VARLIQ

\[alm. Sein; ètre; ing. Being; lat. Ens, esse; yun. To on, einai; əs.t. mevcudiyet; ər. وجىد \] - Şüurdan asılı olmayaraq mövcud olan obyektiv aləmin, materiyanı ifadə edən fəlsəfi anlayış. Fəlsəfənin əsas anlayışlarından biri, ilk dəfə Parmenid tərəfindən istifadə edilmişdir. Var olan şey, var olduğu söylənilən şey. Var olanın var olması. Aristoteldə var olanların varlığı mənasında işlənirdi. Yoxluğun əski. Qalıcı olan və müvəqqəti olmayan. Təzahürün qarşılığı olaraq reallıqda var olan. Varlığın Analogiyası \[lat. analogiya, entis\] – katolik fəlsəfəsində \[Hetomizm, Sxolastikaoma, Tomizm, Foma Akvinalı\] mərkəzi metodoloji anlayış. Varlıq haqqında elm \[alm.= fr. – ontologie; ing. Ontology; lat. Ontologia; yun. On, entos – varlıq; osm. tr. mebhas-i vücut\] – var olan olaraq var olan haqqında təlim. Var olanın varlığı və ümumiyyətlə varlıq ideyaları haqqında XVII əsrdən bəri istifadə edilən anlam. Mövzu olaraq yunan fəlsəfəsindən bəri və ələ alınan və Aristotelin ―ilk fəlsəfə‖ adını verdiyi var olanların özü haqqında elm. Mövcudiyyət \[alm. Dasein, existenz; fr.=ing. Existance; lat. Existentia; osm. tr. vücut, mevcudiyet; ər. يىجىد حَ \] – var olan, həqiqətə əsaslanan varlıq, bir şeyin nə olduğu, necə olduğu deyil, var olduğu faktı. Belə yaxud da belə bir forma almış hər növ xüsusiyyətlərin xaricində qalmaq, xasiyyətcə müəyyənləşməmiş sırf var olma faktı.
VACİB
VASİTƏ

Digər lüğətlərdə