanın siyasi və dövlət xadimi. H. Rəhmanov 1902-ci ilin dekabrında Bakıda dənizçi ailəsində anadan olmuşdur. O, ilk təhsilini rus-tatar (Azərbaycan) məktəbində almış, 1918-ci ildə isə I Bakı kişi gimnaziyasında oxumuşdur. H. Rəhmanov əmək fəaliyyətinə 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyində kuryer kimi başlamışdır. 1920-ci ildə bir neçə ay Bakı soveti yanında rayon ərzaq komitəsinin evlər idarəsinin təşkilində çalışan H. Rəhmanov könüllü olaraq ordu sıralarına gedir. Sonra o, əsgərlikdən hərbi məktəbə oxumağa göndərilir. H. Rəhmanov 1920–1921-ci illərdə Azərbaycan hərbi məktəbinin kursantı olmuşdur. O, kursant olmasına baxmayaraq, Azərbaycanda antisovet qüvvələrə qarşı mübarizədə iştirak etmişdir. 1921–1924-cü illərdə o, Maştağa və Şəhər rayon komsomol komitələrinin təşkilat şöbəsinin müdiri, Balaxanı-Sabunçu rayon komsomol komitəsinin katibi, Bakı şəhər komsomol komitəsinin təbliğat-təşviqat şöbəsi müdirinin müavini işləmişdir Həsən Rəhmanovun qardaşı, Aza Rəhmanovanın əmisidir. 1924–1926-cı illərdə H. Rəhmanov Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Həsən Rəhmanov
Həsən Əlipaşa oğlu Rəhmanov (dekabr 1900, Bakı – 1 oktyabr 1940, Azərbaycan SSR) — Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi (1936-1937). Hüseyn Rəhmanovun qardaşı, Aza Rəhmanovanın atasıdır.
Həşim Rəhman
Həşim Şərif Rəhman — ABŞ-lı peşəkar boksçu. "The Rock" yəni "Qaya" mənasını verən ləqəblə də məşhurdur. Ağır çəkidə WBC, IBO & IBF üzrə titulların sahibi. Toplam 62 döyüşün 50-sini qalib, 9-unu məğlub, 2-sini isə bərabərliklə keçirib. Qalib olduğu döyüşlərin 40-ı nokautla qeydə alınıb. 2001-ci ildə Lennox Lewisi 5-ci raundda etdiyi nokaut da bu siyahıya daxildir.
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov (film, 2014)
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov — rejissor Sənan Sultanovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə aktyor, film direktoru Tələt Rəhmanovun xatirəsinə həsr olunur.
Maral Rəhmanzadə
Maral Yusif qızı Rəhmanzadə (23 iyul 1916, Bakı – 16 mart 2008, Bakı) — professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam, qrafika ustası, Azərbaycan SSR Xalq rəssamı (1964), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965). Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakının Mərdəkan qəsəbəsində zərgər ailəsində anadan olmuşdur. O, 1922-ci ildə Bakı şəhərində H.Cavid adına 8 saylı qız məktəbində təhsil almışdır. Məktəbdə oxuduğu illərdə "Ana dili" kitabındakı xalq nağıllarına və "Aran köçü" hekayəsinə ilk şəkillərini çəkmişdir. Maral Rəhmanzadə 1930–1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə 1934–1940-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. 1940-cı ildə institutu bitirən qrafika ustası Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında işə düzəlir. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalır, onu xalq düşməni elan edirlər. Altı ay sonra o, Daşkənd həbsxanasında vəfat edir. M. Rəhmanzadə Moskvada işini buraxıb Bakıya qayıtmalı və yaradıcılıq fəaliyyətini burada davam etdirməli olur. Bakıya qayıdan gənc rəssamın elə həmin ildən "Maral Rəhmanzadə" imzalı əsərlər silsiləsi başlanır.
Mehdi Rəhməti
Mehdi Rəhməti (fars. سید مهدی رحمتی‎; 2 fevral 1983, 3 fevral 1983 və ya 3 fevral 1981, Təbriz) — İran futbolçusu. Mehdi Rəhməti 1983-cü ildə İranın Tehran şəhərində anadan olub. Rəhməti əslən Üskülüdür.
Mirzə Məhəmmədəli xan Rəhmətabadi
Mirzə Məhəmmədəli xan Hacı Mirzə Fətəli oğlu Rəhmətabadi (?-?)—Məşrutə hərəkatının fəal üzvü, İranın ictimai xadimi. Mirzə Məhəmmədəli xan Hacı Mirzə Fətəli oğlu Gilan ostanının Rəhmətabad şəhərində anadan olmuşdu. Məşhur Səmia tayfası tayfasındandır. Mülkədar idi. Əyalətin müxtəlif yerlərində mülkləri vardı. Mirzə Məhəmmədəli xan Məşrutə inqilabı dövründə Rəştdən İran Milli Məclisinə vəkil seçilmişdi. O, vəkilliyini namizəd verərkən Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Parlaman vəkilliyinə namizədlər: Ağayi [Seyid Həsən] Tağızadə, Hüseynqulu xan Nəvvab, Vüsuqüddövlə, Ağa Mirzə Əli Məhəmmədəli xan, Ağa Mirzə Əli Məhəmməd xan, Müstəşarüddövlə, Həkimülmülk, Müizüssultan, Mirzə Hüseyn xan Kəsmai, Zəkaülmülk, Mirzə İbrahim xan Münşizadə, Əmidülhükəma, Müxbirülmülk, Əsədüllah mirzə, Muxtarüddövlə, Doktor Vəliyullah xan, Vəhidülmülk, Nizamülhükəma Möhsün mirzə, Mirzə Əbdülqasım xan, Rzaqulu xan rəisi-darülfünun, Sahib Nəsəq, Hacı Əminüzzərb, Fəhmülmülk, Doktor Mənuçöhr xan və digərləri. Adları zikr olunan bu namizədlər ki, əksər siyahılarda vardırlar – hamısı mütərəqqi tərbiyəşödə cavanlardır ki, çoxlarının sinni 30-35-dən o tərəfə keçməmişdir. Bu adamlar məsləkən bütün hürriyyətpərəstdirlər". Mirzə Məhəmmədəli xan Rəhmətabadi sonadək mübarizəni davam etdirdi.
Mucibur Rəhman
Şeyx Mucibur Rəhman (benq. শেখ মুজিবুর রহমান; d. 17.3.1920 — ö. 15.8.1975) — Banqladeş Respublikasının siyasi lideri və dövlətin qurucusu. Banqladeş Respublikası Müvəqqəti Hökumətin baş naziri olmuş və 1971-ci ildə Banqladeşin ilk prezidenti seçilmişdir. Xalq arasında Şeyx Mucib və ya sadəcə Mucib adlanan Mucibur Rəhman, Bangabandhu (benq. বঙ্গবন্ধু — Banqladeş xalqının dostu) adına layiq görülmüşdür. O, həmçinin Banqladeş xaqlnını atası adlanır. Onun qızı Şeyx Hasina 2009-cu ildə ölkənin baş naziri seçilmişdi. Mucibur Rəhman Britaniya Hindistanının Benqal əyaləti Gopalganc rayonu Tongipara kəndində anadan olmuşdur.
Nilufər Rəhmani
Nilufər Rəhmani (fars. نیلوفر رحمانی‎; d. 1992) — 2001-ci ildə "Taliban"ın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu. Uşaqlığından pilot olmaq istəyən Nilufər pilot təhsili almaq üçün ilk olaraq ingilis dilini öyrənib. 2010-cu ildə 18 yaşı olarkən Əfqanıstan Hərbi Hava Qüvvələrinə daxil olub və 2012-ci ildə pilot təhsilini başa vurub. Qadın olduğu üçün ona ölü və yaxud da yaralı əsgərləri daşıması qadağan edilib. Lakin o, bir dəfə qadağanı pozsa da, buna görə cəza almayıb. Nilufər Rəhmani 2001-ci ildə "Taliban"ın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu olub. Özü və ailəsi bir neçə dəfə "Taliban"dan ölüm təhdidləri alsa da hazırda Əfqanıstan Hərbi Hava Qüvvələrində çalışır. ABŞ Dövlət Departamenti tərəfindən "Beynəlxalq Qadın Cəsarət Mükafatı"na (ing.
Nuray Rəhman
Nuray Rəhman (16 iyun 2010, Bakı) — Azərbaycanlı musiqiçi. İfa etdiyi bir çox mahnıların müəllifi atası Əkbər Rəhmandır. Nuray Əkbər qızı Rəhman 16 iyun 2010-cu ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşdur. Nuray Rəhman yaradıcılıq fəaliyyətinə 2013-cü ildə ANS TV kanalında yayımlanan “İrəmlə uşaqdan böyüyə” verilişi ilə başlamışdır. Bu verilişdə fəal iştirakı ilə xalqın sevimlisinə çevirilən Nuray 2014-cü ildə Bəbir və Ülviyyə Bəbirlilərin təşkil etdiyi “Bu Mənəm” musiqili layihəsində iştirak etməklə peşəkar səhnəyə qədəm qoymuşdur. 2014-cü ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi istedadlı uşaqların uğurlarını ictimaiyyətə çatdırmaq və həvəsləndirmək məqsədilə İctimai televiziyanın “Yeni Gün” səhər proqramında elm-təhsil, idman, yaradıcı-əl işi, rəsm və musiqi sahələri üzrə beynəlxalq səviyyədə uğur qazanmış, həmçinin Komitə tərəfindən kubok və diplomla təltif edilmiş uşaqların iştirakı ilə veriliş təşkil etmişdir, N. Rəhman da bu verilişdə mahnı ifa etmişdir. 2015-ci ildə “Bu Mənəm 2” layihəsində yenidən iştirak etmiş, həmin ildən başlayaraq, “Star Kids Group"un təşkil etdiyi tədbirlərin fəxri qonağı olmuş və bu tədbirlər bir neçə il ənənəvi davam etmişdir. 2015-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində yaranmış “Oyuq” studiyasının fəal üzvü olmuş, 2015-ci ilin noyabr ayında “Azərbaycanın Səsi Bala” yarışmasının qalibi olaraq 1-ci yer nominasiyasına layiq görülmüşdür. Həmin ilin dekabr ayında “Türkvision Bala” yarışmasına qatılaraq, 1-ci yerə layiq görülmüşdür. 2016-cı ilin aprel ayında “Xüsusi Təyinatlı İbad” filmində əsir uşaq obrazını ilk rolu olaraq canlandırmış, həmin ildə baş vermiş Aprel döyüşlərindən təsirlənərək ailəsinin dəstəyi və iştirakı ilə söz və musiqisi Şahin Musaoğluna aid olan “İgid Əsgər” mahnısına yeni nəfəs gətirən ilk klipi təqdim olunmuşdur.
Qoşaqışlaq-i Mansur və Rəhman (Biləsuvar)
Qoşaqışlaq-i Mansur və Rəhman (fars. قوشاقشلاق منصورورحمان‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 130 nəfər yaşayır (23 ailə).
Qışlaqəmirxanlı-i Pul-i Rəhman (Pərsabad)
Qışlaqəmirxanlı-i Pul-i Rəhman (fars. قشلاق اميرخانلوپل رحمان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 123 nəfər yaşayır (31 ailə).
Rahid Rəhmanov
Rahid Ramiz oğlu Rəhmanov (21 noyabr 1936, Bakı – 2 iyun 2022) – Azərbaycan neftçi-geoloqu, vulkanoloq, geologiya-mineralogiya elmləri doktoru (1983), böyük elmi işçi (1970), Azərbaycan Respublikasının əməkdar neft və qaz sənayesi işçisi (1991). 1936-cı il noyabrın 21-də Bakı şəhərində neftçi ailəsində anadan olub. 1954-cü ildə Bakı şəhəri 7 saylı orta məktəbi bitirib. 1954–1959 – Azərbaycan Sənaye İnstitutunun (sonralar Azərbaycan Neft və Kimya İnstitutu və indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinin tələbəsi olub. 1959 – Azərbaycan Neft və Kimya İnstitutunun "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə bitirərək "Dağ mühəndisi-geoloqu" ixtisası verilmişdir. 1959–1961 – Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda (sonralar Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutu) regional geologiya qrupunda kollektor, Regional geologiya laboratoriyasının texniki və mühəndisi olmuşdur. 1962–1964 – Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun əyani aspirantı. 1964 – "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Küryanı düzənliyinin palçıq vulkanları və onların qaz-neftliliklə əlaqəsi" mövzusunda dissertasiya müdafiə etmişdir. 1964–1972 – Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun Regional geologiya laboratoriyasının böyük mühəndisi, Riyazi geologiya laboratoriyasında kiçik və böyük elmi işçi. 1972–1986 – Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun "Palçıq vulkanizmi bölməsinin "Palçıq vulkanlarının geologiyası" laboratoriyasının böyük elmi işçisi.
Ramiz Rəhmanov
Ramiz Ələskər oğlu Rəhmanov (15 dekabr 1906, Şamaxı – 15 mart 1983, Bakı) — Azərbaycan SSR neft sənayesinin və Kommunist partiyasının görkəmli xadimi. 1906-cı il dekabrın 15-də Şamaxı şəhərində fəhlə ailəsində anadan olub. Ailəsi 1918-ci ildə məlun mart hadisələrindən sonra Bakıya köçüb. Burada 13 yaşında mətbəədə mürəttib kimi işləməklə yanaşı Realni məktəbdə oxuyur. Sonra N.Nərimanov adına Neft Texnikumunu bitirir. 1927-ci ildə 22 yaşında Qazolin zavoduna direktor təyin olunur. 1928-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-mədən fakültəsinə daxil olur, 1932-ci ildə oranı bitirir. 1932–1936-cı illərdə "Molotovneft" trestində (indiki Ə.Əmirov adına Neft-Qaz Cıxarma İdarəsi) müxtəlif sahələrdə mühəndis vəzifəsində çalışıb. 1937-ci ildə Bakının qazlaşdırılması ilə əlaqədar olaraq, "Bakqaz" trestinə keçirilərək, 1941-ci ilə kimi orada texniki nəzarət şöbəsinin mühəndisi, texniki şöbənin baş mühəndisi, tikinti kontorunun rəisi, trestin baş mühəndisi və direktoru vəzifələrində işləyir. 1941-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə ikitərəfli müqaviləyə əsasən İran ərazisinə daxil olan Sovet ordusunun tərkibində görkəmli partiya və dövlət xadimi Əziz Əliyevin başçılıq etdiyi qrupda qulluq edir.
Rəhman Şirinov
Rəhman Əjdərov
Rəhman Rasim oğlu Əjdərov (14 may 1997; Babək rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Rəhman Əjdərov 1997-ci il mayın 14-də Babək rayonunun Kalbaoruc Dizə kəndində anadan olub. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Rəhman Əjdərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəhman Əjdərov noyabrın 9-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhman Əjdərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhman Əjdərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhman Əjdərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhman Əjdərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəşid Rəhməti Arat
Rəşid Rəhməti Arat (türk. Abdürreşid Rahmeti Arat; 15 may 1900, Köhnə Üzüm[d], Tsarevokokşayski qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 29 noyabr 1964, İstanbul) — Türk dilçi alim, professor. Əslən Kazan türklərindən olan Rəşid Arat, Türkiyədə müqayisəli Türk dili tədqiqatlarının banisi hesab edilir. 15 may 1900-cü ildə bugünkü Tatarıstanın paytaxtı Kazan yaxınlığındakı Köhnə Üzüm şəhərində İsmətulla bəy və Mahbeder xanımın ailəsində anadan olmuşdur. Uşaqlığı və gəncliyi Köhnə Üzüm və Kazanda keçən Arat, ilk təhsilini doğulduğu kənddə tamamlamışdır. Daha sonra dayısı tərəfindən indiki Qazaxıstanın Petropavlovsk şəhərinə aparılır və burada müasir üsulla tədris aparan Türk-Tatar məktəbində təhsilini davam etdirir. Rus dilini də məhz bu təhsil ocağında öyrənmişdir. Vətəndaş müharibəsindən sonra orduya çağrıldı və yaralı olaraq Mançuriyanın Harbin şəhərinə getdi. Harbindəki Türk-Tatar icması arasında yaşamağa və işləməyə başladı. 1921-ci ildə yarımçıq qalan orta məktəb təhsilini tamamlayır.
Sabit Rəhman
Mahmudov Sabit Kərim oğlu (Sabit Rəhman) (26 mart 1910, Nuxa – 23 sentyabr 1970, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi. Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926–1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi — "Pozğun" 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir. Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir. 1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki dram teatrı S. Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.
Sabit Rəhmanın Ev-Muzeyi
Sabit Rəhmanın Ev-Muzeyi — doğulduğu, boya-başa çatdığı ata mülkündə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhəri, 7 sentyabr 2000-ci il, № 163-li Qərarına əsasən Şəki şəhərində Sabit Rəhmanın ev-muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış təklifi qəbul edilib. Bina Sabit Rəhmanın atası Rəhman Əfəndi XIX əsrin əvvəllərində 26 mart 1910-cu ildə inşa edilmişdir. Sabit Rəhman burada anadan olub.XX əsrin əvvəllərində əksər binalar və hasarlar çiy kərpicdən tikilirdi. Rəhman Əfəndi isə binanı daşdan tikdirib, sonra məhəllədə ilk daş hasar da çəkdirib. Elə bu səbəbdən də bu nəsil "Daşagirənlər" adlanırdı. Sabit Rəhmanın doğulduğu ev 2001-ci ildən muzey kimi fəaliyyət göstərir. Muzeydə 541 eksponant nümayiş etdirilir. Sabit Rəhmanın ömür yolunun Şəki və Bakı dövrləri ,ədəbi fəaliyyəti maraqlı eksponatlar vasitəsilə tamaşaçıya çatdırılır. Azərbaycanın böyük bəstəkarı Emin Sabitoğlu Sabit Rəhmanın oğludur.
Zillur Rəhman
Zillur Rəhman (benq. জিল্লুর রহমান) — banqladeşli siyasi və dövlət xadimi. Zillur Rəhman, 1929-cu il, martın 9-da vəkil ailəsində anadan olmuşdur. Ali təhsilini Dəkkə Universitetində tarix və hüquq ixtisası üzrə almışdır. 1952-ci ildə benqal azadlıq hərəkatına qoşulmuşdur. 1970-ci ildə o zaman Pakistanın bir hissəsi olan Banqladeş parlamentinə seçilmişdir. Banqladeşin tanınmayan milli hökümətinin fəal əməkdaşı idi. Ölkədə müstəqilliyin bərqərar edilməsindən sonra da siyasi fəaliyyətini davam etdirərək "Liqi Avami" partiyasının baş katibi oldu. 1973-cü ildən Banqladeş Parlamentinin üzvü idi. Prezident Micibur Rəhmanın ölümündən sonra ölkənin yeni hərbi rəhbərliyinin represiya təzyiqlərinə məruz qaldı.
Çaudhri Rəhmət Əli
Çaudhri Rəhmət Əli (urdu چودھری رحمت علی;16 noyabr 1897, Balaçaur[d], Pəncab[d], Britaniya Hindistanı, Xoşiapur[d], Britaniya Hindistanı və ya Pəncab[d], Britaniya Hindistanı – 3 fevral 1951, Kembric, Kembricşir qraflığı[d] və ya Birləşmiş Krallıq) — Pakistan dövlətinin yaradılmasının ən erkən tərəfdarlarından biri olan Pakistan millətçisi idi.Pakistan Hərəkatının yaradıcısı kimi tanınır. Rəhmət Əlinin seminal töhfəsi 1933-cü ildə Kembric Universitetində bir hüquq tələbəsi olarkən "İndi ya da heç vaxt; Həmişəlik yaşayacağıq ya da məhv olmalıyıq?" Adlı bir kitab şəklində "Pakistan Bəyannaməsi" olaraq da tanınmışdır. Kitabça Londonda Üçüncü Dəyirmi Masa Konfransı üçün İngilis və Hindistan nümayəndələrinə gizli məktub olaraq göndərmişdi. Məktubların ona aid olduğu bilinəndən sonra o, işdən azad edildi. Lakin 1940-cı ilə qədər subkontinental müsəlman siyasəti qəbul etmək üçün toplandı və dərhal Hindistanın Mətbuatda "Pakistan qətnaməsi" adlandırılan Bütün Hindistan Müsəlman Lahor Lahor Qətnaməsinə səbəb oldu.

Digər lüğətlərdə