SƏNAYE

I
сущ. промышленность, индустрия (отрасль народного хозяйства, занимающаяся производством средств производства и предметов потребления, а также добычей природных богатств и дальнейшей их обработкой). Ağır sənaye тяжёлая промышленность, yüngül sənaye лёгкая промышленность, yeyinti sənayesi пищевая промышленность, sənayenin inkişafı развитие промышленности
II
прил. промышленнный, индустриальный:
1. относящийся к промышленности, индустрии. Sənaye birliyi промышленное объединение, sənaye iqtisadiyyatı промышленная экономика, sənaye istehsalı промышленное производство, sənaye yağları промышленные масла, sənaye malları промышленные товары, sənaye tullantıları промышленные отходы
2. обладающий развитой промышленностью, индустриальный. Sənaye ölkəsi промышленная (индустриальная) страна, sənaye rayonu промышленный район
SƏNAMƏKİ
SƏNAYE-AQRAR
OBASTAN VİKİ
Elektron sənaye
Elektron sənaye – maşınqayırmanın ən yeni sahəsi. Elketron cihazları, elektron-hesablama maşınlarını istehsal edir ki, bunlar da hesablama texnikasında, təsərrüfatın bütün sahələrində və ölkənin müdafiəsində istifadə olunur. Bunlara çox saf, keyfiyyətli və bahalı materiallar işlənilir.
Keson sənaye bölgəsi
Keson sənaye bölgəsi və ya Keson sənaye zonası— Şimali Koreyanın (KXDR) xüsusi inzibati sənaye bölgəsi. Bölgə 2002-ci ildə Keson şəhərinin bir hissəsindən yaradılıb. Baxmayaraq ki, Cənubi Koreyanın prezidenti Moon Jae-in bölgəni yenidən açmağı və genişləndirməyi arzuladığını bildirmişdir, sənaye bölgəsi 10 fevral 2016-cı ildə Cənubi Koreya hökuməti tərəfindən müvəqqəti olaraq bağlanmış və bütün işçi heyət Park Qeun-hye administrasiyası tərəfindən geri çağrılmışdır. Bunun əhəmiyyətli xüsusiyyəti Keson sənaye parkının Cənubi Koreya ilə birgə iqtisadi inkişaf olaraq fəaliyyət göstərməsidir. Park Koreya Silahsızlaşdırma Zonasının 10 kilometr (altı mil) şimalda, Seuldan Cənubi Koreyaya birbaşa avtomobil yolu və dəmir yolu ilə bir saatlıq məsafədə yerləşir. Park Şimali Koreyanı xarici valyutanın əhəmiyyətli bir mənbəyi ilə təmin edərkən, Cənubi Koreyalı şirkətlərə təhsilli, təcrübəli və sərbəst olan ucuz əməklə məşğul olmağa imkan verir. 2013-cü ilin aprel ayından etibarən 123 Cənubi Koreya şirkəti təxminən 53.000 KXDR işçisini və 800 Cənubi Koreya işçisini işə götürdü. Hər il 90 milyon dollar məbləğində olan ümumi əmək haqqı birbaşa Şimali Koreya hökumətinə ödənilmişdir. Şimali və Cənubi Koreya arasındakı gərginlik dövründə, sənaye parkına cənubdakı giriş məhdudlaşdırılmışdır. 2013-cü il Koreya böhranı zamanı aprelin 3-də Şimali Koreya bütün Cənubi Koreyalı vətəndaşların bölgəyə girişini əngəllədi.
Maliyyə-sənaye qrupu
Maliyyə qrupu, Maliyyə-sənaye qrupu - qanunla nəzərdə tutulmuş qayda və şərtlərə uyğun olaraq, maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə əsasında öz aktivlərini tamamilə və ya qismən birləşdirmiş hüquqi şəxslərin (əsas və törəmə müəssisələrin) məcmusudur. Tərkibində xarici hüquqi şəxslərin iştirak etdiyi maliyyə-sənaye qrupu transmilli maliyyə-sənaye qrupu hesab olunur. Hökumətlərarası saziş əsasında yaradılan maliyyə-sənaye qrupları dövlətlərarası (beynəlxalq) maliyyə-sənaye qrupu statusuna malik olur. Maliyyə-sənaye qrupuna muəssisələr, idarələr, təskilatlar, maliyyə-kredit idarələri, investisiya institutları daxil olur. Maliyyə-sənaye qrupları texnoloji və ya iqtisadi məqsədlərlə, əmtəə və xidmətlər satısının genisləndirilməsinə və rəqabət qabiliyyətinin yuksəldilməsinə yonəldilmis investisiya və digər layihə və proqramların həyata kecirilməsi ucun; istehsalın səmərəlilik və rəqabət qabiliyyətinin yuksəldilməsi, yeni is yerlərinin təskili ucun; səmərələsdirici kooperasiya əlaqələrinin yaradılması, ixrac potensialının artırılması, elmi-texniki tərəqqinin surətləndirilməsi, mudafiə muəssisələrinin konversiyası ucun yaradılır.
Sənaye
Sənaye (başqa dillərdə industria mənası latınca çalışqanlıq deməkdir) — iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərərək həm sənayenin, həm də xalq təsərrüfatının başqa sahələri üçün əmək silahının hazırlanması ilə məşğul olan bir çox müəsissələrin (zavod, fabrik, hövzə, şaxta, elektrik stansiyası)toplusunu təsvir edir. Burada istehsal manufakturalardan fərqli olaraq yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal formalarının inkişaf etdirilib tətbiq olunması prosesinə sənayeləşmə deyilir. Sənaye əsas olaraq iki böyük sahə altında qruplaşır: hasil edən və emal edən sənaye. Hasil edən sənayeyə misal kimi dağ mədənlərini, neft yataqlarını, həmçinin hidroelektrik stansiyalarını, su kanallarını, meşə istismar təsərrüfatı, balıqtutma və dəniz məhsullarının istehsalını göstərmək olar. Emal edən sənayeyə isə qara və əlvan metalların, prokatların, kimyəvi və neft kimyası məhsulları, maşın və avadanlıqlar, ağac və kağız məhsulları, sement və başqa tikinti materialları, yüngül və yeyinti sənaye məhsulları, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələr və istilik elektrik stansiyaları daxildirlər. Respublikada yanacaq sənayesi əsasən neftin və qazın çıxarılması və onların emalı ilə təmsil olunmuşdur. Neft və qaz hasilatının ilk dövrlər mütəmadi olaraq Abşeron yarımadasında, sonralar isə Aran iqtisadi rayonunun əsasən Muğan-Salyan hissəsində və Quba-Xaçmaz iqtisadi rayonunda, nəhayət, ən böyük həcmdə Xəzər dənizinin şelf zonasından çıxarılır. Hazırda neft və qaz istehsalı dənizdə sürətlə artır, quruda isə xüsusən Quba-Xaçmaz iqtisadi rayonunda hasilat getdikcə azalır. Vaxtilə istismar edilmiş neft yataqlarını da nəzərə almaqla, indi respublika ərazisində 90-a qədər neft-qaz yatağı vardır.
Ağır sənaye
Ağır sənaye böyük və əsasən mexaniki və struktur komponentlərin istehsal olunduğu bir sənaye qrupudur. Ümumiyyətlə mədən, metallurgiya, maşınqayırma, energetika, müdafiə sənayesi və kimya sənayesi kimi sahələri əhatə edir.
Rusiyada sənaye
Rusiya sənayesi — Rusiya iqtisadiyyatında böyük bir sənayedir. 2009-cu ildə Rusiyanın ÜDM-də sənayenin payı 37% -dir. 2008-ci ildə sənayedə işləyən əhalinin payı 31.9% -dir. 2007-ci ildə Rusiya sənaye istehsalında istehsalın payı 66% təşkil etmişdir. 2009-cu ildə istehsalda ümumi əlavə dəyəri 5.1 trilyon rubl olmuşdur. 2009-cu ildə istehsalatdakı məhsulun həcmi 13,6 trilyon rubl olmuşdur. 2008-ci ildə istehsalata kapital qoyuluşları - 1,37 trilyon rubl təşkil etmişdir.
Sənaye coğrafiyası
Sənaye coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsi. Sənaye istehsalının ərazi üzrə yerləşdirilməsini, müxtəlif ölkə və rayonlarda sənayenin inkişafı və yerləşdirilməsinin qanunauyğunluqlarını, şərait və xüsusiyyətlərini öyrənir.
Sənaye cəmiyyəti
Sənaye cəmiyyəti — istehsal proseslərinin ön plana çıxdığı, fabrik və zavodlar, sənaye məhsullarının iqtisadiyyatın əsasını təşkil etdiyi, aqrar cəmiyyətdən sonra enerjinin əldə edilməsi nəticəsində meydana çıxan cəmiyyət. Avropada və Şimali Amerikadakı sənaye inqilabından, ardınca 20-ci əsrdə bütün dünyada baş vermiş sənayeləşmədən əvvəl iqtisadiyyatın böyük bir hissəsi aqrar xüsusiyyət daşıyırdı. Əsas məhsullar çox vaxt məişətdə hazırlanır və istehsalın digər böyük bir hissəsi məhdud ixtisas və ya texnikaya sahib olan sənətkarlar tərəfindən kiçik emalatxanalarda həyata keçirilirdi. Orta əsrlərin sonlarında Avropanın bir çox şəhərlərində sənətkarlar öz ticarətlərini tənzimləmək və kollektiv şəkildə öz biznes maraqlarını həyata keçirmək üçün gildiyalar yaratdılar.
Sənaye inqilabı
Sənaye İnqilabı — Avropada XVIII və XIX əsrlərdə, elmi-texniki tərəqqi nəticəsində buxar gücü ilə işləyən maşınların istehsal prosesinə inteqrasiyası ilə avtomatlaşdırılmış sənayenin yaranmasını ifadə edən tarixi hadisə. Sənaye İnqilabı ilk olaraq Birləşmiş Krallıqda meydana gəlmiş, sonralar isə Qərbi Avropa, Şimali Amerika və Yaponiya başda olmaqla, bütün dünyaya yayılmışdır. İntellektual səbələrlə birlikdə sənaye inqilabını yaradan digər səbəblər bunlardır: -Sürətli əhalli artımı 16-cı yüzillikdən başlayaraq Avropada sürətli əhali artımı baş verdi. -Kənd təsərrüfatında yaşanan inkişaflar, əhalinin bu sektorda əhaliyə olan ehtiyacın azaldılması ilə şəhərlərə köç etməsinə səbəb olmuşdur. Beləliklə, şəhər sənayesi üçün hazır olan bir işçi qüvvəsi var idi. -Həyat səviyyəsi artmışdır. Əvvəllər şəkər, qəhvə və çay kimi lüks əşyalar orta və alt siniflər üçün təbii zərurət halına gəldi. Buda nəticəsində istehlak mallarına tələbatını artırdı. -Böyük miqyaslı işğallar sənaye inqilabı üçün əsas maliyyə mənbəyi olmuşdur. İspaniyalılar tərəfindən talan edilən Mərkəzi Amerika qızılları və İspan gəmilərini yıxan, talan edənləri qarət edən ingilis gəmiləri, Avropaya tonlarca qızıl daşındı.
Sənaye mühəndisliyi
Sənaye mühəndisliyi — insan, maliyyə, bilik, informasiya, avadanlıq, enerji, material və proses kimi tərkib hissələrdən ibarət sistemi yaratmaq, tətbiq və inkişaf etdirməklə məşğul olan mühəndilsiyin bir sahəsidir. O həm də prototiplərin yaradılması və onların yaxşı satılması üçün xidmət edir. Sənaye mühəndisliyi bundan əlavə istər riyazi, istərsə də fiziki və sosial və mühəndislik elmlərinin sintezi ilə təsvir edilir. Hazırlama sistemlərinin tətbiqində bu sahə vaxtın azaldılması, pul, material, enerji və başqa resursların qənaətini əldə etməyə imkan verir. Sənaye mühəndisliyi həm də tətbiq sahəsindən asılı olaraq əməliyyat menecmenti, sistem texnikası, istehsal prosesi, hazırlama texnologiyası və ya istehsal sisitemləri kimi də məlumdur. Bu və ya digər adların tətbiq istifadəçilərin özlərini başqalarından fərqləndirməsi ilə bağlıdır. Avtomobil sənayesində tez-tez menecment mühəndisliyi, idarəedici menecment ya da sistem mühəndisliyi adlanır. Bu ixtisas hələ XIX əsrdən müxtəlif universitetlər tərəfindən tədris olunmağa başlamışdır. ABŞ-də bu təhsil ilk dəfə olaraq 1908-ci ildə tətbiq olunur. 1926-cı ildə Berlin TU-da da eyni yönlü ixtisas tədris olunmağa başlayır.
Sənaye parkı
Sənaye parkı- (həmçinin sənaye obyekti, ticarət məkanı olaraq da tanınır), sənayenin inkişafı məqsədi üçün planlaşdırılan və rayonlaşdırılan ərazi kimi nəzərdə tutulmuş ərazidir. Sənaye parkı biznes və ya ofis məqsədli ilə yaradılan parkların daha "ağırçəkili" bir versiyası kimi düşünülə bilər, baxmayaraq ki, ağır sənayeyə nisbətən yüngül sənaye kimi xarakterizə olunur. Sənaye parkları, bir qayda olaraq, şəhərin əsas yaşayış sahəsinin kənarlarında və ya xaricində yerləşir. Normal şəkildə magistral və dəmir yolu da daxil olmaqla yaxşı nəqliyyat imkanı ilə təmin olunur. Belə nümunələrdən biri Londonun Temza Gateway bölgəsindəki Temza çayı boyunca yerləşən çox sayda sənaye məhəlləsidir. Sənaye parkları ümumiyyətlə nəqliyyat vasitələrinə yaxın, xüsusilə də magistral yollar, dəmir yolları, hava limanları və portlar da daxil olmaqla birdən çox nəqliyyat rejiminin kəsişdiyi yerlərdə yerləşir. Şimali Amerika sənaye parkının isə ümumi xüsusiyyəti parkın su tələblərini qarşılamaq və yanğınsöndürmə məqsədləri üçün kifayət qədər su tutmağa kömək edən su qülləsinə sahib olmasıdır. Bu həm də sənaye parkını və ərazini reklam edir, çünki adətən cəmiyyətin adı və loqotipi onun üzərinə rənglənmişdir. Sənaye parkları təşkil etmək üçün torpaq ayırmanın bir sıra məqsədləri mövcuddur: Xüsusi infrastrukturu ayrılmış ərazidə cəmləşdirməklə, həmin infrastrukturun mühüm xərclərini azaltmaq. Bu cür infrastruktura yollar, dəmir yolu xətləri, limanlar, yüksək enerji təchizatı (çox vaxt üç fazalı elektrik enerjisi daxil olmaqla), yüksəksəviyyəli rabitə kabelləri, böyük həcmli su təchizatı və yüksək həcmli qaz xətləri daxildir; Bir yerdə vahid infrastrukturu təmin etməklə yeni bizneslər cəlb etmək; Şəhər yerlərindən sənaye sahələrini uzaqlaşdırmaqla sənayenin ətraf mühitə və sosial sferaya təsirini azaltmağa çalışmaq; Yerli səviyyədə ekoloji nəzarəti təmin etmək.
Sənaye robotu
Sənaye robotu – robotun bir növü olub, istehsal proseslərində müəyyən proseslərin aparılması üçün tətbiq olunur. Buraya pəstahların tutulması, hissələrin yığılması və emalı daxildir. Bu günkü sənaye robotları əsasən stasionar olaraq yerləşdirilirlər və konkret tapşırığın yerinə yetirilməsi üçün təyin olunurlar. Robotların inkişafının əvvəlində əsasən texnoloji proseslərə asan inteqrasiya oluna bilən ucuz texniki periferiyanın yaradılması; modular quruluşa malik robotların həm tutqacı hərəkət etdirən yönəldicilərə, həm idarəetmə sisteminin tələblərinə uyğunlaşdırılması; robotların işləmə mexanizminin riyazi modelləri əsasında onun hərəkətinin optimallaşdırılması ilə çəkisinin azaldılması və sərtliyinin artırılması; sadə senzorların tətbiqi ilə robotların tətbiq sahələrinin genişləndirilməsi; mikroelektronikanın tətbqi ilə robotlarda xətaların asanlıqla tapılması üçün diaqnozetmə funksiyalarının daxil edilməsi kimi məsələlərin həlli maraq doğururdu. Sənaye robotları əsasən üç tərkib hissədən ibarətdir. Robotu nəql etmək üçün üç sərbəstlik dərəcəsinə malik arabadan istifadə olunur. Bu robotun gövdəsini təşkil edir. Qövdəyə bərkidilmiş robotqolu təyinatından asılı olaraq 4-dən 6-ya qədər sərbəstlik dərəcəsinə malik olur. Qolun uc hissəsinə robotun ən həssas hissəsi – effektorlar (sensorlar) və əl bərkidilir. Robotların belə sinifləşdirilməsi əsasən onların malik olduqları kinematika əsasında yaratdıqları işçi fəzanın adı ilə bağlıdır.
Sənaye yağları
Sənaye yağları – aşağı və orta özlülüyə (5–50 mm2/c 500C-də) malik distillat neft yağlarıdır. Bu yağlardan dəzgahların sürtünmə hissələrində, ventilyatorlarda, nasoslarda, toxuculuq maşınlarında,həmçinin hidravlik mayelərin, plastik və texnoloji sürtkülərin hazırlanmasında əsas kimi istifadə olunur. "Sənaye yağları" anlayışı bu qrup yağları avtomobil və başqa nəqliyyat yağlarından (motor, transmissiya, aviasiya) və hidravlik mayelərdən ayırmaq üçün müvafiq standartlara (ГОСТ ISO) daxil edilmişdir. Sürtkü yağlarının stasionar qurğularda istifadə olunması, nəqliyyatdan fərqli olaraq sürtünən cütlüklərdə orta temperatur rejimi və təzyiqi ilə xarakterizə olunur. Mülayim temperatur şəraiti olan yerdə sənaye avadanlığının istismarı yağların nəqliyyatda xarakterizə olunan “bütün fəsillərdə işləmə” problemini aradan qaldırır. Sənaye yağları – metalkəsən dəzgahların detallarının, preslərin, yayma və digər sənaye avadanlıqlarının yeyilməsinin və sürtünməsinin azalmasını təmin etmək üçündür. Sənaye yağları eyni zamanda sürtünmə qovşaqlarından istiliyi ayırmalı, detalları korroziyadan qorumalı, sürtünmə səthlərini çirklənmədən təmizləməli, kipləşdirici vasitə olmalı, hava ilə kontaktda köpüyün əmələ gəlməsinin, davamlı emulsiyaların yaranmasının qarşısını almalı, filtrlərdən yaxşı filtirlənməli, toksiki və pis iyə malik olmamalıdır. Işləmə şəraitində sürtkü yağları yüksək temperatura və təzyiqə məruz qalırlar, müxtəlif metallarla hava ilə, su ilə və müxtəlif aqressiv mühütlə təmasda olurlar. Məhz buna görə istismar zamanı yağlar oksidləşir özlülükləri, turşu ədədi korroziya aktivliyi artır, yeyilmə məhsulları ilə çirklənirlər – aşındırıcı yeyilmə artır, filtrləşmə çətinləşir, parçalanma məhsulları əmələ gəlir – özlülük , alışma temperaturu azalır, su əmələ gəlir və s. Özlülük – yağların əksəriyyəti üçün çox mühüm istismar xassəsindən biridir.
Sənaye müharibəsi
Sənaye müharibəsi — hərb tarixində təxminən XIX əsrin əvvəllərindən və sənaye inqilabının başlanğıcından atom əsrinin başlanğıcına qədərki dövr. Bu dövr sənayeləşmə prosesi vasitəsilə böyük ordular, donanmalar və hava qüvvələri yaratmaq və təchiz etmək iqtidarında olan milli dövlətlərin yüksəlişi ilə xarakterizə olunur. Kral Birləşmiş Xidmətlər İnstitutunun açıqlamasına görə, Rusiya–Ukrayna müharibəsi onu sübut etmişdir ki, sənaye müharibəsi əsri hələ də gündəmdədir. Onların fikrinə görə, avadanlıq, nəqliyyat vasitələri və sursatların kütləvi istehlakı tədarük üçün böyük sənaye bazası tələb edir. Modern Tendencies in Strategy and Tactics as shown in Campaigns in the Far East (1906) by Lieutenant Colonel Yoda, Imperial Japanese Army.
Aqrar-sənaye kompleksi
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir: Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir. Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s. Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr. Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s. Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir. Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır: Gübrə istehsalı.
Azərbaycan Sənaye Bankı
Azərbaycan Sənaye Bankı – Azərbaycanda fəaliyyət göstərən bank. 1996-cı ildə “Capital Investment Bank” (CI Bank) olaraq yaradılmış, 2006-ci ildən hazırkı adı ilə fəaliyyət göstərən ASB Bank hüquqi və fərdi müştərilərə bütün növ bank xidmət və məhsullarını təqdim edir. Bankın 4-ü Bakı şəhərində, eyni zamanda Sumqayıt, Gəncə və İmişlidə olmaqla 7 filialı və vardır. ASB “Azərbaycan Sənaye Sığorta”, “Azərbaycan Sənaye Lizinq”, “Azərbaycan Beynəlxalq Bankı Gürcüstan”, kart prossesinq mərkəzi “Millikart” və “Bakı Fond Birjası” kimi təşkilatların səhmdarıdır.
Azərbaycan Sənaye Korporasiyası
"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti
Azərbaycan Sənaye İnstitutu
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Azərbaycan Sənaye Şurası
Azərbaycan Sənaye Şurası (Азәрбајҹан Сәнаје Шурасы) və ya Azərsənətbirliyi (Азәрсәнәтбирлији) — Azərbaycan SSR-də sənət kooperasiyasının rəhbər, təşkilat və təsərrüfat mərkəzi. == Tarixi == 1920-ci ildə "Kustar və Sənətkarlar İttifaqı" adı ilə təşkil olunmuşdur. 1927-ci ildə onun əsasında yaradılan "Qırmızı Kustar İttifaqı" az sonra "Azərsənətbirliyi" adlanmışdır. İkinci beşillikdə respublikanın bir sıra şəhər və rayonlarında sənətkar ittifaqlarının yaradılması nəticəsində "Azərsənətbirliyi" Azərbaycan Sənaye Şurasına çevrilmişdir. 1960-cı ildə Azərbaycan Sənaye Şurası ləğv edilmiş, bütün müəssisələri respublika Məişət Xidməti Nazirliyinə verilmişdir.
Rudnıy Sənaye İnstitutu
Rudnıy Sənaye İnstitutu (qaz. Рудный индустриалдық институты) — Qazaxıstanın Kostanay vilayətinin Rudnıy şəhərində yerləşən ali təhsil müəssisəsi. Ölkənin şimal bölgəsindəki mədən sənayesi, enerji və tikinti sənayesi üçün mühəndis kadrları üçün bir təlim mərkəzidir. İnstitutun strukturunda 3 fakültə və 6 kafedra var. Orta hesabla tələbə sayı 1243 nəfərdir (1 iyun 2018-ci il tarixinə). Əvvəlcə fakültə Qazaxıstan Politexnik İnstitutunda yaradılmışdır. 1964-cü il institutun filialı oldu. 1978 Rudny Sənaye İnstitutu olaraq quruldu. İnstitut elektromexanika, iqtisadiyyat və informasiya sistemləri, mədənçilik və inşaat fakültələrində 14 fərqli sahə üzrə mühəndis hazırlayır. 21 kafedra vardır.
Sujou Sənaye Parkı
Çin-Sinqapur Sujou Sənaye Parkı (sadələşdirilmiş Çin dili: 中国 — 新加坡 苏州 工业 园区; ənənəvi Çin dili: 中國 — 新加坡 蘇州 工業 園區; pinyin: Zhōngguó — Xīnjiāpō Sūzhōu Gōngyè Yuán Qū) və ya qısaca SSP (Sujou Sənaye Parkı), bir az Sinqapur təsiri olan Sujou şəhərində yerləşən bir qraflıq səviyyəsində inzibati ərazidir. 1992-ci ildə Sinqapur təcrübəsi ilə müasir bir sənaye qəsəbəsinin inkişafı fikri irəli sürüldü. Çinin mərhum öndə gələn lideri Den Syaopin Çinin cənubundakı ərazilərə turu zamanı dedi: "Sinqapur yaxşı ictimai qaydaya malikdir və yaxşı idarə olunur. Onların təcrübələrini öyrənməli və onlardan daha yaxşı idarə etməyi öyrənməliyik." Dəyirmi müzakirələrdən və ərazi araşdırmalarından sonra hər iki hökumət Sujounun şərqində müasir bir sənaye parkının inkişaf etdirilməsində güclərini birləşdirməyə qərar verdi. 26 fevral 1994-cü il tarixində Çin Baş nazirinin müavini Li Lanqing və Sinqapurun baş naziri Lee Kuan Yu Çin-Sinqapur Sujou Sənaye Parkının (ÇS-SSP) birgə inkişafına dair saziş imzaladılar. SSP-in ümumi sahəsi 288 km2-dir, bunun da Çin-Sinqapur əməkdaşlıq sahəsi 1,2 milyonluq planlı yaşayış əhalisi ilə 80 km2-i əhatə edir. Çin Baş nazirinin müavini Vu Yi və Sinqapur Baş nazirinin müavini Vong Kan Sengin rəhbərlik etdiyi Çin-Sinqapur Birgə İdarəetmə Şurası, SSP-in inkişafına istiqamət vermək üçün hər il iclas keçirir. Jinji gölü Sujou Sənaye Parkının mərkəzi hissəsində yerləşən kiçik şirin su gölüdür. 7.18 kvadrat kilometr ərazini tutur və ortalama dərinliyi 2,5 −3 metrdir. Göldə iki süni ada var.
Sənaye 4.0
Dördüncü sənaye inqilabı vəya Sənaye 4.0 (ing. dilindən Industry 4.0) — dördüncü sənaye inqilabı adlı konseptin sırf sənaye ilə bağlı olan alt hissəsidir. Sənaye 4.0 və dördüncü sənaye inqilabı ifadələri tez-tez bir-birini əvəz etməsinə baxmayaraq, bunlar fərqli konseptlərdir. Sənaye 4.0 standartlarına cavab verən istehsal müəssisələri əsasən naqilsiz bağlantı və sensorlar ilə gücləndirilmiş, bütün istehsal xəttini görüntüləyə bilən və bu barədə qərar qəbul edə biləcək xüsusi bir sistemlə və bu sistemə qoşulmuş avadanlıqlarla təchiz olunur. Dördüncü sənaye inqilabı isə dünyada ümumi olaraq fiziki, rəqəmsal və bioloji dünyalar arasındakı sərhədlərin qarışmasını təsvir edən bir yoldur. Bu, süni intellekt, robotexnika, Əşyaların İnterneti (IoT), 3D çap, gen mühəndisliyi, kvant hesablama və digər texnologiyalardakı inkişafların birləşməsidir və hər hansı bir sahədə tətbiq oluna bilər. Sənaye 4.0 termini, 2011-ci ildə, Almaniya hökumətinin istehsalın kompüterləşdirilməsini təşviq edən yüksək texnologiya strategiyasının bir layihəsindən yaranmışdır. Sənaye 4.0 termini həmən ildə Hannover sərgisində ictimaiyyətə təqdim edildi. 2012-ci ilin oktyabr ayında Sənaye 4.0 üzrə İşçi Qrup, Alman federal hökumətinə Sənaye 4.0 tətbiqetmə tövsiyələrini təqdim etdi. Sənaye 4.0 işçi qrupunun üzvləri və tərəfdaşları Sənaye 4.0-ün qurucu ataları və hərəkətverici qüvvəsi kimi tanınırlar.
Türk Yapı Sənaye
"Türk Yapı Sənaye" — gips və gips əsaslı məhsullar istehsal edən, 2006-ci ildə türk iş adamları tərəfindən yaranmış şirkətdir. Türk Yapı Sənaye” MMC şirkətinin əsası 2006-cı ildə türk iş adamları tərəfindən qoyulmuşdur. Şirkət gips və gips əsaslı inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır. Zavod Azərbaycan Respublikasının Goranboy rayonunda yerləşir. Şirkət məhsul platformasında Nur, Kəpəz, Kars, Pakçim əmtəə nişanlı astar və üzlük suvaqları, keramika və qranit yapışdırıcıları və s. kimi markalarını özündə birləşdirir. 27 may 2013-cü ildə ABŞın Nyu York şəhərində "Kəpəz Alçı" gips ve sement əsaslı məhsulları Qızıl keyfiyyət mükafatına layiq görülmüşdür. 9 mart 2014-cü ildə İsveçrənin Cenevrə şəhərində təşkil edilmiş beynəlxalq tədbirdə Türk Yapı Sənaye MMC Platinum kateqoriyasında mükafat əldə etmişdir.
Türkiyədə yüngül sənaye
Türkiyənin yüngül sənayesi — Türkiyənin toxuculuq, geyim və dəri sənayesində istehsal sənayesində çalışanların üçdə birindən çoxu çalışır (müxtəlif mənbələrə görə, 750 mindən 1,9 milyon nəfərə qədər və toxuculuq və geyim sənayesində təxminən 40 min şirkət fəaliyyət göstərir). Özəl xarici və Türkiyə dövlət kapitalının yüngül sənayedəki payı azdır. Çin, Vyetnam, Hindistan, Banqladeş və Pakistandan ucuz məhsulların bazara daxil olması bir çox türk şirkətlərinin daha bahalı qiymət seqmentinə keçməyə məcbur etdi. Onlar marka məhsulların istehsalını mənimsədilər. Toxuculuq sənayesi Türkiyə iqtisadiyyatının ən qədim və aparıcı sahələrindən biridir. 1980-ci ildə həyata keçirilən iqtisadi islahat toxuculuq mallarının ixracının artmasına və yeni toxuculuq avadanlıqlarının idxalına kömək etmişdir. 2002-ci ildə toxuculuq sənayesində 16,6 milyard dollarlıq (1990-cı ildə — 8,8 milyard) məhsul istehsal olunmuş və 6.2 milyard dollarlıq (1990-cı ildə — 3.1 milyard) məhsul ixrac edilmişdir. 2005-ci ildə 17.5 milyard dollar dəyərində tekstil məhsulları istehsal edildi; 2006-cı ildə tekstil ixracatı 8.1 milyard dollara çatmişdır (o cümlədən parçalar — 3.1 milyard, lif və iplik — 1.7 milyarddan çox). 2009-cu ildə Türk toxuculuq məhsullarının ən böyük alıcılarının ilk onluğuna Rusiya (15%), İtaliya (9,7%), Almaniya (6.1%), Rumıniya (4.6%), Polşa (4.3%), İran (4,1%), Bolqarıstan (3,8%), Böyük Britaniya (3,2%), Misir (2,9%) və ABŞ (2,9%) daxil idi. Tekstil ixracatının əsas məhsullarını sintetik parçalar, pambıq parçaları, iplər və ipliklər, yun parçalar təşkil etmişdır.
Sənaye dizayn hüququ
Sənaye dizayn hüququ (ing. Industrial design right) — məhsulun görünüşü ilə bağlı hüquqlardır və bir məhsulun xarici görünüşünü qorumaq üçün verilir. Sənaye dizayn hüququ məhsulun estetik xüsusiyyətlərini, dizaynını, formalarını, rənglərini, teksturalarını və ya ornamentlərini qoruyur. Sənaye dizaynı bir məhsulun görünüşünü digər məhsullardan fərqləndirən əsas amillərdən biridir və istehlakçılar tərəfindən məhsulun seçilməsində mühüm rol oynayır. == Əsas xüsusiyyətləri == Müddət Sənaye dizayn hüququ adətən müəyyən müddət üçün verilir. Azərbaycanda bu müddət adətən 5 il olur və daha sonra müəyyən şərtlər altında uzadıla bilər. Ümumi olaraq bu müddət 25 ilə qədər uzadıla bilər. Mühafizə olunan elementlər Sənaye dizayn hüququ məhsulun yalnız vizual elementlərini qoruyur, funksional və ya texniki aspektlərini deyil. Yəni, əgər bir məhsulun formasının və ya görünüşünün müəyyən bir texniki funksiyası varsa, bu hüquq bu funksiyanı deyil, yalnız görünüşü qoruyur. Qeydiyyat prosesi Sənaye dizaynlarının qorunması üçün adətən milli və ya beynəlxalq səviyyədə qeydiyyat tələb olunur.
Fici Sənaye İşçilərinin Konqresi
Fici Həmkarlar İttifaqları Konqresi və ya qısaca FHİK (ing. Fiji Trades Union Congress - FTUC) — Ficinin ən irimiqyaslı və nüfuzlu həmkarlar ittifaqı təşkilatı. Beynəlxalq Əmək Təşkilatının üzvüdür. == Tarixi == Təşkilat 1952-ci ildə yaranmışdır. İlk illərdə Fici Sənaye İşçilərinin Konqresi adlanırdı. 1973-cü ildə qurumun adı dəyişdirilir və həmin vaxtdan Fici Həmkarlar İttifaqları Konqresi adlanır. == Tərkibi == Konqresin tabeçiliyində 26 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. 33 min üzvü var. Konqres Okeaniya ölkələrinin işçilərini müdafiə edən üçüncü ən böyük qurumdur. == Rəhbərləri == Hazırda Konqresə Daniel Uray başçılıq edir.
Film sənayesi
Film sənayesi və ya kinoindustriya — kinofilm istehsalı, kinofilmlər və animasiya üçün xüsusi effektlərin istehsalı ilə məşğul olan sənaye sahəsidir. Film yayımı kino sənayesinin vacib fəaliyyət sahələrindəndir. Bir çox ölkələrdə kino sənayesi iqtisadiyyatın mühüm sahəsidir, məsələn, kino sənayesi SSRİ-də dövlət büdcəsinə əhəmiyyətli gəlirlər gətirirdi. == Film festivalları və film mükafatları == Kino özünün meydana çıxdığı vaxtdan filmlərin və çəkiliş qrupunun ayrı-ayrı üzvlərinin işinin keyfiyyətli qiymətləndirilməsi ilə bağlı sual yarandı. Filmin uğurunun obyektiv göstəricilərindən biri də - kassa gəliridir. Tamaşaçılar bilet almaqla filmin keyfiyyətini qeyd-şərtsiz qiymətləndirmiş olurlar. Amma bunu yeganə düzgün göstərici hesab etmək səhv olardı. Axı, bütün filmlər ilkin olaraq müxtəlif şəraitdə olur: bəziləri geniş şəkildə reklam olunur və elan edilir, digərləri üçün keyfiyyətli afişalar belə hazırlanmır; bəzi filmlər afişadakı ulduzların adları ilə diqqət çəkir, digərləri isə filmə ulduz dəvət etməyə pulu yetməyən yeni kinorejissorlar tərəfindən çəkilir. Filmin maliyyə göstəricilərinə təsir edən hələ bir sıra psixoloji amillər var. Bundan əlavə, bütün ölkələrdə yayım şərtləri fərqlidir, ona görə də müxtəlif ölkələrdə film kolleksiyasını müqayisə etmək çətin ola bilər.
Gürcüstan sənayesi
Gürcüstan sənayesi — mədənçilik və emal sənayesinin bir sıra sektorları. Hazırda Gürcüstanda sənaye müəssisələrinin əksəriyyəti ya işləmir, ya da qismən yüklənir (onların potensialından təxminən 20% istifadə olunur). Gürcüstanda ən vacib sənaye sahələri bunlardır: qida və yüngül sənaye, qara və əlvan metallurgiya. Sənayedə işləyənlərin ümumi sayı 85,7 min nəfərdir, o cümlədən mədənçıxarma - 4,3 min nəfər, emal sənayesi - 58,8 min nəfər, elektrik, qaz və su təchizatı - 22,6 min. == Tarixi == === Sovet dövrü === Sovet dövründə Gürcüstanda qida, çuqun, kömür, polad borular, neft məhsulları, gübrələr, dəzgahlar, lokomotivlər və təyyarə yığımı üzrə ixtisaslaşmış inkişaf etmiş bir sənaye var idi. Gürcüstanda aparıcı sənaye sahələri elektrik enerjisi, yanacaq, qara metallurgiya, maşınqayırma, kimya, yüngül və qida idi. 1990-cı ildə sənaye məşğul əhalinin 27%-ni təşkil edirdi. === 1991-ci ildən sonra === 1992-ci ildə Gürcüstanın sənaye istehsalının həcmi 40% azalıb. 1998-ci ilə qədər Gürcüstanda sənaye istehsalının həcmi 1990 -cı ilin səviyyəsinin 16% -ni təşkil etdi. Sənayenin Gürcüstanın ÜDM-də payı 1990-2005-ci illərdə azaldı.
Gəmiqayırma sənayesi
Gəmiqayırma sənayesi — iqtisadiyyatın ağır maşınqayırma sahəsi, gəmilərin inşası həyata keçirilir. Gəmilər tərsanə adlanan xüsusi müəssisələrdə inşa edilirlər. 1960-cı illərdə sənayenin bu sahəsi sürətlə inkişaf etməyə başlamışdı. Səbəbi də "ucuz" neftin dənizlə daşınmasının artması və müvafiq olaraq iri tutumlu tankerlərin istehsalının artması idi, lakin energetik böhran başlayandan sonra yüksək tutumlu tankerlərə olan tələbat azaldı. Bu dövrlərdə gəmiqayırma sənayesi öz coğrafi mövqeyini dəyişmədi. Məhsul daha çox yeni inkişaf etmiş ölkələrdə istehsal edilirdi. Cənubi Koreya bu sahədə dünyada Yaponiyanı geridə buraxıb birinci yerə çıxdı. Gəmiqayırma Braziliyada, Argentinada, Meksikada, Çilidə və Çində inkişaf etməkdədir.
Kino sənayesi
Film sənayesi və ya kinoindustriya — kinofilm istehsalı, kinofilmlər və animasiya üçün xüsusi effektlərin istehsalı ilə məşğul olan sənaye sahəsidir. Film yayımı kino sənayesinin vacib fəaliyyət sahələrindəndir. Bir çox ölkələrdə kino sənayesi iqtisadiyyatın mühüm sahəsidir, məsələn, kino sənayesi SSRİ-də dövlət büdcəsinə əhəmiyyətli gəlirlər gətirirdi. == Film festivalları və film mükafatları == Kino özünün meydana çıxdığı vaxtdan filmlərin və çəkiliş qrupunun ayrı-ayrı üzvlərinin işinin keyfiyyətli qiymətləndirilməsi ilə bağlı sual yarandı. Filmin uğurunun obyektiv göstəricilərindən biri də - kassa gəliridir. Tamaşaçılar bilet almaqla filmin keyfiyyətini qeyd-şərtsiz qiymətləndirmiş olurlar. Amma bunu yeganə düzgün göstərici hesab etmək səhv olardı. Axı, bütün filmlər ilkin olaraq müxtəlif şəraitdə olur: bəziləri geniş şəkildə reklam olunur və elan edilir, digərləri üçün keyfiyyətli afişalar belə hazırlanmır; bəzi filmlər afişadakı ulduzların adları ilə diqqət çəkir, digərləri isə filmə ulduz dəvət etməyə pulu yetməyən yeni kinorejissorlar tərəfindən çəkilir. Filmin maliyyə göstəricilərinə təsir edən hələ bir sıra psixoloji amillər var. Bundan əlavə, bütün ölkələrdə yayım şərtləri fərqlidir, ona görə də müxtəlif ölkələrdə film kolleksiyasını müqayisə etmək çətin ola bilər.
Kömür sənayesi
Kömür sənayesi— Kömürün əsas hasilatı Asiya, Şimali Amerika, Avropa (Çin, ABŞ, AFR, Rusiya, Hindistan, Avstraliya, Qazaxıstan, Ukrayna, Polşa, CAR və s.) ölkələrinin payına düşür. Ən mühüm hövzələri isə Rur, Donetsk, Kuznetsk, Yuxarı Sileziya, Appalaç, Fusin, Midlend, Viktoriya Karaqanda və s.dır.Hazırda kömür hasilatının 10-15%-i dünya bazarına çıxarılır. Çin, Böyük Britaniya, Almaniya, Ukrayna və Rusiyanın əksər kömür yataqları dərində yerləşdiyi üçün kömürün hasilatı baha başa gəlir. ABŞ, Avstraliya, CAR-da kömür yataqları yer səthində yerləşdiyi üçün açıq üsulla çıxarılan kömür daha ucuz başa gəlir.Ona görə də Avropa ölkələrinin çoxu ucuz kömürü almağa daha çox meyil edirlər.
Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi
Maşınqayırma və Kimya Sənayesi Anonim Cəmiyyəti (qısaca MKS), 15 mart 1950-ci ildə Türkiyə Silahlı Qüvvələrinin hər cür silah, sursat, raket bütün növ avtomobil və texnika ehtiyaclarını təmin etmək olan və Milli Müdafiə Nazirliyinə tabe olan müdafiə sənayesi sahəsində fəaliyyət göstərən dövlət müəssisəsi kimi yaradılmışdır. MKS 3 iyul 2021-ci il tarixdən Maşınqayırma və Kimya Sənayesi Səhmdar Cəmiyyəti haqqında 7330 saylı Qanunla səhmdar cəmiyyətə çevrilmişdir. Təşkilatın əsasları Fateh Sultan Məhəmməd tərəfindən yaradılmış artilleriya istehsalı zavoduna əsaslanır. Təşkilat dünyanın 40-dan çox ölkəsinə məhsullarını ixrac etməyi bacarmışdır. 2020-ci ildə təşkilatın mənfəəti ₺925.788.800-ə çatdı və beləliklə də bu onu ən gəlirli dövlət sənaye təşkilatları arasında ilk üçlüyə çıxarmışdır. Ən son 2020-ci ildə MKS Təşkilatı, Türkiyənin 100 ən böyük sənaye təşkilatından biri olaraq 90-cı yerdə olmuş və həmçinin Türkiyənin müdafiə sənayesi təşkilatları arasında 4-cü, dövlət sənaye təşkilatları arasında isə 7-ci sırada yer almışdır.
Meşə sənayesi
Meşə sənayesi — meşələrdə odun tədarük edən və onun emalı ilə məşğul olan sənaye sahələrinin məcmusu.
Moskva Dövlət Sənaye Universiteti
Moskva Dövlət Sənaye Universiteti (ГОУ МГИУ) — Rusiyaın tanınmış ali təhsil təhsil müəssisəsi. Müxtəlif illərdə Lixaçev adına zavod yanında zavod - Ali Texniki Təhsil Müəssiəsi ( Завод-ВТУЗ при ЗИЛ-е), Moskva avtomobilqayırma İnstitutu (ВТУЗ-ЗИЛ), Moskva Dövlət Sənaye Universiteti (МГИУ) adını daşımışdır. Universitet 6 fakültədə 14 mühəndis, 7 iqtisadi və 2 hüquqi ixtisasə üzrə mütəxəssis hazırlayır. Universitetin 25 000 tələbəsi, 2 500 nəfər hazırlıq şəbəsinin dinləyicisi, 500 aspirantı və 50 dissertantı vardır.
Myanmada neft və təbii qaz sənayesi
Myanmada neft və təbii qaz sənayesi — Myanmada XIX əsrin əvvəllərində başlayaraq inkişaf edən və Myanma İttifaqı Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan iki sahə. Asiyanın ən mühüm neft və təbii qaz istehsalçısı olan Myanmada ilk xam neft ixracatı 1853-cü ildə başlamışdır. On illərlə davam edən izolyasiya, ölkəyə qoyulmuş sanksiyalar, texniki tutumluq azlığı, hökumətin qeyri-şəffaf daxili siyasəti və qeyri-kafi investisiya ölkənin uğurlu bir karbohidrogen sektoru yaratmaq səylərinə mane olmuşdur. Son dövrlərdə başlamış və yavaşca davam etməkdə olan siyasi islahatlar beynəlxalq cəmiyyətin Myanmaya qoyduqları sanksiyaları azaltmaqlarıyla nəticələnmişdir. Birmadakı erkən Britaniya tədqiqatçıları 1795-ci ildə Yenandjaun qəsəbəsində böyük bir neft mənbəyi tapmışdılar. Ərazidə yüzlərlə neft quyusu var idi və bunların hamısı 24 yerli ailənin əlində idi. Britaniya Birması ilk xam neft barrelini 1853-cü ildə ixrac etmişdir. Baş qərargahı London şəhərində olan Burmah Oil Company (BOC) 1871-ci ildə təsis edilmişdir və fəaliyyətin 1887-ci ildə Yenandjaun yatağında, 1902-ci ildə isə Çau yatağında başlamışdır. BOC bu sahədə 1901-ci ildə qədər monopoliya saxlamışdır. 1901-ci ildə American Standard Oil Company Birmada fəaliyyətə başlamışdır.
Müdafiə Sənayesi Nazirliyi
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi — müdafiə, radioelektronika, cihazqayırma sahələrində məhsulların dizaynı, istehsalı, tənzimlənməsi və saxlanmasına cavabdeh olan dövlət qurumu. Nazirlik 16 dekabr 2005-ci ildə İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Əvvəllər Azərbaycan Silahlı Qüvvələri tərkibində olan Hərbi Sənayə və Silahlanma Dövlət İdarəsi və Hərbi Elm Mərkəzi yeni nazirliyə birləşdirildi. Yavər Camalov 2006-cı ilin martından 23 iyun 2018-ci ilədək ilk nazir olmuşdur. Nazir Yavər Camalovun vəfatından sonra 19 yanvar 2019-cu ilə nazirlik ləğv edilərək, onun əsasında "Azərsilah" ASC yaradılmış, lakin 5 ay sonra 20 iyunda "Azərsilah"ın yaradılması barədə fərman ləğv edilib. Mədət Quliyev Azərbaycan Prezidentinin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Müdafiə Sənayesi Naziri təyin edilmişdir. Azərbaycanın Cənubi Qafqaz, Orta Asiya və Yaxın Şərqə böyük silah ixracatçısı olmaq planı var. 2008-ci ilin yanvarında Azərbaycanın müdafiə sənayesinin zirehli personal daşıyıcıları və piyadaların döyüş maşınları, həmçinin kiçik çaplı topçu silah istehsalına başlayacağı elan edildi. Nazirlik Ukrayna, Belarus və Pakistanın müdafiə sektorları ilə əməkdaşlıq edir. 2008-ci ildə Azərbaycanda daha bir neçə hərbi zavod yaradıldı.
Müdafiə Sənayesi Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi — müdafiə, radioelektronika, cihazqayırma sahələrində məhsulların dizaynı, istehsalı, tənzimlənməsi və saxlanmasına cavabdeh olan dövlət qurumu. Nazirlik 16 dekabr 2005-ci ildə İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Əvvəllər Azərbaycan Silahlı Qüvvələri tərkibində olan Hərbi Sənayə və Silahlanma Dövlət İdarəsi və Hərbi Elm Mərkəzi yeni nazirliyə birləşdirildi. Yavər Camalov 2006-cı ilin martından 23 iyun 2018-ci ilədək ilk nazir olmuşdur. Nazir Yavər Camalovun vəfatından sonra 19 yanvar 2019-cu ilə nazirlik ləğv edilərək, onun əsasında "Azərsilah" ASC yaradılmış, lakin 5 ay sonra 20 iyunda "Azərsilah"ın yaradılması barədə fərman ləğv edilib. Mədət Quliyev Azərbaycan Prezidentinin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Müdafiə Sənayesi Naziri təyin edilmişdir. Azərbaycanın Cənubi Qafqaz, Orta Asiya və Yaxın Şərqə böyük silah ixracatçısı olmaq planı var. 2008-ci ilin yanvarında Azərbaycanın müdafiə sənayesinin zirehli personal daşıyıcıları və piyadaların döyüş maşınları, həmçinin kiçik çaplı topçu silah istehsalına başlayacağı elan edildi. Nazirlik Ukrayna, Belarus və Pakistanın müdafiə sektorları ilə əməkdaşlıq edir. 2008-ci ildə Azərbaycanda daha bir neçə hərbi zavod yaradıldı.
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və ya qısa şəkildə Еlmi-Tədqiqat İnstitutu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Elmi-tədqiqat institutu (ETİ) — elmi-tədqiqat işlərinin təşkili və aparılması üçün yaradılmış müəssisə. Elmi-Tədqiqat Institutu Azərbaycan Respublikası Prezidentinin 27.09.2006-cı il tarixli, 462 nömrəli Fərmanı əsasında yaradılmışdır. Müdafiə və ikili təyinatlı məmulatların yaradılması, əsaslı təmiri və təkmilləşdirilməsi məqsədilə təcrübi-konstruktor işlərinin aparılması və nazirliyin tabeli müəssisələrində həmin məhsulların istehsalının mənimsənilməsinin təşkili; Mülki və ikili təyinatlı məhsulların yaradılması və təkmilləşdirilməsi barədə təkliflər vermək, işlər aparmaq; Qeyri-ənənəvi enerji mənbələrinin yaradılması məqsədilə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin aparılması; Azərbaycan Respublikasının və xarici ölkələrin ali məktəblərinin bazasında elmi kadrların hazırlanmasının təşkili.
Müdafiə Sənayesi Təşkilatı
Müdafiə Sənayesi Təşkilatı (MST), əsas vəzifəsi İran İslam Respublikasının Silahlı Qüvvələrini lazımi istehsal gücü və texniki qabiliyyətlərlə təmin etmək olan və İran İslam Respublikası tərəfindən idarə olunan şirkətlər birliyidir. Son illərdə MST, İrana silah ixracatçısı olma imkanı verən ixrac yönümlü fəaliyyətə başlamışdır. 1963-cü ilə qədər İran hərbi sənayesi bir sıra müstəqil fabriklərdən ibarət idi. İranın hərbi sənayesi İranın son şahı Məhəmməd Rza Pəhləvi dövründə dünyaya gəlmişdir. 1973-cü ildə İran Elektronika Sənayesi (İES) xaricdən tədarük edilən silahların yığılması və təmiri üçün göstərilən səyləri birləşdirmək üçün qurulmuşdur. İslam inqilabından əvvəl İran silahlarının çoxunu ABŞ və Avropadan idxal edirdi. 1971–1975-ci illər arasında Şah silahlanma çılğınlığına başladı və yalnız ABŞ-dən 8 milyard dollarlıq silah sifariş etdi. Bu ABŞ-də bir çoxlarını həyəcanlandırdı və 1976-cı ildə silah ixracatı haqqında 1968-ci il qanununu gücləndirdi və onu Silah İxracatına Nəzarət Qanunu olaraq yenidən adlandırdılar. Yenə də ABŞ 1979-cu il İslam İnqilabına qədər İrana böyük miqdarlarda silahlar satmağa davam etmişdir. İranın hərbi potensialını yenidən qurmaq üçün ilk cəhdini edən Məhəmməd Rza Şah Hərbi Sənaye Təşkilatının (HST) yaradılmasına əmr verdi.
Müdafiə sənayesi
Müdafiə sənayesi — silahların, hərbi texnikanın və dövlətin silahlı qüvvələri (təhlükəsizlik qüvvələri) üçün digər mülkiyyətlərin işlənib hazırlanmasını, sınaqdan keçirilməsini, istehsalını və utilizasiyasını həyata keçirən elmi-tədqiqat, sınaq müəssisələrinin, təşkilatların və sənaye müəssisələrinin məcmusundan ibarət dövlət sənaye sahəsi.
Müdafiə və Aerokosmik Sənaye Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi (qaz. Қазақстан Республикасының цифрлық даму, инновациялар және аэроғарыш өнеркәсібі министрлігі) — Qazaxıstan Respublikasının mərkəzi icra orqanı. Qazaxıstan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il tarixli Fərmanı ilə təşkil edilmişdir. Nazir — Askar Jumaqaliyev (26 dekabr 2018–20 iyul 2020). Nazirlik müdafiə, aviasiya və elektron sənayesi, informasiya və rabitə (kiber təhlükəsizlik) sahəsində məlumat təhlükəsizliyi, səfərbərlik təlimi və səfərbərlik, dövlət maddi ehtiyatının formalaşdırılması və inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsindən, vahid hərbi-texniki siyasət və hərbi-texniki əməkdaşlığın həyata keçirilməsində iştirak, müdafiə sifarişinin formalaşdırılması, yerləşdirilməsi və həyata keçirilməsində liderlik. Sovet dövründə Qazaxıstan ərazisində yerləşən 50 müdafiə sənayesi müəssisəsi var idi. Qazaxıstan dəniz qüvvələri üçün əhəmiyyətli miqdarda silah və texnika istehsal etdi: torpedalar, bir sıra dəniz mənzilli raketlər, anti-torpedo texnologiyası, elektron avadanlıqlar, rəhbər sistemlər; aviasiya, radiolokasiya stansiyaları, tanklar üçün silahlanma üçün radioelektron avadanlıqlar; kiçik silahlar, raket sistemləri, raket əleyhinə sistemlərin komponentləri, raket əleyhinə müdafiə, hava hücumundan müdafiə. 17 iyun 2019-cu il tarixində Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə Nazirliyin müdafiə sənayesi, vahid hərbi-texniki siyasətdə iştirakı, hərbi-texniki əməkdaşlıq, formalaşması, sahəsindəki funksiyaları və səlahiyyətləri, dövlət müdafiə sifarişinin yerləşdirilməsi və həyata keçirilməsi Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinə təhvil verilmişdir. Səfərbərlik təlimi və səfərbərlik, Milli İqtisadiyyat Nazirliyinin tabeliyində olan dövlət maddi ehtiyatının formalaşdırılması və inkişafı və nazirliyin özünün qalan funksiyaları Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinə çevrildi. Şöbənin məqsədi elektron informasiya ehtiyatlarının, informasiya sistemlərinin və informasiya-kommunikasiya infrastrukturunun xarici və daxili təhdidlərdən qorunması səviyyəsinə nail olmaq və qorumaq, qlobal rəqabət şəraitində Qazaxıstan Respublikasının davamlı inkişafını təmin etməkdir.
Mədəniyyət sənayesi
Mədəniyyət sənayesi — Frankfurt məktəbinin iki böyük üzvü olan Theodor Adorno və Max Horkheimer tərəfindən sosial, mədəniyyət və media elmlərinə bəxş edilmiş tənqidi konseptdir. Bir çoxlarından fərqli olaraq bu cütlük mediaya və mədəniyyətə tənqidi prizmadan baxaraq onların sadəcə kapitalist və elit sinfin maraqlarına xidmət etdiyini irəli sürmüşlər. Adorno Almaniyanın Frankfurt, Horkheimer isə Ştutqart şəhərində dünyaya gəlmişlər. Almaniyada təhsil alan və akademik sahədə işləməyə başlayan bu iki şəxs Nazi partiyası hakimiyyətə gəldikdən sonra Marksist və tənqidi baxışlarına görə dövlət tərəfindən möhkəm tənqidlərə və basqılara məruz qaldıqlarından Almaniyanın tərk edərək Birləşmiş Ştatlara köçməyə qərar verirlər. Bu hadisə onların həyatında dönüş nöqtəsi olur. 1940-50-ci illərdə media, əyləncə mədəniyyəti və kapitalizm Birləşmiş Ştatlarda sürətlə böyüməkdə idi. Hər il yeni sənayelər açılır, yeni filmlər, çizgi filmlər, mahnılar və digər mədəniyyət məhsulları ortaya çıxmaqda idi. Bu dəyişiklikləri müşahidə edən Horkheimer və Adorno bu məsələyə özlərinə məxsus prizmadan baxmağa qərar verirlər, və nəticədə, o günə kimi heç kimin üzə çıxarmadığı mənfi tendensiyanı ortaya çıxartmağı bacardılar. Horkheimer və Adorno kapitalizmin beşiyi sayıla biləcək yerlərdən biri olan ABŞ-da medianın kapitalizmə xas xüsusiyyətləri özünə götürdüyünü irəli sürürdülər. Kapitalizmin əsas xüsusiyyətləri qazanc, təminat və tələbat və yalnız maddiyyəti düşünməkdir.
Neft Sənayesində Ştanqsız Nasoslar (1962)
Kinolentdə neft hasilatında ştanqsız nasosların tətbiqindən, bunun sənayedə maya dəyərinin aşağı salınmasına təsirindən danışılır. Film "Azneft" birliyinin sifarişi ilə çəkilmişdir.
Neft sənayesində ştanqsız nasoslar (film, 1962)
Kinolentdə neft hasilatında ştanqsız nasosların tətbiqindən, bunun sənayedə maya dəyərinin aşağı salınmasına təsirindən danışılır. Film "Azneft" birliyinin sifarişi ilə çəkilmişdir.
Paris Şəhər Sənaye Fizikası və Kimyası üzrə Ali Təhsil İnstitutu
Paris Şəhər Sənaye Fizikası və Kimyası üzrə Ali Təhsil İnstitutu (fr. École supérieure de physique et de chimie industrielles de la ville de Paris və ya ESPCI) — 1882-ci ildə Fransanın Paris şəhərində əsası qoyulmuş institut. Frederik Jolio-Küri: Nobel mükafatı laureatı. Fransız fizik.
Qazaxıstan sənayesi
Qazaxıstan sənayesi — Qazaxıstan iqtisadiyyatının qolu. Qazaxıstanın ÜDM-də sənayenin payı% 34,1-dir (2017). Məşğul əhalinin sənayedəki payı% 20.4-dir (2017). Hazırda Qazaxıstan iqtisadiyyatı strukturunun demək olar ki, üçdə birini sənaye tutur. Mədənçıxarma sektoru məşğulluğun 2,9% -dən çoxunu və iqtisadiyyatda ümumi əlavə dəyərin 18% -ni təmin edir. Hasilat sənayesində əsas kapitala qoyulan investisiyalar bu gün ümumi həcmin 30% -dən çoxunu, istehsal sənayesində isə yalnız 12% -ni təşkil edir. Hasilat sənayesinin aparıcı ixracatçısı olan Qazaxıstan (ilk növbədə neft hesabına) adambaşına ixracata görə bütün MDB ölkələrini qabaqlayır. Bununla birlikdə, Qazaxıstan Respublikasında adambaşına orta hesabla istehsal məhsullarının ixracatı Rusiyaya nisbətən iki dəfə azdır. Sənayeləşmə prosesində sənayedəki diqqət tədricən istehsal sənayesinə yönəlir, baxmayaraq ki, inkişaf səviyyəsi nisbətən aşağı səviyyədə qalır. İstehsal sənayesi məşğulluğun 7% -dən azını və ölkə iqtisadiyyatının ümumi əlavə dəyərinin 11% -ni təşkil edir.
Qazaxıstanda avtomobil sənayesi
Qazaxıstanda avtomobil sənayesi — Qazaxıstan iqtisadiyyatında qeyri-resurs sektorunun sənaye inkişafının 12 prioritet sahələrindən biridir. Qazaxıstan Beynəlxalq Avtomobil İstehsalçıları Təşkilatının üzvüdür. 2019-cu ilədək, avtomobil sənayesinin milli maşınqayırmada payı 26% idi. Sovet dövründə Qazaxıstanda belə bir avtomobil sənayesi yox idi, bununla birlikdə respublika ərazisində yalnız avtomobil avadanlığının əsaslı təmiri ilə məşğul olmayan, həm də ixtisaslaşdırılmış avtomobil istehsal edən bir neçə iri avtomobil təmiri və maşınqayırma müəssisəsi var idi. onun əsasında nəqliyyat. Beləliklə, 1950-ci illərdə Alma-Ata bədən təmir zavodu GAZ-51A şassisində GZA-651 tipli avtobuslar istehsal etdi. Medeo kurortunda turistlərə xidmət etmək üçün açıq gövdəli avtobus qoşquları da daxil olmaqla 2 nömrəli Alma-Ata avtomobil təmiri zavodu. Alma-Atada yerləşən Qazaxıstan SSR Həyat Nazirliyinin Kryuçkov adına təcrübə-mexaniki zavodu gündəlik həyatda və avtomobil mağazalarında xidmət üçün maşın istehsalı ilə məşğul olurdu. 1968-ci ildən bəri Çimkentdəki Sairam təmir və mexaniki zavodu GAZ-51A şassisində, daha sonra GAZ-53A-da "Qazaxıstan-1" modelinin avtobus istehsalına yiyələndi və 1980-ci illərdə mobil istehsalına başladı ZIL-157K və ZIL yük maşınlarının şassisindəki hamamlar. Ust-Kamenogorskdan olan Vostokmashzavod müəssisəsi mədən mədənlərində işləmək üçün xüsusi avtobuslar istehsal etdi.

Digər lüğətlərdə