SEM DAYI

ABŞ ilə Kanada arasında 1812-ci ildə baş verən müharibəsi zamanı  Nyu-York ştatının şimalında dayanan qoşun üçün əti Troy şəhərindən keçməklə gətirirdilər. Oranın müfəttişi hamının sevgi ilə Sem dayı adlandırdığı Semuel Uilson idi.

Uilson üzərinə US (yəni Birləşmiş Ştatlar) yazılan, bununla da hökumətin mülkiyyətində olduğu bilinən iri yük yeşiklərinə cavabdehlik daşıdığından hamının ağzına düşmüşdü ki, bu iki hərf Sem dayı (Uncle Sam) deməkdir.

Həmin ifadəyə hamı elə öyrəşmişdi ki, 1813-cü ildə “Nyu-York post” qəzetinin redaksiya məqaləsində Birləşmiş Ştatlar Sem dayı adlandırılmışdı. Bu ifadə hələ də işlənir və biz Sem dayının kim olduğunu bilir, hətta sifətdən belə tanıyırıq. (Ayzek Azimov. Sözlərin tarixi)

SELVA
SEMESTR
OBASTAN VİKİ
Sem dayı
Sem dayı (ing. Uncle Sam) — ABŞ-nin dünyada qəbul edilmiş qeyri-rəsmi simvolu. Əsasən uzun ağ saçları, uzunsov başlığı və dizə kimi çatan geyimi ilə təsvir edilmişdir. Sem dayı personajı Conatan Birayder və Yanke Dodlinin xarici görünüşünün əsasında çəkilmişdir. Sem dayı adının yaranma tarixi barədə dəqiq məlumat yoxdur. Ancaq adın Nyu-York ştatının Troy şəhərində yaşayan Samuel Vilson adlı iş adamının adı ilə bağlı olduğu ehtimal edilir. Bu ehtimala əsasən Samuel Vilson 1812-ci il müharibəsi zamanı ABŞ əsgərlərinə ət konservləri göndərirdi. Həmin konservlərin üzərində U.S yəni Birləşmiş Ştatlar sözü yazılırdı. Bununla Vilson konservilərin yalnız əsgərlər üçün nəzərdə tutulduğunu və şəxsi istehsal məqsədi ilə istifadə etməyin qadağan olduğu fikrini çatdırmaq istəmişdir. 1961-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən qərara əsasən, ölkə adının U.S formasında qısaldılması fikri Samuel Vilsona aiddir.
Hacı dayı
Hacı dayı — Azərbaycan şifahi xalq ədəbiyyatında əslən Azərbaycanın Şəki şəhərindən olan lətifə qəhrəmanı.
Kostya dayı
Konstantin Maksimoviç Abramenko (rus. ́Константин Максимович Абраменко; 15 noyabr 1923, Gəncə – 28 noyabr 2005, Gəncə) — daha çox "Dyadya Kostya" kimi tanınan SSRİ və Azərbaycan idman xadimi, məşqçi. "Azərbaycan SSR əməkdar məşqçisi" və "Əməkdar bədən tərbiyəsi və idman işçisi". == Həyatı == Konstantin Abramenko 15 noyabr 1923-cü ildə Gəncədə anadan olub. Gənc yaşlarında Gəncə dəmir yolu sistemində adi qaynaqçı kimi çalışıb. O dönəmlərdə futbola həvəsi olan Abramenko, uşaqları düşünərək, elə vağzalətrafı mikrorayonda öz gücü və vəsaiti ilə "Lokomotiv" adlı kiçik stadion qurub. Onun yetirmələri sırasında Maşalla Əhmədov, Asif Əliyev, Mehman və Füzuli Allahverdiyev qardaşları, Əli Rəhimov, Xaliq Mərdanov, Mahmud Qurbanov, Cavid Əhmədov, Rövşən Əhmədov, Anar Kələntərov, Fazil Pərvərov, Yunis Hüseynov və Ceyhun İmamquliyev kimi futbolçular var. Konstantin Abramenko 28 noyabr 2005-ci ildə Gəncədə vəfat etmişdir. Gəncə Fəxri Xiyabanında dəfn edilib.. == Ailəsi == Bir qızı var.
Sem Anderson
Sem Anderson (ing. Sam Anderson) - ABŞ aktyorudur. Həyat yoldaşı Barbara Andersondan əkiz uşaqları vardır.
Sem Berns
Sempson Qordon "Sem" Berns (23 oktyabr 1996, Providens[d] – 10 yanvar 2014, Foksboro[d], Massaçusets) — progeriya xəstəliyindən əziyyət çəkən və xəstəlik haqqında insanları maarifləndirən amerikalı aktivist. 2013-cü ilin yanvarında Semin həyatından bəhs edən “Semə görə həyat” adlı film çəkilir. Sem Berns “Xoşbəxt həyat üçün fəlsəfəm” adlı çıxışı ilə TEDx konfransında çıxış etdikdən bir il sonra vəfat etdi. Sem Berns 23 oktyabr 1996-cı ildə Amerikanın Rod-Aylend ştatının Providens şəhərində anadan olub. Semin valideynləri Skot Berns və Lesli Qordon pediatr idilər. Onlar Semin xəstəliyi haqqında o, hələ iki yaşına çatmamış, 22 aylıq olarkən öyrəndilər. Təxminən bir il sonra onlar xəstəlik haqqında məlumatlılığı artırmaq, xəstəliyin səbəbləri və mümkün müalicə üsulları ilə əlaqədar axtarşılara təşviq etmək, əziyyət çəkənlərə və onların ailələrinə dəstək olmaq məqsədilə resurslar təklif etmək üçün Progeriya Araşdırma Fondunu təsis etdilər.. Sem 2013-cü ildə “Xoşbəxt həyat üçün fəlsəfəm” adlı çıxışı ilə TEDx konfransında çıxış etdi. Ölümünə üç ay qalmış çıxış lentə alındı və Youtube-da yayımlandı. Onun çıxışı internetdə 36,7 milyon dəfə izlənildi (2020-ci il fevral ayına kimi).
Sem Dəstyari
Səhənd „Sem“ Dəstyari (28 iyul 1983, Sari) — Azərbaycan əsilli Avstraliya siyasətçisi. 2013-cü ildən 2018-ci ilə qədər Yeni Cənubi Uelsi Avstraliya senatında təmsil etmişdir.
Sem Elliot
Semul Pak Elliot(ing. Samuel Pack Elliott; 9 avqust, 1944) — amerika aktyoru.
Sem Gibbons
Sam Melville Gibbons — Floridalı ABŞda doğulan siyasətçi. 20 yanvar 1920-ci ildə doğulan Gibbons, Tampa da dünyaya gəlmişdir. Florida Universitetinin məzunudur. Floridanı bir neçə dəfə parlamentdə də təmsil etmişdir. Cənubi Florida Universitetinin qurulmasında çox böyük pay sahibidir. Ailəsi 4 nəsil boyunca dayanmadan hüquq məzunları adını daşıyır və Gibbons özü də universitetdə Hüquq təhsili almışdır.
Sem Hyuqen
Sem Hyuqen (ing. Sam Heughan) — Şotlandiyalı aktyor. Starzın Didərgin serialında oynadığı Ceymi Fraser rolu ilə tanınır. Serialdakı performansına görə 2 Saturn mükafatına layiq görülüb. Bundan başqa Royal Court Theatre Upstairs teatrındakı Uzaq Adalar adlı tamaşada oynadığı rola görə 2003-cü ildə iki dəfə Laurence Olivier Mükafatının "Ən ümid verici performansçısı"-na namizədliyi irəli sürülüb. Sem Hyuqen — Internet Movie Database saytında.
Sem Perri
Sem Reymi
Samuel Marşall "Sem" Reymi (ing. Samuel Marshall «Sam» Raimi; 23 oktyabr 1959, Royal-Ou[d], Miçiqan) — amerikalı kinorejissor, ssenarist, kinoprodüser və aktyor. Karyerasının əvvəlində o, ironik qorxu filmlərindən ibarət Qorxunc ölülər trilogiyası ilə məşhurlaşdı. Reymi daha sonra Hollivudun böyük blokbasterlərinə çevrildi və Hörümçək-adam trilogiyasını və Disney studiyası üçün bir sıra fantastik filmləri idarə etdi. O, həmçinin digərləri arasında Zena: Cəngavərlərin şahzadəsi və Eş qorxunc ölülərə qarşı seriallarının yaradıcılarından biridir. Sem Reymi Miçiqan ştatının Royal-ouk ərazisində, yəhudi ailəsində anadan olub. Valideynləri Macarıstandan və Rusiya İmperiyasından gələn yəhudi mühacirlərinin nəslindəndir. Atası Leonard Ronald Reymi və anası Celia Barbara Reymi yəhudiliyin Mühafizəkar qolunun tərəfdarları idilər. Semin nənəsi ABŞ-yə köçməzdən əvvəl onların soyadı Reynqeverts idi. İki qardaşı var - kiçik qardaşı Ted və bir neçə ssenarinin həmmüəllifi olan böyük qardaşı Ayvan.
Sem Rokuell
Sem Rokuell (5 noyabr 1968) — Amerikalı aktyor. "Oskar" Mükafatı, BAFTA , Qızıl qlobus, və üç Ekran Aktyorları Gildiyası Mükafatı da daxil olmaqla müxtəlif mükafatların laureatıdır. O həmçinin iki Praymtaym Emmi, və Tony Mükafatına namizəd olub. O, Lawn Dogs (1997), Yaşıl Mil (1999), Galaxy Quest (1999), Confessions of a Dangerous Mind (2002), Matchstick Men (2003), The Hitchhiker's Guide to the Galaxy (2005), Ay (2009), Frost/Nikson (2008), Dəmir adam 2 (2010), Conviction (2010), Kovboylar və yadplanetlilər (2011), Yeddi Psixopat (2012), The Way, Way Back (2013), Three Billboard Outside Ebbing, Missouri (2017), Vice (2018), Dovşan Coco (2019) və Richard Jewell (2019) kimi filmlərdə həm komediya, həm də dramatik rolları canlandıran personaj aktyoru kimi tanınır.
Sem Smit
Samuel Frederik Smit (19 may 1992, London) — ingilis müğənni və bəstəkar. 2012-ci ildə Latch mahnısı ilə məşhurlaşdı. Naughty boy adlı müğənninin "La La La" mahnısı ilə 2013-cü ilin may ayında ilk dəfə UK Singles Chart-da bir nömrə oldu. Onun ən məşhur mahnısı olan "Stay with Me" dünya miqyasında yayıldı. Bu mahnı İngiltərədə bir və Amerika Birləşmiş Ştatlarında iki nömrə oldu. Sonraki mahnısı "İ'm not the only one" isə İngiltərədə üç, ABŞ-də beş nömrə oldu.
Yanğınsöndürən Sem
Yanğınsöndürən Sem (vall Sam Tân; ing. Fireman Sam) — Sem adlı yanğınsöndürən, onun yanğınsöndürən yoldaşları və uydurma Uels kənd Pontipandi (iki real şəhərin, Pontypridd və Tonipandinin portmantosu) kəndinin digər sakinləri haqqında İngilis cizgi uşaq televiziya serialıdır. Şounun orijinal ideyası Londondan, İngiltərədən olan iki keçmiş yanğınsöndürəndən gəldi, onlar ideyalarını konsepsiyanı hazırlayan rəssam və yazıçı Rob Liyə apardılar və şou sifariş edildi.
Sem Altman
Sem Altman (ing. Sam Altman; 22 aprel 1985, Çikaqo) — Amerikalı sahibkar və investor. 2019-cu ildən OpenAI-nin baş icraçı direktorudur 2014-2019-cu illərdə Y Combinator-un prezidenti vəzifələrində çalışıb. Altman yəhudidir və Missuri ştatının Sent-Luis şəhərində böyüyüb. Anası dermatoloqdur. Səkkiz yaşında ilk kompüterini, Apple Macintosh-u alıb. Altmanın "uşaqlıq kumiri" Stiv Cobs idi. O, Missuri ştatının Ladue şəhərindəki Con Berrouz adına özəl məktəbdə oxuyub. 2005-ci ildə Stenford Universitetində bir il kompüter elmləri üzrə təhsil aldıqdan sonra bakalavr dərəcəsi almadan təhsilini yarımçıq qoyub. 2005-ci ildə, 19 yaşında olan Altman, Loopt adlı sosial şəbəkə mobil tətbiqini yaradıb.
Sem Aaronoviç
Sem Aaronoviç (ing. Sam Aaronovitch; 26 dekabr 1919, London – 30 may 1998, London) — britaniyalı iqtisadçı-marksist. Bir neçə kitabın müəllifi. Böyük Britaniya Kommunist Partiyasının üzvü. O, South Bank Polytechnic-də iqtisadiyyat departamentinin rəhbəri olmuşdur. Sənaye qiymətləri, sığorta, inhisar kimi amillərin London iqtisadiyyatına təsiri və makroiqtisadi siyasət kimi mövzularda bir sıra kitab və məqalələr nəşr etmişdir. Kommunist Partiyasının üzvü və sadiq marksist olaraq qalmasına baxmayaraq, partiya pravoslavlığını tənqid edirdi.
Sem C. Cons
Sem C. Cons (ing. Sam J. Jones; d. 12 avqust 1954, Çikaqo) — ABŞ aktyoru.
Sem və Ket (teleserial, 2013)
Sem və Ket (ing. Sam & Cat) — Nickelodeon-da yayımlanan ABŞ sitkomu. İlk seriya 8 iyun 2013-cü ildə, sonuncu seriya 17 iyul 2014-cü ildə yayımlanmışdır. Samanta (Sem) Pakett rolunda Cennett Makkardi Katrina (Ket) Valentayn rolunda Ariana Qrande Days rolunda Kameron Okasio Nona rolunda Mari Çithem Rəsmi sayt Sem və Ket — Internet Movie Database saytında.