Leylətul-məbit

Vikipediya saytından
İşçiBot (müzakirə | töhfələr) (tənzimləmə, replaced: {{lang- → {{dil-, removed: <nowiki/> (8)) tərəfindən edilmiş 14:32, 15 avqust 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Leylətul-məbit (ərəb. لَـیْـلَـة ٱلْـمَـبِـیْـت‎) Məhəmmədin Məkkədən Mədinəyə hicrətə başladığı gecədir. Bu gecənin Rəbiüləvvəl ayının birinci günü olduğu güman edilir. Qureyşlilərin Məhəmmədi öldürməsi qərarı səbəbiylə Əli ibn Əbu Talib Məhəmmdin yataq yerində yatmış və peyğəmbər Məkkəni tərk etmişdi.[1][2][3][4][5]

Qurani Kərimdəki Bəqərə surəsinin 207-ci ayəsi Əlinin İslam Peyğəmbərinin həyatını xilas etməsi üçün verdiyi fədakarlığı göstərmək üçün nazil olduğu düşünülür:[1][2][4][5]

" İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!

— Quran (2–207)

"
  1. 1 2 Tabataba'i, Al-Mizan, 2, səh. 135
  2. 1 2 Nishapuri, Al-Hakim, Al-Mustadrak, 3, səh. 5
  3. Shaybani, Fada'il al-sahaba, 2, səh. 484
  4. 1 2 'Ayyashi, Tafsir, 1, səh. 101
  5. 1 2 Zarkashī, Al-Burhān fī `ulūm al-Qur’ān, 1, səh. 206