RÜTBƏ
SABAH
OBASTAN VİKİ
RZA
Robert Fitzgerald Diggs, ya da daha çox tanınan səhnə adı ilə RZA (5 iyul 1969), Amerikalı Qremmi Mükafatına layiq görülmüş rekord prodüser, reper, yazıçı, aktyor, ssenarist və rejissordur.
Elxan Rza
Elxan Rzayev (aktyor)
Rza (ad)
Rza — kişi adı, təxəllüs. Rza — Əli ibn Musa Rza Təhmasib — Azərbaycan kinorejissoru, aktyor və pedaqoq. Rza Bəraheni — roman yazıçısı və şair. Rza Hüseyni Nassab — Hamburqda İslam Mərkəzi müdiri Rza Xodadadi — rəssam, heykəltaraş, akademik və tədqiqatçı, Rza şah Pəhləvi — İran şahı (1925-1941), pəhləvilər sülaləsinin banisi. Rza Əfqanlı — Azərbaycan teatr və kino aktyoru. Rza Xudiyev — Aktyor Rza Darablı — Azərbaycanın əməkdar artisti (1933).
Rza Abbasi
Rza Abbasi (fars. رضا عباسی‎) və ya Ağa Rza (1565, Kaşan, İsfahan ostanı – 1635, İsfahan) — İran miniatürçüsü. Məşhəddə, sonralar isə İsfahanda I Şah Abbasın sarayında işləmişdir. Ağa Rza miniatürə qrafk xüsusiyyətlər vermiş, miniatür portret sənətini inkişaf etdirmişdir. Firdovsinin "Şahnamə" əsərinə Ağa Rzanın çəkdiyi illüstrasiyalar Dublində ingilis kolleksiyaçısı Çester Bittinin kitabxanasında, 12 miniatürü ilə Paris Milli Kitabxanasında saxlanır. == İstinadlar == == Əlavə ədəbiyyat == Адамова А. Т. Персидская живопись и рисунок XV - XIX веков в собрании Эрмитажа. СПб: Славия. 1996. ISBN 5-88654-023-7. Brend, Barbara.
Rza Aslanov
Rza Aslanov (Tam adı: Rza Əlipaşa oğlu Aslanov; d.14 noyabr 1911, Goranboy, Xanqərvənd k. Azərbaycan SSR - ö.27 oktyabr 2000, Bakı, Azərbaycan) — Kirovabad (Gəncə) şəhər Partiya Komitəsinin birinci katibi == Həyatı == Rza Əlipaşa oğlu Aslanov 1911-ci ildə Qasım İsmaylov (indiki Goranboy) rayonu, Xanqərvənd kəndində anadan olmuşdur. Atası 1915-ci, anası isə 1920-ci illərdə vəfat etmişlər. 1925-ci ilə kimi qohumların himayəsində böyümuşdür. 1925-ci ildə Gəncə şəhərində uşaq evinə yerləşdirilmişdir. 1925-1927-ci illərdə Bakıdakı V.İ Lelnin adına toxuculuq fabrik-məktəbində oxumuşdur. Onu Gəncədəki S.Orjenikidze adına toxuculuq fabrikinə işə göndərirlər. O, burada 4 il fəhlə işləmişdir. Sonra 5 il komsomol işində çalışıb, məsul partiya işlərinə irəli çəkilib. 1949-1953-cü illərdə S.M. Kirov adına ADU-nin (indiki BDU) tarix fakültəsində təhsil almışdır.
Rza Avşar
Rza Muxtar oğlu Avşarov (Rza Avşar; 26 sentyabr 1949, Kirovabad) — müasir Azərbaycan rəssamlıq məktəbinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikasının əməkdar rəssamı (2009). == Həyatı == Rza Avşarov 26 sentyabr 1949-cu ildə Gəncə şəhərində Azərbaycanın Xalq artisti, istedadı, sadəliyi və vətənpərvərliyi ilə tanınan, görkəmli teatr və kino aktyoru, xalqımızın sevimlisi Muxtar Avşarovun ailəsində dünyaya göz açmışdır. Uşaq yaşlarından atası ilə birlikdə C. Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının daimi tamaşaçısına çevrilsə də onun diqqətini aktyorların oyunundan daha çox müxtəlif obrazların təsirli oyununun reallıq kimi qəbulunu şərtləndirən əlvan dekorasiyalar cəlb edirdi. O vaxtlar yəqin ki, nə zamansa teatrda hələ o dövrdə adlarını çəkə bilmədiyi rəssamlar kimi tamaşalara tərtibat verə biləcəyi ağlına belə gəlməzdi. Nəhayət, o bir müddət sonra rəssam olmağa qərar verir. Elə bu istəklə də Gəncə Rəssamlıq Məktəbinə daxil olan Rza Avşar sonralar, 1965–1969-cu illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində Ə. Məmmədovdan, Abdülxaliq və Arif Qazıyevdən, 1972–1977-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Bədii qrafika" fakültəsində N. Əbdülrəhmanov və T. Şıxəliyevdən dərs alıb. Rza Avşar ümidləri hələ tələbə ikən, 1973-cü ildə "Respublika yaz sərgisi"ndə nümayiş etdirdiyi "Natürmort" əsəri ilə doğrultmağa başlayıb. Beləcə, axtarışlar axtarışları, sərgilər sərgiləri əvəzlədi və 1982-ci ildə onu SSRİ Rəssamlar İttifaqına üzv qəbul etdilər. Müasir Azərbaycan rəssamlıq sənətinin tanınmış nümayəndəsi Rza Avşarov bu gün kamil bir sənətkar kimi incəsənətimizin zəngin ənənələrini əsərlərində Qərb və Şərq mədəniyyətlərinin üzvü vəhdəti şəklində təcəssüm etdirir. Azərbaycan Ağsaqqallar Şurasının üzvü olaraq ictimai fəaliyyətini yaradıcılığı ilə həmişə sıx bağlayaraq, Vətənimizin gözəllikləri ilə yanaşı, ağrı-acılarını da əks etdirdiyi əsərləri ilə gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə olunmasına mühüm töhfələr verir.
Rza Avşarov
Rza Muxtar oğlu Avşarov (Rza Avşar; 26 sentyabr 1949, Kirovabad) — müasir Azərbaycan rəssamlıq məktəbinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikasının əməkdar rəssamı (2009). == Həyatı == Rza Avşarov 26 sentyabr 1949-cu ildə Gəncə şəhərində Azərbaycanın Xalq artisti, istedadı, sadəliyi və vətənpərvərliyi ilə tanınan, görkəmli teatr və kino aktyoru, xalqımızın sevimlisi Muxtar Avşarovun ailəsində dünyaya göz açmışdır. Uşaq yaşlarından atası ilə birlikdə C. Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının daimi tamaşaçısına çevrilsə də onun diqqətini aktyorların oyunundan daha çox müxtəlif obrazların təsirli oyununun reallıq kimi qəbulunu şərtləndirən əlvan dekorasiyalar cəlb edirdi. O vaxtlar yəqin ki, nə zamansa teatrda hələ o dövrdə adlarını çəkə bilmədiyi rəssamlar kimi tamaşalara tərtibat verə biləcəyi ağlına belə gəlməzdi. Nəhayət, o bir müddət sonra rəssam olmağa qərar verir. Elə bu istəklə də Gəncə Rəssamlıq Məktəbinə daxil olan Rza Avşar sonralar, 1965–1969-cu illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində Ə. Məmmədovdan, Abdülxaliq və Arif Qazıyevdən, 1972–1977-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Bədii qrafika" fakültəsində N. Əbdülrəhmanov və T. Şıxəliyevdən dərs alıb. Rza Avşar ümidləri hələ tələbə ikən, 1973-cü ildə "Respublika yaz sərgisi"ndə nümayiş etdirdiyi "Natürmort" əsəri ilə doğrultmağa başlayıb. Beləcə, axtarışlar axtarışları, sərgilər sərgiləri əvəzlədi və 1982-ci ildə onu SSRİ Rəssamlar İttifaqına üzv qəbul etdilər. Müasir Azərbaycan rəssamlıq sənətinin tanınmış nümayəndəsi Rza Avşarov bu gün kamil bir sənətkar kimi incəsənətimizin zəngin ənənələrini əsərlərində Qərb və Şərq mədəniyyətlərinin üzvü vəhdəti şəklində təcəssüm etdirir. Azərbaycan Ağsaqqallar Şurasının üzvü olaraq ictimai fəaliyyətini yaradıcılığı ilə həmişə sıx bağlayaraq, Vətənimizin gözəllikləri ilə yanaşı, ağrı-acılarını da əks etdirdiyi əsərləri ilə gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə olunmasına mühüm töhfələr verir.
Rza Bahari
Rza Bahari- şair,Fətəli şah Qacar zamanında yaşayırdı və azərbaycan dilində şeirlər yazırdı.Bahar şəhərində dünyaya gəlib və bu şəhərdə vəfat edib. == Həyat == == Əsərlər == == Həmçinin bax == == İstinadlar == == Mənbə == Nuri, Cavad və Cəlili Hünərmənd, Səid.
Rza Baxşəliyev
Baxşəliyev Rza İbrahim oğlu (22 mart 1899 – 30 yanvar 1992, Bakı) — yunan-roma və sərbəst güləş üzrə azərbaycanlı idmançı. SSRİ əməkdar idman ustası (1943), Azərbaycan SSR əməkdar məşqçisi (1962), ümumittifaq dərəcəli hakim (1961), əməkdar bədən tərbiyəsi və idman xadimi (1969). == Həyatı == Azərbaycanda güləş idman növünün inkişafında mühim rol oynamış Rza Baxşəliyev 1925–1945-ci illəri əhatə edən karyerası ərzində klassik güləş üzrə 20, sərbəst güləş üzrə isə 7 dəfə ölkə çempionu olmuşdur. O həmçinin uzun müddət Azərbaycan Dövlət Universitetinin bədən tərbiyəsi kafedrasına rəhbərlik edib (1937–1965). 7 dil bilən Rza Baxşəliyev güləşlə yanaşı dama oyunu ilə maraqlanırdı və bu idman növü üzrə müxtəlif yarışlarda iştirak edirdi. Baxşəliyev həm də görkəmli idman müəllimi kimi tanınır. Onun tələbələri arasında SSRİ çempion və mükafatçıları İbrahimpaşa Dadaşov, Musa Babayev, Muxtar Dadaşov və ilk azərbaycanlı olimpiya mükafatçısı Rəşid Məmmədbəyov kimi güləşçilər olmuşdur.
Rza Bədəlov
Rza Bədəlov (25 sentyabr 1915, Bakı – 1987, Bakı) — texnika elmləri doktoru (1965), professor, AMEA-nın müxbir üzvü (1968). == Həyatı == Rza Bədəlov Bakı şəhərində 25 sentyabr 1915-ci ildə anadan olub. Ali təhsilini 1941-ci ildə Azərbaycan Dövlət Neft və Sənayə Universitetində alıb. Universitetin Neft-mexanika fakültəsində Mühəndis-mexanik ixtisası üzrə təhsil alıb. == Əmək fəaliyyəti == Rza Bədəlov 1941–1944-cü illərdə "Əzizbəyovneft" trestinin Me­xa­niki təmir zavodunda mühəndis-konstruktordan sex rəisinə qədər müxtəlif vəzifələrdə işləyib. 1944–1947-ci illərdə AzSİ-nun aspirantı olub. 1947–1968-ci illərdə AzNKİ-də baş müəllim, dosent, professor, dekan müa­vini, Neft-mexanika fakültəsinin dekanı, Nəzəri mexanika kafedrasının müdiri vəzifələrini icra edib. Rza Bədəlov 1968-1976-cı illərdə Azərbaycan Politexnik İnstitutunun rektoru və Nəzəri mexanika kafedrasının müdiri olub. Habelə 1976–1987-ci illərdə AzNKİ-nun Neft-mədən mexanikası və Maşın və mexanizmləri kafedrasının müdiri vəzifələrini icra edib. == Elmi fəaliyyəti == Rza Bədəlov dağ süxurlarının dağıdılmasının mexanikası sahəsində tanınmış alimdir.
Rza Bəraheni
Rza Bərahəni (13 dekabr 1935, Təbriz – 25 mart 2022, Toronto) — Azərbaycan əsilli roman yazıçısı, ədəbi tənqidçi, siyasi mühacir və şair. == Həyatı == Rza Bərahəni 1935-ci ildə Təbrizdə dünyaya gəlib. O, Azərbaycan Milli Höküməti (1945–1946) dönəmində ilk təsilini ana dilində almışdır. Bir sürə sonra ana dili olan türkcə yasaq edildiyindən təhsilini farsca davam etdirmişdir. 1965–1983-cü illərdə İranın Tehran Universitetində çalışan Rza Bərahəni istər Pəhləvi hakimiyyəti dövründə, istərsə də İslam Cümhuriyyəti dönəmində dəfələrlə siyasi baxşlarına görə həb olunmuşdur. 1996-cı ildə İranı tərk edərək Kanadada məskunlaşan Rza Bərahəni ömrünün son illərinə kimi Toronto şəhərində yaşamışdır. O, uluslararası PEN-in üzvü olmuşdur. Həmçinin 2001-ci ildən ömrünün son illərinədək Kanada PEN-in başqanı kimi fəaliyyət göstərmişdir. Rza Bərahəni 25 mart 2022-ci ildə Torontoda vəfat etmiş, şəhərin Elgin Mills qəbiristanlığında dəfn olunmuşdur. == Xatirələri == Azərbaycan Milli Hökuməti dövründə ana dilində təhsil almağı ilə bağlı bunları xatırlayır: 1946-cı ildə Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra baş verən hadisələr haqqında bunları xatırlayır: == Həmçinin bax == Cavad Heyət Həmid Nitqi Varlıq (jurnal) == İstinadlar == == Mənbə == Pərvanə Məmmədli, Nobel mükafatına təqdim edilmiş yazar Rza Bərahəni kimdir?
Rza Bərahəni
Rza Bərahəni (13 dekabr 1935, Təbriz – 25 mart 2022, Toronto) — Azərbaycan əsilli roman yazıçısı, ədəbi tənqidçi, siyasi mühacir və şair. == Həyatı == Rza Bərahəni 1935-ci ildə Təbrizdə dünyaya gəlib. O, Azərbaycan Milli Höküməti (1945–1946) dönəmində ilk təsilini ana dilində almışdır. Bir sürə sonra ana dili olan türkcə yasaq edildiyindən təhsilini farsca davam etdirmişdir. 1965–1983-cü illərdə İranın Tehran Universitetində çalışan Rza Bərahəni istər Pəhləvi hakimiyyəti dövründə, istərsə də İslam Cümhuriyyəti dönəmində dəfələrlə siyasi baxşlarına görə həb olunmuşdur. 1996-cı ildə İranı tərk edərək Kanadada məskunlaşan Rza Bərahəni ömrünün son illərinə kimi Toronto şəhərində yaşamışdır. O, uluslararası PEN-in üzvü olmuşdur. Həmçinin 2001-ci ildən ömrünün son illərinədək Kanada PEN-in başqanı kimi fəaliyyət göstərmişdir. Rza Bərahəni 25 mart 2022-ci ildə Torontoda vəfat etmiş, şəhərin Elgin Mills qəbiristanlığında dəfn olunmuşdur. == Xatirələri == Azərbaycan Milli Hökuməti dövründə ana dilində təhsil almağı ilə bağlı bunları xatırlayır: 1946-cı ildə Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra baş verən hadisələr haqqında bunları xatırlayır: == Həmçinin bax == Cavad Heyət Həmid Nitqi Varlıq (jurnal) == İstinadlar == == Mənbə == Pərvanə Məmmədli, Nobel mükafatına təqdim edilmiş yazar Rza Bərahəni kimdir?
Rza Bəşirov
Rza Ənvər oğlu Bəşirov (16 may 1960, Bakı) — Professor, Şərqi Aralıq Dənizi Universitetinin incəsənət və elm fakültəsinin dekanı. == Həyatı == Rza Bəşirov 1960-cı il mayın 16-da Bakı şəhərində anadan olub. 1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tətbiqi riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982–1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda işləyib. 1984–1986-cı illərdə Moskvada SSRİ EA-nın hesablama riyaziyyatı şöbəsində təcrübə keçib. 1990-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Yenilənən çoxkaskadlı kommutasiya şəbəkələrinin tikintisi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. Sonra Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda işə başlayıb. 1990-cı ildən baş elmi işçi, 1991-ci ildən isə Kibernetika İnstitutunda laboratoriya müdiri olub. 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin riyazi kibernetika kafedrasında dərs deyib. 1993-cü ildən Şimali Kipr Türk Cümhuriyyətində yerləşən Şərqi Aralıq Dənizi Universitetində işləyir.
Rza Darablı
Rza Darablı (orijinal adı: Rza Nəcəfəli (Nəcəfqulu) oğlu Hüseynov; 1883 – 23 mart 1942) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan SSR-in əməkdar artisti (1933). == Həyatı == Rza Darablı 1883-cü ildə Bakıda doğulub. Əvvəlcə mədrəsədə, sonra türk-rus məktəbində təhsil alıb. Savadını ölkə xaricində ali məktəbdə davam etdirməyə çalışıb, lakin buna nail ola bilməyib. Mədəniyyətin müxtəlif sahələrinə maraq göstərib. 1911-ci ildən arasıra "Nicat" mədəni-maarif cəmiyyətinin truppasında epizodik, sözsüz surətlər oynayıb, üç il sonra isə müntəzəm şəkildə teatr tamaşalarında iştirak edib. Azərbaycanın ilk parodiyaçı aktyorlarından sayılır. Rza Darablı "Nicat", "Səfa", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" truppalarında dram, faciə, komediya, opera və operetta tamaşalarında maraqlı rollar oynayıb. Üzeyir bəy Hacıbəyovun "Şah Abbas və Xurşid Banu" operasındakı Məstavər obrazının ifaçısı olub. 1919-cü ildən bugünkü Milli Dram Teatrının truppasında aparıcı aktyorlardan biri kimi çıxışlar edib.
Rza Diqqəti
Reza Deqati (26 iyul 1952, Təbriz) Rza Diqqəti (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Güney Azərbaycan əsilli fransız fotoqrafı, humanist. == Həyatı == Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.
Rza Xudiyev
Rza Əli oğlu Xudiyev (5 mart 1962, Culfa) — Azərbaycan aktyoru. Azərbaycanın xalq artisti (2008) == Həyatı == Rza Əli oğlu Xudiyev 5 mart 1962-ci ildə Culfada anadan olub. 1983-cü ildə hərbi xidmətini başa vurduqdan sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyorluğu" fakültəsinə daxil olub. == Fəaliyəti == 1987-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyətə başlamışdır. Həmin ildən bu günədək Naxçıvan teatrında çalışır. Teatrda tamaşaya qoyulan tamaşalarda qırxa yaxın rollar oynamışdır. Rza Xudiyev ilk növbədə, yüksək səhnə mədəniyyəti, daxili zənginliyi, ifadə vasitələrinin orijinallığı və estetik tənasübü ilə seçilir. İfa etdiyi obrazlar, xarakterindən asılı olmayaraq, parlaq insani cizgiləri, canlılığı və həyatiliyi, realist təsir gücü ilə tamaşaçılarda müsbət emosional duyğular oyadır. Aktyorun istedadı çoxyönlüdür, daxili duyğuları zəngindir və buna görə də yaratdığı səhnə obrazları müxtəlifdir, təzadlıdır, qəhrəmandır, tip-xarakterdir və s. Tarixi şəxsiyyətləri, qəhrəmanları ifa edəndə həmin obrazların ictimai-sosial mənsubiyyəti ilə mənəvi-psixoloji xüsusiyyətlərini ahəngdar vəhdətdə verir.
Rza Zaki
Rza bəy Lətifbəyov (Rza Zaki) — pedaqoq, yazıçı. == Həyatı == Şəkidə üsuli-cədid məktəbində, Batumda Anxazi məktəbində, Gəncə Ruhani Seminariyasında (1906–1909), Göyçayda müsəlman cəmiyyətinin "İqbal" məktəbində (1910), Hacı Zeynalabdin Tağıyevin fabrik məktəbində (1910–1914) və rus-Azərbaycan (rus-müsəlman) məktəbində (1915–1920) Azərbaycan dilindən və şəriətdən dərs demişdir. Rza Zaki XX əsrin əvvəllərində bədii yaradıcılıqla məşğul olmuş, "Zavallı Cavad" (1912), "Fədayi-eşq" (1912), "Koroğlu" (1913) romanlarını, "Sultan Ədbülhəmidin xəli" (1913) pyesini yazıb nəşr etdirmişdir. Azərbaycanın istiqlal yazıçısı Seyid Hüseyn Rza Zakinin nəsr əsərlərinin ideya-bədii cəhətdən zəifliyini, xüsusilə Avropa məişətinin Azərbaycan adət-ənənəsi kimi təsvir olunmasını, xalq ədəbiyyatı nümunələrinin bəsit əksini kəskin surətdə tənqid etmişdir. Rza Zaki Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət teatr truppasının inzibatçısı vəzifəsində işləmiş, 1919-cu il oktyabrın 24-də teatr mövsümü onun nitqi ilə açılmış, sonra İsa bəy Aşurbəyovun tarixi movzuda "Azərbaycan" pyesinin tamaşası göstərilmişdi. Həmin ildə Rza Zakinin "Sultan Əbdülhəmidin xəli" pyesi də tamaşaya qoyulmuşdu.
Rza Zərrab
Rza Zərrab, Rza Sərraf (12 sentyabr 1983, Təbriz) — Cənubi azərbaycanlı iş adamı. Türkiyə sahibkarı. == Həyatı == Rza Zərrab 1983-cü ildə Təbrizdə anadan olub. İran və Türkiyə vətandaşlığına sahibdir. == Fəaliyyəti == Rza Zərrab iş fəaliyyətinə 1996-cı ildən başlayıb. O, "Al Nafees Exchange" və "Al Salam Center Exchange" firmaları ilə Dubayda maliyyə sektorunda fəaliyyət göstərib. Türkiyədəki fəaliyyətinə isə "Royal" dənizçilik şirkəti ilə başlayıb. 2008-ci il yanvarın 25-də əsası qoyulan şirkətin qurucuları Türkiyənin "Ticaret Sicil" qəzetində belə təqdim olunub: Rza Sərraf, Əhəd Xabaztamımı, Apdullah Həppani, Humayun Zatpəvər və Turqut Həppani. Rza Zərrab Türkiyədə 2008-ci ildən fəaliyyət göstərir. İş adamı hazırda 10 müxtəlif istiqamətdə fəaliyyət göstərən Royal Holdinqin sahibidir.
Rza İbadov
Dr. Rza Aydın oğlu İbadov (20 mart 1966, Naxçıvan) — azərbaycanlı siyasətçi, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Rza İbadov 1966-cı il martın 20-də Naxçıvan şəhərində anadan olub. M. V. Lomonosov adına Mosva Dövlət Universitetində tarix üzrə ali təhsil alıb. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. 2005-ci ildə Londonda yaşamağa başlayandan sonra Huron Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi, Fransa Beynəlxalq Münasibətlər və Strategiyalar İnstitutunda isə beynəlxalq münasibətlər üzrə doctorluq dərəcəsi alıb. Rza İbadov ailəlidir, bir övladı var. == Siyasi fəaliyyəti == Rza İbadov 1990–1995-ci illərdə Naxçıvan MR Ali Məclisinin üzvü, Ali Məclisin Gənclər və idman Komissiyasının isə sədri olub. 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 4 nömrəli Babək-Şahbuz dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Rza İbadov I çağırış Milli Məclisin deputatı seçilib.
Rza İsfəndiyarlı
Rza İsfəndiyarlı (12 mart 1896, Naxçıvan – 26 yanvar 1972, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının əməkdar artisti. == Həyatı == Rza İsfəndiyarlı 1896-cı il martın 12-də Naxçıvan şəhərində anadan olub. Hüseyn Ərəblinskinin Naxçıvana səfəri zamanı teatrda sənhələşdirdiyi N. Nərimanovun "Nadir şah" faciəsində kütləvi səhnələrdə iştirak etməklə aktyor fəaliyyətinə başlayıb. 1912-ci ildə Naxçıvan teatrının səhnəsində N.B. Vəzirovun "Pəhləvani-zəmanə" pyesində Qurban kşi rolunu çox məharətlə yaradıb. Naxçıvan teatrının 20-ci əsrin birinci yarısında ən layiqli sənətkarlarından olub. Onun obrazlar qalareyasında "Arşin mal alan"da Əsgər, "Ölülər"də Şeyx Əhməd, Şeyx Nəsrullah, "Solğun çiçəklər"də Axund, "Aydın"da Mirzə Cavad, "Şeyx Sənan"da Dərviş, Kor Ərəb, Şeyx Kəbir kimi rollar var. Rza İsfəndiyarı Naxçıvan teatrının səhnəsində 150-dən çox rol oynayıb. Onun səhnə fəaliyyəti Naxçıvan teatrının salnaməsinə əbədi daxil olub. H. Ərəblinski, R. Təhmasib, Ə. Qəmküsar, B. Kəngərli və başqa böyük sənətkarlarla çiyin-çiyinə çalışan R. İsfəndiyarlı Naxçıvan teatrının ölməz sənətkarlarındandır. Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Rza İsfəndiyarlı 1972-ci il yanvar ayının 26-da Naxçıvan şəhərində vəfat edib.
Rza İsmayılov
Rza Paşa oğlu İsmayılov — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949). Rza Məmmədrza oğlu İsmayılov — dövlət xadimi, Azərbaycan SSR meşə sənayesi naziri.
Rza Şahvələd
Rza Şahvələd — Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərmiş azərbaycanlı jurnalist. == Həyatı və təhsili == Rza Nəbi oğlu Şahvələd 1909-cu ildə Tiflisdə anadan olub. Bakıda iki illik seminariyanı bitirib. == Fəaliyyəti == Bakıda iki illik seminariyanı bitirdikdən sonra 1929-1935-ci ilədək məktəb müdiri, 1935-1937-ci ilədək Qarayazı və Adıgün rayonlarında maarif şöbə müdiri vəzifəsində çalışıb, sonra “Sovet Gürcüstanı” qəzetində şöbə müdiri, 1941-1944-cü ilə qədər Gürcüstan Yazıçılar İttifaqı Azərbaycan bölməsinin sədri vəzifəsində işləyib. Rza Şahvələd müxtəlif vəzifələrdə çalışmaqla bərabər, ali təhsil almağı da unutmayıb. 1944-cü ildən Bakıya köçən R. Şahvələd əvvəlcə “Kommunist” qəzetində şöbə müdiri, sonra “Elm və Həyat” jurnalının baş redaktoru (1959-1965) işləyib. Rza Şahvələd hekayələri və pyesləri ilə də oxuculara yaxşı tanışdır. Onun “Başmaq” (1939), “Hekayələr” (1950), “Könüldə bahar” (1962), “Qonşu qardaşlar” (1984) nəsr topluları, o vaxtlar Tiflis Azərbaycan Dövlət Dram Teatrının səhnəsində oynanılan tamaşaları maraqla qarşılanıb. Rza Şahvələd tərcümə sahəsi ilə də ciddi məşğul olub. Onun ən çox tərcümə etdiyi Akaki Seretelinin əsərlərindən nümunələr olub.
Rza şah
Rza şah Pəhləvi (fars. رضا پهلوی‎; 15 mart 1878, Alaşt, Mazandaran ostanı – 26 iyul 1944, Yohannesburq, Transvaal[d]) — İran şahı (1925–1941), Pəhləvilər sülaləsinin banisi. Əhməd şah Qacarı devirib Pəhləvi xanədanını qurmuşdur. Onun qurduğu Pəhləvi rejimi sekulyarist, milliyyətçi, militarist və anti-kommunist rejimdir. == Doğumu == Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində anadan olmuşdur. Atası Abbas Əli (1815–1878) Savadkuhda polkovnik idi. Anası Nüşafarin Zəhra Qafqazlı immiqrant idi. Rza Xanın babası Murad Əli Xan bir əsgər idi və 1848-ci ildə Herat mühasirəsində həyatını itirdi. Murad Əli Xanın 7 oğlu var idi. İlk oğlu Çıraq Əli Tehranda yaşamış və orduda xidmət etmişdir.
Rza Əfqanlı
Rza Rüstəm oğlu Əfqanlı (Cəfərzadə) (15 may 1899 və ya 1899, Sərab, Cənubi Azərbaycan – 9 noyabr 1973 və ya 1973, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943). == Həyatı == Rza Rüstəm oğlu Cəfərzadə (Rza Əfqanlı) 1899-cu il mayın 15-də İran Azərbaycanının Sərab şəhərində doğulub. İki yaşında olarkən atası Rüstəm kişi vəfat edib. Rza doqquz yaşından varlıların qapılarında nökərçilik etməyə, quzu otarmağa məcbur olub. Ailəsini dolandırmaq məqsədilə 1912-ci ilin yazında Bakıya gəlib. 1916-cı ildə Pyatiqorska gedib və orada Çəkməçi şagirdi işləyib, iki il sonra rus ordusunda könüllü xidmət edib. 1920-ci ildə Bakıya dönən Rza Əfqanlı əvvəl Sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq edib və tezliklə Akademik teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başlayıb.1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülüb və paralel olaraq 1926-cı ildə Bakı Teatr Məktəbini bitirib. 1929-cu ildə rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. 1933–1934-cü il teatr mövsümündə Türkmənistan respublikasının paytaxtı Aşqabaddakı "Az Millətlər Teatrı"nda ("Natsmen" Teatrı) baş rejissor olub. 1935-ci ilin əvvəllərində yenə Milli Dram Teatrının kollektivinə qayıdıb.
Rəsul Rza
Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev; 6 (19) may 1910, Göyçay – 1 aprel 1981, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan YB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR xalq şairi (1960), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Stalin mükafatı laureatı (1951). == Həyatı == Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. Mənşə etibarı ilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır. Anası Məryəm poetik istedada malik olmuş, öz şerlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır. "Poeziya zəhmət və ilhamdır" avtobioqrafik qeydlərində R. Rza öz tərcümeyi-halına keçərkən belə qeyd etmişdir: Rza öz tərcümeyi-halında daha sonra yazırdı ki, onun evlinə qəzet və jurnallar gələrdi, "Molla Nəsrəddin", rus dilində çıxan "Niva", "Probujdeniye" nəşrlərini alırdı. Bütün bu faktorlar Rzanın mənəvi tərbiyəsində mühüm rolu olmuşdur. O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə almışdır. Üstəlik, şairin anasının şairlik təbi varmış. Anası Məryəm oxumaq bilirmiş, ancaq yazmağı bacarmayırdı və buna görə də şeirlərini əzbər deyərmiş və yadında saxlayarmış.
Abbas Rzayev
Abbas Rzayev (3 mart 1904, Zəncan, Cənubi Azərbaycan – 12 iyun 1976, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Aktyor Abbas Mirzə oğlu Rzayev 1904-cü ildə Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olmuşdur. O, ilk dəfə səhnəyə 1924-cü ildə Dənizçilər klubunun dram dərnəyində çıxmışdır. 1924–1927-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinin aktyorluq şöbəsində oxumuşdur. 1926-cı ildə Milli Dram Teatrının aktyor truppasına götürülüb. O, Azərbaycan Kukla Teatrının ilk aktyorlarında biri olmuşdur. Azərbaycan kinosunda 10-dan çox filmdə çəkilmişdir. Aktyor 1976-cı ildə Bakıda vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 == Teatr səhnəsindəki rolları == Sevil (1931)-Babakişi Romeo və Cülyetta (1937)-Montekki Vaqif (1938)-Şeyx Alı == Filmoqrafiya == Mahnı belə yaranır (film, 1957)-Xanapi Yaşamaq gözəldir, qardaşım! (film, 1966) Dağlarda döyüş (film, 1967)- Feyzi Poçt qutusu (film, 1967)-Kəndli Qanun naminə (film, 1968)-Kəndli Mənim əziz atam (1970) Yeddi oğul istərəm...
Abbas Rzayev (alim)
Abbas Heydər oğlu Rzayev (12 dekabr 1945) — texnika üzrə elmlər doktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi. == Həyatı == Rzayev Abbas Heydər oğlu, 12 dekabr 1945-ci ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Namizədlik (PhD) dissertasiyasının mövzusu: 05.17.08 – "Kimya texnologiyasının proses və aparatları", "Neftin kompleks hazırlanması proseslərinin riyazi modelləşdirilməsi və optimallaşdırılması". Doktorluq dissertasiyasının mövzusu: 05.17.08 – "Kimya texnologiyasının proses və aparatları", "Nefthazırlamada və neft emalında neft emulsiyasının ayrılması proseslərinin hesablanması, layihələşdirilməsi və idarəolunmasının elmi əsasları". == Əmək və elmi fəaliyyəti == === Elmi əsərlərin sayı === Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 134 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 102 Respublikada çıxmış elmi əsərlərinin sayı: 32 Konfrans məruzələri və tezislər sayı: 21 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 32 === Əsas elmi nailiyyətləri === Neft sənayesi üçün yeni riyazi modellər, nəzarət, ölçmə və idarəetmə üsulları yaratmışdır. === Əsas elmi əsərlərinin adları === Рзаев А.Г., Келбалиев Г.И., Расулов С. Р. "Анализ и исследования нефтяного пласта по кривой восстановления давления", Нефтепромысловое дело. М. 2014, 24, с.37–41 Алиев Т.А., Рзаев А.Г., Гулуев Г.А. и др. "Способ управления процессом добычи нефти и устройство для его осуществления" Евразийский патент № 019848. Rzaev A. H. Rasulov S. R "The development of mathematical models with "skin-factor" for the petroleum reservoir filtration" SAEQ Science and applied engineering quarterly. London 2014, ISSUE-03, p.
Abdullah Rza Ərgüvən
Abdullah Rza Ərgüvən (türk. Abdullah Rıza Ergüven; 1925 – 16 avqust 2001, İsveç) — türk ozan, yazıçı, oçerkist, tənqidçi və düşüncə alimi. == Həyatı == 1952-ci ildə İstanbul Universitetinin Türkologiya şöbəsini bitirdikdən sonra bir dövlət qurumunda işləyərkən müxtəlif təzyiqlər nəticəsində işini tərk etdi. 1967-ci ildə İsveçə gedərək 1968 və 1971 illəri arasında isveç dilini öyrənmişdir. 1972 ilə 1977 illəri arasında tərcüməçilik etdikdən sonra, 1978-1990-ci illər arasında Stokholm Universitetində müəllim, türkoloq və araşdırmaçı olaraq çalışdı, 1990-ci ildə təqaüdə çıxdı. Müxtəlif nəşrlərdə şeir, tərcümə, təhlil, araşdırma, tənqid, dənəmə və düşüncə elmi məqalələri dərc etmişdir. "Qadağan olunmuş cümlələr" adlı romanında dini təhqir etdiyinə görə məhkum edildi. Abdullah Rza Ərgüvən İsveçdə olarkən iflic oldu , sonra 2001-ci ildə yaşayışını itirdi.
Abuzər bəy Rzayev
Rzayev (İrzayev) Abuzər bəy Əsgər bəy oğlu (17 oktyabr 1876, Yelizavetpol – 15 iyun 1920, Bakı) — Gəncənin ilk ixtisaslı memar-mühəndisi, Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Rəfibəylilər nəslindəndir. == Həyatı == === Təhsili === Orta təhsilini əvvəllər mollaxanada, sonra isə Şah Abbas məscidindəki mədrəsədə alıb. Tiflis realnı məktəbini (1894) və Moskva texniki məktəbini (1899) bitirmişdir. == Ailəsi == Abuzər bəyin 3 övladı olub. Almaniyada ali təhsilli mühəndislik ixtisasına yiyələnən oğlanlarından Səməd 1922-ci ildə Türkiyəyə, Əskər isə 1925-ci ildə İrana getməyə məcbur olub. Səməd ailə qursa da, Əskər ömrünün sonuna kimi evlənməyib. Abuzər bəyin 1915-ci il təvəllüdlü yeganə qız övladı olan Züleyxa xanım Tibb İnstituna daxil olsa da, IV kursdan təhsilini yarımçıq qoymağa məcbur olub. == Fəaliyyəti == === Çar dövrü === 1899-cu ildən Musa Nağıyev və Murtuza Muxtarovun Bibiheybətdəki neft mədənlərində mühəndis, sonra mədən müdiri işləmişdir.
Adil Rzayev
Adil Akif oğlu Rzayev (20 avqust 1999, Xilmilli, Qobustan rayonu – 20 oktyabr 2020, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rzayev Adil Akif oğlu 1999-cu il avqustun 20-də Qobustan rayonunun Xilmilli kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlayır. Adil Rzayev sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışı ilə cəbhəyə yolanır. Öncə isə bir neçə gün Qusarda təlim keçir. O, İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 30-da Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Adil Rzayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aleksandr Rzaqulu Mirzə
Aleksandr Petroviç Rzaqulu Mirzə (1869-?), çar zabiti, Qacar şahzadəsi == Həyatı == Aleksandr Petroviç Rzaqulu Mirzə 1869-cu il mayın 25-də Sankt-Peterburq quberniyasında anadan olub. Anası, Aleksandra Tuqan Mirzə- Baranovskayanın arzusu ilə (Tuqan gerbi litva-tatar zadəgan nəslindən olan kollej müşavirinin qızı, müsəlman təriqətini qoruyub saxlayıb) pravoslavlığı qəbul edib və oğlunu da pravoslav adətinə görə Aleksandr Petroviç adıyla xaç suyuna çəkdirib. Onun xaççəkmə mərasimində Böyük Knyaz Pyotr Nikolayeviç Böyük Knyaginya Aleksandra Nikolayevna ilə birlikdə iştirak edib. Rzaquluya da onun atası kimi böyük hörmət əlaməti olaraq alicənablıq titulu verilib. O, əvvəlcə Riqa üçsinifli realnı məktəbini bitirib və sonra da 1895-ci ildə Vilenski piyada yunker məktəbini bitirib. 178-ci ehtiyat piyada İzborsk alayına təyinat alıb. 1903-cü ildə Leyb-qvardiyanın 2-ci Kuban Əlahəzrətin mühafizə sotnyasının zabiti olub. I Dünya müharibəsində Qrodno qusar qvardiyasında iştirak edərək Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdur. Böyük Knyaz Mixail Aleksandroviçin Şəxsi qvardiyasında o, həlak olana qədər xidmət edib. Peterburqda Şpalernı küçəsi 28 saylı binada yaşayırdı.
Amin Rzayev
Amin Qurban oğlu Rzayev (1 yanvar 2000, Çobankənd, Gədəbəy rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amin Rzayev 2000-ci il yanvarın 1-də Gədəbəy rayonunun Çobankənd kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgər olan Amin Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Rzayev oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Gədəbəy rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Rzayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Rzayev
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Arzu Rzayev
Arzu Rzayev – Azərbaycanın estrada müğənnisi. == Həyatı == Musiqiyə istrumentalist kimi gələn müğənni peşəkar səhnəyə 1985-ci ildən çıxıb. Elə həmin illərdə Almaz Ələsgərova ilə ilk dueti olan musiqisi Səid Rüstəmova məxsus "Dedim-dedi" mahnısını ifa edilib. Mügənninin "Canım", "Bakı yurdum" və s. kimi albomları hal-hazırda da sevə-sevə dinlənilməkdədir. == Filmoqrafiya == Yurd yeri Yurd yeri 2 Qış nağılı.
Asif Rzayev
Asif Hacı oğlu Rzayev (26 iyun 1948) — texnika üzrə elmlər doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri. == Həyatı == Rzayev Asif Hacı oğlu 1948-ci ilin iyun ayının 26-da Şərur rayonunun Şahtaxtı kəndində müəllim ailəsində anadan olmuşdur. 1971-ci ildə Neft və Kimya institutunun energetika fakultəsini bitirmiş. Ordu sıralarında xidmət etmiş, 1972-ci ildən Sumqayıt şəhərində, ETLİ "Neftkimyaavtomat"-da əmək fəaliyyətini davam etdirmişdir. 1973-cü ildə aspiranturaya daxil olaraq neft məhsullarının magistral borularda ardıcıl nəqli zamanı onların axırıncı məntəqədə paylanmasının avtomatlaşdırılması problemi ilə məşğul olmuş və 1983-cü ildə "Ardıcıl vurulmada neft məhsullarının paylanmasını idarəetmənın avtomatlaşdırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983–1985-ci illərdə rezervuarlarda neft məhsullarının miqdarının ölçülməsı məsələləri ilə məşğul olmuş, eyni zamanda İrak Respublikasının mədənləri üçün lay təzyiqini sabit saxlama prosseslərini idarə etmək məqsədi ilə nasoslarıidarə edən mikroprosessorlu idarə qurğusunun yaradılmasına rəhbərlik etmişdir. 1985-ci ildən lokal idarə qurğuları laboratoriyasına rəhbərlik edərək bir sıra telemexanik sistemlərin "TM-Şelf", "TM-620 mikro", "TM-AQM", "TM-Gilavar" "NUR" yaradılması və Neft daşları, Arxanğelskneft, Voyvojneft, Komi Respublikasının, Türkmənistan Respublikasının, Salyan OYL şirkətinin mədənlərində tətbiqi ilə bilavasitə məşğul olmuş və bu sistemlərin modernləşdirilməsinə nail olmuşdur. 2008-ci ildən AMEA İdarəetmə Sistemləri institutunda laboratoriya rəhbəri vəzifəsinə seçilmişdir. Onun əsas tədqiqat istiqaməti neftçıxarma obyektlərinin nəzarət diaqnostika və idarəetmə sistemlərinin yaradılması olmuşdur. 2017-ci ildə 3338.01 — "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə "Az debitli quyulardan neftçıxarma proseslərinin küy monitorinq, diaqnostika, idarəetmə texnologiya və sistemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Aslan Rzayev
Aslan Süleyman oğlu Rzayev (21 yanvar 1995, Maştağa – 13 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aslan Rzayev 1995-ci il yanvarın 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. Ailəli olub və bir oğlu var. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Aslan Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aslan Rzayev oktyabrın 13-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Rzayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aslan Rzayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Atamoğlan Rzayev
Atamoğlan Rzayev (1912 – 2 dekabr 1966) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Atamoğlan Balababa oğlu Rzayev 1912-ci ildə Bakının Əmircan qəsəbəsində doğulub. Qəsəbədəki beş sinifli məktəbin birinci pilləsində oxuyub və sonra Fabrik və Zavod Məktəbində (FZU) təhsil alıb. Bakı Teatr Texnikumunu 1932-ci ildə bitirib. Əvvəlcə Bakı Türk İşçi Teatrında işləyib. 1935-ci ildə Milli Dram Teatrının aktyor truppasına üzv olub. Arada filarmoniyada, mədəniyyət nazirliyində işləyib və 1957-ci ildən yenə MDT-a qayıdıb. Atamoğlan Rzayevin teatrdakı daha parlaq rolları Kürd Musa ("Vaqif", Səməd Vurğun), Qurd Kərim ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Rəbi, Daşdəmir, Şərif ("Od gəlini", "Dönüş" və "Almaz", Cəfər Cabbarlı), Təlxək, Heydər, Kərim ("Pəri cadu", "Köhnə dudman" və "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Həsənov ("Kimdir müqəssir?", Hüseyn Muxtarov), Baner ("Arzu", İmran Qasımov), Ədhəm ("Bahar", Məmmədhüseyn Təhmasib), Sadıq ("Xoşbəxtlər", Sabit Rəhman), Rəis ("Şöhrət və ya unudulan adam", Nazim Hıkmət), Rikardo ("Rəqs müəllimi", Lope de Veqa), Xanmurad ("Bahar suları", İlyas Əfəndiyev), Montano, Kleomen ("Otello" və "Qış nağılı", Vilyam Şekspir), Fəxrəddin ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), İlya ("Cehizsiz qız", Aleksandr Ostrovski), İlqar ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Çərkəz ("Dağlar qızı" Adil Babayev), Fyodorov ("Qaliblər", Boris Çirskov) obrazlarıdır. Atamoğlan Rzayev 2 dekabr 1966-cı ildə Bakıda qəflətən vəfat edib.
Aynur Rzayeva
Aynur Rzayeva (13 sentyabr 1989, Bakı) — Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Aynur Rzayeva 2014-cü ilin 31 may-8 iyununda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Rzayeva 1/4 final mərhələsi çərçivəsində baş tutan görüşdə Macarıstan nümayəndəsi Petra Szatmari ilə üz-üzə gəldi və rəqibinə 0:3 hesabı ilə məğlub oldu. Daha sonra Aynur Rzayeva 2014-cü ilin 16–24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Rzayeva 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Rusiya nümayəndəsi Zemfira Məhəmmədəliyevaya məğlub oldu (TKO) və mübarizəsini dayandırdı. Aynur Rzayeva 2016-cı ilin 18–28 mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı. Rzayeva 1/8 final mərhələsində Hindistan təmsilçisi Sema Puniaya məğlub oldu (0:3) və turniri medalsız başa vurdu. Daha sonra Aynur Rzayeva 2016-cı ilin 15–24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Rzayeva 1/4 final mərhələsində Ukrayna nümayəndəsi İrina Vinniyə qalib gəlsə də (TKO), 1/2 final mərhələsində Rusiya təmsilçisi Zemfira Məhəmmədəliyevaya məğlub oldu (0:3) və Avropa Çempionatının bürünc medalına sahib oldu. COVID-19 pandemiyasına görə əvvəl 2020-ci ilin martında Birləşmiş Krallıqda, sonra isə 2021-ci ilin iyununda Fransada baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə aparan Aynur Rzayeva, turnirin 1/8 final mərhələsindəcə Polşa nümayəndəsi Yelizabieta Voyçiya məğlub oldu (0:5) və mübarizəsini dayandırdı.
Azad Rzayev
Azad Allahverdi oğlu Rzayev — 20 yanvar şəhidi. == Həyatı == Azad Rzayev 1965-ci il oktyabrın 10-da Bakıda anadan olub. Dərin Dəniz Özülləri zavodunda işləyirdi. İki qızı vardı. == Şəhid olması == Yanvarın 20-də gecə saat 00.04-də Rzayev Azad, Rzayev İlham "Kamaz" markalı maşında Bakıya gələrkən Ələt qəsəbəsinin 2 km-də UAZ-469 hərbi maşını bu maşını ötüb keçmiş və onlara güllə atmağa başlamışdır. "KAMAZ" maşınının qabaq və yan şüşələri tamamilə sıradan çıxmışdır. Sürücü mümkün qədər hadisədən qaçmaq istəmiş, lakin buna müvəffəq olmamışdır. Azad Rzayev ağır güllə yarası almışdır. O, Qobustan rayon xəstəxanasına çatdırılıb, lakin onu qəbul etməyiblər. Hərbi xəstəxanaya yerləşdirilməli olduğunu qeyd ediblər.
Azad Rzayev (şəhid)
Azay Rzayev
Azər Rzayev
Azər Hüseyn oğlu Rzayev (15 iyul 1930, Bakı – 14 dekabr 2015, Bakı) — Azərbaycan bəstəkarı, professor (1977), Azərbaycan SSR xalq artisti (1990), "Şöhrət" ordeni (2000), "Humay" mükafatı (2002) laureatı. == Həyatı == Azər Rzayev 15 iyul 1930-cu ildə Bakı şəhərində Hüseyn Rzayevin və Azərbaycanda Ərəbzəngi rolunun ilk qadın ifaçısı, məşhur opera müğənnisi Həqiqət Rzayevanın ailəsində dünyaya göz açıb. İlk təhsilini Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 11 illik orta ixtisas musiqi məktəbində skripka aləti üzrə professor Semyon Bretanitskinin sinfində və eyni zamanda Boris Zeydmanın uşaq yaradıcılığı sinfində almışdır. Daha sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirərək 1953-cü ildə oranı 2 ixtisas üzrə — bəstəkarlıq üzrə professor B. Zeydmanın və skripka üzrə professor A. Amitonun sinfini bitirmişdir. 1953-cü ildən 10 illik musiqi məktəbində skripka ixtisası üzrə müəllim və konservatoriyada konsertmeyster – müşayətçi kimi fəaliyyətə başlayıb. Azər Rzayev 14 dekabr 2015-ci ildə Bakı şəhərində dünyasını dəyişib. == Yaradıcılığı == A. Rzayev bir bəstəkar kimi ilk dəfə skripka ilə simfonik orkestr üçün 1 saylı Konserti ilə tanınmışdır. Bəstəkar bu əsərə görə 1955-ci ildə Varşavada keçirilən bəstəkarların Beynəlxalq Müsabiqəsində laureat adına layiq görülmüşdür. 1954-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1957-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olmuş, həmçinin 1957-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə kamera ansamblı üzrə müəllim, baş müəllim və nəhayət professor kimi fəaliyyət göstərmiş, Radio və Televiziya komitəsində səs rejissoru (1958–1960), M. Maqomayev adına Dövlət Filarmoniyasında bədii rəhbər (1965), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru (1972–1987) olmuşdur. Yaradıcılıq fəaliyyətində Beynəlxalq və Ümumittifaq müsabiqələr laureatı və diplomantı, Azərbaycan gənclərinin I və II festivallarında həm bəstəkar, həm də ifaçı kimi laureat adlarına layiq görülüb.
Azər Rzazadə
Azər Rzazadə, bəzən Azər Zadə kimi qeyd olunur — Azərbaycan opera müğənnisi. O, La Skala Vokal Akademiyasına qəbul olunan ilk azərbaycanlıdır. Müğənni Zaur Rzayevin oğludur. == Xatirəsi == 2014-cü ildə İctimai televiziyada istehsal edilmiş Azər Rzazadə. Zirvəyə aparan yol adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.
Azər Rzazadə. Zirvəyə aparan yol (film, 2014)
Ağababa Rzayev
Ağababa Rzayev (jurnalist)
Ağababa Rzayev (hüquqşünas)
Rzayev, Ağababa Qasım oğlu(12.2.1923, Bakı – 25.12.2003 Bakı) – Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru (1968), professor (1971). Azərbaycan Dövlət Universitetini bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. 1948-51 illərdə Azərbaycan komsomolu MK-nın təlimatçısı, Bakı şəhəri Voroşilov Rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur. 1951-56 illərdə Azərbaycan SSR Nazirlər Sovetində müxtəlif məsul vəzifələrdə çalışmış, 1956-59 illərdə Azərbaycan SSR Ədliyyə Nazirinin müavini, 1959-65 illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sovet orqanları şöbəsinin müdiri, 1965-70 illərdə Azərbaycan SSR Daxili İşlər nazirinin müavini vəzifələrində çalışmışdır. Daxili işlər polkovnikidir. 1959-65 illərdə dörd çağırış Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. Geniş elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. Əsas tədqiqat sahəsi Azərbaycanda siyasi-hüquqi təlimlərin tarixi olmuşdur. == Əsərləri == Dərbənddən başlanan əzablı yol 1 Nəsirəddin Tusi: həyatı, elmi, dünyagörüşü 2 “Mirzə Kazım bəy” sənədli filmi Политические взгляды М. Ф. Ахундова Очерки история политико-правовых учений Азербайджана История политических и правовых учений в Азербайджане: от истоков до ХХ века, Баку: Элм, 2000.
Ağababa Rzayev (jurnalist)
Ağababa Səməd oğlu Rzayev (1921, Bakı – 1993, Azərbaycan) — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. == Həyatı == Ağababa Rzayev 1921-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Aşıq İslam Rza oğlu
Aşıq İslam Rza oğlu (15 iyun 1977, Qobustan – 30 yanvar 2013, Bakı) — Şirvan aşıq sənətinin tanınmış simalarından biri. == Həyatı == Aşıq İslam 1977-ci ildə Şirvanın məşhur aşıqlarından olan Aşıq Rza Qobustanlının ailəsində dünyaya göz açmışdı. Uşaq yaşlarından — 10-12 yaşlarından saz çalmağa başlamış və aşıq kimi tanınan İslam bir çox müsabiqələrin qalibi olmuşdu. Aşıq İslam Konservatoriyada təhsil almış, məşhur xanəndə Arif Babayevin muğam sinifində təhsil almışdır. == Vəfatı == Şirvan aşıq sənətinin tanınmış simalarından olan Aşıq İslam Rzaoğlu 30 yanvar 2013-cü ildə avtomobil qəzasında həyatını itirib. Gecə saat 03:00 radələrində Bakıda keçirilən məclislərin birindən çıxan Aşıq İslam yaşadığı Qobustan qəsəbəsinə gedərkən Sədərək Ticarət Mərkəzinin yaxınlığında idarəetməni itirib və şəxsi "Mersedes" avtomobili yol kənarındakı dəmir dirəkləri qıraraq yolun kənarına aşıb. Hadisə baş verən vaxt Aşıq İslamın avtomobildə tək olduğu bildirilir. İlkin ehtimala görə, qəzaya səbəb Aşıq İslamın yorğun olması və sükan arxasında yatması olub.
Aşıq Əsəd Rzayev
Aşıq Əsəd (Rzayev Əsəd Əhməd oğlu; 1874, Böyük Qaraqoyunlu, Yeni Bəyazid qəzası – 27 aprel 1951, Tovuz) — ustad aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Aşıq Əsəd 1874-cü ildə Göyçə mahalının Qaraqoyunlu kəndində anadan olub. Atası Koxa Əhməd Rza oğlu (?-1886) Tovuzun Bozalqanlı kəndindən olub. 12 yaşı olarkən atası dunyadan köçur və o bir neçə il muzdurluq edir. Sonra Aşıq Ələsgərə 4-il şəyird olur. Aşıq Ələsgərdən mukəmməl dərs aldıqdan sonra özu şəyird göturub məclislər keçirir. Əsəd 1918-ci ildə daşnaq ordusunun zabiti Selikovun öldurulməsində gunahkar bilinib, qardaşı Məhəmmədlə birgə həbsə alınır. Göyçədə Musavat özəyinin köməyi ilə həbsdən qaçırılır. 1921-ci ildə Qızıl Ordu sıralarında banditizmə qarşı mübarizədə iştirak edir. O, uzun muddət Tovuz, Qazax qəzalarında yaşadıqdan sonra 1932-ci ildən Tovuz mahalının Bozalqanlı kəndində məskunlaşır.
Balababa Rzayev
Balababa Hüseynağa oğlu Rzayev (10 iyun 1957, Zirə) — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti, Əməkdar mühəndis. == Həyatı == Balababa Hüseynağa oğlu Rzayev 10 iyun 1957-ci ildə Bakı şəhəri Zirə qəsəbəsində fəhlə ailəsində anadan olub. 1964–1974-cü illərdə Bakı şəhəri 120 №-li orta məktəbə daxil olub və 168 №-li orta məktəbi bitirərək 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinin əyani şöbəsinə qəbul olunub. 1979-cu ildə bu institutu bitirərək "Elektrik şəbəkə və sistemləri" ixtisası üzrə mühəndis-elektrik ixtisasına yiyələnib. Аiləlidir, iki övladı — bir qızı, bir oğlu, dörd nəvəsi var. == Əmək fəaliyyəti == 4 sentyabr 1979-cu ildən "Melorasiya və Su Təsərrüfatı" Nazirliyinin "Abşeron Mexaniki Suvarma" İdarəsinə mühəndis-elektrik vəzifəsinə təyin edilib. 17 dekabr 1979-cu ildən "Azərsənayeelektrikquraşdırma" trestinin 1 №-li Bakı Elektrik Quraşdırma İdarəsinə mühəndis-elektrik, usta (10.1980–02.1981), iş icraçısı (02.1981–04.1985), sahə rəisi (02.1985–07.1986), baş mühəndis (07.1986–04.1988), idarə rəisi (04.1988–05.1998) vəzifələrində işləyib. 1998-ci ildə bu müəssisə Səhmdar Cəmiyyətə — "Bakıelektro" ATSC-yə çevrildikdən sonra 10 avqust 2006-cı il tarixinədək İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 10 avqust 2006-cı il tarixdə "Bakıelektrikşəbəkə" ASC İdarə Heyəti sədri vəzifəsinə təyin olunub və B.Rzayevin rəhbərliyi dövründə Bakı şəhərinin elektrik şəbəkəsi müasir texnalogiyalar tətbiq olunmaqla beynəlxalq standartlara uyğun tamamilə yenidən qurulub. Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli, 1046 saylı sərəncamına əsasən Azərişıq Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.

Digər lüğətlərdə