RÜTBƏ
SABAH
OBASTAN VİKİ
Elxan Rza
Elxan Rzayev (aktyor)
RZA
Robert Fitzgerald Diggs, ya da daha çox tanınan səhnə adı ilə RZA (5 iyul 1969), Amerikalı Qremmi Mükafatına layiq görülmüş rekord prodüser, reper, yazıçı, aktyor, ssenarist və rejissordur.
Nazim Rza
Rzayev Nazim İsrafil oğlu (Nazim Rza) — kino və televiziya rejissoru, kinodramaturq, Beynəlxalq və Ümumittifaq kinofestivallarının laureatı Nazim Rza 1941-ci il yanvar ayının 11-də Gəncə şəhərinin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Ata babası Rza Əsədullayev Gədəbəy bölgəsində tanınmış xeyriyyəçilərdən biri olmuşdur. Ana babası isə "Difai" partiyasının Gəncə şöbəsinin katibi, ilk nizamişünas Mirzə Məhəmməd Axundzadə olmuşdur. Atası İsrafil Rzayev və anası Hafizə Axundzadə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu (indiki ADAU) bitirərək, uzun illər baytarlıq sahəsində çalışmışlar. Nazim Rza 1945-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş, Bakı şəhər 1 saylı orta məktəbdə oxumuş, lakin həmin tədris ocağının hərbi-təmayüllü məktəbə çevrilməsi ilə bağlı təhsilini öncə 44, sonra 7 və 14 saylı məktəblərdə davam etdirmişdir. Orta məktəbdə oxuyarkən, eyni zamanda 1 saylı şəhər Musiqi məktəbində də təhsil almış və 1956-cı ildə fortepiano ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra istehsalatın müxtəlif sahələrində çalışmış, 1959–1964-cü illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsində təhsil almışdır. 1964-cü ildə Bakının Suraxanı bölgəsindəki S. Orconikidze adına Mədəniyyət Sarayında bədii rəhbər vəzifəsində çalışmış, elə həmin ilin axırlarından 1965-ci ilin sonuna kimi hərbi xidmətdə olmuşdur. 1966-cı ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun (hazırda Sankt-Peterburq İncəsənət Akademiyası adlanır) televiziya rejissorluğu fakültəsinə daxil olmuş və 1971-ci ildə həmin İnstitutu müvəffəqiyyətlə bitirmişdir. Diplom işi "İnsan Xəzəri xilas edir" televiziya filmi artıq Beynəlxalq və Ümumittifaq kinofestivallarında mükafat və xüsusi diplomlar almışdır.
Nurəddin Rza
Rzayev Nurəddin Məmmədbağır oğlu (26 iyun 1929, Gədəbəy – 16 oktyabr 2011) — görkəmli Azərbaycan cərrahı, tibb elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar Elm Xadimi. Nurəddin Rzayev 1929-cu il iyun ayının 26-da Gədəbəydə ziyalı ailəsində anadan olmuşdur. 1945-ci ildə orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1950-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə tamamlamışdır. Ali məktəbi bitirdikdən sonra təyinatla 1953-cü ilədək Türkmənistanda işləmişdir. Təyinat müddətini başa vurduqdan sonra Bakıya qayıtmış və elmi, cərrahi işini davam etdirmişdir. 1958-ci ildə "Mezatonun cərrahiyyədə tətbiqi" mövzusunda namizədlik, 1965-ci ildə "Ağ ciyər arteriyalarının emboliya və trombozları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir, professor rütbəsi almışdır. 1966-cı ildə professor N. M. Rzayevin təşəbbüsü ilə "Qanın laxtalanma sistemi məsələləri" üzrə II Ümumittifaq konfrans keçirilmişdir. 1964–1990-cı illərdə Ümumittifaq Cərrahlar Cəmiyyətinin rəyasət heyətinin, Damar Cərrahlığı Üzrə İttifaq Problem Komissiyasının üzvü kimi SSRİ səviyyəsində keçirilən tədbirlərdə iştirak etmişdir. 1966-cı ildən Azərbaycan SSR-in Səhiyyə Nazirliyinin elmi şura üzvü, 1973–1983-cü illərdə Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri olmuşdur.
Oqtay Rza
Rzalı Oqtay Məhərrəm oğlu (Oqtay Rza) — azərbaycanlı şair, 1981-ci ildan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı. Oqtay Rza 1934-cü il noyabrın 2-də Azərbaycanın Salyan rayonunun Qalalı kəndində anadan olmuşdur. Arbatan kənd yeddiillik məktəbini bitirib Salyan şəhərindəki Nizami adına orta məktəbdə təhsilini davam etdirmişdir (1948-1951). Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası almışdır (1951-1956). Əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlamışdır: operator, baş operator, neftçıxarma ustası olmuşdur (1956-1961). Elmi-tədqiqat işi müdafıə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan KP MK yanında ikiillik marksizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmişdir (1980). N.Tusi adına APİ-nin ümumi coğrafıya kafedrasında müəllim, baş müəllim (1966-1969), hazırda isə dosent işləyir (1971-cı ildən). Bakı Sovetinin deputatı seçilmişdir (1959-1960). 1961-ci ilin noyabr-dekabr aylarında Ümumdünya Həmkarlar İttifaqları Təşkilatının Moskvada keçirilən 5-ci konqresində sovet nümayəndə heyətinin tərkibində iştirak etmişdir.
Rza Bahari
Rza Bahari- şair,Fətəli şah Qacar zamanında yaşayırdı və azərbaycan dilində şeirlər yazırdı.Bahar şəhərində dünyaya gəlib və bu şəhərdə vəfat edib. Nuri, Cavad və Cəlili Hünərmənd, Səid.
Rza Baxşəliyev
Baxşəliyev Rza İbrahim oğlu (22 mart 1899 – 30 yanvar 1992, Bakı) — yunan-roma və sərbəst güləş üzrə azərbaycanlı idmançı. SSRİ əməkdar idman ustası (1943), Azərbaycan SSR əməkdar məşqçisi (1962), ümumittifaq dərəcəli hakim (1961), əməkdar bədən tərbiyəsi və idman xadimi (1969). Azərbaycanda güləş idman növünün inkişafında mühüm rol oynamış Rza Baxşəliyev 1925–1945-ci illəri əhatə edən karyerası ərzində klassik güləş üzrə 20, sərbəst güləş üzrə isə 7 dəfə ölkə çempionu olmuşdur. O həmçinin uzun müddət Azərbaycan Dövlət Universitetinin bədən tərbiyəsi kafedrasına rəhbərlik edib (1937–1965). 7 dil bilən Rza Baxşəliyev güləşlə yanaşı dama oyunu ilə maraqlanırdı və bu idman növü üzrə müxtəlif yarışlarda iştirak edirdi. Baxşəliyev həm də görkəmli idman müəllimi kimi tanınır. Onun tələbələri arasında SSRİ çempion və mükafatçıları İbrahimpaşa Dadaşov, Musa Babayev, Muxtar Dadaşov və ilk azərbaycanlı olimpiya mükafatçısı Rəşid Məmmədbəyov kimi güləşçilər olmuşdur.
Rza Bədəlov
Rza Bədəlov (25 sentyabr 1915, Bakı – 1987, Bakı) — texnika elmləri doktoru (1965), professor, AMEA-nın müxbir üzvü (1968). Rza Bədəlov Bakı şəhərində 25 sentyabr 1915-ci ildə anadan olub. Ali təhsilini 1941-ci ildə Azərbaycan Dövlət Neft və Sənayə Universitetində alıb. Universitetin Neft-mexanika fakültəsində Mühəndis-mexanik ixtisası üzrə təhsil alıb. Rza Bədəlov 1941–1944-cü illərdə "Əzizbəyovneft" trestinin Me­xa­niki təmir zavodunda mühəndis-konstruktordan sex rəisinə qədər müxtəlif vəzifələrdə işləyib. 1944–1947-ci illərdə AzSİ-nun aspirantı olub. 1947–1968-ci illərdə AzNKİ-də baş müəllim, dosent, professor, dekan müa­vini, Neft-mexanika fakültəsinin dekanı, Nəzəri mexanika kafedrasının müdiri vəzifələrini icra edib. Rza Bədəlov 1968-1976-cı illərdə Azərbaycan Politexnik İnstitutunun rektoru və Nəzəri mexanika kafedrasının müdiri olub. Habelə 1976–1987-ci illərdə AzNKİ-nun Neft-mədən mexanikası və Maşın və mexanizmləri kafedrasının müdiri vəzifələrini icra edib. Rza Bədəlov dağ süxurlarının dağıdılmasının mexanikası sahəsində tanınmış alimdir.
Rza Bəraheni
Rza Bərahəni (13 dekabr 1935, Təbriz – 25 mart 2022, Toronto) — Azərbaycan əsilli roman yazıçısı, ədəbi tənqidçi, siyasi mühacir və şair. Rza Bərahəni 1935-ci ildə Təbrizdə dünyaya gəlib. O, Azərbaycan Milli Höküməti (1945–1946) dönəmində ilk təsilini ana dilində almışdır. Bir sürə sonra ana dili olan türkcə yasaq edildiyindən təhsilini farsca davam etdirmişdir. 1965–1983-cü illərdə İranın Tehran Universitetində çalışan Rza Bərahəni istər Pəhləvi hakimiyyəti dövründə, istərsə də İslam Cümhuriyyəti dönəmində dəfələrlə siyasi baxşlarına görə həb olunmuşdur. 1996-cı ildə İranı tərk edərək Kanadada məskunlaşan Rza Bərahəni ömrünün son illərinə kimi Toronto şəhərində yaşamışdır. O, uluslararası PEN-in üzvü olmuşdur. Həmçinin 2001-ci ildən ömrünün son illərinədək Kanada PEN-in başqanı kimi fəaliyyət göstərmişdir. Rza Bərahəni 25 mart 2022-ci ildə Torontoda vəfat etmiş, şəhərin Elgin Mills qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Milli Hökuməti dövründə ana dilində təhsil almağı ilə bağlı bunları xatırlayır: 1946-cı ildə Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra baş verən hadisələr haqqında bunları xatırlayır: Cavad Heyət Həmid Nitqi Varlıq (jurnal) Pərvanə Məmmədli, Nobel mükafatına təqdim edilmiş yazar Rza Bərahəni kimdir?
Rza Bərahəni
Rza Bərahəni (13 dekabr 1935, Təbriz – 25 mart 2022, Toronto) — Azərbaycan əsilli roman yazıçısı, ədəbi tənqidçi, siyasi mühacir və şair. Rza Bərahəni 1935-ci ildə Təbrizdə dünyaya gəlib. O, Azərbaycan Milli Höküməti (1945–1946) dönəmində ilk təsilini ana dilində almışdır. Bir sürə sonra ana dili olan türkcə yasaq edildiyindən təhsilini farsca davam etdirmişdir. 1965–1983-cü illərdə İranın Tehran Universitetində çalışan Rza Bərahəni istər Pəhləvi hakimiyyəti dövründə, istərsə də İslam Cümhuriyyəti dönəmində dəfələrlə siyasi baxşlarına görə həb olunmuşdur. 1996-cı ildə İranı tərk edərək Kanadada məskunlaşan Rza Bərahəni ömrünün son illərinə kimi Toronto şəhərində yaşamışdır. O, uluslararası PEN-in üzvü olmuşdur. Həmçinin 2001-ci ildən ömrünün son illərinədək Kanada PEN-in başqanı kimi fəaliyyət göstərmişdir. Rza Bərahəni 25 mart 2022-ci ildə Torontoda vəfat etmiş, şəhərin Elgin Mills qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Milli Hökuməti dövründə ana dilində təhsil almağı ilə bağlı bunları xatırlayır: 1946-cı ildə Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra baş verən hadisələr haqqında bunları xatırlayır: Cavad Heyət Həmid Nitqi Varlıq (jurnal) Pərvanə Məmmədli, Nobel mükafatına təqdim edilmiş yazar Rza Bərahəni kimdir?
Rza Bəşirov
Rza Ənvər oğlu Bəşirov (16 may 1960, Bakı) — Professor, Şərqi Aralıq Dənizi Universitetinin incəsənət və elm fakültəsinin dekanı. Rza Bəşirov 1960-cı il mayın 16-da Bakı şəhərində anadan olub. 1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tətbiqi riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982–1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda işləyib. 1984–1986-cı illərdə Moskvada SSRİ EA-nın hesablama riyaziyyatı şöbəsində təcrübə keçib. 1990-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Yenilənən çoxkaskadlı kommutasiya şəbəkələrinin tikintisi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. Sonra Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda işə başlayıb. 1990-cı ildən baş elmi işçi, 1991-ci ildən isə Kibernetika İnstitutunda laboratoriya müdiri olub. 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin riyazi kibernetika kafedrasında dərs deyib. 1993-cü ildən Şimali Kipr Türk Cümhuriyyətində yerləşən Şərqi Aralıq Dənizi Universitetində işləyir.
Rza Darablı
Rza Darablı (orijinal adı: Rza Nəcəfəli (Nəcəfqulu) oğlu Hüseynov; 1883 – 23 mart 1942) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan SSR-in əməkdar artisti (1933). Rza Darablı 1883-cü ildə Bakıda doğulub. Əvvəlcə mədrəsədə, sonra türk-rus məktəbində təhsil alıb. Savadını ölkə xaricində ali məktəbdə davam etdirməyə çalışıb, lakin buna nail ola bilməyib. Mədəniyyətin müxtəlif sahələrinə maraq göstərib. 1911-ci ildən arasıra "Nicat" mədəni-maarif cəmiyyətinin truppasında epizodik, sözsüz surətlər oynayıb, üç il sonra isə müntəzəm şəkildə teatr tamaşalarında iştirak edib. Azərbaycanın ilk parodiyaçı aktyorlarından sayılır. Rza Darablı "Nicat", "Səfa", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" truppalarında dram, faciə, komediya, opera və operetta tamaşalarında maraqlı rollar oynayıb. Üzeyir bəy Hacıbəyovun "Şah Abbas və Xurşid Banu" operasındakı Məstavər obrazının ifaçısı olub. 1919-cü ildən bugünkü Milli Dram Teatrının truppasında aparıcı aktyorlardan biri kimi çıxışlar edib.
Rza Diqqəti
Reza Deqati (26 iyul 1952, Təbriz) Rza Diqqəti (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Güney Azərbaycan əsilli fransız fotoqrafı, humanist. Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.
Rza Gəncəli
Rza Gəncəli (d. 1911 – ö. 1995) — İran naziri, jurnalisti. Rza Gəncəli 1911-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Əslən Hacıəlili elinin Gəncəli oymağındandır. Bu oymaq camaatı Gəncə şəhərindən gəlib. İlk və orta təhsilini doğma şəhərində almışdır. Sonra Almaniyada ali təhsilə yiyələnmişdi. Mühəndis Gəncəli kimi tanınırdı. "Babaşəmil" nəşrinin təsisçisi və baş redaktoru olmuşdu.
Rza Hikmət
Rza Hikmət (fars. رضا حکمت‎; 1891, Tehran – 1978, Tehran) — İranın siyasi və dövlət xadimi, baş naziri(1947). Rza Hikmət 1891-ci ildə Qacarlar dövlətinin paytaxtı Tehran şəhərində mülkədar Hacı Heşmətəddin Şirazinin ailəsində anadan olmuşdu. Elmiyyə mədrəsəsini bitirmişdi. Rza Hikmət 1947-ci ildə İranın baş naziri olmuşdu. Rza Hikmət 1947-ci ildən 1955-ci ilədən İran Milli Məclisinin sədri vəzifəsində çalışmışdı. Rza Hikmət 1961-ci ildə təqaüdə çıxmışdı. Rza Hikmət 1978-ci ildə Tehranda vəfat edib. Sərdar Faxer Ḥekmat, “Mətn-e müṣāḥaba-ye xəbarnegār-e Ruz-nāma-ye Irān bā Mirzā Reżā Ḵān Sardār Fāḵer, 1299/1920,” repr. in Moḥammad-Jawād Şeyx-əl-eslāmi, Simā-ye Əḥməd şah Qacar, 2 cild., Tehran, 1996, II, nəşr 2, s.
Rza Mahmudov
Rza Mahmudov Nadir oğlu-( d.1952-ci il yanvarın 23-də Gürcüstanın Qardabani rayonunun Kosalı kəndi) coğrafiya elmlər doktoru, professor. 1952-ci il yanvarın 23 –də Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur. 1956 –cı ildə Kosalı kənd orta məktəbinin birinci sinifinə getmiş və 1968 –ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1970 –ci ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-Coğrafiya fakultəsinə daxil olmuş, 1975 –ci ildə həmin fakultəni coğraf-hidroloq ixtisası üzrə ilk məzun kimi fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə dövründə elmə marağı böyük olmuş ictimai işlərdə xüsusi fəallıq göstərmişdir. Ilk elmi məqaləsi tələbə dövründə çıxmışdır. Moskva, Sank –Peterburq, Kiyev, Tbilisi, Düşənbə, Helsinki, Cenevrə, Paris, Varna Tehran, İstanbul, Bakı və s. şəhərlərdə hidrometeorologiyanın müxtəlif sahələri üzrə keçirilən Beynəlxalq konfrans, qurultay və konqreslərdə iştirak etmişdir. 1983 –cü ildə «Lənkəran ərazi çaylarının yağış –daşqın axım itkilərinin tədqiqi» mövzusunda namizədlik, 1997-ci ildə «Azərbaycanın dağ çaylarında axımın formalaşmasının təhlili və proqnozu» mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Rza Mirkərimi
Rza Mirkərimi — əslən azərbaycanlı olan iranlı kinorejissor və ssenarist. 1966-cı ildə Zəncanda azərbaycanlı ailəsində anadan olub. Tehran Təsviri İncəsənət Universitetini bitirib. İlk dəfə 1987-ci ildə "Onun üçün" adlı qısametrajlı filmini çəkib. Sonradan bir müddət idman mövzulu sənədli filmlər və teleseriallar çəkib. İlk tammetrajlı filmi olan "Uşaq və əsgər" filmi 2000-ci ildə ekranlara çıxıb və çox böyük əks səda doğruraraq müxtəlif mükafatlara layiq görülüb. 2000-ci il - Uşaq və əsgər (rejissor, ssenari müəllifi və prodüser) 2001-ci il - Ay işığı altında (rejissor və ssenari müəllifi) 2001-ci il - Mənim kimi yüzlərlə qadın (rejissor və ssenari müəllifi) 2002-ci il - Burada parlaq işıq (rejissor, ssenari müəllifi, montaj və prodüser) 2005-ci il - Çox uzaq çox yaxın (rejissor, ssenari müəllifi və prodüser) 2008-ci il - Daha asan (rejissor, ssenari müəllifi, montaj və prodüser) 2011-ci il - Bir kəllə qənd (rejissor, ssenari müəllifi və prodüser) 2013-cü il - Yorulma! (prodüser) 2013-cü il - Tac Mahal (prodüser) 2014-cü il - Bu gün (rejissor, ssenari müəllifi, montaj və prodüser) 2016-cı iı - Qız 2006-cı il - Xalça, at, Türkmən (prodüser) 2006-cı il - Mələk və xalça (prodüser) 2006-cı il - İran xalçası 1996-cı il - Əziz xanımın macəraları 1997-ci il - Hemmat məktəbinin uşaqları Cəfər Pənahi Yədulla Səmədi Hüseyn Şəhabi Rza Mirkəriminin 38-ci Moskva Film Festivalınada çəkdiyi "Qız" filmi ilə bağlı müsahibəsi rus. fars.
Rza Məmmədov
Rza Əskər oğlu Məmmədov (23 noyabr 2001; Göylər, Şamaxı rayonu — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Rza Məmmədov 2001-ci il noyabrın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2007-2018-ci illərdə 2 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb. Bu müddət ərzində Şamaxı rayon İncəsənət Təhsili Mərkəzində də səs üzrə (xanəndə) təhsil alıb. Subay idi. Rza Məmmədov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rza Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, döyüşlərdə hərbi həkim kimi fəaliyyət göstərirdi. Rza Məmmədov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb.
Rza Osmanov
Rza Fikrət oğlu Osmanov (26 noyabr 1983) — Azərbaycanı təmsil edən yüngül atlet. 2008 və 2012-ci illərdə baş tutan Paralimpiya Oyunlarında bürünc medallara sahib olub. Rza Osmanov 1983-cü il noyabrın 26-da anadan olub. 2008-ci ilin avqust ayında Rza Osmanov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Rza Osmanov 400 metr məsafəyə qaçış turnirində 50.20 saniyə nəticə ilə bürünc medala sahibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Rza Fikrət oğlu Osmanov "Tərəqqi" medalı ilə təltif edildi. Daha sonra Rza Osmanov 2012-ci ilin avqust ayında Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 200 və 400 metr məsafələrə qaçış turnirlərində final mərhələsinə vəsiqə qazana bilməyən Rza Osmanov, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Rza Fikrət oğlu Osmanov Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.
Rza Pəhləvi
Rza Pəhləvi (31 oktyabr 1960, Tehran) — İranlı yazıçı, İran Milli Şurasının siyasi fəalı, keçmiş F-5 qırıcısı pilotu. Pəhləvilər sülaləsindən olan sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi və Fərəh Pəhləvinin böyük oğludur. İrandakı son xanədanlıq ola sürgündəki Pəhləvi Xanədanlığının 27 iyul 1980-ci ildən bəri rəhbəridir. 1979- cu ildə baş vermiş olan İran İslam İnqilabından sonra İranı tərk etmək məcburiyyətində qalmışdır. 2014-cü ilin noyabr ayında bütün İranı əhatə edən radio və televiziya şəbəkəsi qurmuşdur.
Rza Quliyev
Rza İsa oğlu Quliyev (20 aprel 1914, Ağdam, Şuşa qəzası – 4 iyun 1977, Bakı) — İctimai xadim, görkəmli jurnalist və publisist. Rza Quliyev 1914-cü il aprel ayının 20-də Ağdam rayonunda anadan olmuşdur. İbtidai təhsilini Ağdamda almış R.İ.Quliyev biliyə böyük həvəs göstərərək, təhsilini Qazax Müəllimlər Seminariyasında davam etdirmiş, daha sonra isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filoloji fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. Azərbaycan SSR Ali Sovetinə (3, 6 və 7-ci çağırışlar) deputat seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin Xarici İşlər üzrə Komissiyasının Sədr müavini olmuşdur. Dəfələrlə Azərbaycan Kommunist Partiyasının və Bakı Şəhər Komitəsinin Təftiş Komissiyasının üzvü seçilmişdir. O, həm də Sovet Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr İttifaqı Şurasının, Sovet Sülhü Müdafiə Komitəsinin və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. R.İ.Quliyev 1977-ci il iyun ayının 4-də Bakı şəhərində vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunub. Çoxsaylı broşura və məqalələri M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında saxlanılır.
Rza Rzayev
Rza Rzayev (17 may 1973, Şahbuz rayonu) — Azərbaycan aktyoru, rejissoru, ssenaristi. Rza Rzayev 17 may 1973-cü ildə Naxçıvan MSSR-nın Şahbuz rayonunda anadan olub. İdarəetmə və Biznes İnstitutunun Hüquq Fakültəsini bitirən Rza Rzayev Dövlət İdarəçilik Akademiyasında ikinci təhsil alıb. 2014-cü ildə Türkiyənin Beykent Universitetinin Sinema və Televiziya fakültəsində magistr təhsili almağa başlayıb. 2015-ci ildə tarixdə ilk dəfə New York Film Akademiyası Türkiyəyə kurs keçməyə gəlir və Rza Rzayev akademiyada 80-ci illərin əfsanə rejissoru Shelton Gilbert'dən rejissorluq sənətinin incəliklərini öyrənir. 2014-cü ilədək Naxçıvan Muxtar Respublikasının Bakıdakı Nümayəndəliyində müşavir vəzifəsində çalışıb. İlk dəfə rejissor Rövşən Almuradlının ekranlaşdırdığı “Bəsdir, ağlama!” filmində çəkilib. Ondan sonra “Ünvansız qız” teleserialında Rəşad obrazını canlandırıb. “Ünvansız qız” serialından sonra kino aləmindən uzaqlaşır, bütün dəvətlərdən imtina edir. Uzun fasilədən sonra “Cavad xan” filmində əsas rola - Cavad xanın oğlu roluna dəvət olunur.
Rza Sadıqov
Rza Nəcəfqulu oğlu Sadıqov (Sadıxov) (17 yanvar 1914, Bakı – 3 may 1986, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1960–1962) və müavini (1947–1949, 1958–1960, 1962–1970), Azərbaycan SSR maliyyə naziri (1949–1958). Rza Nəcəfqulu oğlu Sadıqov 1914-cü ildə Bakıda fəhlə ailəsində anadan olmuşdur. 1928-ci ildə yeddiillik məktəbi bitirdikdən sonra inşaat texnikumuna daxil olmuş, burada 4 il oxuduqdan sonra xüsusi orta təhsil almışdır. Rza Sadıqov bir il Masallı MTS-də inşaatçı-texnik işlədikdən sonra, 1933-cü ildə Azərbaycan Sənaye İnstitutunun Arxitektura fakültəsinə daxil olmuşdur. O, təhsil aldığı illərdə "Azqaz" trestinin mərkəzi kontorunda işləmiş, inşaatçı texnik, növbətçi mühəndis, texniki bölmənin rəhbəri, texniki şöbənin müdiri, təmir-tikinti şöbəsinin müdiri, direktor müavini və direktor vəzifələrində çalışmışdır. 1939-cu ildə ali məktəbi bitirdikdən sonra "Azqaz" tresti müdirinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1941–1942-ci illərdə Azərbaycan Dövlət Tikinti Tresti müdirinin müavini, tikinti-quraşdırma sahəsinin baş mühəndisi, zavod tikintisi rəisi vəzifələrində çalışmışdır. Sonralar rəhbər vəzifələrdə çalışan Rza Sadıqov 1945-ci ilədək Azərbaycan SSR Xalq Dövlət Nəzarəti Komissarlığında baş nəzarətçi, 1945-ci ildən Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dövlət Plan Komissiyası sədrinin müavini işləmişdir. O, 1947–1949-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1949–1958-ci illərdə isə Azərbaycan SSR maliyyə naziri olmuşdur. 1958–1960-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1960–1962-ci illərdə birinci müavini, 1962-ci ildən isə yenidən müavini vəzifələrində çalışmışdır.
Selma Rza
Selma Rza (5 fevral 1872, Konstantinopol – 5 oktyabr 1931, İstanbul) — ilk Türk qadın jurnalisti.. O həmçinin ilk hekayə yazan Türk hekayəçidir. Onun ölmündən sonra onun adını "Feraçeli" ləqəbi ilə əbədiləşdiriblər. Bəzən o "Selma Rza Feraçeli" kimi adlanırdı. O 1872-ci ilin fevral ayının 5-də anadan olmuşdur. Onun atasının adı Əli Rza idi. O Avstriya və Belçika Osmanlı imperiyasının diplomatı olmuşdur. Selma Rzanın anası isə Nailə xanım Avstriyalıdır. O ilk təhsilini İstanbulda almışdır. O Parisə Fransaya 1898-ci ildə səyahət edərkən böyük qardaşı Əhməd Rza ilə görüşür.
İlhamiyyə Rza
İlhamiyyə Faiq qızı Rzayeva (26 mart 1967, Qazax rayonu) — azərbaycanlı jurnalist, televiziya aparıcısı, prodüser, rejissor. 26 mart 1967-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1974-cü ildə Bakı şəhəri Nəsimi rayonu 42 saylı tam orta məktəbin birinci sinfinə gedib və 1984-cü ildə həmin məktəbi bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Tələbə ikən "Молодежь Азербайджана" qəzeti ilə ştatdankənar müxbir olaraq əməkdaşlıq edib. 1989-cu ildə universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziyasında işə qəbul edilir. Xəbərlər redaksiyasında müxbir kimi çalışıb. Sonralar ABA TV, Lider TV, Space TV ("Gecə kanalı" verilişi) telekanallarında çalışıb. ANS TV-də "Nəzər nöqtəsi" verilişinin aparıcısı olmuşdur. Hal-hazırda AzTV-də "Nəzər nöqtəsi" verilişinin aparıcısıdır.
Cəbrayıl Rzaquliyev
Rzaquliyev Cəbrayıl Manaf oğlu (Ağacəbrayıl Rzaquluzadə, 1910–1974) — Azərbaycan jurnalisti, publisist, ensiklopedist-lüğətşünas, tərcüməçi, maarifpərvər. Bakının Pirşağı kəndində ruhani və maarifpərvər ailəsində doğulmuş, dini təhsilini atasından və kəndindəki mollaxana-mədrəsədə almış, orta məktəbi Bakıda bitirmişdir. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq və Tibb İnstitutunun əczaçılıq fakültələrinin məzunudur. Əmək fəaliyyətinə, əsasən, 20–30-cu illərdə provizor, aptek müdiri kimi başlamış, sonrakı illərdə mətbuat və nəşriyyat sahələrinə keçmişdir. 1930-cu illərdən 1974-cü ilədək "Gənc işçi", "Azərbaycan pioneri", "Bakinski raboçi" qəzetlərində, "Göyərçin" jurnalında, Azərbaycan Dövlət Nəşriyyatında, "Uşaqgəncnəşr"də, Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatında (indiki "Maarif"), sabiq marksizm-leninizm institutunun redaksiya-nəşriyyatında, Azərbaycan Informasiya Bürosunda müxtəlif vəzifələrdə – texniki redaktor, tərcüməçi, redaktor, direktor müavini, baş redaktor və direktor işləmişdir. 1966-cı ildən ömrünün sonlarınadək Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında şöbə və redaksiya müdiri, məsul katib vəzifələrində çalışmış, 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın sözlüklərinin hazırlanması, məqalələrinin yazılışı və nəşri sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycanda mətbuat, nəşriyyat, poliqrafiya, ensiklopediya və lüğət nəşri sahələri üçün çoxlu sayda kadr hazırlamışdır. Bir çox tərcümənin, elmi-bədii və publisistik əsərin müəllifidir. Şahverdiyev A. B. Azərbaycan mətbuatı tarixi.
Dadaş Rzayev
Dadaş Qərib oğlu Rzayev (22 dekabr 1935, Dəliməmmədli, Goranboy rayonu – 27 may 2024, Bakı) — Azərbaycan Respublikasının Müdafiə Naziri (20 fevral 1993 – 17 iyun 1993), general-mayor, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri. Dadaş Qərib oğlu Rzayev 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olan D. Rzayev 1954-cü ildə Sovet Ordusunda əsgər kimi hərbi xidmətə çağırılır. Daha sonra Hərbi Hava Desantçıları Məktəbinə göndərilir. İkinci kursda taqım komandirinin müavini təyin edilir. "Qızıl Ulduz" ordeni ilə təltif olunur.[mənbə göstərin] Məktəbi bitirdikdən sonra leytenant rütbəsi alaraq Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilir. Bir il keçdikdən sonra Orta Asiyaya köçürülən Dadaş müəllim polklarını yoxlamağa gələn komandana Azərbaycanda qulluq etmək istədiyini bildirir. Zaqafqaziya Hərbi Dairəsində, Gəncə şəhərində olan 104-cü diviziyada xidmət edir. İlk gündən taleyini desant qoşunları hissələrinə bağlayan Dadaş Rzayev 1970-ci ildə Moskvada M. F. Frunze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirir. 1973-cü ildə buranı əla qiymətlərlə bitirən Rzayev Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmət edir.
Daşqın Rzalı
Daşqın Elşad oğlu Rzalı (27 may 1993, Yaycı, Naxçıvan Muxtar Respublikası – 21 oktyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Daşqın Rzalı 1993-cü il mayın 27-də Culfa rayonunun Yaycı kəndində anadan olub. 2000-2011-ci illərdə Yaycı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Daşqın Rzalı 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ilin fevral ayından isə əvvəlcə Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissədə, sonra isə Xızı şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Daşqın Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Rzalı oktyabrın 21-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Rzalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Daşqın Rzalı (kiçik gizir)
Daşqın Elşad oğlu Rzalı (27 may 1993, Yaycı, Naxçıvan Muxtar Respublikası – 21 oktyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Daşqın Rzalı 1993-cü il mayın 27-də Culfa rayonunun Yaycı kəndində anadan olub. 2000-2011-ci illərdə Yaycı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Daşqın Rzalı 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ilin fevral ayından isə əvvəlcə Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissədə, sonra isə Xızı şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Daşqın Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Rzalı oktyabrın 21-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Rzalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Dizac-i Rzaqulubəy (Həştrud)
Dizac-i Rzaqulubəy (fars. ديزج رضاقلي بيگ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 875 nəfər yaşayır (212 ailə).
Dəyanət Rzayev
Dəyanət Rzayev (5 avqust 1971, Bakı – 25 yanvar 2017, Bakı) — Azərbaycan psixoloqu. Dəyanət Rzayev yerli mediada tez-tez intiharlara dair ekspert rəyləri ilə çıxış edib, insanları intihardan çəkindirirdi. Dəyanət Rzayev 3 avqust 1971-ci ildə anadan olub. İlk ali təhsili pedoqoji psixologiya, ikinci ali təhsili isə Bədən Tərbiyəsi İnstitutunda bakalavr və idman psixologiyası üzrə magistr dərəcəsi olmuşdur. 1990-cı illərdə futbol üzrə Azərbaycan milli komandasının psixoloqu olub və futbolçularla çalışıb. Sonradan Azərbaycanda ən böyük psixoloji mərkəzlərdən biri "Psixoterapiya Mərkəzi"ni yaratmışdır. Amerika və Avropa Psixoloji Müşavirə Assosiasiyasının üzvü idi. Dəyanət Rzayev evli və 3 uşaq atası idi. Həyat yoldaşı ilə ölümündən bir müddət əvvəl ayrılmışdı. Onun cəsədi 2017-ci il yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda yerləşən evində aşkarlanıb.
Elbəy Rzaquliyev
Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17 iyun 1926, Bakı, Azərbaycan SSR – 15 sentyabr 2007, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan SSR xalq rəssamı (1977), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). Elbəy Rzaquliyev 17 iyun 1926-cı ildə Bakıda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə ÜDKİ-nin rəssamlıq fakültəsinə daxil olmuşdur. Təhsilini başa vurub, 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlamışdır. Bundan sonra onun yaradıcılığı iki əsas istiqamətdə inkişaf etmişdir: rəngkar və kino rəssamı. 1960-cı ildə Bakıda, 1960–1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri böyük müvəffəqiyyətlə nümayiş etdirilmiş və sənətsevərlərin diqqətini özünə cəlb etmişdir. 1977-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına, 1986-cı ildə SSRİ Dövlət mükafatına, 1998-ci ildə "Şöhrət" ordeninə layiq görülmüşdür. Azərbaycan Rəssamlar İttifaqının katibi olmuşdur. Yaratdığı əsərlərdən "Daşkəsənin gənc inşaatçıları", "Əli Bayramlı DRES-i", "İnsanların torpağı", "Çiçəklər arasında", "Qırmızı və ağ qızıl güllər", "Xəncər və məişət əşyalarından ibarət natürmort", "Tac-Mahal", "Yaponiya silsiləsi", "Əmək adamları", "Ana", "Montajçılar", "Kənddə" və digərləri böyük maraqla qarşılanmışdır. "Sevil", "Arşın mal alan", "Görüş", "Ögey ana", "Onun böyük ürəyi", "Bir məhəlləli iki oğlan", "Telefonçu qız", "Uşaqlığın son gecəsi" və s.
Eldar Rzayev
Eldar Rzayev (azərb. Rzayev Eldar Həmid oğlu‎; 17 iyul 1968) — Azərbaycan Respublikası Prezidentin Protokol xidmətinin rəisinin müavini — Birinci vitse-prezidentin protokol sektorunun müdiri, 2-ci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir. Eldar Həmid oğlu Rzayev 17 iyul 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir, daha sonra Fransa Respublikasının Milli Administrasiya Məktəbinin (ENA) ixtisasartırma kurslarında təhsilini davam etdirmişdi. Hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyinə 1994-cü ildə Gənclər və İdman Nazirliyində başlamışdır. 1995-ci ildən etibarən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində müxtəlif vəzifələrdə işləmiş, o cümlədən Dövlət Protokolu İdarəsinin rəis müavini olmuşdur. 2003-cü ildə Vatikan Dövlətinin Müqəddəs Böyük Qreqori (Ordine di San Gregori Magno) ordeni ilə təltif olunmuşdur. 2004-cü ilin mayında Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətində işə başlamış, 2005–2007-ci illər arasında Prezidentin Protokol xidmətinin Protokol təminatı sektorunun müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2007-ci il tarixli Sərəncamı ilə Eldar Həmid oğlu Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini — sektor müdiri vəzifəsinə təyin edilmişdir.
Elnur Rzayev
Elnur Şahbaz oğlu Rzayev (2 aprel 1980, Aşağı Şorca, Vardenis rayonu) — Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı. Elnur Rzayev 2 aprel 1980-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. 1996–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznes üzrə menecment" ixtisası üzrə bakalavr, 2000–2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "İstehsal sistemlərinin idarəedilməsi" ixtisası üzrə magistr, 2010–2013-cü illərdə Azərbaycan Respublikasınn Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə" idarəetməsi ixtisası üzrə təhsil almışdır. 2002-2003 - cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2004–2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009–2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, 2013–2015-ci illər ərzində Gəncə Asan Xidmət mərkəzinin direktoru, 2015–2019-cu illərdə isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Ailəlidir. 3 övladı var.
Elxan Rzayev
Elxan Rzayev (aktyor)
Elxan Rzayev (aktyor)
Elxan Rza (29 iyun 1979, Sumqayıt) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının Əməkdar Artisti (2018). Elxan Rzayev 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1996-cı ildə Sumqayıt şəhər 23 nömrəli orta məktəbi bitirmişdir. Həvəskar aktyor kimi ilk dəfə Sumqayıtda fəaliyyət göstərən "Cavid" teatrında səhnəyə çıxmışdır. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. Tələbəlik illərində Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük", Cəfər Cabbarlının "Solğun çiçəklər", Anton Çexovun "Təklif" əsərlərində Ələsgər, Əşrəf bəy, Rəhman və Stepan Stepanoviç rollarını ifa etmişdir. Cəfər Cabbarlının "Solmaz yarpaq" ədəbi–musiqili kompozisiyasında Cəfər Cabbarlı obrazını məharətlə yaratmışdır. Tələbə ikən Azərbaycan Milli Dram Teatrında çalışmış, kütləvi səhnələrdə aktyor kimi çıxış etmişdir. Bu illər ərzində teatrın aparıcı artisti, baş rolların mahir ifaçısı kimi teatr ictimaiyyətinin diqqətini özünə çəkmişdir. 2000-ci ildən Bakı Bələdiyyə Teatrının aktyorudur.
Elxan Rzayev (əsgər)
Elxan Ariz oğlu Rzayev (15 aprel 1994; Qəzli, Sabirabad rayonu, Azərbaycan — 1 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Elxan Rzayev 1994-cü il avqustun 15-də Sabirabad rayonunun Qəzli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elxan Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elxan Rzayev noyabrın 1-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Rzayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Rzayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşən Rzazadə
Elşən Rəşad oğlu Rzazadə (d. 11 sentyabr 1993, Lənkəran) — Azərbaycan Birinci Diviziyası təmsilçilərindən olan Mil-Muğan klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. 30 yanvar 2016-cı ildə Rzazadə Neftçi Bakı klubu ilə müqavilə imzalamışdır. Rzazadə Azərbaycan milli futbol komandası ilə debütünü 17 noyabr 2015-ci ildə Moldova millisinə qarşı oyunda etmişdir. 10 Aprel 2016 tarixində yenilənib 17 Noyabr 2015-ci il məlumatlarına əsasən.
Fazil Rzayev
Fazil Rzayev — Azərbaycanlı voleybol mütəxəssisi. 1956-cı ildə Azərbaycan komandasının heyətində SSRİ kubokunu qazanan Rzayevin Azərbaycanda voleybolun inkişafında böyük rolu olub. O, həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında voleyboldan dərs deyib. Fazil Rzayev qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayevin və kişilərdən ibarət yığmnın sabiq baş məşqçisi Oqtay Musayevin də müəllimi olub. Voleybol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Fazil Rzayev 2010-cu ilin may ayında 77 yaşında vəfat edib. Yasamal qəbiristanlığında dəfn edilib.
Fikrət Rzayev
Fikrət Həsən oğlu Rzayev (d.1936 Naxçıvan-v.2013 Bakı) — Görkəmli tədqiqatçı-mühəndis, uzun müddət “AZİNMAŞ”da çalışıb. 1995-1996-cı illərdə Fikrət Rzayevin “Adəm dili haqqında”, “Fonemlər nəyə işarədirlər” məqalələri N.Tusi adına ADPU-nun tematik toplularında dərc olunmuşdur və onun elmə gətirdiyi bu yeniliklər klassik dilçilik tədqiqatı sahəsinə novatorcasına yanaşmanın təməli hesab olunur. 1998-ci ildə Fikrət Rzayev o dövrəqədərki araşdırmalarını topladığı 600 səhifəlik əlyazmasının üstündə bir daha və yenidən işləyərək, sadə və geniş oxucu kütləsi üçün anlaşıqlı olsun deyə, iki aya “Sözün sirri-səsin sirri” kitabını çapa vermişdir. 1999-2000-ci illərdə qardaşı Vahid Rzayevlə həmmüəllif kimi “Yaranış haqqında söhbət” adlı üç hissədən ibarət elmi-fəlsəfi toplunu ictimaiyyətin müzakirəsinə çatdırmışdır. 2012-ci il müdriklik çağını yaşayan Fikrət Rzayevin həyatında yazdığı “Söz” və “Söz konstruktorluğu” kitablarının nəşr olunması ilə yaddaşlarda əbədi qalacaq. Fikrət Həsən oğlu Rzayev 28 fevral 2013-cü il tarixində qəflətən dünyasını dəyişmişdir. Fikrət müəllim neft və qaz mədənlərinin maşın və avadanlığı üzrə ali təhsilli ən yüksək səviyyəli mütəxəssis olmaqla bərabər, novator dilçi-tədqiqatçı kimi də çox ciddi araşdırmalar aparmışdır. Onun Azərbaycan dilində (eyni zamanda alman və rus dilləriylə müqayisəli şəkildə) fonemlərin – sait və samit səslərin – məna əmələgətirmə xüsusiyyətlərini açması bu sahənin mütəxəssislərində özünəməxsus rəğbət yaratmışdır. Fikrət Rzayev yorulmadan Azərbaycan dilçiliyinin zənginliyini, ilkdən ilkinliyini çatdırmaq üçün çalışırdı. Onun üstündə işlədiyi son araşdırmalar da xüsusi təmkin, fenomenal bacarıq və sonsuz çalışqanlıq tələb edirdi.
Fərhad Rzazadə
Fərhad Mirzə oğlu Rzazadə (12 oktyabr 2001, Bala Bəhmənli, Füzuli, Azərbaycan — 3 oktyabr 2020;, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Fərhad Rzazadə 12 oktyabr 2001-ci ildə Füzulinin Bala Bəhmənli kəndində doğulub. 2007-2018-ci illərdə Bala Bəhmənli kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin 23 oktyabrında həqiqi hərbi xidmətə çağırılıb. Goranboyun Ağcakənd kəndində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayan Fərhad uğurlu xidmətinə görə tezliklə ordan Xüsusi Təyinatlı Qüvvələrə göndərilib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fərhad Rzazadə Kəlbəcər, Cəbrayıl, Füzulinin azad edilməsində savaşıb. 3 oktyabr 2020-ci ildə Cəbrayılın Daşkəsən kəndində düşmən mövqeyi məhv edildikdən sonra düşmən artilleriyasından atılan mərminin yaxınlıqda partlaması nəticəsində şəhid olmuşdur. Fərhad Rzazadə 14 oktyabr 2020-ci ildə Füzulidə torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Rzazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Rzazadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fətulla Rzabəyli
Fətulla Rzabəyli (1885, Bakı – 10 oktyabr 1968, Bakı) — professor (1950), Əməkdar elm xadimi (1960). Fətulla Rzabəyli 1911-ci ildə Novorossiysk Universitetini bitirmiş və 1913-cü ildən həmin universitetdə işləmişdir. o vətənə qayıdaraq müxtəlif vəzifələrdə də işləmişdir. 1930-cu ildə Azərbaycan Dövlət tibb institutu Azərbaycan Dövlət Universitetindən ayrılaraq yaradılanda "Biologiya" kafedrasını yaradaraq 1930–33-cü illərdə "Biologiya" kafedrasının müdiri olmuşdur. Bu kafedraya sonradan 1946–1964-cü illərdə də başçılıq etmişdir. 1950-ci ildə professor, 1960-cı ildə isə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Fətulla bəy Rüxsarə xanım Vəkilova ilə ailə qurmuşdu. Zülfiqar, Davud adlı oğlanları, Gülrux, Törə adlı qızları var. Respublika qəzeti. 26 may 2010-cu il.
Gülzar Rzayeva
Rzayeva Gülzar Lətif qızı (13 yanvar 1950, Yevlax) — Ali məhkəmənin hakimi. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1973). 1973-1977-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasında vəkil, 1977-1981-ci illərdə Bakı şəhəri Əzizbəyov rayon prokurorunun köməkçisi, 1981-1985-ci illərdə Əzizbəyov rayonunun xalq hakimi, 1985-1987-ci illərdə Əzizbəyov rayon xalq məhkəməsinin sədri, 1987-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, milli məsələlər üzrə Ali Məhkəmə kollegiyasının sədri işləmişdir. 2000-ci ildən 2005-ci ilə qədər Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin sədr müavini olub, 2005-ci ildən 2010-cu ilə qədər Səbail rayon məhkəməsinin sədri vəzifəsində çalışıb. Hal-hazırda Ali Məhkəmənin hakimidir.
Hacırza Rzayev
Hacırza Fikrət oğlu Rzayev — İkinci Qarabağ müharibəsinin şəhidi. Ölümündən sonra "Vətən Uğrunda" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub. Rzayev Hacırza Fikrət oğlu 7 yanvar 1992-ci ildə Bakı şəhərində anadan olub. 1999-2009-cu illərdə Nəsimi rayonu Fəxrəddin Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2012 -ci illərdə Gədəbəydə "N" saylı hərbi hissədə qulluq edib.İkinci Qarabağ müharibəsi başlayandan könüllü olaraq müharibədə iştirak edib. Füzulidə, Cəbrayılda,Hadrutda döyüşlərdə olub. 26 noyabr 2020-ci ildə Şuşada qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020- ci il Sərəncamına əsasən "Vətən Uğrunda" medalı,25 dekabr 2020- ci il Sərəncamına əsasən isə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.
Həqiqət Rzayeva
Həqiqət Əli qızı Rzayeva (20 may (2 iyun) 1907, Lənkəran, Lənkəran qəzası – 2 avqust 1969, Bakı) — müğənni (soprano), pedaqoq. Azərbaycan SSR xalq artisti (1943). Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindəndir. Lənkəran qəzasıın Darquba kəndində anadan olmuşdur. Atası Əli kişi o hələ səkkiz aylıqkən dünyasını dəyişir. Həqiqətin anası ikinci dəfə mövhumatçı, dindar bir kişiyə ərə gedir. 1917-ci ildən Həqiqət Lənkəranda məktəbə getməyə başlayır. Azərbaycan sovetləşəndən sonra isə onun ailəsi Bakıya köçür. Gənc Həqiqətdə operaya və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən sonra yaranır. Bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürür.
Həqiqət Rzayeva küçəsi
Həqiqət Rzayeva küçəsi — Bakının tarixi küçəsi. İçərişəhər tarixi rayonunda yerləşir. Azərbaycan müğənnisi, Azərbaycan SSR Xalq Artisti Həqiqət Rzayevanın şərəfinə layiq görülmüşdür. Köhnə adı - Varvarinskaya, Sovet dövründə (1939-cu ildən 1992-ci ilədək) Menjinskoqo adını verilib. 1860-cı ildə qədim şəhərin dəniz kənarından olan qala divarı sökülüb və azad meydanlar yeni evlərlə tikilmişdir. 1967-ci ildən 1996-cı ilədək Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi köhnə karvansarada (ev 9) yerləşmişdir. 1 - Xan karvansara 3 və 11 - yerli əhəmiyyətli memarlıq abidələri elan edilmişdir. 9 - Karvansaray-teatr "Muğam" Улицы, площади, бульвары, парки Баку по названиям со времени возникновения города Arxivləşdirilib 2018-08-10 at the Wayback Machine Ичери-шехер.
Həsən Rza Paşa
Həsən Rza Paşa (türk. Hasan Rıza Paşa; d.1871, Tosya - 30 yanvar 1913, Şkoder) — Türk əsgəri. Bağdad ve Kastamonunun qubernatoru olan Namık Paşanın oğlu Həsən Rza Paşa güman edilir ki, ibtidai məktəbini İstanbulda bitirib. 1886 - 1889-cu illərdə Beşiktaş Hərbi Liseyini və Bursa Hərbi Liseyini bitirdi. 1889-cu ildə Türkiyə Quru Qoşunları məktəbinə daxil oldu və 1892-ci ildə məzun oldu. 1895-ci ildə orduya bir heyət kapitanı olaraq qatıldı. Tophanə və Məktəblər Naziri "Müşir" rütbəsini daşıyan Mustafa Zəki Paşanın qızı Aişə Sahibə ilə evlənmiş onların 4 övladı olmuşdur. Osmanlı Hərbi Kollecindən məzun olduqdan sonra Mahmud Muxtar Paşa tərəfindən müəllim müavini olaraq təyin edildi. 1897-ci il Osmanlı-Yunan müharibəsinin tələbi ilə Alasonian Ordusunda bir tapşırığa təyin edildi və 7 oktyabr 1897-ci ildə baş polkovnik rütbəsinə, 21 avqust 1898-ci ildə mayor rütbəsinə, 18 aprel 1899-cu ildə isə rayon qubernatoru rütbəsinə qədər yüksəldi. 1899-cu ilin mayında Almaniyaya oxumağa getdi.
Həsən Rzazadə
Həsən Vüqar oğlu Rzazadə (15 iyun 1994, Sumqayıt – 1 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Həsən Rzazadə 1994-cü il iyunun 15-də anadan olub. Əslən Zəngilan rayonunun Mincivan qəsəbəsindən idi. Azərbaycan Ordusunun baş leytenantı olan Həsən Rzazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Rzazadə noyabrın 1-da Laçın döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Həsən İbn Rza Şirvani
Həsən İbn Rza Şirvani - XVIII əsrdə yaşamış məşhur Azərbaycan əczaçısı və "Siracüt-tibb" ("Tibbin çırağı") əsərinin müəllifi Həsən İbn Rza Şirvani XVIII əsrdə yaşamış məşhur Azərbaycan əczaçısı və "Siracüt-tibb" ("Tibbin çırağı") əsərinin müəllifidir. Fars dilində yazılmış bu məşhur əsərdə yüzlərlə dərman nüsxələri göstərilmişdir. "Siracüt-tibb" orta əsr Azərbaycan əczaçılarının stolüstü kitabı olmaqla yanaşı, qonşu Şərq ölkələrində də məşhur idi. Kitabda mürəkkəb tərkibli nüsxələrdən bəhs olunur. Müəllif onları "mürəkkəbat" adlandırır. Bu dərmanlardan bəziləri 50-60 və daha çox bitkilərdən ibarətdir. Nümunə kimi, Həsən İbn Rza Şirvaninin nüsxələrindən birinini göstərək: "Bambukun içliyindən hazırlanan həblər ("qursi-təbaşir") ödqovucu təsirə malikdir, qan təzyiqini aşağı salır, spazmlara qarşı faydalıdır. Tərkibi: bambukun içi, qızılgül, ağ səndəl, xiyar toxumları, nilufər siropu, zirinc, ərəb qatranı, gəvən kitrəsi, dəvətikanın havada bərkimiş şirəsi. Bütün bunları yaxşıca döyürlər və sitron suyu ilə qarışdırıb yayma həblər düzəldirlər". Həsən İbn Rza Şirvaniyə məxsus bu əsərinin əlyazma nüsxələri Azərbaycan MЕA-nın M.Füzuli adına Əlyazmalar Institutunda və еləcə də İranın əlyazma xəzinələrində saxlanır.

Digər lüğətlərdə