SARMALAMAQ
SARMAŞIQLI
OBASTAN VİKİ
Sarmaşıq
Sarmaşıq və ya Otsarmaşıq (lat. Convolvulus) - sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi. Sarmaşan və sarmaşmayan ot yaxud kollardır. 250-dək növü məlumdur. Bunlardan 8-i Azərbaycan ərazisində rast gəlinir. Çöl sarmaşığı (Convolvulus arvensis) açıq-çəhrayı çiçəkləri olan çox yayılmış alaqdır. Yarpağında S vitamini var. Yaşıl yem kimi zəhərlidir, quru otu zərərsizdir.
Kantabir sarmaşıq
Convolvulus cantabrica (lat. Convolvulus cantabrica) – sarmaşıqkimilər fəsiləsinin sarmaşıq cinsinə aid bitki növü. Hündürlüyü 15–60 sm, gövdəsi düzduran və ya yuxarıya doğru qalxan, bəzən sərilən, əsasından budaqlanan, sıx və uzun qabarıq və ya qısa basıq tüklü çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları boz-yaşıl rəngli, üst tərəfdən adətən çılpaqdır, alt tərəfdən basıqtüklüdür, bəzən uzun qabarıq tüklüdür, aşağıdakılar saplaqlıdır, uzunsov, əksinəneştərşəkilli və ya uzunsov-neştərvaridir, küt ucludur, orta və yuxarıdakı yarpaqlar oturaqdır və ya demək olar ki, oturaqdır, uzunsov-xətvaridir, sivri təhərdir. == Çiçək == Çiçəkləri tək və ya 2–4 saydadır, kənar və ya təpə yarımçətirlərdə, uzun çox vaxt qabarıq çiçək oxu üzərindədir. Tac çəhrayıdır və kasacıqdan 2–3 dəfə uzundur. == Meyvə == Qutucuq enli-yumurtaşəkillidir, yuxarı hissədə tüklüdür, kasacıqdan qısadır. Toxumları enli-yumurtaşəkillidir, tünd-qəhvəyi rəngdədir, uzunluğu 2,5–3,5 mm-dir. == Çiçəkləməsi == May-İyul (Avqust) == Meyvə verməsi == İyul-Sentyabr == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ cənub, KQ mərkəzi, Lənk. oval., Lənk.
Oxyarpaq sarmaşıq
Oxyarpaq sarmaşıq (lat. Convolvulus scammonia) - sarmaşıq cinsinə aid bitki növü.
Sarmaşıq Liqası
Sarmaşıq Liqası (ing. The Ivy League) — ABŞ-nin şimal-şərqində 7 ştatda yerləşən 8 özəl ali məktəb. Bu adın yaranmasına səbəb bu universitetlərin qədimi binalarını örtən sarmaşıqlarla bağlıdır. Liqaya daxil olan ali məktəblər təhsilin yüksək keyfiyyətilə fərqlənirlər. Braun Universiteti — 1764-cü ildə yaradılmışdır. Rod-Aylend ştatının Providens şəhərində yerləşir. Harvard Universiteti — 1636-cı ildə yaradılmışdır. Massaçusets ştatının Kembric şəhərində yerləşir. Dartmut Kolleci — 1769-cu ildə yaradılmışdır. Nyu-Hempşir ştatının Hannover şəhərində yerləşir.
Tükcüklü sarmaşıq
Tükcüklü sarmaşıq (lat. Convolvulus subhirsutus) — sarmaşıq cinsinə aid bitki növü.
Üçrəng sarmaşıq
Üçrəng sarmaşıq (lat. Convolvulus tricolor) — sarmaşıqkimilər fəsiləsinin sarmaşıq cinsinə aid bitki növü. Convolvulus maroccanus Batt. Convolvulus meonanthus Hoffmanns. & Link Convolvulus minor Convolvulus pseudotricolor Bertol. Convolvulus tricolor subsp. hortensis (Batt.) Maire Convolvulus tricolor subsp. meonanthus (Hoffmanns. & Link) Maire Convolvulus tricolor subsp. pentapetaloide O. Bolòs & Vigo Convolvulus tricolor subsp.
Tamusşəkilli yalançı sarmaşıq
Tamusşəkilli yalançı sarmaşıq — Qafqazda yayılmışdır. Uzunluğu 1-2 m-dək olan,qalın,ətli köklü,sürünən bitkidir.Gövdəsi çılpaq və ya zəif tükcüklü,uzunluğu 1-2 m-dəkdir.Yarpaqları uzun saplaqlı,nazik,yumurtavari və ya uzunsov-yumurtavari,kənarları bütöv,dərin ürəkşəkilli,bünövrəsində yumru qanadlı,ucu biz,çılpaq,uzunluğu 8 sm-dək və eni 5 sm-dir.Çiçəkləri ucda və qoltuqda ensiz süpürgəvari çiçək qrupunda yerləşir,yan çiçəkləri nazik ayaqlarda,çiçəkyanlığına bərabər və ya ondan uzun,xırda çiçəkaltlıqlıdır.Çiçəkyanlığı əvvəlcə zəngvari,uzunluğu 6-8 mm,ulduzvari şaxələnmiş,uzunsov-xətvari,yumru hissəli,3 damarcıqlıdır.Meyvələrin diametri təxminən 2 mm,üstü çox batıq,hamar,qapaqla açılır; toxumların kənarları iti qara-qonur,parlaqdır. Rütubətsevən,torpağa az tələbkardır. Böyük Qafqazda,Kiçik Qafqazda,Naxçıvanda rast gəlinir. Canlı çəpərlərin salınmasında tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Sarmaşıqkimilər
Sarmaşıqkimilər (lat. Convolvulaceae) — quşüzümüçiçəklilər sırasına aid bitki fəsiləsi.
Sarmaşıqvarı yersarmaşığı
Sarmaşıqyarpaq meşənovruzu
Sarmaşıqyarpaq meşənovruzu (lat. Cyclamen hederifolium) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü.
Sarmaşıqçiçəklilər
Sarmaşıqvari yersarmaşığı
Sarmaşıqvari yersarmaşığı (lat. Glechoma hederacea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin yersarmaşığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-60 sm, gövdəsi zəif, çılpaq və ya səpələnmiş-tükcüklü, torpaq üzərində sərilmiş və yaxud biraz qalxan, budaqlanmış və torpağa kök salan cavan budaqları olan çoxillik ot bitkisidir. Yarpaqları kifayət qədər uzun saplaqda yerləşmiş, dəyirmi-böyrəkşəkilli, kənarları iri dairəvi-dişli, yuxarı yarpaqları isə böyrəkvari-ürəkşəkillidirlər. Çiçəkləri adi yarpaqların qoltuğunda 2-4 ədəd olmaqla yerləşmişlər, çiçək altlığı sapşəkilli və qısa saplaqlıdır. Tac mavitəhərbənövşəyi rəngli olub, uzunluğu 10-20 mm və kasacıqdan uzundur. Fındıqcalar 1,5-2 mm uzunluğundadır, qonurtəhərdir. Aprel-may aylarında çiçəkləyir, may-iyun ayalrında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), Kür düz. - orta dağ qurşağına qədər.

Digər lüğətlərdə