Babakişi (Abaran)

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) (Yeni səhifə: '''Babakişi''' - 1972-ci ilə kimi Abaran rayonunun tərkibində kənd<ref>[http://karabakh-doc.azerall.info/ru/azerpeople/ap069az-3.php İbrahim Bayramov. QƏRBİ AZƏRBAYCA...) tərəfindən edilmiş 12:03, 7 oktyabr 2013 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Babakişi - 1972-ci ilə kimi Abaran rayonunun tərkibində kənd[1].

Tarixi

İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. Nairi rayonu yaradılanadək 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 27 km cənub-şərqdə, Zəngi çayından axan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir. Kənddə X-XIV əsrlərə aid tarixi abidələr vardır.

Toponim Babakişi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib Bujakan qoyulmuşdur.

Əhalisi

Kənddə 1831-ci ildə 72 nəfər, 1873-cü ildə 268 nəfər, 1886-cı ildə 435 nəfər, 1897-ci ildə 431 nəfər, 1904 - cü ildə 483 nəfər, 1914-cü ildə 573 nəfər, 1916-cı ildə 471 nəfər yalnız azərbaycanlı yaşamışdır[3]. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinlər-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir[4]. Lakin bəzi erməni mənbələrində tarixi faktlar təhrif edilir. Belə ki, 1831, 1873-cü illərdə burada azərbaycanlılar yaşadığı halda[5], həmin illərdə yaşayanlar ermənilər kimi göstərilir. Ermənilər Babakişi kəndinə 1918-ci ildən sonra gəlmişdir. Lakin ermənilərin buraya səhv olaraq 1829-cu ildə gəldiyi göstərilir[6]. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənddə ermənilərlə yanaşı, 1922-ci ildə 4 nəfər, 1931-ci ildə 4 nəfər azərbaycanlı yaşamışdır[7]. Onlar 30-cu illərin ortalarında sıxışdırıhb kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.

İstinadlar

  1. İbrahim Bayramov. QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ
  2. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.26
  3. Qorqodyan Z. 18311931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.45, 96-97
  4. Qorqodyan Z. 18311931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.97
  5. Qorqodyan Z. 18311931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.97
  6. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986,s.747
  7. Qorqodyan Z. 18311931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.97