Əmirvarlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əmirvarlı
39°17′02″ şm. e. 47°04′57″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 210 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Əmirvarlı xəritədə
Əmirvarlı
Əmirvarlı

ƏmirvarlıAzərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Şükürbəyli kənd Sovetindən Əmirvarlı kəndi Sarıcalı kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2][3]

Toponimikası

Yaşayış məntəqəsinin keçmiş adı Hüseynbəyli olmuşdur. Kənd əmirvarlı nəslinin məskunlaşması nəticəsində yaranmışdır.[4]

Əhalisi

Tanınmış şəxsləri

  • Novruz Quliyev — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, ipəkçilik və üzümçülük təşkil edib.

İstinadlar

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
  2. "13 kənd işğaldan azad edildi". qafqazinfo.az (az.). 19 oktyabr 2020. 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
  3. "В Баку заявили, что взяли под контроль ряд населенных пунктов в Карабахе" (rus). RİA Novosti. 19 October 2020. 6 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2020.
  4. Əmirvarlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Həmçinin bax