VƏLİ

1. Allaha yaxın olan, müqəddəs; 2. qəyyum; 3. sahib, himayə edən; 4. qayğı-göstərən.
VƏLAYƏT
VƏRƏ
OBASTAN VİKİ
Vəli
Vəli — kişi adı. Molla Vəli Vidadi — XVIII əsr Azərbaycan şairi. Vəli Xuluflu — ədəbiyyatşünas, publisist Vəli Əliyev (tarixçi) — tarixçi Vəli Məmmədov (filoloq) — filologiya elmləri namizədi, dosent. Vəli Şahmurov Vəli İsrafilov — Azərbaycanı təmsil edən üzgüçü. Vəli Ələkbərov — İctimai-siyasi xadim, tarixçi, pedaqoq. Vəli Məmmədov — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, publisist, SSRİ xalq deputatı.
Miskinli Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib. Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s.
Nemətulla Vəli
Nemətulla Vəli (1330, Hələb – 28 aprel 1429, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim. Nemətulla Vəli ("Vəli", yəni "müqəddəs" — ona verilmiş ləqəbdir. Bu, Allahın adlarından biridir) 1330-cu ildə Hələb (Aleppo) şəhərində anadan olmuşdur. Onun atası Mir Abdullah Vəli ərəb sufi və mürşidi, anası isə Cənubi İranın zadəgan farslarından idi. Nemətilla Vəlinin nəsil şəcərəsi beşinci imam Məhəmməd Baqirdan başlayır. Gənc ikən Nemətulla islam ölkələrinə uzunmüddətli səyahətdə olmuşdur. Hər bir müsəlmana vacib bilinən Məkkə ziyarətinə (Həccə) yollanmışdır. Burada Şeyx Abdulla əl-Yəfi ilə rastlaşaraq yeddi il müddətində ona müridlik etmişdir. Müridlik müddətindən sonra ikinci dəfə (bu dəfə kamil bir insan kimi) yenidən səyahətə çıxmış, Qahirəni, Suriyanı, İraqı, Azərbaycanı və İranı gəzmişdir. O, İranın Kirman şəhərində həmişəlik məskunlaşmışdır.
Orxan Vəli
Orxan Vəli Qanıq (türk. Orhan Veli Kanık; əsl adı ilə: Əhməd Orxan Qanıq, d. 13 aprel 1914, İstanbul, Osmanlı İmperiyası – ö. 14 noyabr 1950, İstanbul, Türkiyə) — daha çox Orxan Vəli olaraq tanınan türk şair və tərcüməçi. Məlik Cövdət və Oqtay Rüfət ilə birlikdə yeni janr – "Özgə" cərəyanının qurucusu olmuşdur. Orxan Vəli türk şeirlərindəki köhnə quruluşu təməldən dəyişməyi məqsədləyərək küçədəki şəxslərin söyləyiş tərzini şeir dilində əvəzləmişdir. 36 illik həyat dövrü zamanı şair şeirləri ilə yanaşı hekayə, esse, məqalə və tərcümə sahələrində bir çox əsərlər yaratmışdır. Orxan Vəli Kanık 13 aprel 1914-cü ildə İstanbulda, Beykozda doğulmuşdur. Atası İzmirli tacir Fəhmi bəyin oğlu Mehmet Vəli, anası isə Fatma Nigar xanımdır. Şairin atası Cümhuriyyət Simfoniya Orkestrinin dirijoru olmuşdur.
Purya Vəli
Pəhləvan Mahmud Xarəzmi, Purya Vəli — 1322-ci ildə vəfat etmiş sufi və məşhur pəhləvan. O qeyri-adi gücü ilə məşhur idi . Onun doğma şəhəri haqqında müxtəlif fərziyyələr vardır. Bəziləri onu Xarəzmin Ürgənc şəhərindən, bəziləri Gəncə şəhərindən və bəziləri isə Səfəvilər dövrünə aid tumar əsasında Xoy Salmas şəhərindən olduğunu iddia edirlər.
Qara Vəli
Qara Vəli - Zənguzurun kəndlərindən biri. 7-ci imam Museyi-Kazımın oğlu Seyid Əhmədin məqbərəsi yerləşib. Hər iki abidə ermənilər tərəfindən dağıdılıb.
VƏli Ələkbərov
Vəli Zeynalabdin oglu Ələkbərov (iyul 1922, Sabunçu, İrəvan qəzası – 17 mart 2016, Şirvan) — İctimai-siyasi xadim, tarixçi, pedaqoq. Xalq Deputatlar Sovetinin deputatı, Əli-Bayramlı Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, Əli-Bayramlı Xalq Maarif şöbəsinin müdri. Vəli Ələkbərov 1922-ci ilin iyul ayında tarixi Qərbi Azərbaycanda Qəmərli Rayonun Sabunçu kəndində kolxozçu ailəsində anadan olub. 1937-ci ildə Zəngibasar rayonunun Uluxanlı kəndində vaxtı ilə Cəlil Məmmədquluzadənin dərs dediyi məktəbi bitirib,30–cu illərdən başlayaraq Uluxanlıda ali təhsilli ziyalılar yetişməyə başladı.Həmin ili İrəvan Kənd Təsərufatı Texnikumuna daxil olub, 1941-ci ildə texnikumu müvəffəqiyətlə bitirib 1941-ci il 1 sentyabrdan 1941-ci il 23 noyabra kimi Sabunçu kəndində müəllim işləyib, həmin ili Sovet ordusunun sıralarına daxil olub, Qafqazın müdafiəsində fəal iştirak edib, 1944-cü ilin 17 avqustuna qədər zabit kimi savaşda iştirak etmiş və Ukraynada gedən döyuşlər zamanı aldığı güllə yarasına görə ordudan tərxis olunmuşdur. Vətənə qayıtdıqdan sonra atasını görə bilmir, 1943-cü ilin 13 aprelində Zeynalabdin Krosnadar diyarınin Abdinski rayonunnun düşməndən təmizlənməsində gedən ağır döyüşdə həlak olur və həmin rayonun Miqemski qəbiristanlıgında dəfn olunur. Əsas faktlardan biri odur ki, ata və oğul eyni vaxtda 589-cu polkun tərkibində vuruşsalar da, bir-birlərindən xəbərsiz olublar. Vəli Ələkbərov 1944-cü ildən 1950-ci ilədək yenidən Sabunçu məktəbində müəllim sonra isə məktəb direktoru işləməyə başlamış, eyni zamanda Naxçıvanda iki illik Pedaqoji Müəllimlər İnstitutunda qiyabi olaraq təhsil almışdır. 25 may 1950-ci ildə torpaqlarından deportasiya olunaraq Əli Bayramlı rayonu Dadaşbəyli kəndinə məskunlaşmış, həmin ildən əmək fəaliyyətinə başlamışdır. 17 mart 2016-cı ildə 94 yaşında dunyasın dəyişmişdir. 1 dekabr 1950-ci ildən 30 yanvar 1962-ci ilə kimi Əli Bayramlı rayon partiya komitəsinin təbliğatçisi, təbligat-təşviqat şöbəsinin müdir müavini və mudiri, partiya kabinetinin mudiri fəaliyyətlərində çalışmışdır.1952–1953-cü illərdə Azərbaycan KP MK yanında iki illik Respublika partiya nəzdində partiya-sovet işcilərini hazırlayan 9 aylıq kursu bitirdikdən sonra 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Vəli Abdullayev
Vəli Albəndov
Vəli Axundov
Vəli Yusif oğlu Axundov (1 (14) may 1916, Saray, Bakı qəzası – 22 avqust 1986, Bakı) — Azərbaycanın ictimai-siyasi xadimi, akademik. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1959–1969), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1958–1959), Azərbaycan SSR səhiyyə naziri (1954–1958). Vəli Axundov 1916-cı il mayın 13-də Bakı quberniyasının Saray kəndində kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini Saray kənd məktəbində almışdır. Xatirələrində həmin məktəb yaşadığı yerdən bir neçə kilometr uzaqlığda yerləşdiyini qeyd edirmiş. Uzaq olduğundan və dərsləri buraxmaq istəmədiyindən hər gün evdən məktəvə və məktəbdən evə piyada yol onun həmin məktəbdən əla qiymətlərlə məzun olmasına mane olmamışdır, 1929-cu ildə həmin məktəbi bitirərək Biləcəri stansiyasındakı fabrik-zavod məktəbində təhsilini davam etdirmişdir. 1931-ci ildə sənət məktəbini bitirib Bakı Sənaye texnikumuna daxil olmuşdur. 1935-ci ildə texnikumun kimya şöbəsini bitirib kimyaçı texnik peşəsinə yiyələnmişdir. Təhsilini davam etdirmək və ali təhsil almaq məqsədilə əvvəlcə Azərbaycan Sənaye İnstitutunun hazırlıq kursunda oxumuş, 1936-cı ildə isə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. İnstitutda oxumaqla yanaşı ATİ-nin ictimai elmlər kafedrasının laborantı, "Tibbi kadrlar uğrunda" qəzetin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır.
Vəli Ağbaba
Vəli Ağbaba (türk. Veli Ağbaba; 3 aprel 1968) — TBMM 24, 25, 26, 27-ci çağırış millət vəkili, Türk siyasətçi və Cümhuriyyət Xalq Partiyasının sədr müavini. Vəli Ağbaba 3 aprel 1968-ci ildə Malatya şəhərinin Qaraca kəndində anadan olmuşdur. Turan Əməksiz liseyini bitirdikdən sonra, Əskişəhərdə yerləşən Anadolu Universitetinin İqtisadi və idarəetmə elmləri fakültəsini 1989-cu ildə bitirmişdir. Vəli Ağbaba universitet illərində Anadolu Universiteti Tələbə Dərnəyinin rəhbəri vəzifəsini yerinə yetirmiş və Əskişəhər Xalq Evinə üzv olaraq tələbə gənclik hərəkatında yer almışdır. Vəli Ağbaba əsgərlikdən sonra 1993-cü ildə Sosial-demokrat Xalqçı Partiyasına qatıldı və 1994-cü il seçkilərində Malatya Bələdiyyə Məclis üzvü seçilərək bələdiyyələrdəki ən gənc fraksiya sədri oldu. Vəli Ağbaba 18 fevral 1995-ci il tarixində toplanan qurultayda Cümhuriyyət Xalq Partiyası ilə Sosyaldemokrat Xalqçı Partiyasının birləşmə qurultayında qurultay sədri vəzifəsini icra etmişdir. 1998-ci ildə keçirilən şəhər konqresində Cümhuriyyət Xalq Partiyası Malatya Şəhər Təşkilatının sədri seçildiyində 30 yaşında olan Vəli Ağbaba 1999-cu il seçkilərində Cümhuriyyət Xalq Partiyasının şəhər təşkilatının sədri seçilmişdir. Vəli Ağbaba 2002-ci il parlament seçkilərində Cümhuriyyət Xalq Partiyasından millət vəkilliyinə namizəd, 2007-ci il seçkilərində isə Malatya millət vəkilli namizədliyinə namizəd olmuşdur. 2003–2005-ci illərdə Cümhuriyyət Xalq Partiyasının Nizam-intizam Komitəsinin üzvü, 2004-cü ildə isə Cümhuriyyət Xalq Partiyasının Seçki Komitəsinin sədri olmuşdur.
Vəli Babayev
Vəli Allahverdi oğlu Babayev (17 fevral 1945, Naxçıvan – 22 yanvar 1989, Naxçıvan) — Azərbaycan rejissoru, Azərbaycan SSR əməkdar artisti (1974). Orta məktəbi bitirəndən sonra bir il Naxçıvan Dövlət Musiqili Dram teatrının yardım heyətində çalışıb. Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsini (indiki Mədəniyyət və İncəsənət Universitetini, R. Təhmasib və M.Məmmədovun sinfi) bitirib (1962–1966). Təyinatla Naxçıvan teatrına quruluşçu rejissor göndərilib. İlk quruluşu olan Georgi Mdivaninin "Konsulu oğurladılar" (5 noyabr 1966) tamaşası teatr ictimaiyyətində böyük maraq doğurub. 1972–1974-cü illərdə Moskvada Anademik Bədaye Teatrında yaradıcılıq təcrübəsi keçib və qayıdaraq Naxçıvan teatrına baş rejissor təyin olunub. Vəli Allahverdi oğlu Babayev 4 oktyabr 1974-cü ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülüb. Vəli Babayevin rejissurası müasir dünya teatr prosesinin estik prinsipləri ilə səsləşirdi. O, avanqard teatr janrlarının əsas ifadə vasitələrini lirik-psixoloji üslubun poetika xüsusiyyətlərilə cəsarət və məharətlə birləşdirə bilirdi. Həmin cəsarətli sənət axtarışları baxımından onun daha maraqlı yaradıcılıq nailiyyətləri Cəfər Cabbarlının "Yaşar" (10 fevral 1967) və "Od gəlini" (22 mart 1970), Nazim Hikmət və Vera Tulyakovanın "Kor padşah" (29 dekabr 1968), Lope de Veqanın "Nə yardan doyur, nə əldən qoyur" (28 oktyabr 1974), Cəlil Məmrnədquluzadənin "Dəli yığıncağı" (23 may 1975), Avksenti Saqarelinin "Tiflis yengələri" ("Xanuma".
Vəli Baxşəliyev
Vəli Baxşəliyev (tam adı: Baxşəliyev Vəli Baxşəli oğlu; 5 iyun 1955, Böyükdüz, Naxçıvan rayonu) — arxeoloq, tarix elmləri doktoru (2005), professor, AMEA-nın müxbir üzvü (2007). Vəli Baxşəliyev 5 iyun 1955-ci ildə Babək rayonunun Böyükdüz (hazırda Kəngərli rayonunun) kəndində anadan olub. 1972-ci ildə Şərur rayon Хоk kənd orta məktəbini bitirmiş, 1973-cü ildə Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1977-ci ildə Universiteti müvəffəqiyyətlə bitirmiş və Azərbaycanın rayonlarında müəllimlik etmişdir. 1982-ci ildə А. А. Bakıxanov adına Tarix Institutunun aspiranturasına qəbul olmuş, 1986-cı ildə oranı bitirərək "Qədim Naxçıvanın metallurgiya və metalişləmə sənəti" mövzusunda namizədlik dissertasiyasını hazırlamışdır. Həmin il SSRİ ЕА Leninqrad Bölməsində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1983–1986-cı illərdə Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasının müdiri işləmiş, 1986-cı ildə Azərbaycan SSR ЕА Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1988–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası ərazisində olan arxeoloji abidələrin qeydə alınması ilə bağlı araşdırmalar aprarmış, aşkar olunan abidələri monoqrafiya halında çap etdirmişdir. Elmi fəaliyyəti dövründə II Kültəpə, Şahtaxtı, Oğlanqala, Maxta Kültəpəsi, Çalxanqala, Qazançıqala və yüzlərlə digər abidələrin tədqiqində iştirak etmişdir. 1995–1999-cu illərdə İstanbul Universitetinin müəllim və tələbə heyəti ilə birlikdə Şərqi Anadolunun arxeoloji abidələrinin tədqiqində iştirak etmişdir.
Vəli Hüseynov
Hüseynov Vəli Allahverdi oğlu (1 fevral 1964, Behrud, Ordubad rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007). Vəli Hüseynov 1 fevral 1964-cü ildə Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub, 1988-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsini, 1994-cü ildə isə MDU-nun fizika fakültəsinin nəzəri fizika ixtisası üzrə əyani aspiranturasını bitirib. 1994-cü ildə o, Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb, 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin Ümumi və nəzəri fizika kafedrasının müdiri seçilmiş və həmin ildə Bakı Dövlət Universitetində "Xarici maqnit sahəsində lepton prosesləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını qazanıb. 2003–2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru olub, 2004–2010-cu illərdə həm də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri kimi fəaliyyət göstərib. 60-dan çox elmi əsərin müəllifidir. Elmi məqalələri Azərbaycan, ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Yaponiya, Almaniya, İtaliya, Rusiya, Bolqarıstan, Türkiyə, Sinqapur və digər ölkələrin elmi jurnal və məcmuələrində, o cümlədən, "Physical Review D", "Journal of physics G: Nuclear and Particle physics", "Yadernaya fizika" kimi nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb. Elmi xidmətlərinə görə akademik H. M. Abdullayev adına mükafatın laureatıdır. Müxtəlif illərdə TEMPUS, İntas, Beynəlxalq Astronomiya Birliyi, Beynəlxalq Təmiz və Tətbiqi Fizika Birliyi, Alman Tədqiqat Birliyi, Rusiya Fundamental Tədqiqatlar qrantını qazanıb.
Vəli Ləzgiyev
Vəli Ləzgiyev - Şair, Partizan Vəli Ləzgiyev 1909-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. “Səyyar” təxəllüsü ilə tanınırdı. İbtidai təhsilini Kəmərli kəndində almışdır. Qazax Pedaqoji Texnikumunu bitirərək orta təhsil almışdır. Qazax Pedaqoji Seminariyasını müvəffəqiyyətlə bitirmişdir. 1938-ci ildə Tiflisdə iki illik Müəllimlər İnstitunu bitirib. Ərəb və fars dillərini bilirdi. Gürcüstanın rayonlarında müəllim, maarif şöbə müdri, inspektor və s.vəzifələrdə çalışmışdır. 1941-ci ildə Vətən müharibəsinə səfərbər olunmuşdur. II Dünya Müharibəsi illərində Almanlara əsr düşmüş, lakin əsirlikdən qaçaraq Şimali İtaliyada partizan Mehdi Hüseynzadənin “Partizan Hərakatı”na qoşulmuşdu.
Vəli Muxatov
Muxatov Vəli (22 aprel (5 may) 1916, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – 6 yanvar 2005, Aşqabad) — türkmən bəstəkarı, SSRİ xalq artisti (1965), Stalin (1951, 1952) mükafatları və Türkmənistan Dövlət mükafatı (1972) laureatı. Türkmən milli peşəkar musiqisinin banilərindəndir. Üzeyir Hacıbəyovun "Koroğlu" operası və "Arşın mal alan" musiqili komediyasının Aşqabadda, Türkmənistan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmasının təşəbbüskarı olmuşdur. Ü. Hacıbəyovun musiqisini nikbin və dərin milli koloritə malik musiqi kimi yüksək dəyərləndirmişdir.
Vəli Məmmədov
Məmmədov Vəli Hüseyn oğlu (7 yanvar 1931, Yardımlı – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, publisist, SSRİ xalq deputatı. Vəli Məmmədov 1931-ci il yanvarın 7-də Yardımlı rayonunda anadan olmuşdur. Yardımlı kənd orta məktəbində təhsil almışdır. Hələ orta məktəbdə oxuyarkən əmək fəaliyyətinə başlamışdır. Yardımlı rayon dövlət bankında mühasib işləmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1947–1952). Burada rus ədəbiyyatı kafedrasında baş laborant vəzifəsində saxlanmışdır (1952–1953). ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil olmuş, N. Nərimanovun yaradıcılığı mövzusunda tədqiqat aparmışdır (1953–1956). Universitetin komsomol komitəsinin katibi seçilmişdir (1956–1957). Azərbaycan EA Nizami adına Ədəbiyyat institutunda kiçik elmi işçi olmuşdur (1957–1960).
Vəli Nağıyev
Vəli Nağı oğlu Nağıyev — Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri. Nağıyev Vəli Nağı oğlu 2 iyul 1964-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonunda (indiki Babək rayonu) anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) İbtidai hərbi hazırlıq və Bədən tərbiyəsi fakültəsini bitirmişdir. 1981–1993-cü illərdə müxtəlif sahələrdə çalışmışdır. 1993–2007-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət keçmişdir. 27 avqust 2015-ci ildən 11 sentyabr 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəis müavini-Vətəndaşlıq məsələlərinin həlli idarəsinin rəisi, 11 sentyabr 2015-ci ildən 15 dekabr 2015-ci ilə qədər isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli 1627 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəizfəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli 1898 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, 16 mart 2018-ci il tarixli 3789 nömrəli Sərəncamı ilə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir. Ailəlidir, üç övladı var. 2-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 33 medalla təltif edilmişdir.
Vəli Nəbiyev
Vəli Nəbiyev (Vəli Nəbi oğlu Nəbiyev; 13 yanvar 1955, Çərçiboğan, Noraşen rayonu – 21 may 1998, Gəncə) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor.[mənbə göstərin] Nəbiyev Vəli Nəbi oğlu 13 yanvar 1955-ci ildə Şərur rayonunun Çərçiboğan kəndindən anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin( indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirib. 21 may 1998-ci ildə Gəncə şəhərində vəfat edib. 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. 1980-1996-ci illərdə Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük və aparıcı elmi işçi, Nizami Gəncəvi adına Gəncə Dövlət Universitetinin professoru olub. 1996-1998-ci illərdə Gəncə Dövlət Universitetinin prorektoru olub. XIX-XX əsrlər Azərbaycan bədii nəsrinin üslub istiqamətlərinə, janr-üslub təkamülünə dair tədqiqatların, 100-qədər elmi, elmi-publisistik məqalənin müəllifidir. Qubadlı, Laçın, Zəngilan və Cəbrayıl bölgələrinin folklor nümunələrini toplayıb nəşr etdirmişdir. Zaman və nəsrin problemləri, Bakı, 1987. Naxçıvan Ensiklopediyası.
Vəli Nəsirov
Vəli Nəsirov (tam adı:Nəsirov Vəli Hüseynəli oğlu;17 dekabr 1925, Qarabağlar, Naxçıvan MSSR – 16 iyun 1987, Bakı) — fəlsəfəşünas, fəlsəfə elmlər doktoru, professor. Nəsirov Vəli Hüseynəli oğlu 17 dekabr 1925-ci ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin (1941-45) iştirakçısı olub. 16 iyun 1987-ci ildə Bakı şəhərində vəfat edib. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinin fəlsəfə şöbəsini bitirmişdir. “Azərnəşr”də siyasi və sosial-iqtisadi ədəbiyyat şöbəsində redaktor, böyük redaktor (1952-56). BDU-nun fəlsəfə kafedrasında müəllim və dosent (1956-75) işləmişdir. 1975-ci ildən indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti fəlsəfə kafedrasının müdiri idi. Vətənpərvərlik, milli münasibətlərə dair tədqiqatların, o cümlədən 10-dan çox kitab, monoqrafiya, broşürün və elmi məqalələrin müəllifi olub. SSRİ Jurnalistlər İttifaqının (1958) Fəlsəfə Cəmiyyətinin (1973) SSRİ — Qırmızı Ulduz SSRİ — I dərəcəli Vətən müharibəsi ordeni Naxçıvan Ensiklopediyası.
Vəli Qasımov
Vəli Aydın oğlu Qasımov (4 oktyabr 1968, Kirovabad) — azərbaycanlı futbolçu və futbol məşqçisi. Futbolçu karyerasında hücumçu mövqeyində çıxış etmişdir. 4 oktyabr 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Atası usta rəssam, anası isə tibb bacısı olub. Azərbaycan, rus, ispan, portuqal dillərini bilir. Murad adlı bir oğlu var. Uşaqlıq illərini Gəncədə evlərinin yaxınlığında yerləşən "Metallurq" stadionunda keçirib; həm futbol, həm də həndbol oynayıb. 14 yaşında həndbolla vidalaşıb və bütün diqqətini futbola yönəldib. Futbol oynamağa doğma Gəncə şəhərinin Pişevik klubunun gənclər komandasında başlayıb. İlk məşqçisi Yusif Məhərrəmov olub.
Vəli Quliyev
Vəli Quliyev (icra başçısı)
Vəli Qədimov
Vəli Qədimov (12 yanvar 1940, Balaxanı – 15 aprel 2009, Balaxanı) — Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı. Əslən Balaxanıdan olan Vəli Qədimov 1940-cı il yanvarın 12-də Bakının Çəmbərəkənd deyilən ərazisilə Dağlı məhəlləsinin qovuşduğu məkanda dünyaya gəlmişdir. Təhsilini 69 nömrəli məktəbdə almışdır. Uşaq yaşlarından klarnet çalmağa başlayan Vəli 14 yaşında artıq tibb işçilərinin mədəniyyət evində Zeynəb Xanlarova ilə birlikdə özfəaliyyət kollektivində iştirak etməyə başlamışdır. İki ildən sonra, 1956-cı ildə Vəli Qədimovun çalğıçı olmasını nəzərə alan məşhur müğənni Sürəyya Qacar onu Müslüm Maqomayev adına filarmoniyanın ansamblına dəvət edir. 1970-ci ildə o, Baba Salahovun, 1983-cü ildə xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist yerini tutmuşdur. Onun ifasında Azərbaycan musiqisi dünyanın bütün qitələrində səslənmiş və sürəkli alqışlarla qarşılanmışdır. Vəli Qədimova 1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adları verilmişdir. 2008-ci ilin avqust ayında isə onun səhhəti qəflətən pisləşib və sənətkar iflic olub. Ömrünün son bir neçə ilini yataqda keçirmişdir.
Vəli Xidirov
Xidirov Vəli Sərxan oğlu — dilçi-qafqazşünas. Vəli Xidirov 1936-cı ildə Xaçmaz rayonunun Palçıqoba kəndində anadan olub. 1957-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universitetini) bitirb. 1964-cü ildə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun aspiranturasında təhsilini başa vuraraq Qafqaz dilləri üzrə məşhur dilçi Y.D. Deşeriyevin rəhbərliyi altında Qrız dilində feilin qrammatik kateqoriyaları üzrə namizədlik dissertasiyası müdafiə edib. 1962-ci ildən ali təhsil aldığı təhsil ocağında işləyib. 1972-1982-ci illərdə həmin institutun ümumi və rus dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. Vəli Xidirov tədqiqatlarında Qrız dilində feilin qrammatik kateqoriyalarının digər ləzgi dillərindəki feil kateqoriyaları ilə müqayisəli təhlilini aparmışdır. Onun çoxsaylı məqalələri arasında ləzgi dilləri qrupuna daxil olan ləzgi, rutul, buduq, xınalıq dilləri ilə bağlı araşdırmaları var. Müasir Qrız dili və digər ləzgi dillərinin qrammatikası üzrə çoxsaylı məqalələr və 2007-ci ildə işıq üzü görən "Qrız dilində feil" (rus. "Глагол в крызском языке") kitabının müəllifidir.
Vəli Xuluflu
Xuluflu Vəli Məmmədhüseyn oğlu (26 may 1894 və ya 1894, Xuluf, Yelizavetpol qəzası – 13 oktyabr 1937, Bakı) — ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), professor (1931). Vəli Xuluflu 26 may 1894-cü ildə Yelizavetpol quberniyasının (indiki Şəmkir rayonunun) Xuluflu qəsəbəsində anadan olub.. O, ibtidai təhsilini 1905–1907-ci illərdə mollaxanada alıb. Repressiya qurbanı Vəli Xuluflu 1912-ci ildə Gəncədə Şah Abbas məscidi nəzdindəki "Mədrəseyi-ruhaniyyə"ni bitirmiş, istiqlal şairi Əhməd Cavadla birlikdə dövrün tanınmış şəxsiyyətləri, məşhur din xadimi Yelizavetpol (Gəncə) Müsəlman Ruhani Seminariyasının müdiri Axund Hüseyn Pişnamazzadədən, ədəbiyyatşünas Abdulla Surdan, dilçi-folklorşünüs Mirzə Abbas Abbaszadədən, filosof şair-dramaturq Hüseyn Caviddən, M. Müşfiqin həyat yoldaşının əmisi, tanınmış pedaqoq İdris Axundzadədən, şair və ictimai xadim Əli Razidən, vətənpərvər şair Əli Nəzmidən dərs almışdır. 1913-cü ildən "Mədrəseyi-Ruhaniyyə" müəllim kimi fəaliyyət göstərib. Həmin vaxtdan gizli inqilabi işə qoşulub və 1919-cu ildə RSDFP sıralarına daxil olub. Xuluflu təhsilini davam etdirərək 1917-ci ildə Gəncədə Müəllimlər İnstitutunu bitirib və müəllim kimi fəaliyyətini davam etdirib. 1921–1922-ci illərdə Gəncə quberniyasında qəza partiya komitəsinin katibi vəzifəsində çalışıb. 1921-ci ildə partiya sıralarında "təmizləmə işləri" ilə əlaqədar Sov.İKP üzvlüyündən çıxarılıb. O, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1922–1927-ci illərdə Yeni Türk(Azərbaycan) Əlifbası Komitəsində təlimatçı kimi işləyib.
Cəfər Vəlibəyov
Cəfər Mehdi oğlu Vəlibəyov (1907, Əkərək, Eçmiədzin qəzası – 1981, Bakı) — Amasiya rayonu Partiya Komitəsinin birinci katibi, Ermənistan SSR Əməkdar jurnalisti (1971). Cəfər Mehdi oğlu Vəlibəyov 1907-ci ildə İrəvan quberniyası Eçmiədzin qəzasının Əkərək kəndində anadan olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra ermənilər qəsdlə Vəlibəyovlar nəslinə məxsus var-dövləti və əmlakı müsadirə etmiş, ayrı-ayrı ziyalıların Azərbaycan, Rusiya, Türkiyə və İrana köçüb getməsinə səbəb olmuşdur. Belə bir şəraitdə valideynlərini erkən itirən C. Vəlibəyov əmək fəaliyyətinə 13 yaşından İrəvan pambıqtəmizləmə zavodunda fəhləlikdən başlamışdır. Bir müddətdən sonra isə zavodun fəhlə komitəsinin sədri seçilmişdir. 1929-cu ildən İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktoru vəzifəsində işləmiş və istehsalatdan ayrılmadan öz təhsilini davam etdirmişdir. 1932-ci ildə C. Vəlibəyov Basarkeçər Rayon Komsomol Komitəsinin katibi, rayonun "Qırmızı Basarkeçər" qəzetinin məsul katibi, 1936-cı ildə Ağbaba (Amasiya) rayon qəzetinin redaktoru, sonralar isə rayon partiya komitəsinin katibi seçilmişdir. О, 1938-ci ildən "Sovet Ermənistanı" qəzeti redaksiyasına işə göndərilmiş, qəzetin baş redaktoru təyin edilmişdir. 1947-ci ildə Qarabağlar Rayon Partiya Komitəsinin birinci katibi seçilmiş və iki il bu vəzifədə çalışdıqdan sonra 1949-cu ildə yenidən "Sovet Ermənistanı" qəzetinin baş redaktoru təyin olunmuşdur. 1961-ci ilədək həmin vəzifədə çalışmışdır.
Cəfər Vəliyev
Cəfər Cəbrayıl oğlu Vəliyev (12 noyabr 1930, Bakı – 1 iyun 2012, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili işlər naziri (1978–1987), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri (1992–2000) general-leytenant. Cəfər Vəliyev 1930-cu il noyabrın 12-də Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1953-cü ildən etibarən Azərbaycan SSR Nazirlər Sovetində başlayan Cəfər Vəliyev 1960-cı ilədək burada mədəniyyət şöbəsində böyük məsləhətçi, referent, sədr müavininin köməkçisi və şöbə müdirinin müavini, 1960–1962-ci illərdə Azərbaycan KP MK inzibati orqanlar şöbəsi müdirinin müavini işləmişdir. 1962–1971-ci illərdə Azərbacan Respublikası Prokurorunun birinci müavini, 1971–1978-ci illərdə Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin müdiri, 1978–1987-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər naziri, 1987–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda kafedra müdiri, 1992–2000-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, 2000–2005-ci illərdə isə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri vəzifələrində çalışmışdır. Respublikamızın ictimai həyatında yaxından iştirak edən Cəfər Vəliyev bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Cəfər Vəliyev dövlət işləri ilə yanaşı, elmi-pedaqoji sahədəki fəaliyyətini uğurlu şəkildə əlaqələndirmişdir. O, hüquq elmi ilə bağlı müxtəlif məqalələrin, kitab və monoqrafiyanın müəllifi idi. Hüquq elmləri namizədi (1963), professor (1993), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının hüquq doktoru (1991), Azərbaycanın əməkdar hüquşünası (1990), daxili xidmət general-leytenantıdır. Cəfər Vəliyev bir müddət özəl sektorda, "Messenat Holdinq Şirkətlər qrupu"nun prezidenti vəzifəsində çalışmışdır.
Damir Vəliyev
Damir Vəliyev (başq. Дамир Жәүәт улы Вәлиев, 2 yanvar 1940, İtbayevo k., Arqayaş rayonu, Çelyabinsk vilayəti — 28 may 2002, Ufa) — sovet və rus filoloqu, filosof və kulturoloq, etika sahəsində mütəxəsis. Fəlsəfə doktoru, professor. 1955-1959-cu illərdə Çelyabinsk Enerji-Mexanika teknikomunda təhsil almışdır. 1959-1960-cı illərdə Sovet ordusunda xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra 1960-1963-cü illərdə S. Ordzhonikidze adına Araqayaskaya İES və Ümumittifaq İstilik Mühəndisliyi İnstitutu Çelyabinsk filialında işləmişdir. 1961-ci ildə Ümumittifaq Müəllif Hüquqları İnstitutunun Ufa şöbəsinə daxil olmuşdur. Sonra təhsilini (1963-1965) Ural Dövlət Hüquq Akademiyasında davam etdirmişdir. Məzun olduqdan sonra 1966-1967-ci illərdə konstruktr vəzifəsində çalışmışdır. 1967-1970 illərində Ural Dövlət Universitetinin aspiranturasında təhsil almış və 1970-ci ildə dissertasiya müdafiə etmişdir.
Dərzi Vəli (Bukan)
Dərzi Vəli (fars. درويش علي‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 272 nəfər yaşayır (60 ailə).
Elmar Vəliyev
Elmar Vəliyev (Elmar Rüstəm oğlu Vəliyev; 3 oktyabr 1960, Yevlax) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2011–2018). Elmar Vəliyev 3 oktyabr 1960-cı ildə Yevlax rayonunda anadan olmuşdur. 1979–1986-cı illərdə Azərbaycan Texnologiya Universitetində Mühəndis-texnoloq ixtisası üzrə, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Hüquqşünas ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb. 1983-cü ilə qədər bu müəssisədə təmirçi,1983–1989-cu illərdə Gəncə Tikiş Fabrikində mühəndis, 1989–1994-cü illərdə qədər Azərbaycan Respublikası Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib. Ailəlidir, 3 övladı var. Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin qardaşıdır. 1990-cı ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı olub. 1994–2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rəis müavini, 2004–2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib.
Elmar Vəliyev (icra başçısı)
Elmar Vəliyev (Elmar Rüstəm oğlu Vəliyev; 3 oktyabr 1960, Yevlax) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2011–2018). Elmar Vəliyev 3 oktyabr 1960-cı ildə Yevlax rayonunda anadan olmuşdur. 1979–1986-cı illərdə Azərbaycan Texnologiya Universitetində Mühəndis-texnoloq ixtisası üzrə, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Hüquqşünas ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb. 1983-cü ilə qədər bu müəssisədə təmirçi,1983–1989-cu illərdə Gəncə Tikiş Fabrikində mühəndis, 1989–1994-cü illərdə qədər Azərbaycan Respublikası Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib. Ailəlidir, 3 övladı var. Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin qardaşıdır. 1990-cı ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı olub. 1994–2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rəis müavini, 2004–2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib.
Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi
Gəncə iğtişaşları və ya digər adı ilə Gəncə hadisələri — 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaş. Rəsmi məlumatlara əsasən iğtişaşlardan bir həftə əvvəl, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi olundu. Sui-qəsd cəhdindən sonra Yunis Səfərovu müdafiə edən bir qrup şəxs Gəncə şəhərində iğtişaşlar törətdi. İğtişaşlar 2 polisin öldürülməsi, onlarla insanın yaralanması və 54 nəfərin həbs edilməsi ilə yadda qaldı. 2018-ci il iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçi Qasım Aşbazov Gəncə meriyasının inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldı və xəstəxanaya yerləşdirildi. Bir müddət sonra 1983-cü ildə Gəncədə anadan olan Rusiya vətəndaşı Yunis Səfərovun dərhal həmin ərazidə xidmət aparan polislər tərəfindən saxladıldığı məlum oldu. Bir müddət sonra bir sıra KİV-ləri həm Elmar Vəliyevin, həm də Qasım Aşbazov xəstəxanada vəfat etdiyi haqqında xəbərlər yaydı. Amma xəbərlər həqiqətə uyğun deyildi. İyulun 6-da isə Elmar Vəliyevin müalicəsini İsraildə davam etdirəcəyi bildirildi. Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunan Yunis Rafiq oğlu Səfərov, 1983-cü il sentyabr ayının 29-da Gəncə şəhərində anadan olub.
Elmir Vəliyev
Elmir Məmmədqulu oğlu Vəliyev (12 aprel 1986; Füzuli rayonu, Azərbaycan SSR — 31 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Elmir Vəliyev 1986-cı il aprelində 12-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elmir Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Vəliyev oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunun Kərimbəyli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Vəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Vəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmir Vəliyev (kiçik çavuş)
Elmir Məmmədqulu oğlu Vəliyev (12 aprel 1986; Füzuli rayonu, Azərbaycan SSR — 31 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Elmir Vəliyev 1986-cı il aprelində 12-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elmir Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Vəliyev oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunun Kərimbəyli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Vəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Vəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmir Vəlizadə
Elmir Tofiq oğlu Vəlizadə (25 dekabr 1964, Mingəçevir) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri (2021-ci ildən), Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin sabiq müavini, 2-ci dərəcə dövlət müşaviri. Elmir Tofiq oğlu Vəlizadə 25 dekabr 1964-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Əslən şuşalıdır. 1982-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1983–1985-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra təhsilini davam etdirmiş və 1989-cu ildə həmin ali məktəbi bitirib mühəndis-sistem texniki ixtisasına yiyələnmişdir. Təhsildə fərqləndiyinə görə təyinatla institutun Hesablama Mərkəzində mühəndis vəzifəsində işə başlamışdır. 1989–1991-ci illərdə orada çalışmaqla yanaşı institutun Hesablama maşınları və proqramlaşdırma kafedrasında pedaqoji fəaliyyət göstərmişdir. Süni intellekt və ekspert sistemləri mövzusu üzrə elmi tədqiqatlarla məşğul olmuşdur, bir neçə elmi məqalələrin və metodiki vəsaitin müəllifidir. Elmir Vəlizadə 1991-ci ilin aprel ayından Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının EHM və çoxaltma texnikası sektorunda birinci dərəcəli mütəxəssis kimi əmək fəaliyyətinə başlamışdır.
Elmira Vəliyeva
Vəliyeva Elmira Bağır qızı — geologiya-mineralogiya elmləri doktoru. Vəliyeva Elmira Bağır qızı 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1959-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Neft və Kiyma İnstitutunun (indiki ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. İnstitutu qurtardıqdan sonra "Orcanikidzeneft" NMİ-də əmək fəaliyyətinə neft çıxarılmasının təkrar üsulları sexində operatorluqdan başlamışdır. Sonra "Qum adası" NMİ-nin ETİS-də mühəndis, böyük geoloq vəzifələrində işləmişdir. 1967-ci ildə "Xəzərdənizqaz" Birliyində istehsalat şöbəsinin geoloqu vəzifəsinə təyin olunmuşdur. 1973-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun "Neft və qaz ehtiyatlarının hesablanması" laboratoriyasında böyük elmi işçi vəzifəsində işləmişdir. Vəliyeva E.B. Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Qaraçuxur, Qala, Lökbatan-Puta-Quşxana, Bibiheybət və s. kimi iri yataqların karbohidrogen ehtiyatlarının hesablanması üzrə elmi mövzuların məsul icraçısı olmuşdur. 1974-cü ildə Vəliyeva E.B. "Bakı arxipelaqının neft və qaz yataqlarının səmərəli işlənməsi məqsədilə geoloji-mədən tədqiqatları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Elməddin Vəlişov
Elməddin Fuad oğlu Vəlişov (21 mart 1996; Üçtəpə, Cəlilabad rayonu, Azərbaycan — 11 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi., ruhani, şeyx. Elməddin Vəlişov 21 mart 1996-cı ildə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuşdur. Orta təhsil alıb hərbi xidmətdən qayıtdıqdan sonra ilahiyyatçı olaraq çalışmış, ruhani alim və dini şeyx olmuşdur. Elməddin Vəlişov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini snayper vəzifəsində yerinə yetirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Vəlişov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü snayper olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elməddin Vəlişov 11 noyabr 2020-ci ildə Qubadlı istiqamətində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Vəlişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Vəlişov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Vəliyev
Elnur Vəliyev (leytenant) — Azərbaycan leytenantı, Vətən müharibəsinin şəhidi. Elnur Vəliyev (əsgər) — Azərbaycan əsgəri, Vətən müharibəsinin şəhidi.
Elnur Vəliyev (leytenant)
Elnur Əli oğlu Vəliyev (14 aprel 1997, Ucar – 27 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elnur Vəliyev 1997-ci il aprelin 14-də Ucar şəhərində anadan olub. Elnur Vəliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Elnur Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Vəliyev oktyabrın 27-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Ucar şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur VəliyevAsiman Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Vəliyev (əsgər)
Elnur Mirsiyab oğlu Vəliyev (30 avqust 1999; Təzəkənd, Beyləqan rayonu, Azərbaycan — 28 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elnur Vəliyev 30 avqust 1999-cu ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə Əliheydər Məmmədov adına Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbdə təhsil almışdır. Orta təhsilini başa vurduqdan sonra bir müddət mülki sahədə müxtəlif işlərdə çalışmışdır. Subay idi. Elnur Vəliyev 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Daxili Qoşunlarının sıralarında, Bakı şəhərində yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətinə başlamışdır. Qəbələ və Şəkidə yerləşən "N" saylı hərbi hissələrdə hərbi xidmətini davam etdirmişdir. Elnur Vəliyev 2020-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Elnur Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir.
Elyar Vəliyev
Elyar Arif oğlu Vəliyev (17 oktyabr 1991, Sədəfli, Qobustan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Elyar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elyar Vəliyev oktyabrın 19-da Qubadlının azad edilməsi zamanı şəhid olub. Elyar Vəliyev və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən ~150–200 hərbi qulluqçusu döyüşmüşdür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər — baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev , Kərim Əliyev və gizir Elyar Vəliyev həlak olmuşdur. Ümumi olaraq Elyar Vəliyevin mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Etibar Vəliyev
Etibar Vəliyev (16 may 1963, Ləj, Lənkəran rayonu) — Azərbaycanlı şair və publisist, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Məşəl" ədəbi-bədii, elmi-publisistik jurnalının baş redaktor müavini. Etibar Babəli oğlu Vəliyev 1963-cü il mayın 16-da Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1978-ci ildə Lənkəran rayonunun Ləj kənd məktəbini bitirmişdir. 1978–1981-ci illərdə Bakı Plan-Uçot Texnikumunda "kənd təsərrufatı istehsalatında mühasibat uçotu" ixtisası üzrə təhsil alıb. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1986–1992-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında "Kənd təsərrufatının iqtisadiyyatı və təşkili" ixtisası üzrə təhsil alıb, iqtisadçı ixtisasına yiyələnmişdir. 1986–1988-ci illərdə Lənkəran rayonunun "Puşkin", "Oktyabrın 60 illiyi" sovxozlarında iqtisadçı və 1988–1998-ci illərdə Lənkəran "5 №-li çay fabriki"ndə baş mühasib işləyib. 1998–2001-ci illərdə Lənkəran Dövlət Universitetində "İqtisadiyyatın əsasları" fənnini tədris etmişdir. 1998–2019-cu illərdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi — baş əmək müfəttişi vəzifəsində çalışıb. 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı) rəisi vəzifəsinə təyin olunub.
Faiq Vəlizadə
Faiq Bayraməli oğlu Vəlizadə (1 fevral 1997; Zərdab rayonu, Azərbaycan — 17 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Faiq Vəlizadə 1997-ci il fevralın 1-də Zərdab rayonunun Əlicanlı kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Faiq Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Faiq Vəlizadə oktyabrın 17-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Vəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Faiq Vəlizadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fuad Vəlixanov
Vəlixanov Fuad Zülfüqar oğlu (1 may 1941, Bakı – 16 may 2022) — Azərbaycanın Əməkdar İncəsənət Xadimi (2006), televiziya verilişlərinin redaktoru, prodüser. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü. Vəlixanov Fuad Zülfüqar oğlu 01 may 1941-ci ildə Bakıda anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. İki qız övladı, dörd nəvəsi və bir nəticəsi var. 16 may 2022-ci ildə, 81 yaşında vəfat edib. 1965-1969-cu illərdə "Molodyoj Azerbaydjana", "Vişka" qəzetlərində və "Kommunist" nəşriyyatında əməkdaşlıq edib. 1970-ci ildən Azərbaycan Dövlət Televiziyasında redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor müavini və baş direktor işləyib. 1992-1993-cü illərdə ilk müstəqil "BM-Tİ" teleşirkətin proqramlar direktoru, 1998-1999-cü illərdə ANS teleradio şirkətində baş direktorun televiziya üzrə müavini olub. 2000-ci ildən Lider televiziyasında bədii rəhbər və proqramlar direktoru kimi çalışıb.
Fuad Vəliyev
Fərhad Vəliyev
Fərhad Vəliyev (d. 1.11.1980, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbolçu. "Səbail futbol klubunda qapıçılar üzrə məşqçi kimi fəaliyyətini davam etdirir. Həmçinin futbol üzrə Azərbaycan milli komandasının qapıçısı olmuşdur. 1 noyabr 1980-ci ildə Qubada anadan olub. "Xəzər Sumqayıt", "İnter Bakı" klublarında çıxış edib. Karyerasını "Qarabağ" klubunda davam etdirir.
Fərid Vəliyev (əsgər)
Fərid Güloğlan oğlu Vəliyev (1 sentyabr 1993; Beyləqan rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Fərid Vəliyev 1993-cü il sentyabrın 1-də Beyləqan rayonunun Əhmədli kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Fərid Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Vəliyev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Vəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fəridə Vəlixanova
Fəridə Vəlixanova (tam adı:Fəridə Ağaəli qızı Vəlixanova; ) 21 oktyabr 1935 — 3 sentyabr 2023 - Bakı Ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), filologiya elmləri doktoru (1977), professor (1984), əməkdar elm xadimi (2005). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005) Fəridə Vəlixanova 1935-ci il oktyabrın 21-də Bakıda müəllim ailəsində anadan olub. Vəlixanova 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla bitirdikdən sonra 1953–1958-ci illərdə M. L. Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, 1961–1965-ci ilərdə Moskvada SSRİ Elmlər Akademiyasının M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında oxuyarkən "Səməd Vurğunun poeziyasının rus tərcümələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Fəridə Vəlixanova 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna daxil olur və həmin ildən burada XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. Vəlixanova 1977-ci ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. Fəridə Vəlixanova 1982–1985-ci illərdə Ədəbiyyat İnstitutunda tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi şöbəsinin müdiri vəzifəsində işləyib. O, SSRİ Yazıçılar İttifaqının Moskva tərcümə şurası idarə heyətinin üzvüdür. Həmçinin 1968–1982-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ixtisaslaşmış müdafiə şurasının (doktorluq və namizədlik elmi dərəcəsi üzrə) ictimai əsaslarla elmi katibi olub. Fəridə Vəlixanova 1985-ci ildən Ədəbiyyat İnstitutunda müasir Azərbaycan ədəbiyyatı şöbəsində aparıcı elmi işçisidir.
Fəxrəddin Vəliyev
Həsənəli bəy Vəlibəyov
Həsənəli bəy Vəli bəy oğlu Vəlibəyov — Qarabağda quberniya katibi, dövlət məmuru. Həsənəli bəy Vəli bəy oğlu 1836-cı ildə Qarabağın Çiləbörd mahalınin Xocalı kəndində (hazırkı Xankəndi ərazisində) anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra Şuşa şəhərində qəza məktəbində oxumuşdur. Rus və şərq dillərini bilirdi. Xankəndidəki qəsa idarəsində fəaliyyətə başlamış, II dərəcəli dəftərxana xidmətçisi, dilmanc, polis pristavı vəzifələrində çalışmışdı. Quberniya katibi çini almışdır. XIX əsrin sonlarında vəfat edib. Qəbri Şuşanın Mirzə Həsən qəbiristanlığındadır. Həsənəli bəy Bilqeyis xanım Əhməd bəy qızı Haqverdiyeva ilə ailə qurmuşdu.

Значение слова в других словарях