Tomas Votson
Tomas Votson (17 fevral 1874, Kampbell[d], Nyu-York ştatı – 19 iyun 1956, Nyu-York, Nyu-York ştatı) – IBM şirkətinin yaradıcısı.
== Həyatı ==
1874-cü il 17 fevralda Nyu-York ştatının kənd rayonunda, metodist kilsəsinə mənsub şotland mühacirinin ailəsində anadan olmuşdur;
əmək fəaliyyətinə National Cash Register (1895–1913) şirkətində kommivoyajer kimi başlayan Votson şirkətdə sürətlə karyera zirvəsinə qalxır;
1913-cü ildə 29 yaşlı Janet Kitreclə ailə qurur;
1914-cü ilin mayında Computing Tabulating Recording (CTR) şirkətində baş rəis vəzifəsini tutur, şirkət sonradan adını dəyişib International Business Machines (IBM) olur;
41 il ərzində CTR/İBM-ə rəhbərlik etmiş, ölümündən 6 ay əvvəl, 1956-cı ildə şirkətə rəhbərliyi böyük oğlu Tomasa vermişdir;
1956-cı il 19 iyunda vəfat etmişdir.
== Digər ədəbiyyatlar ==
Belden, Thomas Graham; Belden, Marva Robins (1962). The Lengthening Shadow – The Life of Thomas J. Watson. Little, Brown and Co, 332pp
Maney, Kevin (2003). The Maverick and His Machine: Thomas Watson, Sr. and the Making of IBM. John Wiley & Sons. ISBN 0-471-41463-8 .
Rodgers, William H. (1969) THINK: A Biography of the Watsons and IBM.
Sobel, Robert, (2000). Thomas Watson, Sr.: IBM and the Computer Revolution
Tedlow, Richard S. (2003).