TRANSSENDENT

[alm. Tranzsendent; fr. Transcendant; ing. Transcendent; osm. tr. müteal; ər. يرؼام lat. transcendere – üstündən adlayıb keçmək, pozmaq] – 1. Bir sistemin xaricinə yüksələn, var olan bir həddi keçən. 2. Üstün olan, bəşəri olanlar-dan yüksəkdə dayanan [Tanrı kimi]. 3. Kanta görə ola biləcək hər növ eksperimentin kənarına çıxan, şüurun xaricinə adlayan. 4. Təbiətdən kənarda olan və onun sərhədlərini aşan, fövqəlbəşəri olanlara deyilir. İmmanent termininin əksinə olaraq şüurun və idrakın hüdudlarından kənarda olanı ifadə edən termindir.
TRANSFORMASİYA
TRANSSENDENTAL
OBASTAN VİKİ
Transsendent ədəd
Transsendent ədədlər (lat. transcendere — keçmək, üstələmək) — cəbri olmayan, kompleks və ya həqiqi ədədlər, başqa sözlə, qüvvəti tam ədəd (və ya rasional) olan polinomun (çoxhədlinin) kökü olmayan həqiqi ədədləri. Bir çox transsendent ədəd kontinualdır. Hər bir transsendent həqiqi ədəd irrasionaldır, amma əks proses tamamilə yanlışdır, yəni bütün irrasional ədədlər transsendent ədəd deyildir. Məsələn, 2 {\displaystyle {\sqrt {2}}} ədədi — irrasionaldır, amma transsendent ədəd deyildir: çünki bu ədəd x 2 − 2 {\displaystyle \!x^{2}-2} çoxhədlisinin köküdür (və buna görə də bu ədəd cəbri ədəddir). Bir çox həqiqi transsendent ədəd sırası, bir çox irrasional ədəd sırası ilə izomorfdur. Demək olar ki, hər bir transsendent ədədin irrasionallığının ölçüsü 2-yə bərabərdir. π {\displaystyle \!\pi } ədədi. e {\displaystyle \!e} ədədi. İstənilən tam ədədin ( 10 n {\displaystyle \!10^{n}} -dən başqa) onluq loqarifması.
Transsendentalizm
Transsendentalizm — XIX əsrin əvvəllərində ABŞ-da ortaya çıxmış fəlsəfi və mədəni hərəkatdır. Bu hərəkatın əsas ideyaları arasında fərdi təcrübə və intuisiyanın bilik mənbəyi olaraq əhəmiyyətini vurğulamaq, təbiətə və insan ruhuna dərin bir hörmət və əlaqə hissi, və cəmiyyətin normativ qaydalarına qarşı çıxmaq daxildir. Transsendentalistlər, əsasən, insanın öz daxili səsinə və təbiətə daha çox diqqət yetirərək daha yüksək bir mənəvi və intellektual səviyyəyə çatacağına inanırdılar. Bu hərəkatın əsas nümayəndələri arasında Ralf Uold Emerson və Henri Devid Toro kimi yazıçılar və filosoflar yer alır. Onların əsərləri insanın daxili dünyasını, təbiətin gözəlliyini və cəmiyyətin təsirlərindən azad olmağın vacibliyini araşdırırdı. Transsendentalizm XIX əsrin əvvəllərində ABŞ-da yaranmış fəlsəfi və ədəbi hərəkatdır. Bu hərəkatın əsasını qoyanlar arasında Ralf Uold Emerson (Ralph Waldo Emerson) və Henri Devid Toro (Henry David Thoreau) kimi mütəfəkkirlər var idi. Transsendentalizmin əsas prinsipləri bunlardır: 1. Fərdi Təcrübə və İdrak: Transsendentalistlər fərdi təcrübə və daxili idrakın bilik əldə etmənin ən vacib yolu olduğunu vurğulayırlar. Onlar inanırdılar ki, hər kəs öz fərdi təcrübələri vasitəsilə həqiqəti anlamaq qabiliyyətinə malikdir.

Digər lüğətlərdə