TƏBƏRZİN

Təbər farsca “balta” deməkdir. Təbərzin “aybalta” (“allebarda”) kimi başa düşülür, zərbə baltasıdır (zin, zən “vurma” deməkdir). Güman ki, rus dilindəki топор (topor) da buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

TƏBDİL
TƏBLİĞAN
OBASTAN VİKİ
Təbərzin
Təbərzin — Yaxın Şərq xalqlarının ordusunda piyadaların döyüş silahları. Azərbaycan ordusunda oturaq zümrələrdən (tatlardan, talışlardan və s.) yığılmış qoşunda təbərzindən istifadə olunurdu. XIX əsrdən sonra təbərzin dərvişlər üçün simvolik bir əşya olmuşdu.

Значение слова в других словарях