TÜLƏK

Mənbələrdə (“tük” mənasında), tülə (tükünü dəyişmək) sözləri var. Tülək kəlməsi tüləmək feili zəminində əmələ gəlib. Tülək tərlan ifadəsi aşıq poezi­ya­sında çox işlədilib. Tükünü ilk dəfə dəyişən (cavan) tərlan tülək tərlan adlanır. Cavanlıq həm də qoçaqlıq, igidlik əlamətidir. Ona görə də tülək sözü eyni za­man­da “çevik” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

TÜL
TÜLKÜ
OBASTAN VİKİ
Aşağı Tüləkaran
Aşağı Tüləkaran — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Aşağı Tüləkəran oyk., mür. Quba r-nunun Tüləkəran i.ə.v.-də, Ağçayın sahilində, dağətəyi ərazidədir. Lüləkəran variantında da qeydə alınmışdır. XIX əsrin ortalarında Tüləkəran (indiki Yuxarı Tüləkəran) kəndindən çıxmış ailələrin həmin kəndə məxsus pay torpağında məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "aşağıda yerləşən Tüləkəran kəndi" deməkdir. Tüləkəran komponenti tülə (tat. "yunu çıxmış dəri") və kəran (kənd; yaşayış məntəqəsi termini) sözlərindən ibarət olub, "gön aşılamaqla məşğul olanlara aid kənd" mənasını ifadə edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 558 nəfər əhali yaşayır.
Tüləküvan
Tüləgüvan — Azərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 6 km məsafədə yerləşir. Kijəbə qəsəbə inzibati ərazi dairəsinə aiddir. Dağlıq əraziyə malik olduğundan rayonun əsas subtropik bazasıdır. 1 kitabxana, 1 bələdiyyə, 1 tam orta məktəbi var. Kənddə 1446 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti sitrusçuluqdur. Kəndin ərazisindən Xəzər dənizi müşahidə olunur. Tüləgüvan kəndi Astara rayonunun Kijəbə qəsəbəsinin inzibati ərazi vahidində kənddir. Lənkəran ovalığındadır.
Tüləküvan bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tüləkəran
Tüləkəran — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Kəndin 400 ilden yuxari tarixi var. Tədqiqatçılara görə, Tüləkəran toponimi türk tuli/dulu tayfasımn adından və İran dillərindəki “ev, kənd” mənalı karan sözündən düzəlib, “tuli- lərin evləri, kəndi” mənasındadır. Bir digər məlumata görə isə Türk və Ərən söz birləşməsindən yaranib kəndin adı. 1 yanvar 1914-cü il tarixinə olan rəsmi məlumata görə, Bakı quberniyasının Quba qəzasına daxil olan Tüləkəran kəndində əsasən etnik tatarlardan (azərbaycanlılardan) ibarət hər iki cinsdən toplam 153 nəfər əhali yaşayırdı..
Tüləkəran bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Tüləkəran
Yuxarı Tüləkəran — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Tarixi XVIII əsrə təsadüf edir, əvvəllər həmin ərazinin cənub hissəsi mərkəz olmaqla 700 yaşayış məntəqəsi olan Suxtakələ kəndi mövcud olmuşdur, XX əsrin əvvəllərindən başlayaraq isə əhalinin şox hissəsi Xaçmaz ərazisinə köçərək orada məskunlaşmış və orada Suxtakələ kəndini yaratmışlar. Yuxarı Tüləkəran oyk.t mür. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilindədir. Keçmiş adı Tüləkəran olmuşdur. Keçmişdə ondan yaranmış məntəqə Aşağı Tüləkəran, bu kənd isə Yuxan Tüləkəran adlandırılmışdır. Tat dilinde iki söz birleesinden emele gelen toponimdir. Tüle- Tat dilinde “soyulmush deri” , Karan - evler, meskan demekdir. Əhalisi əsasən əkinçiliklə, çox az hissəsi isə heyvandarlıqla məşğuldur.

Значение слова в других словарях