tomağalı
tomaslama 2021
OBASTAN VİKİ
Ambruaz Tomas
Şarl Luis Ambruaz Tomas (fr. Charles Louis Ambroise Thomas; 5 avqust 1811, Meç — 12 fevral 1896, Paris) — fransız opera bəstəkarı, Fransa İnstitunun üzvü, 25 il Paris konservatoriyasının direktoru. Uşaqikən Tomas əla musiqi qabiliyyətinə malik olmuşdur. Atasının rəhbərliyo altında məşhurlaşır. Paris konservatoriyasında Durlenin (harmoniya), Leskürün (kompazisiya nəzəriyyəsi), Kalkbrennerin (fortopiano) tələbəsi olmuşdur. Daha sonra 3 il İtaliyada yaşadıqdan sonra 1866 cı ildə ilk Minyon və sonra 1868 ci ildə Hamlet operalarını yazır. Hər iki opera bütün məşhur opera səhnələrini dolaşmış olur. Daha sonra Qaraçı, Betti və Tufan, Raymon kimi operalarını yazır. 1852 ci ildən Paris konservatoriyasında dərs demiş 1871 ci ildən isə ona rəhbərlik etmişdir. Bəstəkar Jül Massne onun parlaq tələbələrindəndir.
Antonia Tomas
Antoniya Lora Tomas (ing. Antonia Laura Thomas; 3 noyabr 1986) — Böyük Britaniya aktrisası. "Misfits" serialında Alişia Beyli roluna görə tanınır. == Karyerası == Antonia Tomas London şəhərində anadan olub və böyüyüb. Uşaqlıqda Antonia Çelsi İncəsənət Kollecinə daxil olur. Lakin daha sonradan teatr dərnəklərinə yazılır və 2001-ci ildə Gənc Tamaşaçılar Teatrına daxil olur və qastrollarda iştirak edir. 2006-2009-cu illərdə Bristol şəhərində yaşayır və Old Vik teatr məktəbində təhsil alır. 2009-cu ildə televiziyada ilk rolunu Misfits teleserialında alır. Bu serialda Antonia Alişia Beyli rolunu ifa edir. Qısa zamanda serial böyük populyarlıq qazanır və 2010-cu ildə BAFTA (British Academy of Film and Television Arts) mükafatına layiq görülür.
Demien Tomas
Demien Tomas (ing. Damien Thomas) - Böyük Britaniya aktyorudur.
Katolikos Tomas
Katolikos Tomas - Albanların LXX (70-ci) katolikosu. == Katolikosluğu == Haqqında heç bir məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Klarens Tomas
Klarens Tomas (23 iyun 1948) — Amerikalı vəkil, 1991-ci ildən bəri ABŞ Ali Məhkəməsinin hakimi. Ali Məhkəmədəki ikinci Afrikalı Amerikalıdır. ABŞ Ali Məhkəməsinin onilliklərdəki ən mühafizəkar hakim hesab edildi. Atası ailəsini erkən tərk etdiyi üçün anası və babası tərəfindən böyüdülmüşdür. Gəncliyində zənci tələbələrin irqi ayrı-seçkiliyə qarşı etirazlarına qatıldı. Vusterdə Müqəddəs Xaç Kollecini və Yel Universiteti Hüquq Fakültəsini bitirib. 1974–1977-ci illərdə Missuri Baş Prokurorluğunda, 1979–1981-ci illərdə senator Con Denfortun köməkçisi olmuşdur. 1981-ci ildə ABŞ-nin İnsan Haqları üzrə Təhsil Katibinin köməkçisi oldu və 1982-ci ildə Məşğulluq Bərabərliyi Komissiyasının prezidenti seçildi. 1990-cı ildə Prezident Corc Buş onu Kolumbiya Bölgəsi Apellyasiya Məhkəməsinin hakimi təyin etdi. Ağır cinayətlər törətmiş əqli cəhətdən geri qalan insanlar üçün edam cəzasının tətbiqini dəstəkləmək də daxil olmaqla bir sıra məsələlərdə sərt fikirləri ilə tanınır.
Sen-Tomas
Sen-Tomas — ABŞ-nin Vircin adaları, Karib dənizində yerləşən Amerika Birləşmiş Ştatlarının birləşməmiş ərazisi. Ada, ərazinin paytaxtı — Şarlotta Amaliya limanı. Əhalisi (2010-cu ilin siyahıya alınması üzrə) 51 634 nəfərdir. ABŞ Vircin adalarının ümumi əhalisinin 48,5% . Ərazisi — 80,91 km². == Tarixi == Ada əvvəlcə təxminən 1500 il əvvəl Siboney qəbiləsinin hindilər tərəfindən məskunlaşmışdı. Onları avaraki qəbiləsi və sonra kariblər əvəz etdi. Sen-Tomas Amerikaya ikinci səfəri zamanı 1493-cü ildə Xristofor Kolumb tərəfindən aşkar edildi. Tezliklə adada olan hindilər Avropalıların gətirdiyi xəstəliklərdən öldülər və adanın bir yarım əsrdə quldurları tərəfindən istifadə edildi. 1917-ci ildə, Sen-Tomas Sen Con, Santa Kruz və kiçik olan adaları ilə birlikdə ABŞ Danimarkadan 25 milyon dollar almışdı.
Sent-Tomas
Sen-Tomas — ABŞ-nin Vircin adaları, Karib dənizində yerləşən Amerika Birləşmiş Ştatlarının birləşməmiş ərazisi. Ada, ərazinin paytaxtı — Şarlotta Amaliya limanı. Əhalisi (2010-cu ilin siyahıya alınması üzrə) 51 634 nəfərdir. ABŞ Vircin adalarının ümumi əhalisinin 48,5% . Ərazisi — 80,91 km². == Tarixi == Ada əvvəlcə təxminən 1500 il əvvəl Siboney qəbiləsinin hindilər tərəfindən məskunlaşmışdı. Onları avaraki qəbiləsi və sonra kariblər əvəz etdi. Sen-Tomas Amerikaya ikinci səfəri zamanı 1493-cü ildə Xristofor Kolumb tərəfindən aşkar edildi. Tezliklə adada olan hindilər Avropalıların gətirdiyi xəstəliklərdən öldülər və adanın bir yarım əsrdə quldurları tərəfindən istifadə edildi. 1917-ci ildə, Sen-Tomas Sen Con, Santa Kruz və kiçik olan adaları ilə birlikdə ABŞ Danimarkadan 25 milyon dollar almışdı.
Stafford Tomas
Tomas Yançi
Tomas Yançi (23 iyul 1968) — Çexoslovakiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Tomas Yançi Çexoslovakiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Tomas Zajaç
Tomas Zajaç (22 sentyabr 1985, Vyana) — 2016 Yay Olimpiya Oyunlarının medalçısı.
Tomas Zula
Tomas Zula (11 mart 1992) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Tomas Zula ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Tomas Zula 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.395 saniyəlik nəticəsi ilə 62-ci yeri tutdu.
Tomas
Tomas — ad. Tomas Anders — Alman pop ifaçısıdır, musiqi yazan və prodüseri Tomas Qoltz — Amerika tarixçisi, jurnalisti və yazıçısı. Tomas Maltus — ingilis iqtisadçı, demoqraf alim, kilsə xadimi. Tomas Makoley Tomas Micli Tomas de Vaal — britaniyalı jurnalist və yazar Tomas Şellinq — amerikalı iqtisadçı.
Tomas Hardi
Tomas Hardi (ing. Thomas Hardy; 2 iyun 1840[…], Dorçester[d] – 11 yanvar 1928[…], Dorçester[d]) — ingilis yazıçı və şair. == Həyatı və təhsili == Tomas Hardi 1840-cı ildə İngiltərənin Dorçester kəndində dülgər oğlu olaraq dünyaya gəlmişdir.İlk təhsilinə bir kənd məktəbində yiyələnmiş, daha sonra Dorçesterdəki bir məktəbə getmişdir.Gənclik illərində Latın və yunan klassiklərini oxuyan Hardi Dorçesterdə yeni açılan akademiyaya daxil oldu.Bir müddət kilsə təmirçisi olan memarın yanında işlədikdən sonra rahib olmağa qərar verdi.Bu ixtisas üzrə çoxlu kitablar oxudu.1862-ci ildə Londona köçərək məşhur bir memarın yanında işləməyə başladı. == Ədəbiyyat fəaliyyəti == Uşaqlığından şeir yazan Hardi sonradan roman janrına üstünlük vermiş və ilk romanı olan "Yoxsul adam və xanım" əsərini 1868-ci ildə tamamlamışdır.Tənqidi üslublu və sosializm dünyagörüşlü olduğundan naşirlər əsəri nəşr etmədilər.Hardinin nəşr olunan ilk kitabı "Ümidsiz çarələr" romanıdır.Kitab 1871-ci ildə imzasız nəşr olunmuşdur. Bundan sonra onun "Dəfnə ağacı altında" kitabı çap olundu.Tomas Hardi əsərlərindəki müşahidə qabiliyyəti, incə yumoru və həssas izahatı ilə fərqlənir.Bununla yanaşı o, bəzi romanlarında doğulub-böyüdüyü Dorset bölgəsinin təbiətini və insanlarını təsvir edir.Əvvəllər Desseks adlandırılan bu bölgənin sənayeləşmə ilə bərabər üzləşdiyi dəyişkənliyi əsərlərində hüznlü bir üslubla təsvir edir.Hardinin imzasız olaraq bir dərgidə çap etdirdiyi "Çılğın izdihamdan uzaq" adlı əsəri böyük maraq doğurduqdan sonra, özünü bütünlüklə ədəbiyyata vermişdir.1878–1895-ci illərdə yazdığı "Yuvaya dönüş", "Trompet başçısı", "Tess" və "Üsyankar qəlblər" romanları ilə məşhurluq qazandı.Viktoriya dövrünün mühafizəkar dəyər mühakimələrinə qarşı çıxdığı bu romanlara görə çoxlu sayda tənqidlərə məruz qaldı.Bu səbəbdən yenidən şeir yazmağa başlayan Hardi 1898-ci ildə daha öncə yazmış olduğu şeirləri də birləşdirərək "Wesseks şeirləri" kitabını nəşr etdirdi.Sonradan romanları əsasında filmlər çəkilən Tomas Hardi müasir ingilis romanının qurucularından sayılır. == Başlıca əsərləri == Bir cüt mavi göz Çılğın izdihamdan uzaq Tess Qaranlıq Cud Ağac işçiləri Meşə kəndliləri Yuvaya dönüş Etelbertanın əli Maraqsızın biri Qüllədə iki kişi Vest Poleydəki səyahətimiz Vesseks hekayələri Qərib, nəşəli və təsadüfi Solmuş kol Məzarımı mı qazırsan?
Tomas Hendriks
Tomas Endrüs Hendriks (ing. Thomas Andrews Hendricks , 7 sentyabr 1819 - 25 noyabr 1885) — Amerika Birləşmiş Ştatlarının (1885) 21-ci vitse-prezidenti.
Tomas Hobbs
Tomas Hobbs (ing. Thomas Hobbes; 5 aprel 1588[…] – 4 dekabr 1679[…]) — məşhur ingilis filosofu və siyasi mütəfəkkiri, müasir siyasi fəlsəfənin banilərindən biri. XVII əsr İngiltərəsində dramatik hadisələrin fəal iştirakçılarından olmuşdur. Monarxist olan Hobbs parlament tərəfdarlarından canını qurtararaq Fransaya mühacirət edib orada gənc II Karlın (edam edilmiş I Karlın oğlu) tərbiyəçisi olur. O, 1651-ci ildə vətənə qayıdır və Kromvelin respublikaçı hökuməti ilə barışır. Hobbs özünün başlıca əsərlərində (Fəlsəfənin əsaslar (1642); Leviafan (1651); Begemot (1668)) İctimai müqavilənin yeni nəzəriyyəsini irəli sürür. Bu yeni nəzəriyyə onun rədd etdiyi İngiltərə inqilabı hadisələrinin təhlili nəticəsində meydana gəlmişdi. Hobbsun həll etməyə çalışdığı başlıca məsələ vətəndaş iğtişaşlarının səbəbi və onların qarşısının alınmasından ibarət idi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == O, dövlət və siyasi hakimiyyəti problemlərini "Leviafan, və ya Materiya, kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti" adlı əsərində araşdırmışdır.
Tomas Holkroft
Tomas Holkroft (Thomas Holcroft, 1745 - 1809) —İngiltərə yazıçısı.
Tomas Kid
Tomas Kid (1558, London – 1594, London) — ingilis dramaturgiyasının ilk görkəmli nümayəndələrindən biri. == Həyatı == Tomas Kid 3 noyabr 1558-ci il anadan olmuş, 13 avqust 1594-cü il vəfat etmişdir.Öz zamanında yaxşı tanınmış, "İspan faciəsi"nin ilk redaktoru olmuşdur.Həyatı haqqında tam məlumat əldə olunmamışdır. == Yaradıcılığı == Onun 1587-ci ildə yaranmış "İspan faciəsi" əsəri 1600-cü ilə qədər London səhnələrindən düşməmişdir. Bu "qisas faciəsidir", "Hamletin sələfidir". Hətta, deyilənə görə, T.Kid bizim dövrümüzə qədər gəlib çatmayan "Hamlet" adlı əsər də yazmışdır. Bu əsərdə qisasın rəmzi fiquru verilmişdir. O, əsərin finalında səhnəyə çıxır və elan edir ki, onun arzuları kədər və qanla yerinə yetirildi. Sonuncu pərdənin son səhnəsində isə bütün iştirakçılar qətlə yetirilir. "İspan faciəsi"ndə ölümlərin sayı "Hamlet"dən xeyli çoxdur. Vilyam Şekspirlə müqayisədə bu əsərin süjeti də həddindən artıq mürəkkəbdir.
Tomas Kirk
Tomas Kirk (ing. Thomas Kirk; 18 yanvar 1828, Koventri, Uest-Midlends[d] – 8 mart 1898, Vellinqton) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Tomas Kirk toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Forest Flora New Zealand (1889). Students’ Flora New Zealand (1899). == Şərəfinə adlandırılmış taksonlar == Cins Kirkianella cinsi Növ Sclerochiton kirkii C.B.Clarke Cheilanthes kirkii J.B.Armstr. Doryopteris kirkii (Hook.) Alston Centemopsis kirkii Schinz Lannea kirkii Burtt Davy Searsia kirkii (Oliv.) Moffett Macledium kirkii (Harv.) S.Ortiz Combretum kirkii M.A.Lawson Crassula kirkii (Allan) A.P.Druce & Given Euphorbia kirkii (N.E.Br.) Bruyns Ledebouria kirkii (Baker) Stedje & Thulin Gossypioides kirkii (Mast.) Skovst. Meliosma kirkii Hemsl. & E.H.Wilson == İstinadlar == == Ədəbiyyat == Ray Desmond (1994). Dictionary of British and Irish Botanists and Horticulturists includins Plant Collectors, Flower Painters and Garden Designers.
Tomas Koulter
Tomas Koulter (ing. Thomas Coulter; 28 sentyabr 1793 – 28 noyabr 1843) — İrlandiya botaniki. == Əsərləri == == Şərəfinə adlandırmalar == Coulterophytum B.L.Rob. bitki cinsi Coulterella Vasey et Rose bitki cinsi == İstinadlar == == Ədəbiyyat == Frederick V. Coville. The Botanical Explorations of Thomas Coulter in Mexico and California. Botanical Gazette, Vol. 20, No. 12 (Dec., 1895), pp. 519–531 Hadfield, Miles, et al. 1980.
Tomas Kreçmann
Tomas Kreçmann (alm. Thomas Kretschmann‎; 8 sentyabr 1962, Dessau, ADR) — Almaniya aktyoru, Oskar mükafatı laureatı. == Həyatı == Tomas Kreçmann Almaniya Demokratik Respublikasında, Dessau şəhərində anadan olub və boya-başa çatıb. Aktyorluq karyerasına başlamazdan əvvəl o, peşəkar üzgüçü olub və gənclərdən ibarət milli komandanın üzvü olub. 19 yaşında Kreçmann Almaniya Federativ Respublikasına köçmüşdür. Kretçmann Lena Roklin ilə evlənmiş, onunla üç övladı var: oğulları Nikolas (1998-ci il təvəllüdlü) və Saşa (2002-ci il təvəllüdlü) və qızı Stella (1999-cu il təvəllüdlü). Ancaq 2009-cu ilin martında cütlük boşanmışdır. Tomas Kreçmann bir çox filmlərə çəkildə də, daha çox 2002-ci ildə "Pianoçu" filmindəki alman zabiti Vilm Hosenfild rolu ilə bütün dünyada böyük şöhrət qazanmışdır.
Tomas Krzeszevski
Tomas Krzeszevski (19 sentyabr 1974) — Polşanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Tomas Krzeszevski Polşanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Tomas Krzeszevski Polşanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 5-ci pillənin sahibi olub.
Tomas Kuk
Tomas Kuk (22 noyabr 1808[…], Derbişir[d] – 18 iyul 1892, Lester) — turizmin yaradıcısı, öz adı ilə tanınan daşımaçılıq şirkətinin qurucusu. O, gələcəkdə turizmi və bununla bağlı digər anlayışları kəşf etmişdir. Bu kəşf təsadüfən baş vermişdir. Əslində T. Kukun belə bir niyyəti olmamışdı. O, keşiş idi. Yaşadığı dövrdə çox yayılan alkoqol və tütün aludəçiliyi ilə mübarizə aparmaq onun üçün çox əhəmiyyətli idi. Buna görə də bu tipli insanların diqqətini başqa bir yerə — səyahətə çəkmək qərarına gəlir. == Uşaqlıq illəri == Tomas Kuk 1808-ci ildə İngiltərənin Melbrun şəhərində anadan olmuşdur. Onun atası Con Kuk ailəsini meyvə-tərəvəz satmaqla dolandırırdı. Conun qəfil ölümü ailəni çıxılmaz vəziyyətə sürükləyir.
Tomas Kun
Tomas Samuel Kun (18 İyul 1922 - 17 İyun 1996), Amerikalı, fizik, tarixçi və elm fəlsəfəçisi. Kunun ən əhəmiyyətli əsəri 1962-ci ildə yayımlanan Elmi İnqilabların Stukturu (The Structure of Scientific Revolutions) adlı kitabıdır. Bu kitab həm akademik ictimaiyyət həm də populyar elm dairələrdə böyük təsir buraxmış və "paradiqma dəyişimi" (paradigm shift) konseptini tanıtmışdır ki, o gündən bu yana tez-tez istifadə olunan bir ifadə halına gəlmişdir. Tomas Kun elmi bilginin inkişafı haqqında əhəmiyyətli töhfələr vermişdir. Kuna görə, elmi sahələr bir istiqamətdə və davamlı bir şəkildə inkişafdan çox mütəmadi olaraq paradiqma sürüşmələrindən təsirlənir və bu paradiqma sürüşmələri elm adamlarının daha öncə keçərli qəbul etmədikləri tezislərə qarşı yeni bir anlayışın ortaya çıxmasına səbəb olur. Bu səbəblə "elmi doğru" anlayışı hər hansı bir zamanda sadəcə tərəfsizlik meyyarı ilə təyin oluna bilməz; elm dairələrində fikir birliyi də elmi cəhətdən doğru fikrin yaranmasında eyni dərəcədə dəyərlidir. Rəqabət edən paradiqmalar çox zaman müqayisə edilməz, çünki paradiqmalar gerçəkliyin rəqabət edən və uzaqlaşdırıla bilməyən şərhləridir. Bu səbəblə elm anlayışımız əsla tamami ilə obyektivliyə dayana bilməz. Bütün obyektiv nəticə çıxarmalar, bu cür nəticə çıxarmaları ortaya qoyan araşdırmacıların və qatılımcıların şəxsi dünya görüşlərindən və istiqamətlərinin nəticəsində təsirləndiyi üçün elm şəxsi baxışları nəzərə almalıdır. == Bibliyoqrafiya == Bird, Alexander.
Tomas Çatterton
Çatterton Tomas (20.11.1752, Bristol – 24.8.1770, London) — ingilis şairi. == Həyatı == 15-ci əsrə aid uydurma rahib Tomas Rauli adından orta əsrlər ingilis dilində balladalar (“Mərhəmət haqqında gözəl ballada”), poemalar (“Turnir”, “Kabuslar parlamenti”, “Hastinqs yaxınlı ğındaadöyüş”), ekloqalar, satiralar, apokrifik bioqrafiyalar və traktatlar (“İngiltərədə boyakarlığın yüksəlişi”) yazmışdır. == Fəaliyyəti == Dram əsərlərin (“İyela” faciəvi interlüdiyası, “Qisas”burleski 1770-ci ildə tamaşaya qoyulmuşdur),öz dövrünün poeziyası ruhun da şeirlər və stlizasiyaların, siyasi məqalələrin müəllifidir. 1770-ci ilin aprelində Londona köçmüş, ehtiyac və X. Uolpolun onun mistifikasiyalarını ifşa etməsi gənc şairi intihara təhrik etmişdir. Bütün yazdıqları ölümündən sonra nəşr edilmişdir.
Tomas Şellinq
Tomas Şellinq (ing. Thomas Crombie Schelling) (d. 14 aprel 1921 — ö. 13 dekabr 2016) — amerikalı iqtisadçı. Xarici əlaqələr, milli təhlükəsizlik, nüvə strategiyası mövzularında mütəxəssis. == Həyatı == Tomas Şellinq universitet təhsilini Berkli Kaliforniya Universitetində 1944-cü ildə iqtisadiyyat sahəsində tamamlamışdır. Doktorluq dərəcəsinə isə 1951-ci ildə Harvard Universitetində yüksəlib. Ən əhəmiyyətli kitabı sayılan Qarşıdurma Strategiyası (ing. Strategy of Conflict) 1960-cı ildə nəşr edilmişdir. 1964-cü ildən etibarən Pentaqonnun Vyetnam müharibəsində bombalama və gərginlik siyasəti sahəsində çalışdı.
Andryu Tomas Mluqu
Andryu Tomas Mluqu (12 noyabr 1995) — Tanzaniyalı cüdoçu. Andryu Tomas Mluqu Tanzaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Andryu Tomas Mluqu birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində Avstraliyanın nümayəndəsi Ceyk Bensted ilə üz-üzə gəldi. Həmin görüşdə Andryu Tomas Mluqu rəqibinə 0:100 hesabı ilə uduzdu. Mluqu Ölkələrin Paradında Tanzaniyanın bayraqdarı idi.
De Tomaso
De Tomaso - İtaliya avtomobil istehsalçısı. Alexandro da Tomaso tərəfindən Modenada 1959-cu ildə qurulmuşdur. 2004-cü ildə ləğv edildi, amma buna baxmayaraq 2005-ci ildə yeni avtomobillər hələ də istehsal edilməkdə idi.
Frederik Brüs Tomas
Frederik Brüs Tomas (ing. Frederick Bruce Thomas, rus. Фёдор Фёдорович Томас; d. 4.11.1872, Missisipi, ABŞ – ö. 12.6.1928, İstanbul, Türkiyə) — Afroamerikan iş adamı; Türkiyədə ilk gecə klubu və kazinonun qurucusu. == Həyatı == Frederik Brüs Tomas 4 noyabr 1872-ci ildə ABŞ-nin Missisipi ştatının Koahoma qraflığında anadan olmuşdur. Frederikin Yensi (1861), Vilyam (1867), Con (1870) adlarında özündən böyük üç qardaşı və Keyt (1868) adlı bir bacısı var idi. Atası Levis Tomas, anası Hanna Tomas keçmiş qullar idi. Onlar ABŞ-də köləliyin ləğvi edilməsindən 4 il sonra - 1969-cu ildə böyük bir fermaya sahib olmuşdurlar. Lakin anası 35 yaşında ikən Frederiki dünyaya gətirən zaman vəfat etmişdir.
Gilbert Tomas Burnett
Gilbert Tomas Burnett (ing. Gilbert Thomas Burnett) — Britaniya botaniki və zooloqu. == Burnettin şərəfinə adlandırılmış takson == Botanik Con Lindli 1840-cı ildə Burnettia cinsini Burnettin şərəfinə adlandırmışdır.
Henri Tomas Bokl
Henri Tomas Bokl (ing. Henry Thomas Buckle, 24 noyabr 1821 — 29 may 1862) — İngilis tarixçisi və sosioloqu. Şahmatçı kimi də tanınmışdır. == Həyatı == "İngiltərədə sivilizasiya tarixi" adlı kitabın müəllifidir. == İstinadlar == == Xarici keçidlər == The life and writings of Henry Thomas Buckle, Vol.
Henri Tomas de la Beş
Henri Tomas de la Beş (ing. Henry Thomas De la Beche; 10 fevral 1796, London — 13 aprel 1855) — müasir geoloji tədqiqat metodlarının pioneri, Böyük Britaniya geologiya xidmətinin banisi, Devon qraflığında geniş geoloji və paleontoloji tədqiqatlar aparmış ingilis geoloqu və paleontoloqu. == Tərcümeyi-halı == Henri Tomas de la Beş Londonda anadan olmuşdur.. Henri hələ uşaq olarkən Böyük Britaniya ordusunun zabiti, Yamaykada qullara və tərpənməz əmlaka sahib olan atası vəfat etmişdir. O, uşaqlıq illərini geologiyaya meyl göstərdiyi Laym-Recisdə keçirmişdir. 14 yaşında daxil olduğu Marlou hərbi kollecini 21 yaşında bitirən Henri hərbi xidmətini davam etdirməmiş, bunun əvəzində London Geologiya Cəmiyyətinə daxil olmuşdur. Tezliklə o, London Geologiya Cəmiyyətinin ən fəal üzvlərindən biri olmuş və 1848-1849-cu illərdə bu cəmiyyətin prezidenti olmuşdur. == Elmi fəaliyyəti == Henri Tomas de la Beş bütün həyatı boyu təkcə İngiltərədə deyil, həmçinin, Fransada və İsveçrədə geoloji tədqiqatlar üçün əhəmiyyət kəsb edən bütün ərazilərə səyahət etmişdir. İngiltərəyə qayıdan alim Devonda və Kornuolledə geoloji tədqiqatlat aparmışdır. İngiltərədə geoloji və paleontoloji tədqiqatlarla məşğul olan digər alimlərlə əməkdaşlıq edən Henri Tomas de la Beş İngiltərənin geoloji xəritəsini yaratmaq və ölkə ərazisində aşkar edilmiş müxtəlif daşlaşmış bitki və canlı orqanizm qalıqlarından ibarət kolleksiya təşkil etmək qərarına gəldi.
Karl Tomas Motsart
Karl Tomas Motsart (21 sentyabr 1784, Vyana – 31 oktyabr 1858, Milan) — avstriyalı pianoçu, bəstəkar Volfqanq Amadey Motsart və həyat yoldaşı Konstansiyanın sağ qalan iki oğlundan ikinci oğlu və böyüyü. == Bioqrafiyası == Vyanada anadan olub. Atasının ölümündən sonra Praqada təhsil aldı, buraya yeddi yaşında kiçik qardaşı ilə birlikdə göndərildi; onun tərbiyəçiləri Frantişek Ksaver Nimeçik və Frantişek Ksaver Duşek idi, sayəsində istedadlı bir pianoçu oldu. Ancaq təhsilini başa vurmadan əvvəl, 1797-ci ildə, on dörd yaşında ikən, ticarət şirkətində bir şagird olmaq üçün Livorona yola düşdü. Sonrakı illərdə fortepiano mağazası açmağı planlaşdırdı, lakin maliyyə səbəblərinə görə bu layihə uğursuz oldu. 1805-ci ildə Milana köçdü, burada Milan Konservatoriyasının direktoru Yozef Haydnın tövsiyəsi ilə onu tələbə kimi qəbul edən bəstəkar Bonifatsio Aziolinin rəhbərliyi altında musiqi təhsili aldı. İlk iki ildə Karl Tomas böyük müvəffəqiyyət göstərdi, ancaq üçüncü ilində həqiqətən musiqi karyerasını və 1810-cu ildə məktəbi tərk etdi, əvvəlcə Fransa rəhbərliyinin nəzarəti altında Lombardiyada tərcüməçi oldu. Ərazini 1815-ci ildə Avstriya İmperatorluğuna daxil etdikdən sonra Milanda Avstriya maliyyə idarəsində və dövlət mühasibatlığının rəsmisi oldu (şəhər o vaxt Avstriyanın nəzarəti altında idi), eyni zamanda Avstriya ədliyyə məhkəməsində İtalyan dilinə tərcüməçi kimi xidmət etdi; olduqca təvazökar bir həyat sürdü. 1820-ci ilin avqust və sentyabr aylarında qardaşı Frants Ksaver ziyarət etdi, 1825-ci ildə Milanda anası ilə görüşdü, 1836-cı ildə Zalsburqda yenidən qayıtdı. Karyerası boyunca, məmur maliyyə idarəçiliyi üçün İtaliyadan və rəsmi tərcüməçi olaraq işləməyə davam etdi.
Morqan Tomas Hant
Tomas Hant Morqan (ing. Thomas Hunt Morgan; 25 sentyabr 1866[…], Leksinqton, Kentukki – 4 dekabr 1945[…], Pasadena, Kaliforniya) — Amerika bioloqu, genetika elminin banislərindən biri, İtakada, Nyu York (1932) Genetikadan keçirilən Altıncı Beynəlxalq konqresin sədri olub. "Xromosomların irsiyyətdə rolu" ilə bağlı kəşfə görə 1933-ci ildə fiziolofiya və tibbin Nobel mükafatı laureatı olmuşdur. == Bioqrafiya == Tomas Morqan və onun tələbələri(Q.C.Möller, A.Q.Störtevant) "Xromosomun İrsiyyəti" nəzəriyyəsini formalaşdırmışdılar. Genlərin xromosomda yerləşməsi haqqında qoyulmuş qanunauyğunluqlar Qreqor Mendelin qanunlarının sitoloji mexanizmlərinin aydınlanmasına və təbii seçmə nəzəriyyəsinin genetik əsaslarının inkişafına səbəb oldu. Növlərdə irsiyyət və dəyişkənliyin olmasına aid uzunmüddətli və çətin araşdırmalar yalnız Morqanın drozofil milçəyi üzərində apardığı eksperimentlərdən sonra uğurla nəticələndi.O drozofil milçəyinin öyrənilmiş xüsusiyyətlərini 4 qrupa böldü, bunlar irsən nəslə ötürülür və drozofil milçəyində 4 cüt xromosomun olmağı ilə bağlıdı.Alimlər müəyyən etmişdilər ki, bu xromosomlardan olan kombinasiyalar müxtəlif min gendən çox ola bilməz.Milçəkdə olan genlərdən asılı olaraq onun bu və ya hansı növə aid olduğu müəyyən olunur. Drozofillə aparılan minlərlə eksperimentlər morqançılara bu və ya digər genin xromosomda harda yerləşməsini göstərən xəritə tərtib etməyə imkan verdi. Bu xəritə imkan verdi müəyyən etməyə ki, bütün bitki və heyvan xromosomlarında genlər dəqiq müəyyən vəziyyətdə yerləşir. == Mənbə == Развитие и наследственность Ю. Я. Керкис. — М.—Л.: Биомедгиз, 1937.
Müqəddəs Tomas kilsəsi (Praqa)
Müqəddəs Tomas kilsəsi (çex. Kostel sv. Tomáše) - Praqa şəhərinin Mala Strana rayonunda yerləşir. Böyük Orta əsr kilsəsi Avqustin ordeni tərəfindən 18-ci əsrin birinci yarısında yüksək barokko üslubunda yenidən inşa olunumuşdur. Onun interyeri Piter Paul Rubens, Bartolomeus Şpranger, Karel Şkreta və başqalarının zəngin bədii xüsusiyyətlərə malik bir sıra şah əsərlərinin qorunub saxlanıldığı yer hesab olunur. Ona bitişik Avqustin monastırı ilə birlikdə, Müqəddəs Tomas kilsəsi Çex Respublikasının mədəniyyət abidəsi kimi qorunur. Kilsə bir çox hadisələrin şahidi olub və demək olar ki, 800 il ərzində öz gözəliyini və təravətini itirməyib. == Tarix == Qotik kilsənin əsası 1315-ci ildə Çexiya kralı II Vatslavın hakimiyyəti dövründə qoyulmuşdur. Eyni zamanda öz təqva və dinə itaəti ilə tanınan kral, Praqa şəhərinə Avqustun ordenini dəvət etdi. Onlar orden üzvlərinin yaşayış və tərbiyələrini təmin etmək məqsədilə, şəhər bələdiyyəsindən torpaq sahəsi əldə etmiş və kilsə üçün yeni monastır binasını inşa etməyə başlayırlar.
Pentacalia tomasiana
Pentacalia tomasiana (lat. Pentacalia tomasiana) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Riçard Tomas Beyker
Riçard Tomas Beyker (ing. Richard Thomas Baker, 1 dekabr 1854, Vulviç, Böyük London – 14 iyul 1941) — Avstraliya botanik və fotokimyaçısı. == Çap olunmuş əsərləri == Baker, R.T.; Smith, H.G. A Research on the Eucalypts, especially in regard to their essential oils. — Sydney, 1902. — 291 p. Baker, R.T.; Smith, H.G. A Research on the Pines of Australia. — Sydney, 1910. — 458 p. Baker, R.T. Cabinet Timbers of Australia. — Sydney, 1913.
Stefan Tomasoviç
Stefan Tomasoviç (təq. 1438 – 25 may 1463, Yaytse, Bosniya və Herseqovina Federasiyası) — Serbiya despotu və Bosniya kralı. == Mənbə == Nesbitt, John W., eds.
Tomas Vudro Vilson
Tomas Vudro Vilson (ing. Thomas Woodrow Wilson; 28 dekabr 1856[…] – 3 fevral 1924[…], Vaşinqton, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 28-ci prezidenti (1913–1921). 1919-cu il Nobel Sülh Mükafatı laureatı. ABŞ tarixində elmlər doktoru elmi dərəcəsinə malik olan yeganə prezidentdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == 6 aprel 1917-ci ildə Vudro Vilson ABŞ-nin Birinci dünya müharibəsinə qatılması barədə qərar verdi. Konqresə müraciətində o, "Bütün müharibələrə son qoymaq məqsədilə müharibəyə başlamağa" çağırırdı. 8 yanvar 1918-ci ildə o Konqresdəki çıxışında müharibədən sonrakı dünyanın yenidən qurulmasını, daimi sülhün təmin edilməsini nəzərdə tutan və "14 bənd" adı ilə məşhur olan tezislərini irəli sürdü. Müharibədən sonra bu tezislərdə irəli sürülən ideyalardan yalnız 5-i, o cümlədən Millətlər Cəmiyyətinin qurulması fikri həyata keçirildi. 28 may 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib.
Tomas von Şele
Tomas von Şele (23 mart 1969) — İsveçi təmsil edən stolüstü tennisçi. == Karyerası == Tomas von Şele İsveçi 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.

Digər lüğətlərdə