REALQAR
REEKSPORT
OBASTAN VİKİ
Rebrendinq
Rebrendinq (ing. rebranding) — brendin (əmtəə nişanının) və ya onun tərkib hissələrinin dəyişdirilməsi ilə bağlı aparılan kompleks tədbirlər planıdır. Tərkib hissələri isə bunlardır: adı, loqotipi, bədii tərtibatı və brendin ümumi ideoloji mövqeyi. Rebrendinq məhsul və ya xidmətin inkişafı üçün brendin hazırkı vəziyyətinin təkmilləşdirilməsi kimi başa düşülür. Rebrendinq prosesində brendin adı, loqosu, sloqanı və s. kimi dəyişdirilməsi baş verə bilər. Həmçinin brendin reklam və marketinq siyasətlərinin dəyişdirildiyi rebrendinqlər də olub. Ümumiyyətlə Rebrendinq məhsul və ya xidmətin mövcud vəziyətindəki mənfi halları aradan qaldırmaq üçün yenidən qurulma prosesi kimi də şərh olunur. Satışa mənfi təsir edən səbəbləri aradan qaldıran zaman bəzən istehlakçılar bunu hiss eləməyə də bilər. Buna görə istehsalçılar belə düşünürlər ki, yenilənmə prosesini istehlakçılara çatdıranda onların şüurlarındakı həmin mənfi halları da silə biləcəklər.

Значение слова в других словарях

конфигури́роваться неперено́сный обка́пывание пуши́ца разы́скиваться так и бы́ть ту́кманка депоне́нт манифеста́ция неча́янность отра́вленный профтехучи́лище расслабе́ть фолиант church school covert mercilessness multiple-path preclusive resolutive condition rounders travel bureau порядочность радоновый штурвальный