Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşıq İxtiyar
Aşıq İxtiyar — Naxçıvan aşıqlarından və sazbəndlərindən biridir. == Aşığın həyat və yaradıcılığı == Seyidov İxtiyar Mircəfər oğlu tanınmış Naxçıvanın aşıqlarından və sazəndələrindəndir. O, uzun müddət Naxçıvan Aşıqlar Birliyinin sədri olmuşdur. Aşıq İxtiyar 18 dekabr 1966-cı ildə Naxçıvanın Şahbuz rayonunun Kükü kəndində ziyalı iləsində doğulmuşdur. Orta məktəbdə oxuduğu illərdə saz sənətinə xüsusi həvəs göstərmiş, bu həvəs onu musiqi alətləri düzəltməyə, onların tarixi ilə maraqlanmağa sövq etmişdir. Aşıq İxtiyar 1984-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmiş, 1987-ci ildə hərbi xidmətini bitirmişdir. Daha sonra Naxçıvan Politexnik Texnikumuna daxil olmuş, 1989-cu ildə texnikumu bitirmişdir. Aşıq İxtiyar hərbi xidmətdən qayıtdıqdan sonra saz aləti düzəltməklə məşğul olmuş və Naxçıvan MR Estetik Tərbiyə Mərkəzində saz ixtisası üzrə müəllim işləmişdir. Bu illərdə Aşıq İxtiyar qədim musiqi alətləri düzəltmək sahəsində mükəmməl sənətkar kimi tanınmış və Naxçıvanda onun “Əl işlərinin sərgisi” təşkil edilmişdir. Qədim musiqi alətləri, o cümlədən saz aləti düzəltmək sahəsindıki bacarıq və istedadına görə Aşıq İxtiyar mükafata layiq görülmüşdür.
İlqar İxtiyar
İxtiyar İlqar oğlu Əliyev (6 iyul 1994; Goranboy rayonu, Azərbaycan — 6 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İxtiyar Əliyev 1994-cü il iyulun 6-da Goranboy rayonunun Goranlı kəndində anadan olub. Ailəli idi. Qardaşı Əliyev Bəxtiyar İlqar oğlu İkinci Qarabağ müharibəsi qazisidir. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan İxtiyar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İxtiyar Əliyev oktyabrın 6-da Ağdərə istiqamətində "951" zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. Onun nəşinin tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. İtkin düşməsindən 1 il sonra, 2021-ci il oktyabrın 13-də Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, itkin düşmüş hərbi qulluqçu – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib.
İxtiyar Bəxtiyarlı
İxtiyar Bəxtiyarlı — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == İxtiyar Bəhram oğlu Bəxtiyarlı 17 iyun 1949-cu ildə Ağdamda anadan olmuşdur. O, 1966-cı ildə Ağdam 5 saylı orta məktəbi, 1972-ci ildə Azərbaycan Pedaqoji Universitetinin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti)Kimya fakültəsini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra İxtiyar Bəxtiyarlı üç il Cəlilabad rayonunun Allar kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir.İxtiyar Bəxtiyarlı 1975-ci ildə Azərbaycan EA Qeyri-üzvi və fiziki-kimya İnstitutunda aspiranturanın əyani şöbəsinə daxil olmuş­dur. O, 2303.01 - Qeyri-üzvi kimya ixtisası üzrə 1980-cı ildə “Nadir torpaq elementlərinin oksitio­qallatlarının və -indatlarının sintezi və fiziki-kim­yəvi tədqiqi” mövzusunda namizədlik, 1995-ci ildə isə “Lantano­idlərin mü­rəkkəb oksi­sulfidlərinin əmələ gəl­məsinin və faza çevrilmələrinin qu­ru­luş-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Aspirantura müddəti qurtardıqdan sonra İ.Bəxtiyarlı fasiləsiz olaraq həmin institutda işləmiş və kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. 1988-ci ildə İ.Bəxtiyarlı “Qeyri-üzvi kimya” ixtisası üzrə “Böyük el­mi işçi” attestatına və “Respublika Xalq Maarifi əlaçısı” adına layiq gö­rül­müşdür. 1999-cu ildə İ.Bəxtiyarlı Beynəlxalq Bioqrafiya Mərkəzi (Kembric, İn­gil­tərə) tərə­findən “XX əsrin görkəmli adamı” seçilmiş, eyni zamanda elmə ver­diyi töhfələrə gö­rə “Görkəmli Nailiyyət” diplomu və medalı ilə təltif olun­muş­dur. Mərkəz tərəfindən onun bioqrafiyası bir neçə ensik­lo­pedik nəşrdə (Dic­tionary of İnternational Biography-DİB-Twenty seventh editions – Cam­b­ridge, England-1999; Outstanding people of the 20th Century-First edition - Cambridge, England-1999 və s.) çap olunaraq dünyanın qabaqcıl ölkələrinə göndərilmişdir. 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attes­tasiya Komissiyası tərəfindən İ.Bəxtiyarlıya “Qeyri-üzvi kimya” ixti­sası üzrə “professor” elmi adı verilmişdir.
İxtiyar Bəxtiyarov

İxtiyar Hüseynli
İxtiyar Kərim oğlu Hüseynli (20 iyun 1977, Bakı) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, "Tərəqqi" medalı təltifçisi. Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Rəsmi dövlət nəşri — "Azərbaycan" qəzetinin Baş redaktorunun müavini. == Həyatı == İxtiyar Hüseynli 1977-ci ilin iyun ayının 20-də Bakı şəhərində anadan olmuşdur. Həbibbəy Mahmudbəyov adına texniki-humanitar elmləri liseyində orta təhsil almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəykən təcrübə keçdiyi "Yeni Azərbaycan" qəzetində işə başlayan İxtiyar Hüseynli 1997-ci ilin avqust-dekabr aylarında müxbir və şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1998-ci ilin yanvar ayında — 20 yaşında hakim partiyanın qəzetində baş redaktorun müavini vəzifəsinə təyin olunmuşdur. === Ailəsi === Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Fəaliyyətini 2001-ci ilin dekabrından televiziya sahəsində — "Media Holdinq"in "Lider" teleşirkətində davam etdirən İxtiyar Hüseynli burada xəbər və analitik verilişlər departamentində reportyor, həmçinin "Azərbaycan" redaksiyasında redaktor vəzifələrində çalışmış, gündəlik "Sədadan sonra" verilişinin aparıcısı olmuşdur.
İxtiyar Qasımov
İxtiyar Qasım oğlu Qasımov (22 mart 1970, Salahlı Kəngərli, Ağdam rayonu – 14 iyul 1992, Canyataq, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 22 mart 1970-ci ildə Ağdam rayonunda anadan olmuşdur. 1977-ci ildə Salahlı kənd orta məktəbinə getmiş və səkkizinci sinfə qədər burada təhsil almışdır. 1985-ci ildlə Bakıya gələrək təhsilini burada davam etdirir. 1992-ci ildə könüllü olaraq hərbi komissarlığa müraciət edərək döyüşlərə göndərilməsini xahiş edir. == Döyüşlərdə iştirakı == İxtiyarı "N" saylı hərbi hissəyə təhkim edirlər. O, ilk günlərdən özünə ad-sad qazanmışdı seçdiyi düzgün qərarın nəticəsi olaraq Qazançı kəndində ermənilərin üç PDM-si, bir zirehli maşını və onlarla canlı qüvvəsi məhv edildi. 1992-ci il 14 iyul tarixdə ermənilər Canyataq kəndinə hücuma keçdilər, burada bir neçə döyüşçü yaralanır onların erməni qəsbkarlarının əlinə keçməməsi üçün İxtiyar özünü qabağa ataraq əks hücumun qarşısını almağa çalışır. Yaralıları xilas edirlər İxtiyar özü isə qəhrəmancasına həlak olur. == Ailəsi == Subay idi.
İxtiyar Şirin
İxtiyar Əlibala oğlu Şirinov (İxtiyar Şirin) (23 iyul 1952, Dünyamalılar, Jdanov rayonu – 14 noyabr 2022) — Azərbaycan Respublikasının Baş Prokuroru (1992–1993), Azərbaycanın ilk həqiqi dövlət ədliyyə müşaviri (16.10.1992–14.09.1993) == Həyatı == 23 iyul 1952-ci ildə Jdanov rayonunun, Dünyamallılar kəndində anadan olub. AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb. 14 noyabr 2022-ci il tarixində vəfat etmişdir. == Siyasi fəaliyyəti == 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. İstiqlalçı deputat olaraq 1991-ci ildə, parlamentdə məhz həmin 43 deputatlardan biri olaraq Azərbaycan xalqının müstəqillik istəyinə səs vermişdi. 29 dekabr 1998-ci il tarixində Milli Konqres Partiyasını təsis etmiş və siyasi fəaliyyətini təsis etdiyi siyasi partiya ilə davam etdirmişdir.
İxtiyar Şirinov

İxtiyar Əliyev
İxtiyar İlqar oğlu Əliyev (6 iyul 1994; Goranboy rayonu, Azərbaycan — 6 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İxtiyar Əliyev 1994-cü il iyulun 6-da Goranboy rayonunun Goranlı kəndində anadan olub. Ailəli idi. Qardaşı Əliyev Bəxtiyar İlqar oğlu İkinci Qarabağ müharibəsi qazisidir. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan İxtiyar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İxtiyar Əliyev oktyabrın 6-da Ağdərə istiqamətində "951" zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. Onun nəşinin tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. İtkin düşməsindən 1 il sonra, 2021-ci il oktyabrın 13-də Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, itkin düşmüş hərbi qulluqçu – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib.
Qışlaq-i Ağaxan-i İxtiyar (Biləsuvar)
Qışlaq-i Ağaxan-i İxtiyar (fars. قشلاق اقاخان اختيار‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (5 ailə).
İtxiyarı
Adi dəlixiyar (lat. Ecballium elaterium) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin dəlixiyar cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 10-50 sm olan çoxillik ot bitkisidir. Bir neçə qısa gövdə əmələ gətirir. Yarpaqları iri, yumurtavari-ürəkvari, zəif dilimlidir. Bütövlüklə cod nahamardır. Tacı kifayət qədər böyük, açıq sarı rəngdədir. Meyvəsi uzunsov, ovalvari, toxunduqda sürətlə sıçrayıb şirə buraxır. May-avqust aylarında çiçəkləyir, iyun-noyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi dəlixiyar kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir.
Abbas İftixari
Abbas İftixari (Təbriz) — İranlı alim Abbas İftixari Təbrizdə anadan olub. Atası türk, anası isə milliyyətcə ərəbdir. Atası şah dövründə ordu zabiti işləyib. 1979-cu ilin fevral inqilabından sonra həbs olunub və 8 il azadlıqdan məhrum edilib. Həbsdən çıxdıqdan sonra ata İftixari İran-İraq savaşında iştirak edib. Abbas İftixari 1990-cı illərin əvvəllərində Bakıda yaşayıb, "Samsunq" şirkətində çalışıb. Həmin illərdə Azərbaycan Texniki Universitetində doktorluq işini müdafiə edib. Onun başçılıq etdiyi "Sazan Electronic İndustries" şirkəti avtomobillər üçün elektron avadanlıqları hazırlayır.
Bəxtiyari dialekti
Bəxtiyari dialekti — Lur dilinin dialektlərindən biri. İranda Çahar-Mahal və Bəxtiyari, Xuzistan, İsfahan və Luristan ostanlarında Bəxtiyari elinin dialektidir.
Bəxtiyari dili
Bəxtiyari dialekti — Lur dilinin dialektlərindən biri. İranda Çahar-Mahal və Bəxtiyari, Xuzistan, İsfahan və Luristan ostanlarında Bəxtiyari elinin dialektidir.
Teymur Bəxtiyari
Teymur Bəxtiyari (fars. بختیارتیمور‎, Teymur Baxtiyâr, 1914, İsfahan – 12 avqust 1970, Bağdad) — SAVAK-ın 1-ci direktoru (oktyabr 1957 — iyun 1961) — İran dövlət xadimi, SAVAK şah xidmətinin aşpazı. İran Silahlı Qüvvələrinin General-leytenantı (Sepahbod) == Həyatı == Teymur Bəxtiyari 1914-cü ildə İsfahanda, bəxtiyarilər sülaləsinin liderlərindən Sərdar Moazzam Bəxtiyarinin ailəsində anadan olub. Bəxtiyarilər İrandakı şah rejiminin son onilliklərində xüsusi nüfuz qazanmışdılar (bu ailədən Məhəmmədrza Şah Pəhləvinin ikinci həyat yoldaşı - Soray Esfandiyari Bəxtiyar, həmçinin doktor Şapur Bəxtiyar - Şah hökumətinin son baş naziri cıxmışdır). Bəxtiyar Beyrutda bir fransız məktəbini bitirib (1928-1933), Fransada Sen-Sir Hərbi Akademiyasında təhsil alır (1936-cı ilə qədər). Sonra təhsilini Samyur süvarilər məktəbində davam etdirir. 1936-cı ildə gənc Teymur Bəxtiyar artıq quru qoşunlarında 2-ci dərəcəli leytenant rütbəsini almışdı. İrana qayıtdıqdan sonra Bəxtiyar Şahın Daxili İşlər Nazirliyinin idarəsində işləməyə başladı; tezliklə bir vəzifə aldı və baş leytenant oldu. 1946-cı ildə Şah hökümətindən müvafiq əmr aldıqdan sonra Xəmsə bölgəsinin sakitləşdirilməsində iştirak etdi. Xəmsədaki köçəri tayfaların silahlı müqavimətini yatıraraq hökumət onu Zahidana (İran şəhəri, Sistan və Bəlucistan bölgəsinin inzibati mərkəzi) göndərdi.
İstiyar (Heris)
İstiyar (fars. استيار‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 266 nəfər yaşayır (55 ailə).
Nəcəfqulu xan Bəxtiyari
Nəcəfqulu xan Bəxtiyari (fars. نَجَف‌قُلی خان بَختیاری‎; 1851, Çahar-Mahal və Bəxtiyari ostanı – 1931 və ya 1930, İsfahan) — İranın baş naziri, Səəddövlə, siyasətçi. == Həyatı == Nəcəfqulu xan Hüseynqulu xan oğlu 1851-ci ildə İsfahan şəhərində anadan olmuşdu. əslən Bəxtiyari elindəndir. 3 may 1909-cu ildən 16 iyul 1909-cu ilədək birinci dönəm Qacarlar dövlətinin baş naziri olmuşdu.23 dekabr 1912-ci ildən 11 yanvar 1913-cü ilədək ikinci dönəm baş nazir vəzifəsini tutmuşdu. Nəcəfqulu xan Bəxtiyari 1931-ci ildə vəfat edib.
İxtiyarati-qəvaidi-külliyyə
Əbri Xacə ibn Adilinin nücum elminə (astronomiya və astrologiya) dair “İxtiyarati-qəvaidi-külliyyə” (“Ümumi qaydaların seçkisi”) əsəri 1459-cu ildə Azərbaycan türkçəsində yazılmışdır. Əvvəldən və sondan tam, mükəmməldir. Bu nüsxənin katibi, köçürüldüyü il və yer göstərilməmişdir. Aydın nəsx xətti ilə köçürülmüş əlyazma hərəkələrlə verilib. Paleoqrafik, qrafik və orfoqrafik xüsusiyyətlərinə görə nüsxəni XVI əsrə aid etmək olar. London muzeyində, Konyadakı Mövlana muzeyində, İstanbuldakı Topqapı sarayında bu əsərin nüsxələri mühafizə olunur. Əsər 7 babdan (fəsildən) ibarətdir. Əsərin dili sadə və aydındır. Zəngin leksik tərkibə malikdir, nəxslə dilimizdə yazılmış orta əsrlərə aid elmi əsər nümunəsi kimi olduqca dəyərlidir. Xalq dilindən gələn söz və ifədələr abidənin dilində böyük yer tutur.
Əbülfəth xan Bəxtiyari
Əbülfəth xan Bəxtiyari (fars. ابوالفتح خان بختیاری‎‎) — Həft Ləng budağının Bəxtiyari elinin xanı idi. == Həyatı == Əfşarlarlar dövründə İsfahan hakimi olan Əbülfəth xan, Nadir şah Əfşarın (1736-1747) vəfatından (1747) sonraki varislər Adil Şah, İbrahim Şah və Şahrux Şah, Əbülfəthin İsfahan şəhərin qubernatorluğu davam etməsini qəbul etdilər.Müttəfiq olan Kərim xan Zənd və Çahar Ləng komanderi Əlimərdan xan Bəxtiyari 1750-ci ilin mayında İsfahanın mühasirə etilər. Əli Mərdanın yaxcı bir təkliflərindən sonra Əbülfəth xan şəhərin qapılarını açıb Kərim xan və Əlimərdan xan ilə ittifaq qurmağı qəbul etdi. Əbülfəth xan Əlimərdan xan və Kərim xan birlikdə Səfəvi sülaləsinin hakimiyətini bərpa etmək üçün 17 yaşındaki Səfəvi şahzadəsi Əbu Turabini nayib olaraq, 29 iyunda şah elan etdilər və ona III İsmayıl adını verdilər. Sonra Əlimərdan xan Vəkil-ü-dövlət ünvanı aldı.Əlimərdan xan hökumət idarəçiliyin başçısı olaraq, Əbülfəth xanı İsfahanın hakimi vəzifəsini və Kərim xana da ordunun sərdarı təyin edildi və ona bölgə xanlıqları fəth etmək vəzifəsi verildi. Ancaq bir neçə ay sonra Kərim xan Kürdüstan bölgəsində bir döyüşdəykən iddialı Əlimərdan xan Əbülfəth xanı öldürdü.
Əlimərdan xan Bəxtiyari
Əlimərdan xan Bəxtiyari (Səfəvilər – 1754, Kirmanşah) — Bəxtiyari elinin Çaharləng oymağının başçısı. == Həyatı == Beləliklə, Nadir şah Əfşarın vəfatından sonra bu qüvvələr arasında İranın faktiki olaraq hər yerində hakimiyyət uğrunda mübarizə genişlənmişdi. Belə ki, bu qüvvələr bir-birlərinə qarşı mübarizə aparırdılar, həm də bu mübarizə də özünə müqabil qruplaşmalarda da birləşirdilər. Bu onların həmin mübarizədə təkcə hərbi vasitələrdən deyil, həmçinin siyasi vasitələrdən də istifadə etmələrinin məqsədəuyğunluğunu əsaslandırırdı. Belə bir vəziyyətdə Mərkəzi İranda bəxtiyar tayfası olan Çaharləngin başçısı Əlimərdan xan da mərkəzi hakimiyyətin olmamasından istifadə edərək, bəxtiyarilərin hakimiyyət uğrunda mübarizəsinə başçılıq etdi. Bu mübarizədə onların başlıca rəqibi o qədər də güclü olmayan zənd tayfası idi. Tərəflər arasındakı toqquşmada bəxtiyarilər məğlub oldu. Bəxtiyariyə qaçan Əlimərdan xan burada əsas rəqibi olan Kərim xan Zəndlə hərbi ittifaq bağladı. O ilk öncə Gülpayigan və Xansar şəhərlərini ələ keçirdi və 1750-ci ilin mayında Əlimərdan xan İsfahanın qapılarına vardı. İsfahan valisi Əbülfəth xan Bəxtiyari və şəhərin böyükləri qalanı qorumaq üçün toplaşdılar, lakin Əlimərdanın təkliflərindən sonra onlarla əməkdaşlıq etməyə razı oldular və İsfahan qapılarını Əlimərdan xan ordusuna açdılar.Əlimərdan xan, Əbülfəth xan və Kərim xanla birlikdə Səfəvi sülaləsini bərpa etmək məqsədiylə İranın qərbində bir ittifaq qurdular və 17 yaşlı Səfəvi şahzadəsi Əbu Torabi nayib olaraq hökmdar təyin edildi - 1750-ci ilin 29 iyununda Əbu Torab şah elan edildi və ona sülalə adı olaraq III İsmayıl ünvanı verildi.
İxtiraçı
İxtiraçı — yeni texniki qurğu və ya metod yaradan insan. Əsasən praktiki mühəndislər alimlərin yenilikləri əsasında ixtiralarla məşğul olurlar. Bir çox hallarda ixtiraçılar mövcud qurğunu təkmilləşdirir və ya digəriləri ilə birləşdirirlər.
Çahar-Mahal və Bəxtiyari ostanı
Çahar-Mahal və Bəxtiyari ostanı — İranın cənub-qərbində ostan. Mərkəzi Şəhrikürd şəhəridir . Ostanın ərazisi 16.201 km² — dir . 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 857.910 nəfər əhali yaşayır .
Lukresiyanın intiharı
Corc Vaşinqton (ixtiraçı)
Corc Konstant Luis Vaşinqton (ing. George Constant Louis Washington) — Anqlo - Belçika əsilli ABŞ ixtiraçısı və iş adamı. Corc Vaşinqton inkişaf etdirdiyi hazır qəhvə hazırlama üsulu və bunun kütləvi istehsalını həyata keçirmək məqsədilə qurduğu " G. Washington Coffee Company" adlı şirkətlə tanınımışdır. Belçikada anadan olan Vaşinqton 1897-ci ildə ABŞ-nin Nyu-York ştatında məskunlaşmış, texniki sahələrdə bir sıra uğursuz təşəbbüsdən sonra o, hazır qəhvə istehsalına başlamışdır. Mərkəzi Amerikada olduğu 1906–1907-ci illərdə qazandığı təcrübə ilə 1909-cu ildə özünün istehsal etdiyi qəhvəni satmağa başlayan Vaşinqton, istehsalı sürətləndirmək məqsədilə 1910-cu ildə bir şirkət qurmuşdur. Nyu-York və Nyu-Cersi ştatlarında yerləşən şirkət qısa müddətdə inkişaf etmiş, ABŞ ordusunun Birinci Dünya müharibəsi zamanı qəhvə ehtiyacının böyük bir qismini qarşılamışdır. Reklamları Nyu-York qəzet və radiolarında yayımlanan şirkətin əldə etdiyi uğur Vaşinqtonu zəngin etmiş, nəticədə ixtiraçı Bruklində qaldığı evdən sonra 1927-ci ildə Nyu-Cersidə bir malikanəyə köçmüşdür. Həmin il vergi auditorları ilə problem yaşayan Vaşinqton daha sonra evlənmiş və üç övladı olmuşdur. Vaşinqton ölümündən bir müddət əvvəl şirkətini "American Home Products"a satmaq məcburiyyətində qalmışdır. Qəhvə markasının 1961-ci ildə fəaliyyətinin dayandırılmasına baxmayaraq, Vaşinqtonun adı hələ də "G. Washington’s Seasoning & Broth" adlı məhsuldan istifadə olunur.
Amanda Toddun intiharı
Amanda Mişel Todd (ing. Amanda Michelle Todd; 27 noyabr 1996, Port Kuitlam[d], Britaniya Kolumbiyası – 10 oktyabr 2012, Port Kuitlam[d], Britaniya Kolumbiyası) — YouTubea yerləşdirdiyi videoçarxdan sonra intihar edən, Kanadanın Britaniya Kolumbiyası əyalətində yaşamış 15 yaşlı orta məktəb şagirdi. İntihar etmədən əvvəl YouTubeda yayınladığı videoda o intihar səbəbindən, Facebookda yaşadığı istismardan, çılpaq şəkillərinin İnternetdə paylaşılmasından, özü-özünə xətər yetirməsindən və ona yaxın bir insan tərəfindən hücuma məruz qalmasından bəhs edir. Videoçarx müddətində danışmayan və yalnız əlindəki kağızlara yazdığı mətnləri göstərən Todd, necə şantaj edildiyini, ona necə fiziki və mənəvi hücumların olduğunu izləyənlərə çatdırır. 10 oktyabr axşam vaxtı Kanada polisi Amandanın Port Kuitlamdakı evindən ani ölüm xəbərini almış, istintaq başlatmış, sosial media da mövzunu araşdırmaya başlamışdır. Amanda Toddun intiharı Kanadada və bir çox digər ölkələrdə sosial media vasitəsilə insanlara qarşı edilən zorakılıq mövzusunda müzakirələrə səbəb olmuşdur. Todd Kuitlamdakı CABE orta məktəbinin 10-cu sinif şagirdi idi.
Adi it xiyarı