Vəfa Rzayeva
Vəfa Əliseyran qızı Zeynalova (Rzayeva) (4 oktyabr 1975, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti.
== Həyatı ==
Vəfa Zeynalova 4 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1996-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir.
Vəfa Zeynalova Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda müxtəlif obrazlar yaratmışdır.
O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
=== Şəxsi həyatı ===
Ailəlidir, əkiz qızları var.
== Mükafatları ==
10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
== Teatrın səhnəsindəki rolları ==
Səltənət bəyim ("Hökmdar və qızı", İ. Əfəndiyev)
Şirinin rəfiqəsi ("Fərhad və Şirin", S. Vurğun)
Aynişan ("Burlaxatun" N. Xəzri)
Zöhrə ("Eşq və intiqam" S. S. Axundov),
Sona ("Hələ "sevirəm" deməmişdilər…"R. Novruz)
Sonya ("Cinayət oyunu" N. Dostayevski)
Bəyim ("Xurşidbanu Natəvan" İ. Əfəndiyev)
Soqa ("Kaş araba aşmayaydı"O. İoseliani)
Aynişan ("Burlaxatun" N. Xəzri)
Zöhrə ("Eşq və intiqam"S. S. Axundov)
Sonya ("Cinayət oyunu" N. Dostayevski)
Bəyim ("Xurşidbanu Natəvan"İ. Əfəndiyev)
Soqa ("Kaş araba aşmayaydı" O. İoseliani)
Leyla ("Mesenat" Ə. Əmirli)
Zümrüd ("Eloğlu" A. Şaiq)
Gəlin ("Uçqun", T. Cücenoğlu)
Qloriya ("Qocanı öldürməliyik", C. Patrik)
Pırpız Sona "Dəli yığıncağı" C. Məmmədquluzadə) və s.
== Filmoqrafiya ==
Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film)-rol: Arzu
Adam ol!