TUMAC
TUMAN-KÖYNƏK
OBASTAN VİKİ
Tuman
Tuman — alt geyimi. Həmçinin bu mənalara gələ bilər: Tuman (Özbəkistan) — Özbəkistanda inzibati ərazi vahidi.
Çit tuman
Çit tuman — Azərbaycanın milli rəqsi. Çit tuman qrup halında ifa olunan mahnı və rəqsdir. Onu qadınlardan, çox vaxt cavan qadınlardan ibarət olan bir qrup oynajır. Rəqsin qəti müəyyənləşdirilmiş quruluş və ya şəkili olmayıb, hərə öz bacarığına görə oynamağa çalışıb, lakin hərəkətlərin xarakteri hamıda təqribən eyni olub. Rəqs XX əsrin ikinci yarısında Naxçıvanda yaranıb və yaxın vaxtlara qədər burada ifa edilib. İndi bu rəqs barəsində yalnız arabir eşitmək olur.
Tuman (dəqiqləşdirmə)
Tuman — alt geyimi. Həmçinin bu mənalara gələ bilər: Tuman (Özbəkistan) — Özbəkistanda inzibati ərazi vahidi.
Aleksandr Tumanov
Aleksandr Tumanov (rus. Александр Туманов; 11 yanvar 1912, Göyçay, Bakı quberniyası, Rusiya İmperiyası — 29 noyabr, 1984, Kiyev, Ukrayna SSR, SSRİ) — sovet sənaye xadimi, "Ukrqazprom" ümumittifaq sənaye birliyinin rəisi, Sosialist Əməyi Qəhrəmanı (1981). == Həyatı == Aleksandr Tumanov 1912-ci il yanvarın 11-də Göyçayda anadan olub. 1941-ci ildə Azərbaycan Sənaye Universitetini bitirib. İkinci Dünya müharibəsi dövründə və ondan sonra "Saxalinneft" trestində çalışıb. 1950-ci ildə Neft sənayesi Akademiyasını bitirib, sonra isə bir müddət SSRİ Neft sənayesi nazirliyi aparatında çalışıb. 1951–1957-ci illərdə "Ukrqaz" Birliyinin (Lvov) baş mühəndisi olub. 1957-ci ildə isə Xarkov xalq təsərrüfatı şurasının Qaz və neft sənayesi idarəsinə rəhbərlik edib. 1960–1965-ci illərdə Ukrayna xalq təsərrüfatı şurasının Qaz və neft sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb. 1966-cı ildə Tumanovun təşəbbüsü ilə "Ukrqazprom" ixtisaslaşmış istehsalat idarəsi (sonralar birlik) yaradılıb və o, ömrünün sonunadək həmin quruma rəhbərlik edib.
Aleksandr Tumanski
Aleksandr Qriqoriyeviç Tumanski (rus. Александр Григорьевич Туманский; 1861 – 1920, Konstantinopol) — Rusiyalı şərqşünas, tərcüməçi, general-mayor. == Həyatı == Aleksandr Qriqoriyeviç Tumanski məşhur tumanskilər soyundandır. O, 23 sentyabr 1861-ci ildə anadan olmuşdu. 1888–1891-ci illərdə Rusiya imperiyası ordusunun zabiti olmuşdu. Şərq dilləri kursunda Ərəb, Fars və Türk dillərini öyrənmişdi. Bunlardan başqa onbir dildə danışmağı bacarırdı. Aleksandr Tumanski 1891–1895-ci illərdə Mərkəzi Asiyada xidmət etmişdi. 1894-cü ildə Qacarlar dövlətində rabitə əlaqələrini öyrənmişdi. 1900–1905-ci illərdə Osmanlı imperiyasının Van vilayətində baş konsul vəzifəsində çalışmışdı.
Hovannes Tumanyan
Hovannes Tumanyan (erm. Հովհաննես Թումանյան; 7 (19) fevral 1869[…], Dsex, Tiflis quberniyası[…] – 23 mart 1923[…], Moskva[…]) — erməni yazıçısı və şairi.
II Tumanbəy
II Tuman bəy (ərəb. طومان باي‎) kimi tanınan Əl-Əşrəf Əbu Əl-Nəsir Tuman bəy 1517-ci ildə ölkənin Osmanlı İmperiyası tərəfindən fəth edilməsindən əvvəl Misirin sonuncu sultanı. Misirdə Məmlük hökmranlığının son dövründə sələfi Sultan Əl-Əşrəf Qansu əl-Ğavrinin 1516-cı ildə Mərcidabık döyüşündə Osmanlı sultanı I Səlim tərəfindən məğlub edildikdən sonra sultan taxtına çıxdı. 397 il sonra, 1914-cü ildə Hüseyn Kamilin hakimiyyəti altında yenidən qurulmasından əvvəl Misir sultanı tituluna sahib olan son adam idi.
I Tumanbəy
Əl-Adil Seyfəddin Tuman bəy — (ərəb. السلطان الملك العادل أبو النصر طومان باى الأشرفى قايتباى‎ Misir Burci sülaləsindən iyirmi beşinci Məmlük sultanı. 1501-ci ildə hakimiyyəti təxminən yüz gün çəkdi. Tuman bəy sultan seçildiyi zaman qırx yaşında idi. Sultan olmadan əvvəl populyar olmasına baxmayaraq, sultan olandan qısa müddətdə tədbirləri səbəbiylə populyarlığını itirdi. Bu da şahzadələrdən birini iddia edilən sui-qəsdlə asaraq ölümünə məhkum edilməsində özünü büruzə verdi. Əl-Əşrəf Qansu al-Ğavri tərəfindən hakimiyyətdən devrilərək yerinə gəldi.
Tumanguya
Vitni dağı (ing. Mount Whitney) — ABŞ-nin Kaliforniya ştatının Tulare və İnyo qraflıqlarında yerləşən dağ. Vitni dağının hündürlüyü 4.421 m olub Alyaska xaricində ABŞ-nin ən hündür dağ zirvəsidir. Şimali Amerika qitəsinin ən alçaq yeri olan Ölüm Dərəsi Milli Parkındakı Badvater hövzəsi (-84 m) ilə şimal-qərbində yerləşən və ABŞ-nin ən hündür ikinci dağı olan Vitni dağı arasındakı məsafə 136,2 km-dir. Vitni dağının qərb yamacları Sekvoya Milli Parkının sərhədləri içərisindədir. Şərq yamacları isə İnyo qraflığı tərəfindən İnyo Milli Meşəsi adı ilə qorunur. Vitni dağına gedən Vitni Dağı Yürüyüş Zolağının uzunluğu 341 km-dir. Vitni dağı Syerra Nevada dağlarının bir zirvəsidir. Ən yaxınlıqda olan Lone Pin şəhərindən 3,5 km uzaqlığındadır. Vitni dağında Alp iqlimi hakimdir.
Tumanis nahiyəsi
Tumanis nahiyəsi XIV əsr — 1801əsr-XIX əsrlərdə inzibati nahiyə. Borçalının bölgələrindən biri. 1590-cı ilə aid olan Türk mənbələrində Tuman, 1728-ci ilə aid mənbələrdə Tumanisi kimi qeyd olunmuş və Tumanisinin Tiflis əyalətinin bir nahiyəsi 1593 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Lori sancağının nahiyəsi 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Somxit livasının nahiyəsi.
Tumanyan
Tumanyan, Allahverdi və ya Alaverdi — Ermənistan Respublikasında şəhər. Keçmiş Tumanyan rayonunun mərkəzi. Manas şəhərinin adının türk mənşəli olması heç bir şübhə doğurmadığından ermənilər ərazinin milli mənsubiyyətini dəyişmək məqsədilə şəhərin adını dəyişərək Allahverdi qoyublar və beləliklə də qədim tarixin daha bir səhifəsi kölgədə qalıb. Şəhər Tona (Debed) çayı sahilində yerləşir. 1938-ci ildən respublika tabeli şəhərdir. 1975-ci ildə 21,9 min əhalisi olub. Şəhər sovetinə Ağnər (dəyişdirilmiş adı Akner) kəndi də daxil idi. Hazırda əhalisinin hamısını ermənilər təşkil edir. Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası.
Tumanyan (dəqiqləşdirmə)
Tumanyan
Tumanyan rayonu
Allahverdi rayonu (1969–1995-ci illərdə Tumanyan rayonu) — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon rayon. Mərkəzi Tumanyan şəhəri olmuşdur. Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1921). 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il sentyabrın 19-na qədər Allahverdi rayonu, həmin tarixdən etibarən isə Tumanyan rayonu adlanıb. Ərazisi 1111 kv.km-dir. Rayon mərkəzi Tumanyan (1938-dən Allahverdi) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 191-km-dir. Rayon mərkəzindən Tona (dəyişdirilmiş adı Debed) çayı axıb gedir.
Kirill Tumanov
Kirill Lvoviç Tumanov (rus. Кири́лл Льво́вич Тума́нов, ing. Cyril Leo Toumanoff; 13 oktyabr 1913, Sankt-Peterburq – 4 fevral 1997, Roma) Cənubi Qafqaz və Cənubi Qafqaz aristokrat ailələri tarixi üzrə ABŞ mütəxəssisi. Orta əsr Qafqaz tarixi üzrə ən böyük Qərb ekspertlərindən biridir. == Həyatı == Kirill Tumanov 1913-cü ildə Sankt-Peterburqda Rusiya İmperator Ordusunun zabiti Lev Tumanovun ailəsində anadan olmuşdur. Anası rus zadəgan Yelizaveta Jdanova olmuşdur. Lev Tumanov zadəgan erməni-gürcü mənşəli Tumanovlar ailəsindən idi. 1917-ci il Oktyabr inqilabından sonra Lev Tumanov ailəsini Yelizavetanın valideynlərinin yaşadığı və o dövrdə ikili hakimiyyətin mövcud olduğu Həştərxana aparmışdır. Ağların məğlubiyyətindən sonra Tumanovlar Parisə mühacirət etmişdilər. 1928-ci ildə Lev və Kirill Tumanov ABŞ-yə köçmüşdür.
Mixail Tumanişvili
Mixail İvanoviç Tumanişvili (gürc. მიხეილ ივანეს ძე თუმანიშვილი; 6 fevral 1921, Tiflis – 11 may 1996, Tbilisi) — gürcü, sovet teatr rejissoru və müəllimi. SSRİ xalq artisti (1981). Mixail Tumanişvili 1939-cu ildən Şepetovka (Ukrayna) şəhərində Qırmızı Ordu sıralarında xidmət etmişdir.O, Kiçik rabitə komandirləri məktəbini bitirib. Müharibədə iştirak etmişdir. Əsir düşüb,iki dəfə qaçan Tumanişvili 1944-cü ildə ordudan tərxis olunub. 1949-cu ildə Tbilisi Teatr İnstitutunun rejissorluq fakültəsini, Georgi Tovstonoqovun sinfini bitirib. 1949-1971-ci illərdə Şota Rustaveli adına Tbilisi Milli Teatrının direktoru (1965-1966-cı illərdə - baş rejissor) vəzifəsində çalışıb. Janr və üslub baxımından rəngarəng olan rejissorun əsərləri bədii lüğətin sadəliyi, psixoloji dəqiqliyi, insan xarakterlərinin inkişafındakı ən incə nüansları ilə seçilirdi. 1971-1975-ci illərdə Mixail Tumanişvili Gürcüstan televiziyasının baş direktoru olub.
Seyfəddin Tumanbəy
Əl-Adil Seyfəddin Tuman bəy — (ərəb. السلطان الملك العادل أبو النصر طومان باى الأشرفى قايتباى‎ Misir Burci sülaləsindən iyirmi beşinci Məmlük sultanı. 1501-ci ildə hakimiyyəti təxminən yüz gün çəkdi. Tuman bəy sultan seçildiyi zaman qırx yaşında idi. Sultan olmadan əvvəl populyar olmasına baxmayaraq, sultan olandan qısa müddətdə tədbirləri səbəbiylə populyarlığını itirdi. Bu da şahzadələrdən birini iddia edilən sui-qəsdlə asaraq ölümünə məhkum edilməsində özünü büruzə verdi. Əl-Əşrəf Qansu al-Ğavri tərəfindən hakimiyyətdən devrilərək yerinə gəldi.

Digər lüğətlərdə