SENSUALİZM
[alm. Sensualismus; ing. Sensualism; osm. tr. ihsasiye; fr. Sensualisme, lat. sensus – sözündən; hiss, duyğu; ər. حغ حُّ ] – Bütün məlumatların sadəcə hisslərdən qaynaqlandığını, duyğu qavramalarına əsaslandığını irəli sürən təlim. Duyğunu idrakın yeganə mənbəyi kimi qəbul edən qnoseoloji təlim. Sensualizm təlimini əsaslandıran filosof Lokk olmuşdur. Lokk iddia edirdi ki, daha əvvəl hisslərdə heç bir şey anlıqda yoxdur. 2. Bütün ruhi hadisələri duyğulara geri qaytaran anlayış. 3. Əxlaq fəlsəfəsi baxımından həyatın anlam və mühtəvasını hiss orqan-larında tapan təlimlər. Hissiyyatın ilk dönəmdə nümayəndələri, Kirene məktəbi və epikürçülərdir. Yeni dönəmdə isə xüsusilə Lokk və Kondillkdır.