TRANSSENDENTAL

\[alm. Transzendental; fr.=ing. Trans-cendental; lat. Trancendere – aşmaq, üstündən ötüb keçmək; osm. tr. müteal; ər. يرؼال \] – əqli tənqid etmə metodu.
TRANSSENDENT
TRANSSENZUS
OBASTAN VİKİ
Transsendentalizm
Transsendentalizm – 1830-1860-cı illərdə ABŞ-də ədəbi-fəlsəfi hərəkat. 1836-cı ildə ABŞ-də Transsendental klubun əsasını qoymuş idealist filosof və yazıçılar qrupuna Ralf Uold Emerson (1803-1882), C.Ripli (1802-1880), T.Parker (1810-1860), M.Fuller (1810-1850), Henri Devid Toro (1817-1862) və başqaları daxil idi. Transsendentalistlər sensualizmə mənfi münasibətini bildirir, Kant və Fixtenin, Yakobinin və Şleyermaxerin fəlsəfəsi ilə öz əlaqəsini qeyd edirdilər. Onların dünyagörüşünə Amerikan puritanizminin etik-sosial ideyaları, Platonun, ingilis romantik şairlərinin – C.Kolric, U.Vordsvortun "Göl məktəbi", Karleylin və Jan Jak Russonun baxışları dərin təsir göstərmişdir. Romantizm və xırda burjua demokratizmi mövqelərindən kapitalizmin amansızlığını tənqid etmiş, sosial münaqişələrin həllində mənəvi özünütəkmilləşdirməyə diqqət yetirmiş, təbiətlə yaxınlaşmağa çağırmışlar. == Fəaliyyətləri == Bir çox transsendentalistlər ABŞ-də köhnəliyə qarşı fəal çıxış etmişlər. 1841-ci ildə C.Ripli yazıçı H.Qotorn və başqaları ilə birlikdə Boston yaxınlığındakı "Bruk Farm" (1847-ci ilə qədər mövcud olmuşdur) adlı furyerist koloniya təşkil etmişlər. Baxışları Ralf Uold Emersonun "Təbiət" əsərində tam şəkildə ifadə olunmuş transsendentalistlər Amerika ədəbiyyatı və fəlsəfəsinin inkişafında müəyyən iz qoymuşlar.

Digər lüğətlərdə

благоуха́ть гига́нтски грацио́зно локализова́ться проплы́в склёпщик штампо́ванный выпа́лывание менинги́т нана́ец раска́тка сызде́тства те́рпче cashier come-down epicarp Hot Springs tentorium transit workers trucking кредитование недальновидный перематывание самум фаэтон