tullantıların emalı

Onların toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü fəaliyyət

tullantı suları
tullantıların yerləşdirilməsi
OBASTAN VİKİ
Tullantıların təkrar emalı
Tullantıların təkrar emalı köhnə metal və ya plastik əşyaların müəyyən bir çevrilmə yolu ilə yenidən istifadəyə yararlı hala gətirilməsi üçün həyata keçirilən bütün proseslərin cəmidir. Bu işlə məşğul olan insanlar tullantıları zibilliklərdən və ya iş yerlərindən yığırlar və bu işi görən biznesmenlərə satırlar. Biznesmenlər də öz növbələrində onları emal edən fabriklərə verirlər.
Tullantıların yığılması

Fon emalı
Fon emalı – əsas (öncəlikli) məsələnin emalı zamanı yaranan qısamüddətli fasilələrdə bəzi əməliyyatların yerinə yetirilməsidir. Fon emalına misal olaraq sənədin çapı əməliyyatını göstərmək olar. Fon proqramı fon rejimində yerinə yetirilən, yaxud yerinə yetirilə bilən proqramdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Görüntünün emalı
Görüntünün emalı – elektron görüntülərin maşın vasitəsilə analizi, emalı, saxlanması və əks etdirilməsi. Görüntünün emalı üç ardıcıl mərhələdən ibarətdir: giriş, emal və çıxış. Giriş (görüntünün qəbulu və rəqəmsallaşdırılması) zamanı qrafik görüntü parlaqlıq və ya rəng fərqlərini aşkarlamaq və kodlaşdırmaq yolu ilə kompüterin artıq emal edə biləcəyi ikilik kəmiyyətlərə çevrilir. Emalın növbəti mərhələsində görüntünü yaxşılaşdırmaq və onun elektron təsvirini (faylı) sıxmaq olar. Üçüncü mərhələ olan görüntünün çıxışı, emal olunmuş görüntünün hər hansı bir möhkəm daşıyıcıda (kağızda, kartonda, “plyonka”da və s.) əks etdirilməsindən (çapından) ibarətdir. Görüntülərin emalı məsələləri televiziya, kino sənayesi, CD-ROM texnologiyaları, tibb, havanın peyk xəritələrinin tərtib edilməsi, dənizlərin tədqiqi, süni intellekt, robototexnika və obrazların maşınla tanınması sahələrinin hamısı üçün səciyyəvidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hadisələrin emalı
Hadisələrin emalı – əməliyyat sistemlərinin Mac OS, Microsoft Windows, UNIX və OS/2 kimi güclü arxitekturalarında dəstəklənən proqram funksiyası. Əvvəllər proqramlar qarşılıqlı əlaqədə ola biləcəyi bütün qurğuları (məsələn: klaviatura, siçan, printer, disksürən, ardıcıl port) soruşmalı (mahiyyətcə qabaqcadan duymalı) idi. Proqram vasitəsi çox həssas deyildisə, tez-tez eyni anda baş verən iki hadisədən biri itə bilərdi. Hadisələrin emalı bu problemi həll etməyə imkan verir: Ən tez-tez baş verən hadisələrin növbəsi təşkil edilir ki, onları da proqram ardıcıl olaraq emal edir (yeri gəlmişkən, hadisələrin bəzi tipləri daha yüksək öncəlikləri hesabına üstünlüyə malik ola bilər). Hadisələr konkret əməliyyat sisteminin müəyyənləşdirdiyi bir neçə tipdən birinə aid ola bilər: siçanın düyməsinin və ya klaviaturanın klavişinin basılması, diskin dəyişdirilməsi, siçanın pəncərədə çıqqıldadılması, qurğunun drayverindən informasiyanın alınması və s.
Qaz Emalı Zavodu
Qaz Emalı Zavodu — təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının emalı, quru qaz, qaz benzini, texniki butan, texniki propan-butan qarışığı, ağır kondensat məhsullarının və digər malların istehsalını həyata keçirən zavod. Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il 2142 saylı Sərəncamı və "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına dəyişiklik və əlavələr edilməsi haqqında 07 oktyabr 2009-cu il tarixli 164 nömrəli Fərmanına uyğun olaraq ARDNŞ-in strukturuna aid edilmişdir. == Yaranma tarixi istehsalat == Qaz Emalı Zavodu 1958-ci ildə keçmiş Sovet İttifaqının "QİPROAZNEFT" institutu tərəfindən layihələndirilmişdir. Zavodun əsas məqsədi hasil olunan təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının qabaqcıl texnika və texnologiyalara əsaslanaraq rəqabətə davamlı şəkildə emalını təşkil etməkdir. Zavodun tikintisinin birinci mərhələsi 1961-ci ildə başa çatdırılmışdır. I mərhələdə 3 №li texnoloji sexin qazdan benzin ayıran qurğuları və 4 №li texnoloji sexin qaz kondensatının emalı və qeyri-sabit qaz benzininin fraksiyalaşdırılması qurğusu əsas istehsalata xidmət edən bütün yardımçı sahələrlə birlikdə istismara verilmişdir. 1963-cü ildə tikintinin II mərhələsində 2 №li texnoloji sexin qazdan benzin ayıran qurğuları, 1964-cü ildə isə 1 №li texnoloji sexin qazdan benzin ayıran qurğuları tikilərək istismara buraxılmışdır. Zavodun ilkin layihə gücü il ərzində 4,5 mlrd. m³ təbii qazı emal etməyə imkan verirdi. 1986-cı ildə zavodun istehsal gücünün artırılması məqsədi ilə aparılmış rekonstruksiya işləri nəticəsində illik emal gücü 6,5 mlrd.
Təbii dilin emalı
Təbii dilin emalı (Natural Language Processing (NLP)) – süni intellekt və riyazi dilçiliyin ümumi istiqaməti; danışıq, yaxud mətn şəklində təqdim olunan təbii dillərin kompüterin köməyilə analiz və sintezi problemlərini öyrənir. Analiz dedikdə dilin başa düşülməsi, sintez dedikdə isə savadlı mətnin generasiyası nəzərdə tutulur. Bu problemlərin həlli kompüter və insan arasında qarşılıqlı təsirin daha əlverişli formasının yaradıldığını bildirəcək. == Proqram təminatları == AlchemyAPI Expert System S.p.A. General Architecture for Text Engineering Modular Audio Recognition Framework MontyLingua Natural Language Toolkit) == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Verilənlərin emalı sistemləri
Verilənlərin emal sistemləri (VES) — verilənlərin operativ emalına yönəlmiş sistemlərdir. VES-nin əsas məqsədi verilənlərin operativ emalıdır və bu cür sistemlərdə verilənlər bir-neçə aydan çox saxlanılmırlar. Verilənlər köhnəldikdə onlar verilənlər bazasindan (VB) silinir və ya arxivə göndərilir. Təbii ki, müxtəlif sistemlərdən yığılmış bu cür verilənlər müxtəlif struktura, formata və standarta malikdir. Nəticədə VES-nin uzun müddətli istismarı ərzində yığılmış və təşkilat üçün çox qiymətli informasiyalar istifadə olunmamış qalır. Yığılmış və analiz üçün hazırlanmış verilənlərin tam, səmərəli istifadəsində müxtəlif analiz üsullarından (statistik analiz, dinamik interaktiv çoxölçülü analiz, intellektual analiz) istifadə edilir. Qərarların qəbulunu dəstəkləyən sistemlər (QQDS) korporativ şəbəkələrdə, VES-də yığılmış böyuk tutumlu verilənlər üzərində çoxölçülü, dinamik, interaktiv, intelektual analiz aparmaqla gizli tendensiyaları üzə çıxarır, verilənlər arasında qanunauyğunluqları tapır və qərarların qəbul edilməsi üçün istifadə edilir. == Mənbə == Пржиялковский В. В. Сложный анализ данных большого объема: новые перспективы компьютеризации // СУБД. — 1996. — № 4. — С. 71–83.
Bakı Neft Emalı Zavodu
Heydər Əliyev adına Neft Emalı Zavodu (keçmiş Yeni Bakı neftayırma zavodu, ‹Azərneftyanacaq› İstehsalat Birliyi, "Azərneftyanacaq" neft emalı zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) — keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 29 iyul tarixli əmri ilə yaradılmışdır. Hazırda bu, Azərbaycanda gündə təxminən 120 000 barel (19 000 m3) emal olunmuş məhsul istehsal etmək gücündə olan yeganə neft emalı zavodudur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən idarə olunur. == Haqqında == Yarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəyə çevrilmişdir. Zavodun əvvəlki adları: — Stalin adına zavod — Qarayev adına zavod — KP XXII Toplantısı adına Neftayırma Zavodu — Vladimir İlyiç adına Yeni Bakı Neftayırma Zavodu — "AzərNeftYanacaq" İB — Heydər Əliyev adına Bakı Neftayırma Zavodu 50 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 mln. tondan artıq neft emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir. Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir.
Metalların təzyiq altında emalı
Metalların təzyiq altında emalı — hissənin verilmiş pəstahdan onun ilkin kütləsini dəyişmədən plastiki deformasiyası yolu ilə alınmasını təsvir edən texnoloji prosesdir. Prosesin gedişi metallarım kristallik quruluşuna əsaslanır. Vahid sahəyə düşən təzyiq metalda deformasiya baş verir. Metallarda kristallar isotrop və ya anisotrop olurlar. Xarici qüvvənin təsiri altında kristallarda sürüşmə müstəvisi üzrə sürüşmə istiqamətində yerdəyişmələr baş verir. Bu kristalların kub, səthi və ya heksaqonal formalara malik olmasından asılıdır. Deformasiya yerdəyişmə, və ya əkizlərin yaranması kimi baş verir. Yerdəyişmə o zaman baş verir ki, toxunan gərginliyin həddn artıq olması zamanı yaranır. Heksaqonal quruluşlu metallarda tor deformasiya olunaraq başqa vəziyyət alır, əkizlər yaranır. İsti halda deformasiya zamanı rekristalizasiya baş verir.
Qaradağ Qaz Emalı Zavodu
Qaz Emalı Zavodu — təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının emalı, quru qaz, qaz benzini, texniki butan, texniki propan-butan qarışığı, ağır kondensat məhsullarının və digər malların istehsalını həyata keçirən zavod. Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il 2142 saylı Sərəncamı və "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına dəyişiklik və əlavələr edilməsi haqqında 07 oktyabr 2009-cu il tarixli 164 nömrəli Fərmanına uyğun olaraq ARDNŞ-in strukturuna aid edilmişdir. == Yaranma tarixi istehsalat == Qaz Emalı Zavodu 1958-ci ildə keçmiş Sovet İttifaqının "QİPROAZNEFT" institutu tərəfindən layihələndirilmişdir. Zavodun əsas məqsədi hasil olunan təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının qabaqcıl texnika və texnologiyalara əsaslanaraq rəqabətə davamlı şəkildə emalını təşkil etməkdir. Zavodun tikintisinin birinci mərhələsi 1961-ci ildə başa çatdırılmışdır. I mərhələdə 3 №li texnoloji sexin qazdan benzin ayıran qurğuları və 4 №li texnoloji sexin qaz kondensatının emalı və qeyri-sabit qaz benzininin fraksiyalaşdırılması qurğusu əsas istehsalata xidmət edən bütün yardımçı sahələrlə birlikdə istismara verilmişdir. 1963-cü ildə tikintinin II mərhələsində 2 №li texnoloji sexin qazdan benzin ayıran qurğuları, 1964-cü ildə isə 1 №li texnoloji sexin qazdan benzin ayıran qurğuları tikilərək istismara buraxılmışdır. Zavodun ilkin layihə gücü il ərzində 4,5 mlrd. m³ təbii qazı emal etməyə imkan verirdi. 1986-cı ildə zavodun istehsal gücünün artırılması məqsədi ilə aparılmış rekonstruksiya işləri nəticəsində illik emal gücü 6,5 mlrd.
Mozır Neft Emalı Zavodu
Mozır Neft Emalı Zavodu (belar. Мазырскі нафтаперапрацоўчы завод) Belarusun iki neft emalı zavodundan biridir. Zavod Mozırın sənaye zonasında, şəhərin yaşayış massivlərindən 15 km cənubda yerləşir. 1988-ci ildə zavodla şəhəri birləşdirən tramvay sistemi işə salınıb. == Sahibkarlar və Rəhbərlər == Mozır Neft Emalı Zavodunun baş səhmdarları: • Belarus Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi — səhmlərin 42,76%-i; • NGK Slavneft ASC — səhmlərin 42,58%-i; • MNPZ plus MMC — səhmlərin 12,25%-i; • Fiziki şəxslər — səhmlərin 2,41%-i. 1996–2016-cı illər ərzində baş direktor vəzifəsini Anatoli Aleksandroviç Kupriyanov tuturdu. 20 avqust 2016-cı il tarixindən 28 mart 2017-ci il tarixinədək baş direktor vəzifəsində Krot Sergey Vladimiroviç idi. 29 mart 2017-ci ildən bu günə qədər isə baş direktor vəzifəsini Vitali Petroviç Pavlov yerinə yetirir. == İdarə heyəti == • Pavlov Vitali Petroviç — Baş direktor • Tukaç Sergey Vasilyeviç — Baş direktorun birinci müavini — baş mühəndis • Krot Sergey Vladimiroviç — Baş direktorun iqtisadiyyat və maliyyə üzrə müavini • Protasov Oleq Aleksandroviç – Baş direktorun xammal təchizatı və neft məhsullarının satışı üzrə müavini • Korobeynikova Natalya Valentinovna — Baş direktorun maddi-texniki məsələlər üzrə müavini • Teteruk Gennadi Viktoroviç — Baş direktorun ideoloji iş, kadr və sosial inkişaf üzrə müavini. == Tarixi == Neft emalı zavodunun tikintisinə 1971-ci ildə başlanılıb.
Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyəti
Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyəti — tətbiq sahəsindən asılı olaraq yanacaqlar: karbürator (təyyarə, avtomobil benzinləri və traktor kerosinləri), reaktiv, dizel yanacaqlarına bölünür. == Neft emalı == Neft məhsullrından xalq təsərrüfatında geniş istifadə olunur. Ümumiyyətlə, neftdən yanacaq maddələri, yağlayıcı materiallar, plastik kütlələr, sintetik liflər, yuyucu maddələr, sintetik kauçuk, gübrə və s. kimi məhsullar alınır. Neftdən alınan bir çox qiymətli məhsullardan biri də müxtəlif təyinatlı və çeşidli yanacaqlarıdır. Karbürator yanacağı kimi ən çox neftin alçaq və orta temperaturlarda qaynayan benzin, liqroin və kerosin fraksiyalarından, sıxılmış karbohidrogen qazıntılarından və neftin təkrar emalından alınan yüngül məhsullarından istifadə edilir. === Neft məhsullarının keyfiyyətinin orqanoleptik metodu === Neft məhsullarının keyfiyyətinin təyin edilməsində istifadə olunan metodlardan biri də orqanoleptik metoddur. Bu metodla keyfiyyətin qiymətləndirilməsində xarici əlamətlər əsas götürülür. Yanacağın xarici əlamətləri onun zərərliliyi, stabilliyi və təmizliyi haqqında təxmini fikir söyləməyə imkan verir. Etilli benzin zərərsizliyi etil mayesinə əlavə edilən boyayıcının rəngi ilə şərtləndirilir.
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu
Heydər Əliyev adına Neft Emalı Zavodu (keçmiş Yeni Bakı neftayırma zavodu, ‹Azərneftyanacaq› İstehsalat Birliyi, "Azərneftyanacaq" neft emalı zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) — keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 29 iyul tarixli əmri ilə yaradılmışdır. Hazırda bu, Azərbaycanda gündə təxminən 120 000 barel (19 000 m3) emal olunmuş məhsul istehsal etmək gücündə olan yeganə neft emalı zavodudur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən idarə olunur. == Haqqında == Yarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəyə çevrilmişdir. Zavodun əvvəlki adları: — Stalin adına zavod — Qarayev adına zavod — KP XXII Toplantısı adına Neftayırma Zavodu — Vladimir İlyiç adına Yeni Bakı Neftayırma Zavodu — "AzərNeftYanacaq" İB — Heydər Əliyev adına Bakı Neftayırma Zavodu 50 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 mln. tondan artıq neft emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir. Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir.
Neft kimyası və neft emalı prosesləri (jurnal)
Neft kimyası və neft emalı prosesləri — Azərbaycan Milli Elmlər Akademiyası akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun jurnalı. Jurnalda neft kimyası tarixi, neft emalında yaranan müxtəlif problemlərin həlli yolları, elmi-tədqiqatların nəticələri nəşr olunur. Lisenziya seriyası AB № 022696 Qeydiyyat nömrəsi 496, 09.02.2000 p-ISSN 1726-4685 e-İSSN 2519-2876 2011-ci ildən Inspec bazasına daxil edilmişdir 2016-cı ildən "Web of science" bazasına daxil edilmişdir 2017-ci ilin sentyabr ayından “Thomson Reuters” (Web of Science) Clarivate Analytics elmimetrik bazasında yerləşdirilib. == Tarixi == Hər il dörd say olmaqla geniş oxucu kütləsinin ixtiyarına verilən bu jurnal 2000-ci ilin fevral ayından nəşr olunur. Jurnalda əsasən neft kimyası və neft emalı ilə bağlı mühüm məsələlər, eləcə də üzvi kimya, yüksək molekullu birləşmələr, kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi prosesləri və aparatı, neft emalı və neftayırma sənayesi problemlərinin iqtisadiyyatı, neft emalı və neftayırma proseslərinin optimallaşdırılması, neft kimyasının və neft emalının ekoloji problemləri ilə bağlı məsələlər öz əksini tapır. Jurnalın bu sayında kimyəvi kinetika və kataliz, neft kimyası, neft emalı və bunların ekoloji problemləri ilə bağlı məqalələr öz əksini tapmışdır. == Redaksiya heyəti == Vaqif Abbasov – (baş redaktor) Oleq Sinyaşin - (baş redaktorun müavini) Musa Rüstəmov - (baş redaktorun müavini) Vaqif Fərzəliyev – (baş redaktorun müavini) Leylufər Əliyeva – (məsul katib) Nabil N.Eldin Abdellah Rövnəq Abdullayev Elşad Abdullayev Ahmed M.Al-Sabagh Elmar Abdullayev Vaqif Əhmədov Hafiz Əlimərdanov İsmayıl Əliyev Mehmet Hakki Alma Ziyafəddin Əsədov Ramil Baxtizin Vladimir Ciçiashvili Ahmed M.El-Saghier Arif Həsənov Dmitriy Grishin Asgat Gumerov Mahammad Haqiqi Hikmət İbrahimov Minavər İbrahimova Etibar İsmayılov Sakit Rəsulov Vladimir Kapustin Beykəs Xıdırov Valeriy Lunin Anton Maksimov Vahid Mammadov Eldar Məmmədbəyli David Məmmədov Məhərrəm Məmmədyarov Abel Məhərrəmov Shaaban K.Mohamed Soltan Mohammadzadeh J.S. Nazim Z.Muradov Camal Musayev Tofiq Nağiyev Füzuli Nəsirov Dilqəm Tağıyev Nurseli Uyanik Kərim Zare Kompüter tərtibatı F.Ə.Gərayeva X.Ə.Cavadova Korrektor L.P. Zyablova Tərcüməçi D.R.Nurullayeva == Bölmələr == Neft kimyası Neft emalı Üzvi kimya Yüksəkmolekullu birləşmələr Kimyəvi kinetika və kataliz Kimya texnologiya prosesləri və aparatları Ximmotologiya Neft emalı və neft kimyası sənayeləri iqtisadiyyatı Neft emalı və neft kimyası proseslərinin optimallaşdırılması Neft kimyası və neft emalının ekoloji problemləri Qısa məlumat == Müəlliflər üçün qaydalar == 1. Ümumi əsaslar 1.1. Jurnal müəlliflərin vətəndaşlığı və yaşadığı yerdən asılı olmayaraq neft kimya və neft emalı üzrə aktual problemlərinə aid olan işləri çap etdirir. Jurnalda çap etdirmək üçün orijinal tədqiqatların nəticələri göstərən məqalə formasında, qısa məlumat və redaktora məktub şəklində olan materiallar, o cümlədən analitik icmallar və informasiya təqdim edilə bilər.
Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Konfrans
Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Konfrans (SŞİE; ing. IEEE/ACM International Conference on Information Processing in Sensor Networks, IPSN) — sensor şəbəkələrinin informasiya emalı aspektlərinə əsas diqqət yetirməklə sensor şəbəkələri üzrə akademik konfrans. Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Konfrans siqnal və təsvirin emalı, informasiya və kodlaşdırma nəzəriyyəsi, şəbəkə və protokollar, paylanmış alqoritmlər, simsiz rabitə, maşın öyrənməsi, daxil edilmiş sistemlərin dizaynı, verilənlər bazaları və informasiyanın idarə edilməsi də daxil olmaqla bir çox sahələri özündə birləşdirir. == SŞİE tədbirləri == Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Konfrans 2001-ci ildə başlamışdır və aşağıda 2001–2014-cü illərdəki SŞİE tədbirlərinin siyahısı verilmişdir: 13-cü SŞİE 2014, Berlin, Almaniya, 15–17 aprel, 2014-cü il 12-ci SŞİE 2013, Filadelfiya, Pensilvaniya, ABŞ, 8–11 aprel, 2013-cü il 11-ci SŞİE 2012, Pekin, Çin, 16–19 aprel, 2012-ci il 10-cu SŞİE 2011, Çikaqo, İllinoys, ABŞ, 12–14 aprel, 2011-ci il 9-cu SŞİE 2010, Stokholm, İsveç, 12–16 aprel, 2010-cu il 8-ci SŞİE 2009, San-Fransisko, Kaliforniya, ABŞ, 13–16 aprel, 2009-cu il 7-ci SŞİE 2008, (Vaşinqton U.) Sent-Luis, Missuri, ABŞ, 22–24 aprel, 2008-ci il 6-cı SŞİE 2007, (MIT) Kembric, Massaçusets, ABŞ, 25–27 aprel, 2007-ci il 5-ci SŞİE 2006, (Vanderbilt) Neşvill, Tennessi, ABŞ, 19–21 aprel, 2006-cı il 4-cü SŞİE 2005, (UCLA) Los-Anceles, Kaliforniya, ABŞ, 25–27 aprel, 2005-ci il 3-cü SŞİE 2004, (UC Berkli) Berkli, Kaliforniya, ABŞ, 26–27 aprel, 2004-cü il 2-ci SŞİE 2003, (Xerox PARC) Palo-Alto, Kaliforniya, ABŞ, 22–23 aprel, 2003-cü il CSP Vorkşopu 2001, (Xerox PARC) Palo-Alto, Kaliforniya == Reytinq == Simsiz sensor şəbəkələri üzrə akademik konfransların rəsmi reytinqi olmasa da, Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Konfrans tədqiqatçılar tərəfindən sensor şəbəkə tədqiqatına yönəlmiş ən nüfuzlu iki konfransdan biri kimi geniş qəbul edilir. "SenSys" daha çox sistem məsələlərinə, SŞİE isə alqoritmik və nəzəri mülahizələrə diqqət yetirir. 2006-cı il üçün qəbul nisbəti şifahi təqdimatlar üçün 15,2%, ümumi olaraq isə 25% təşkil etmişdi. == Tarixi == Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Konfrans 2001-ci ildə "Xerox" Palo-Alto Tədqiqat Mərkəzində seminar kimi fəaliyyətə başlamış və ilkin olaraq Müştərək Siqnalların Emalı Vorkşopu (CSP Vorkşop) adlanmışdır. İlk tədbirin uğurundan sonra 2003-cü ildə seminar öz diqqətini daha çox sensor şəbəkələrinə yönəltmiş və Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Vorkşop (SŞİE) adlandırılmışdır. Tədbir 2003-cü ildən etibarən SŞİE akronimini saxlamış, lakin tam adı Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Simpoziumdan (2003–2004) Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Konfransa (2005–2007) dəyişdirilmişdir. == SPOTS treki == 2005-ci ildə Sensor Şəbəkələrində İnformasiya Emalı üzrə Beynəlxalq Konfrans öz tədbirinə Sensor Platformaları, Alətləri və Dizayn Metodları (ing.